“26
Bakı komissarları” barədə tarixi həqiqət
Yaxud 3 məzarsız
komissar kimdir?
1989-cu ildə Azərbaycan
Tarix Muzeyinin keçmiş direktoru akademik Püstəxanım
Əzizbəyova dövlət nümayəndə heyətinin tərkibində
Hindistanda səfərdə olmuşdu. O Vətənə
döndükdən sonra Azərbaycan Televiziyasında
sensasiyalı çıxışı ilə dinləyiciləri
həyəcana gətirdi. Akademikin özü də həyəcanla
danışırdı. P.Əzizbəyova Dehlidə Dövlət
Muzeyində “26 Bakı komissarları”nın
başçısı erməni Stepan Şaumyanın son illərin
nəşri olan irihəcmli kitabının
saxlandığına şahidlik edirdi.
Püstəxanım Əzizbəyovanın
şahidliyi məni bu yöndə axtarışlara vadar etdi. Bakının
mərkəzi hissəsində yerləşən “26-lar”in dəfn
edildiyi bağda son aylarda yenidənqurma işləri
aparılarkən ümumi məzarlıqda mütəxəssislərin
apardıqları araşdırmalar vaxtilə məqsədli
şəkildə üstü örtülmüş
tarixçə ilə bağlı yeni fikirlərin meydana
çıxmasına səbəb oldu.Məhz buna görə də
Püstəxanım Əzizbəyovanın şahidliyinə əsaslanaraq,daşnaq-bolşevik
lideri erməni Stepan Şaumyanın “müəmmalı şəkildə”
aradan çıxarılması barədə çoxillik
axtarışların yekununu “Xalq qəzeti”nin oxucularına təqdim
edirəm.
“26-lar”ın güllələnməsi
barədə o illərdə Cənubi Qafqazda çıxan
“İskra”,"Znamya Truda","Narodnı Znamen" və
başqa qəzetlərdə yazılar verilmişdi. Lakin
yazıların heç birində Mərkəzikaspi
Diktaturasının Aşqabad türməsində
saxladığı 26 komissarın və onlarla birlikdə həbs
etdiyi başqa bolşevik liderlərinin taleyi barədə
doğru-düzgün məlumat verilmirdi. Məqalələr
Krasnovodskdan gələn və ağızdan-ağıza gəzən
xəbərlər əsasında tərtib edilirdi.Dövri mətbuatda
bir-birini tutmayan, rəngarəng məlumatlar həqiqəti
olduğu kimi verə bilmədi. Çünki o
yazıların bir qismində komissarların “izsiz yox
olmalarından”, bəzisində onların “güllələnmələrindən”,
digərlərində bolşevik liderlərinin “Hindistan”a
aparılmaları ətrafında söz-söhbətdən
başqa heç bir rəsmi sənədə söykənilmirdi.
Lakin məsul şəxs
olaraq eser Vadim Çaykin apardığı geniş
araşdırmalardan, qanlı hadisəni törədən bəzi
şəxslərdən aldığı ifadələrdən
sonra “İskra” və “Znamya truda” qəzetlərində 12 mart
tarixli sayında çap etdirdiyi “26 Bakı
Komissarlarının edamı” adlı məqaləsində
Bakı fəhləsinin liderlərinin ingilislər tərəfindən
Ağcaqum çöllərində güllələndikləri
nəticəsinə gəlirdi.V.Çaykin bu tarixi cinayətin
səbəbkarları olaraq yerli satqınlarla yanaşı,
Böyük Britaniya hökumətinin Şərqdə
işğalçı siyasətini həyata keçirən hərbi
missiyanın başçılarından Aşqabadda oturan
kapitan Tiq Consu və onun Məşhəddəki hamisi general
Mallesonu təqsirli bilirdi.
