Ucar: Yeni proqramla sosial-iqtisadi inkişafın növbəti mərhələsi başlanır

 

Təxminən iki ay əvvəlin söhbətidir. Ucar Rayon İcra Hakimiyyəti aparatında çalışan Məhəmməd Bayramovla söhbət edirdik. Rayonun son beş ildə əldə etdityi nailiyyətlər, xüsusən, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nın icrası zamanı qazanılmış uğurlar barədə əhatəli şəkildə söhbət açan həmsöhbətim çox qətiyyətli və əmin idi: ”Həmin proqramda Ucar rayonu üçün nəzərdə tutulan bütün tədbirlər həyata keçirilib, məktəb və əlavə sinif otaqlarının tikintisi artıqlaması ilə yerinə yetirilib, sənaye və kənd təsərrüfatının inkişafı, meliorasiya tədbirlərinin həyata keçirilməsi bütünlüklə təmin edilibdir".

Maraqlıdır, həmsöhbətim nə üçün məhz bu tədbirləri yada salırdı? Axı Ucarın iqtisadiyyatı çoxşaxəli, rayonun ümumi həyatı müxtəlif istiqamətlidir. Bu söhbətdən sonra adı çəkilən proqrama bir daha nəzər saldım. Məlum oldu ki, dövlət proqramının birinci mərhələsində Ucar rayonu üçün nəzərdə tutulmuş tədbirlər əsasən məhz bu istiqamətləri təsbit edir. Bu günlərdə isə rayon icra hakimiyyətinin başçısı Arzu Qafurovla söhbətimiz zamanı ötən proqramın icrasının nəticələri ilə bağlı bəzi məqamları öyrənmək istədim. Məndən fərqli olaraq Arzu müəllim söhbətə ayrı istiqamətdən başladı:

— Mən respublikamızın regionlarda yaşayıb işləyən insanlarını “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi münasibəti ilə təbrik edirəm. Təbii ki, bu təbrikdən bizim rayonun əhalisinə də pay düşür. Çünki ötən proqramın icra edilməsi zamanı dövlətimizin əldə etdiyi möhtəşəm nailiyyətlərdə Ucarın da özünəməxsus töhfələri var. Mən bəzi məqamları qeyd etmək istəyirəm. Biz ”ötən proqram" deyirik, amma söhbət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş dövlət proqramının birinci mərhələsindən gedir. Yəni ölkənin eyni istiqamətli inkişafını təmin edən eyni proqram sadəcə iki mərhələdə icra edilir. Biz bu proqramın birinci mərhələsinin icrasına başlayanda Azərbaycanda yoxsulluq həddində yaşayan insanlar ölkə əhalisinin 45 faizini təşkil edirdi. İndi isə aprelin 14-də təsdiq edilmiş dövlət proqramının birinci bölməsində göstərilir ki , 2008-ci ilin sonunda bu göstərici 13,2 faiz olubdur. Başqa bir məqam. Proqramın icrasına başlanan dövrdə Azərbaycanın nəinki kəndləri, hətta elə bir region şəhəri və rayon mərkəzi ola bilməzdi ki, orada elektrik enerjisi abunəçilərə müxtəlif məhdudiyyətlərlə verilməsin. İndi isə ən ucqar kənddə belə elektrik enerjisinin verilməsində məhdudiyyət yoxdur. Ölkə əhalisinin ərzaqla təminatında, sahibkarlığın inkişaf etdirilməsində, tikinti-quruculuq işərində, xüsusən, məktəb tikintisində əldə edilən göstəricilər sadəcə müqayisəedilməz dərəcədə fərqlidir. Gün kimi aydındır ki, proqramın yeni mərhələsinin icrası daha böyük nailiyyətlərlə yadda qalacaqdır. Ona görə mən regionlarda yaşayan soydaşlarımızı təbrik edirəm.

Proqramın icrası başa çatmış birinci mərhələsində Ucar rayonu üçün nəzərdə tutulan tədbirlərin reallaşdırılmasına gəlincə isə deyə bilərəm ki, məndən əvvəl sizə “nəzərdə tutulan bütün tədbirlər həyata keçirilibdir”, — deyən şəxs tamamilə haqlıdır. Mən onu əlavə edim ki, bütün tədbirlərin həyata keçirilməsi ilə yanaşı, rayonun mövcud problemləri və inkişaf perspektivləri ətraflı təhlil edilərək Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2009-2013-cü illər üçün layihəsinə daxil edilmək məqsədilə müvafiq qurumlara təqdim edilibdir. Budur, təsdiq edilmiş yeni proqramın Ucarla bağlı bölməsində bizim təklif etdiyimiz 15 istiqamətin adı, konkret icra müddəti və icraya məsul qurumun ünvanı göstərilir. Bu 15 bölmə rayon həyatının bütün sahələrini əhatə edir. Sənaye və kənd təsərrüfatı, istehsalının genişləndirilməsi, yol təsərrüfatının və nəqliyyatın müasirləşdirilməsi, elektrik enerjisi, istilik və qaz təchizatının daha da yaxşılaşdırılması, rabitə xidmətinin yüksəldilməsi, su təchizatının və kanalizasiya xidmətinin yenidən qurulması, meliorasiya və irriqasiya tədbirləri və nəhayət səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidən qurulması.