Bununla əlaqədar “Azərbaycan”
qəzetində çap edilmiş Böyük Britaniya Baş
Qərargahının bəyanatında deyilirdi ki, Tiq Consu
“26-lar”ı güllələməkdə ittiham edən
V.Çaykinin “bəyanatı başdan-başa yalandır və
burada başlıca məqsəd ingilisləri ictimaiyyətin hədəfinə
çevirməkdir”. “Kapitan Cons komissarları Hindistana göndərməyi
təklif etdi və bunun cavabında Aşqabad (icraiyyə)
komitəsinin üzvlərindən biri cavab verdi ki, o öz sərəncamını
verə bilər... Bundan iki gün sonra Tiq Consa məlum oldu ki,
komissarlarla bağlı tədbirlər görülüb,
özü də bu zaman onların qətlinə işarə
edilirdi. Bu barədə kapitan Tiq Cons dərhal general Mallesonu xəbərdar
etdi. Bir
müddət keçdikdən sonra Aşqabad komitəsinin həmin
üzvü kapitan Tiq Consun yanına həyəcanlı vəziyyətdə
gələrək bildirdi ki, Şaumyanın qohumları onun
harada olduğu barədə soruşurlar və Tiq Consdan
komissarların Hindistana göndərilməsi xəbərinin dəqiq
olmasını təsdiq etməsini xahiş etmişlər. Tiq Cons bundan narazılıqla imtina etdi. Kapitan Tiq Consun komissarların qətlinə
bütün aidiyyatı bununla da bitir”.
Bu bəyanat təbii suallar
doğurur: “Şaumyanın qohumlarının xahişi” barədə
səsləndirilən fikir daşnaq-bolşevik lideri
S.Şaumyanın ömrünün sonunadək Hindistanda
yaşadığı barədə zaman-zaman ictimaiyyət
arasında dolaşan fikirlərə, o cümlədən,
“güllələnmiş” komissarın son illərdə
yazdığı kitabın Hindistan muzeyində
saxlandığına şahidlik edən Püstəxanım Əzizbəyovaya
haqq qazandırmırmı? Komissarların 26 nəfəri
o vaxt güllələnmişdimi?
Əlimizdə
olan teleqram mətnlərində, rəsmi sənəd olaraq, bu
suallara aydın cavab verilir.
Teleqram P.¹M.D
00538, vaxtı 18/ alınıb 19 sentyabr 1918-ci il/.General
Mallesondan, Məşhəd — Baş Qərargahın rəisinə. Simla.
1. Sentyabrın 17-də Battin
Krasnovodskdan teleqraf vasitəsilə bildirib ki, Bakıdan bura gələnlər
arasında onlar bolşevik rəhbərləri Petrov,
Şaumyan, Avakyan, Caparidze, Karqanovu həbs etmişlər. Bu zaman sursatla bərabər iki pulemyot və silah
müsadirə edilib. 2. Aşqabad hökumətinə
yuxarıda adı çəkilən liderlərin Hindistana
göndərilməsi ilə əlaqədar onların mənə
verilməsi ilə bağlı sorğu göndəririk,
çünki indiki vaxtda onların Zakaspidə olmaları
olduqca təhlükəlidir".
Söhbət 18—19 sentyabr
1918-ci ilə aid olan bu teleqramda göstərilən liderlərin
Hindistana — ingilis müstəmləkəçilərinin Şərqdəki
baş qərargahına aparılmalarından gedir.Məsələ
belə olduğu halda adı gedən komissarların ingilis qərargahının
göstərişi ilə aradan bir neçə saat keçəndən
sonra, yəni 20-nə keçən gecə xüsusi qatarda
Aşqabaddan 207 kilometr aralıda tarixi ad almış yerə —
“Ağcaqum çölləri”nə gətirilərək orada
başqa komissarlarla bir yerdə “güllələnmələri”
heç cür ağıla sığası deyildir. Çünki teleqramda bu liderlərin təcili
güllələnmələri deyil, onların Zakaspi
Diktaturasında saxlanılmalarının fövqəladə təhlükəli
olduğu qeyd edilirdi.
Törədilən qanlı
cinayətdən 3 gün sonra Hindistana Məşhəddən
vurulan teleqram “güllələnmənin” üstündən 90
il (1918-2009) keçəndən sonra tarixi həqiqətə
aydınlıq gətirir. Təəssüf ki,
teleqramın nəşr mətnində son fikirlər
buraxılmışdı.
“Teleqram P.N M.D. 00581 23 sentyabr
1918-ci il. General Malleson. Məşhəd
— Baş Qərargahının rəisinə. Simla. Məxfi. Sizin 1 75457
M.O.İ. 21 sentyabr tarixli sorğunuzda məruzə edilir ki, 26
keçmiş Bakı bolşevik rəhbəri güllələnib,
beş və ya altı nəfər az
nüfuzlu şəxslərə rəhm edilib”.
Əvvəla,
bu “bağışlanmış” adamlar kimlərdirlər və
onların hansı səbəbdən, nəyin bahasına qəddar
ingilis müstəmləkəçilərinin qanlı
caynağından xilas olmaları sənəddən bəlli
olmur. Bəlli
olan budur ki, ingilis imperializminə qəti düşmən
olmuş bolşevik liderlərinə “çox əhəmiyyətli”,"az
əhəmiyyətli" bölgüsü ilə
yanaşılacağına ağılı başında olan
kimsə inanmaz. İkincisi, teleqramda
“beş-altı az əhəmiyyətli adamın
bağışlanması” qeyd olunur ki, bu da birinci sənəddə
adları çəkilən liderlərin sayına tam uyğun
gəlir.
“Teleqram P. ¹ M.D. 00595 24
sentyabr 1918-ci il . General
Malleson, Məşhəd — Baş Qərargahın rəisinə.
Simla.
Xətti azad edin: Sizin 24
sentyabr ¹ 76488 — M.O.Z. sorğunuzda...
Məlumatlara görə
sadaladığımız şəxslər artıq
Göründüyü
kimi, üçüncü sənəd aydınlaşan məsələnin
üstünə yenidən qara örtük salır, fikrin kələfini
dolaşdırır və bizi sual qarşısında qoyur. Düşünürük,
əvvəla, görəsən bağışlanmış
“beş,ya altı nəfər az əhəmiyyətli”
bolşevik bircə gün sonra, bəlkə də, bir
neçə saat keçməmiş hansı səbəbdən
təkrarən “bağışlanma mərasimində”
saf-çürük edilir; ikincisi, kimlər yenidən
“bağışlanırlar” və “nə üçün
bağışlanırlar”- bəlli olmur.
Lakin həmin illərdə kələfi
məharətlə düyünə salanların ustadı
olmuş Anastas Mikoyan istəməsə də özü bunu
açır.Bu baxımdan onun “Bakinski raboçi” qəzetində
yerləşdirilmiş məqaləsi (26-ların matəm
gününə həsr edilmiş “Qanlı
ildönümü münasibətilə” adlı məqalə)
maraqlıdır. Guya o, ingilislərin və Mərkəzikaspi
Diktaturasının Aşqabadda yaratdıqları həbsxananın
ölüm kameralarına yerləşdirilmiş “26 Baki
komissarları”ndan olan 16 nəfərlə bir yerdə
olmuşdu.Lakin o illərdə “26-lar”la əlaqədar
aparılan istintaq materiallarında A.Mikoyanın Aşqabad həbsxanasında
olması barədə heç bir qeyd yoxdur.
Hadisə ətrafında
toplanmış rəsmi sənədlər təsdiq edir ki,
A.Mikoyanın özü bolşevizmin amansız düşmənləri
olan ingilislərin və Mərkəzikaspi Diktaturasının
Bayıl həbsxanasına atdıqları “26-ları” həmin
qurumların verdikləri rəsmi sənəd əsasında həbsxanadan
cıxararaq, silah altında Həştərxana gedəcək
“Sevan” gəmisinə deyil, düşmənlərin
hazırladıqları “ölüm konveyerinə”— Krasnovodska
yol alacaq “Türkmənistan” gəmisinə mindirmişdi.