Əslində burada 20-dən çox istiqamət 35-dən çox layihə var. Bir cümlədə istifadə etdiyimiz “və” şəkilçilərinin sayı göstərir ki, biz sahələri nisbətən konkretləşdirmək üçün bir neçə istiqaməti birləşdiririk.

Həmin tədbirlərin hamısının yüksək səviyyədə icra edilməsinə isə məhz yüksək səviyyədə əminliyimiz var. Çünki artıq əlimizdə mükəmməl bir təcrübə toplusu da vardır, dövlətin yaratdığı şərait də. Üstəlik hamı yaxşı bilir ki, bu proqramın icrası bilavasitə dövlət başçısının şəxsi nəzarətindədir.

Arzu müəllimin işlətdiyi “əlimizdə mükəmməl bir təcrübə toplusu vardır” ifadəsi mənim üçün göydəndüşmə oldu və başçıdan soruşdum ki, həmin təcrübənin heç olmazsa son iki ili barədə konkret hansı fikirləri söyləmək olar?

— Dövlət proqramının icrası prosesi ilə yanaşı, həmin proqramda nəzərdə tutulmayan tədbirlərin icrası ilə əlaqədar rayon rəhbərliyinin hələ 2006-cı ilin noyabrında təsdiqlədiyi sərəncama əsasən yerli resurslar və digər maliyyə mənbələri nəzərə alınmaqla Ucarın 2007- 2008-ci illər üçün sosial-iqtisadi inkişafı proqramının icrasına da başlanılmışdı. Deməli, biz 2007-2008-ci illərdə həm dövlət proqramını, həm də yerli proqramı paralel şəkildə icra etmişik. “Təcrübə toplusu” ifadəsi oradan yaranır. Göstəricilərimiz isə ürəkaçandır.

2008-ci ilin faktlarına nəzər salaq. Rayonda 23 min 781 ton taxıl istehsal edilib, 536 ton pambıq. Ucar kimi iqlimi olan bir rayonda pis göstərici deyil. Ən başlıcası ildən-ilə bütün göstəricilərimizin özündən əvvəlki ilə nisbətən yaxşılaşdırılması tendensiyası uğurla davam etdirilir. 2009-cu ilin məhsulu üçün 10 min 772 hektar sahədə əkin aparılıb. Bu, əvvəlki ildən 465 hektar çoxdur. İstənilən rəqəmin ötən ildəkindən çox olmasının əsas səbəbi dövlətin kənd rayonlarına ayırdığı diqqətin, göstərilən qayğının nəticəsidir. Məsələn, ötən il avqustun 21-də Azərbaycan Respublikasının PrezidentiKənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, kübrə damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədəsərəncam imzalamışdı. Ucarlı sahibkarlar, fermerlər həmin sənədin icrası zamanı dövlət dəstəyini növbəti dəfə hiss etdilər. Nəticədə 4 özəl toxumçuluq təsərrüfatı yaradıldı. Həmin təsərrüfatların əldə etdiyi yüksək keyfiyyətli toxumun 50 faizi fermerlərə güzəştlə satılıbdı. UcarAqroservisfilialı isə artıq fermerlərin yaxın köməkçisinə çevrilib.

Ötən il rayon ərazisində abadlıq quruculuq işləri daim diqqət mərkəzində saxlanılıb, yöndəmsiz standartlara uyğun olmayan tikintilərin daha müasir tikintilərlə əvəz olunması işləri davam etdirilibdir. Rayon mərkəzindəki Heydər Əliyev adına parkda quruculuq işləri il boyu davam etdirilib, burada uşaqlar üçün 2 əyləncə meydançası tikilib, lazımi park avadanqlıqları quraşdırılıb, məhz parkın ərazisində Heydər Əliyev Muzeyi üçün binanın tikintisinə başlanılıbdır. Bu dövrdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binası əsaslı şəkildə təmir edilərək lazımi mebel avadanlıqlarla təmin olunubdur. Rayona Zərdab istiqamətindən gələn yolun giriş hissəsinin ərazisi abadlaşdırılaraq yol kənarında müasir memarlığın tələblərinə cavab verən ünvan göstəricisi ucaldılıbdır. Rayon mərkəzindəki bütün inzibati ictimai yaşayış binalarının fasadları müasir şəhərsalmanın tələblərinə uyğun olaraq rənglənib, bir sıra binaların qapı pəncərələri plastik materialla yenidən işlənib, ictimai yaşayış binalarının həyətlərinə asfalt örtüyü çəkilib, 3 binanın zirzəmisindən qrunt suları çıxarılıb, bir sıra küçə məhəllələrdə müasir işıqlanma sisteminin quraşdırılması davam etdirilibdir.