Bəs bu
külli- ixtiyar ona haradandı? Məkrli, hiyləgər siyasətlə
Kremlin “rəşadətli bolşeviklər” siyahısında
yer almış A.Mikoyanın siyasi
simasızlığını meydana qoyan rəsmi sənədlərlə,"26-lar"ı qətlə yetirən 41 nəfər
məhkumun məhkəmə prosesində verilən ifadələrlə,
özünün müstəntiqə şəxsən verdiyi
izahatla
Məqalədən
parçalar:
“Üç gün idi ki,biz bu zindana düşmüşdük.
Şaumyan, Çaparidze, Fioletov və başqa yoldaşlar
bizim kamerada idilər–cəmi on altı adam
var idi. ...Sentyabrın 20-sinə keçən gecə
idi.Kamerada olan bütün məhbusları üç qrupa
böldülər.Birinci iki qrupu sıralarımızdan
qopararaq kameradan çıxardılar.”
Aparılan iki
qrupa daxil edilənlər, Mikoyanla üçüncü qrupa
ayrılanlar kimlər idilər bəlli olmur. Bəs Mikoyanın
şahidlik etdiyi üç qrupa ayrılmış on altı
nəfərdən başqa yerdə qalan bolşeviklər
harada saxlanılırdılar ? O,bu barədə də məlumat vermir. Aparılanların taleyi də qaranlıq qalır.
Məqalədə oxuyuruq:
“Əzablı günlər və
həftələr ötüb keçir,bir
xəbər gəlmir.”
Buradan belə
çıxır ki, 20 sentyabr tarixindən, başqa sözlə,
“Ağcaqum”da baş vermiş qanlı hadisə günündən
“həftələr ötüb keçsə” də,
Mikoyanın məqsədli olaraq adlarını çəkmədiyi
onunla üçüncü qrupa ayrılmış bolşeviklər
hələ də həbsdə imişlər. Şahidin “ifadəsindən”
təbii sual doğur: hansı məqsədlə Zakaspi
Diktaturası və ingilis müstəmləkəçiləri
qatı düşmənləri olaraq həbs etdikləri
bolşeviklərin hamısını bir yerdə məhv etməmiş,
onları “üçüncü növə”
ayırmış və sonuncuları tarixə
yazdıqları qanlı gündən “həftələr
ötüb keçsə də” mühafizə altında
saxlamışlar?! Şərti qəbul edək
ki, həmin “məhbus”lardan biri Mikoyan olmuşdu. Bəs o biri məhbuslar kimlər idilər? Onlar da güllələnmişlərmi? Əgər güllələnmişlərsə, bəs
o zaman “Kremlin rəşadətli bolşeviki” Mikoyanı
hansı “möcüzə” xilas etmişdi. Məqalədə bu məsələ də
aydınlaşmamış qalır.
Mikoyan 26
Bakı komissarlarının, guya, onunla eyni kamerada yerləşdirilmiş
on altı nəfərini birinci və ikinci qrupa ayırır,
lakin onların ümumi sayı barədə məlumat vermir. O, yazır:
...Onların harada
olduqlarını,hara
aparıldıqlarını bilə bilmirik. Bəziləri
deyirlər ki, onlar Aşqabaddadırlar, başqaları deyirlər
ki, İrandadırlar...”
A.Mikoyanın şahidliyi
S.Şaumyanın sirli “ölümünün” Kreml tərəfindən
90 il xalqdan gizlədildiyini aşkara
qoymuş olur. Lakin
o,"Alyoşa","Vaneçka" uydurması ilə,
başqa millətdən olan komissarların adlarını
çəkməklə həm özünün, həm də
S.Şaumyanla yanaşı iki soydaşının tarixi xəyanətlərinin
üstünü ört-basdır etməyə
çalışır.
Yalançı
“şahid” uydurmalarına davam edərək yazır: “Yaxın
dostlarımızın harada olduğunu bilmirik...şübhə
qəlbimizə girir, onu parçalayır. Stepanın,
Alyoşanın, Vaneçkanın daha sağ
olmadıqlarını düşünmək
ağırdır... Birdən birisi bayırdan qəflətən
bizə, həbsxanaya qorxunc bir həqiqəti gətirib xəbər
verir, eser cəlladların misli görünməmiş cinayətinin
dəhşətli mənzərəsini mənə təsvir
edir. Bu adam Krasnovodskda dəmir yolu fəhləsiydi,
gərək ki, bələdçi idi. Nə biz onu
tanıyırıq, nə də o bizi... Həmin
gecə o, vağzalda imiş. O, burada qiyafələrini dəyişmiş,başlarına ağ çalma geymiş
silahlı, şübhəli adamlar görür. Vaqonlarda kürəklər var imiş. O, pis və
dəhşətli bir iş hazırlandığını
duyaraq, bu qanlı divanın şahidi olmaq qərarına gəlir."
A.Mikoyanın təsvir etdiyi ətraf
şəraiti, kənar adam
üçün olduqca təhlükəli vəziyyəti
gözünüz qarşısında canlandırın.
Mikoyanın “şahidinin” keçirdiyi qorxulu psixoloji vəziyyəti
yaşayın və belə bir suala cavab verin: “başlarına
ağ çalma geymiş silahlı adamlar” və “vaqonlarda
kürəklər” görməklə siz “pis və dəhşətli
bir iş hazırlandığını duya” bilərdinizmi? Haradan bilərdiniz ki, “ağ çalma geymiş” bu
adamlar məhz “qanlı divan” tutmağa hazırlaşırlar?
Bunu bilmək üçün “vaqonda kürəkləri”
görmək lazım idimi? Bəlkə, həmin
adamlar qumlu səhrada kürəklə arx çəkməyə,
su gətirməyə və ya kürəklə görülə
biləcək başqa bir işin dalıyca gedirmişlər?
Bəs siz bilərdinizmi ki, o “başlarına
ağ çalma geymiş silahlı adamlar” hökmən “qiyafələrini
dəyişmişlər?” Əgər siz Mikoyanın
uydurduğu “şahid ifadəsinə” inanmış olsanız,
o zaman gərək həmin adamların əvvəlki keyim
forması barədə də məlumatınız ola.
Mikoyanın
heç bir siyasi məqsəd güdməyən şahidinin
(“yalançının şahidi yanında olar” — deyiblər)
marağı nə qədər dəlilik dərəcəsinə
çatır ki, o, şirin canını fəlakətə
atır.
Yuxarıdakı cümlənin davamında oxuyuruq: “Kimsənin
gözünə görünmədən vaqonların
arasına girib buferlərin üstündə əyləşir.O,öz
gözləri ilə görür ki,qatarı uzaq bir səhrada
dayandırdılar, kommunizm uğrunda çarpışan
“mübarizləri” dəstə-dəstə vaqonlardan
çıxartdılar,dəmir yol xətti
yaxınlığında onlara vəhşicəsinə divan
tutdular.”
Bu “gözə
görünməmək” hara,"vaqonlarda kürəkləri
görmək" hara?! 1.Əgər “gözə görünməmək”
lazım idisə, deməli vaqonlar ciddi silahlı nəzarətdə
idi, o ətrafa yaxınlaşmaq da olduqca təhlükəli
idi. 2. Əgər,hətta “vaqonlarda
kürəkləri görmək” təsadüfi adam
üçün adi məsələ imişsə, deməli,
vaqonlar nəzarətsiz imişlər və “gözə
görünməmək” də kimsəyə lazım
deyilmiş. Əcəb erməni nağılıdır!
Mikoyanın
nağılından belə çıxır ki, güllələnməyə
gətirilmiş bolşeviklər bir vaqona deyil, bir neçə
vaqona yerləşməsi mümkün olan sayda olmuş,
onları da guya “dəstə-dəstə” vaqonlardan
çıxartmışlar. Bəs elə isə nə
üçün daşnaq-bolşevik lideri S.Şaumyan
başda olmaqla “dostluq və qardaşlıq”
qurbanlarının kitablarda sayca 26 nəfərdən ibarət
olduğu yazılırdı? Bu məsələnin
bir tərəfi. Digər tərəfinə
gəldikdə Zakaspi Diktaturasının
“üçüncü qrup”a Mikoyanla birlikdə “seçdiyi” məhbuslar
kimlərdir və onların son aqibətləri necə
olmuşdu?