Şəhərin Oğuz küçəsindəkiVeteranlar bağı”nda müasir işıqlı fontanın quraşdırılmasına başlanılıb, artıq təxminən 50 min manatlıq tikinti-quraşdırma işləri aparılıbdır. İl ərzində rayonda yeni “14 saylı Yol YaşıllaşdırmaMəhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlayıbdır. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin, rayon üzrə Maliyyə İdarəsinin, Daşınmaz Əmlakın Reyestri Xidmətinin Ərazi İdarəsi üçün yeni inzibati binaların tikintisi başa çatdırılıb, rayon Baytarlıq İdarəsi Baytarlıq Diaqnostik Kabineti üçün inzibati binanın, Heydər Əliyev küçəsində əlillər şəhid ailələri üçün 16 mənzilli yaşayş binasının tikintisi davam etdirilibdir. Qarabörk Boyat kəndlərində əlillər üçün fərdi yaşayış evləri tikilibdir. Tikinti-quruculuq işlərinin siyahısında Azərbaycan Respublikası İxrac Neft Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin Ucar regional şöbəsinin işçiləri üçün xidməti yaşayış binasının, şəhərin Azərbaycan küçəsində Qazyan kəndində şadlıq saraylarının, rayonun ayrı-arı ərazilərindəki onlarla müxtəlif ticarət xidmət obyektlərinin adı vardır. Ancaq ucarlılar tikinti sahəsində ən böyük göstəriciləri məktəb tikintisində əldə ediblər.

Rayon icra hakimiyyəti başçısından eşitdiyimUcarlılar ən böyük tikinti uğurlarını məktəb binalarının tikintisində qazanıblar” — ifadəsini rayon təhsil şöbəsinin müdiri Fuad İsrafilovla söhbətimdə yada saldım. Fuad müəllim maraqlı faktlar söylədi:

İl ərzində Ucarın pedaqoji kollektivləri şagirdlərimiz cənab Prezident İlham Əliyevin qayğısını daim hiss ediblər. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən Heydər Əliyev Fondunun təşəbbüsü ilə icra edilənYeniləşən Azərbaycanayeni məktəbdevizi altında rayonda 5 orta məktəbin tikintisi aparılıb, onlardan 480 şagird yerlik Məlikballı, 320 şagird yerlik Lək kənd 1 nömrəli, hər biri 220 şagird yerlik Alpout kənd 1 nömrəli Küçəkənd kənd orta məktəblərinin binaları yeni dərs ili ərəfəsində istifadəyə verilibdir. 180 yerlik Pirkənd kənd orta məktəbinin tikintisi isə hazırda davam etdirilir.

Ümumiyyətlə, 2004-2008-ci illərdə rayonda 7 məktəb binası tikilib şagirdlərin istifadəsinə verilibdir. Bir neçə məktəbin yanında isə 12 əlavə sinif otağı tikilibdir. Bu göstəricilər əvvəlki 25 illə müqayisədə ölçüyəgəlməz dərəcədə çoxdur.

Onu da qeyd edim ki, yeni tikilən məktəblərin hamısı məktəb ləvazimatları, mebel dəstləri kompyuterlə yüksək səviyyədə təchiz edilib, rayon məktəblərində kompyuterlərin sayı əvvəlki ildəkinə nisbətən 34 ədəd artaraq 333 ədədə çatdırılıbdır. Başqa sözlə indi Ucarda hər 37 şagirdə 1 kompyuter dəsti düşür ki, bu da respublikanın orta göstəricisinə yaxındır. Ötən il rayonun bütün məktəbləri dərsliklərlə pulsuz təmin edilibdir. Eyni zamanda, dərsliklərdən başqa 172 adda (təxminən 12 min ədəd) elmi bədii kitab alınaraq şagirdlərin istifadəsinə verilibdir. Qeyd olunan dövrdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısı nəticəsində rayon məktəblərinə 140 adda 1500 ədəd yeni əyani vəsait, birinci sinif şagirdlərinə isə pulsuz olaraq çanta məktəbli ləvazimatları verilibdir. Bu qayğının nəticəsi olaraq ötən il ucarlı məzunlardan 170 nəfəri ali məktəblərə qəbul olunub ki, bu da 2007-ci ildəkindən 18 nəfər çoxdur.

Deyəsən, “ötən ildəki göstəricidən çoxdur” — ifadəsini tez-tez işlətdik. Rayon həyatının elə bir sahəsi yoxdur k, o barədə söhbət açarkən göstəricilərinötən ildəkindən çoxolduğunu qeyd etməyək. Elə bu məqamı əsas götürən Məhəmməd Bayramov özünəməxsus bir zarafat etdi:

– “Xalq qəzeti” 2008-ci ildə ucarlıların əldə etdiyi sosial-iqtisadi uğurları özündə əks etdirən 7 əhatəli yazı veribdir. Bu isə özündən əvvəlki ilə nisbətən iki yazı çoxdur. Bəs 2009-cu ildə hansı perspektivlər var?

Bu sualın cavabını isə rayon icra hakimiyyətinin başçısından eşitdiyimiz fikirlər arasından seçdik:

    Bu tendensiya 2009-cu ildə davam edəcəkdir.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2009.- 21 aprel.- S. 4.