SSRİ
xalqlarından Kremlin gizlin saxladığı tarixi həqiqət
insanlara 90 ildən sonra məlum oldu. “26 Bakı Komissarları”nın ümumi məzarı başqa əraziyə
köçürülərkən tarixi sirr meydana
çıxdı: “26-lar”dan 3 komissar məzarsızdı! Bu
faktı yuxarıda mətnini verdiyimiz rəsmi sənəd də
təsdiq edir: “24 sentyabr. Məlumatlara
görə, adı çəkilən şəxslər
artıq
Lev Dalinin verdiyi yazılı
ifadə “26-lar”ın faciəli taleyinə səbəb
olmuş Anastas Mikoyanın Qafqazda inqilab alvovunu söndürmək
uğrunda vuruşan ingilis müstəmləkəçiləri
və Mərkəzikaspi Diktaturası ilə iş birliyində
olduğunu ifşa edən rəsmi sənəddir. Dalinin
öz əli ilə yazdığı ifadə bundan ibarətdir:
“1. Yoldaş V.A.Çaykinə:
Sizin tərəfinizdən 26 bolşevik komissarının
(Bakıdan) qətli ilə bağlı iş üzrə məhkəmə-istintaq
komissiyasının təşkili barədə məsələ
qaldırıldığına görə, Bakı şəhəri
fövqəladə istintaq komissiyasının sədrinə,
Lev Dalin, bu məsələnin tam mənzərəsi
yaranması üçün aşağıdakı məlumatları
nəzərinizə çatdırmağı öz borcum hesab
edirəm: Bakı Sentrokaspi diktaturasının sərəncamına
əsasən keçən ilin 16-18 avqustunda komissarlar və
bir sıra bolşevik rəhbərləri ələ
keçirilmiş gəmilərdən çıxarılaraq 1
nömrəli mərkəzi, 2 nömrəli Bayıl həbsxanalarına
gətirilmişdilər. Avqustun 25-də
bolşeviklərin hamısı Bayıl həbsxanasında
idilər.
2. Bolşeviklərin işi üzrə istintaqı fövqəladə
komissiyanın müstəntiqi, hələ bolşeviklər tərəfindən
dəvət edilmiş vətəndaş Çukov
aparırdı.
3. Sentyabrın 14-də saat
10-11 radələrində bolşevik Mikoyan Sentrokaspi
Diktaturası və İcraiyyə Komitəsindən mənim
ünvanıma A.Velunun və katib A.Ter-Karapetyanın imzası
ilə bütün həbsdə olan bolşeviklərin “Sevan”
gəmisinə yerləşdirilməsi barədə sərəncam
gətirdi. Gəminin komandiri haraya getmək barədə
sərəncamı sonra biləcəkdi. Burada
həmçinin dayandığı yer göstərilmişdi.
5. Yoldaş
Mikoyanın imzasına əsasən həbsxananın siyasi
korpusunda bütün saxlanılanların buraxılması barədə
icazəni imzalayaraq mən ona Bakı komissarlarının gəmiyə
mindirilməsi zamanı müşayiət və qorunma
üçün 12 nəfərdən ibarət 1-ci bölməni
özü ilə götürməyi təklif etdim.
Petrovskdə, komissarları
müşayiət edən bölmə rəisinin mənə
etdiyi məruzədən müəyyənləşdirdim ki,
a) onlar
göstərilən yerə gəldikləri vaxt “Sevan” paraxodu
orada olmamışdır;
b) bunun
yaxınlığında olan yerdə onlar “Türkmən” və
ya “Torkan” (dəqiq yadımda deyil) gəmisinə minərək
dənizə çıxdılar;
v) onlarla
eyni vaxtda partizan T.Əmirov öz dəstəsinin bir hissəsi
ilə həbsxanaya yaxınlaşdı (gəmidə olan Əmirovlardan
biri);
q) yol boyu
mübarizə başladı: bir tərəfdən Həştərxana
tərəf yönəlmək təklifi edən Əmirovun təhdidləri
və rüşvət təklifləri, digər tərəfdən
isə gəmi komandirinin yanacaq qıtlığı səbəbindən
Həştərxana getməmək bəyanatları —
özü də komandir iki istiqamət göstərdi — Petrovsk
və ya Krasnovodsk; nəhayət Krasnovodska getmək qərara
alındı, belə ki, Biçeraxov Petrovskda idi;
d) Krasnovodska çatan kimi
onların hamısı İcraiyyə Komitəsi tərəfindən
saxlanıldı.
Vicdan və
namus borcu qarşısında bütün dediklərimi təsdiq
edirəm.
L.Dalin
Vadim
Çaykin A.Mikoyanın tarixi satqınlığını Mərkəzikaspi
dövlətinin əsas simalarından olan Abram Veluntsla əlaqədar
araşdırmalarına və L.Dalinin yuxarıda verdiyimiz rəsmi
ifadəsinə yekun olaraq aşağıdakı nəticə
ilə təsdiq edir. Bu nəticəyə yuxarıda adı
çəkilən Abram Veluntsun şəxsi ifadəsi əsasında
gəlinib. Onun dediyi Mikoyan tərəfindən
azad edilən və onunla birgə Bakıdan gedən komissarla
bağlı faktla ümumilikdə tam üst-üstə
düşür.
Yuxarıda nümunə gətirdiyimiz
rəsmi sənədlər və A.Mikoyanın “canlı
şahidliyi” əsas verir söyləyək ki, Mərkəzikaspi
Diktaturası Bayıl həbsxanasına atdığı
komissarların və başqa bolşevik liderlərinin
Bakıdan çıxarılması üçün ona elə-belə,səbəbsiz
icazə verməmişdir. Hadisələrin sonu göstərir
ki,ingilis müstəmləkəçilərinin
əlaltısı olmuş yerli satqın diktaturanın məhbusları
çaşbaş salmaq üçün əvvəlcə səsləndirdikləri
“Sevan” gəmisində deyil,"Türkmən" gəmisində
yola salması da təsadüfi hadisə deyildir. Bu, dünya
erməni diasporunun ideoloji savaş maşınının
hazırladığı, lakin gözləmədikləri halda
ingilis bayrağı altında Qafqazda fırtınaya
düşmüş “Böyük Hayastan” “gəmisinin” batmaq
(Nuru paşanın komandanlığı altında türk
ordusunun Bakıya olan müzəffər yürüşü
ilə) ərəfəsində olduğunu erməni həssaslığı
ilə hiss edən S.Şaumyanla A.Mikoyanın Lenin
Rusiyasının, eyni zamanda, Bakı fəhləsinin
gözündə pərdə asmaq üçün əcnəbi
və yerli satqın ağaları ilə birgə tərtib
etdikləri plana uyğun idi.
Tarixdən bəllidir
ki, erməni “Qnçak” partiyasının nüfuzu Avropada
iflasa uğradıqdan sonra onun bir çox lideri Rusiya Sosial
Demokrat Fəhlə Partiyasına soxulmuşdu.
Dövrün iki gücünə
— bir tərəfdən ingilis, digər tərəfdən rus
imperializminə söykənən dünya ernəni diasporunun
siyasəti uğrunda mübarizə aparan “Bakı
komissarları”nın 26-sından 3 nəfərinin —
S.Şaumyan başda olmaqla əlavə iki erməni
komissarının Bakıda “şanlı bolşeviklər” məzarlığında
olmamaları, A.Mikoyanın Kremldə yüksək məqama
çatması, Şaumyanın və inqilaba xəyanət
etmiş başqa satqınların ailələrini
stalinçi Kremlin himayə etməsi əsla təəccüb
doğurmamalıdır.
Əlbəttə,"A.Mikoyanın
iltizamı" ilə həbsxana rəisinin 26-ları türmədən
azad etməsi və onun sərəncamına verməsi,
inqilabçı liderlərin “Sevan” adlı gəmi ilə
deyil, gözlənilmədən “Türkmən”lə, həm də
Tatevos Amiryanın başçılıq etdiyi daşnak
bandasının nəzarətı ilə düşmən
ocağına — Krasnovodska istiqamətləndirilməsi
üç “məzarsız komissarın” kimliyinə
aydınlıq gətirmiş olur. Şahidlə
“qonaqların” Mərkəzikaspi dövlətinin
Aşqabaddakı nümayəndələri tərəfindən
qarşılanmaları məsləhətləşdirilmiş
plana uyğun idi.
Məhkəmənin
birinci iclası 19-26 aprel 1921-ci ildə Krasnovodskda
olmuşdu.A.Mikoyanın Bakı komissarlarının xaincəsinə
güllələnməsində xüsusi rolunu gözəl bilən
Stalin öz seminarist yoldaşını xulas etmək
üçün məhkəmənin əsas hissəsini Lenin
aradan götürülənədək yubatmağa nail olur. Beləliklə,
məhkəmə prosesi Bakıda 1926-cı ilin 17-27 aprelində
və 1-6 martında davam etdirilir.
“26-lar”ın güllələnməsində
ittiham olunan 41 nəfərdən bəzilərinin məhkəmə
prosesi zamanı verdikləri ifadədən bir neçə məqamı
xatırlasaq, bolşevik S.Şaumyanla A.Mikoyanın ingilislərlə
və “Mərkəzikaspi Diktaturası” ilə əlaqələri
və “Bakı komissarları”nın tərkibində erməni
millətindən olmayan şəxslərin faciəli
sonluğunda xüsusi rol oynadıqları bir daha təsdiq ediləcəkdir.
1.Şahid
B.Şeboldayevin ifadəsindən: "Şaumyan yoldaş başda
olmaqla Bakı Xalq Komissarları Soveti Biçeraxovun dəstəsinin
ingilislərin ön dəstəsi olduğunu çox gözəl
bilirdi.Lakin cəbhədəki uğursuzluqların təsiri
altında (şahid Bakının müdafəsində
dayanmış Mərkəzikaspi dövlətinin ermənilərdən
ibarət olan silahlı bandasını Nuru paşanın
komandanlığı altında türk ordusunun
darmadağın etməsini xatırladır) və ictimai rəyi
nəzə almaq zərurəti üzündən bu
addımı atmağa məcbur oldu".
2.
Şahid Suren Ağamirovun ifadəsindən: “O zaman 20 batalyon əsgərimiz”
vardı, onlar 3 briqadada birləşmişdilər, əksəriyyəti
cəbhəçi erməni əsgərləri idi. Onların cüzi hissəsi partiya əlamətinə
görə öz dəstələrini yaradan bakılı erməni
fəhlələri (qnçakistlər, daşnaklar) idi, sonra
bu drujinalar nizami qoşun hissələri ilə birləşdi.
Birinci briqadanın komandanı Hamazasp idi, ikinci briqadaya Arutyunov
və üçüncü briqadaya, səhv etmirəmsə,
keçmiş zabit Beknazarov komandanlıq edirdi..."
3.
Şahid Pleşakovun ifadəsindən: “Yadımdadır, qoşunlar
Şamaxının həndəvərində Ağsu kəndinə
yaxınlaşanda 2-ci briqadanın məmurları məni
müstəqim rabitə aparatının yanına
çağırdılar. Onlar komandir
Hamazaspı və komissarı bərk axtarırdılar. Əlimizin altında olan kuryerlərin,
çaparların hamısını göndərdik və
komandir Hamazaspı tapa bilmədik. Yalnız
gecə saat 5-də A.Mikoyan ilə Hamazaspı qatarın dal
vaqonunda 3 şəfqət bacısının yanında
tapdıq”.
4.
Şahid Artakın ifadəsindən: “Sovet hakimiyyətini devirən
ingilislər və Sentrokaspi diktaturası Bakıda eserlərin
”Znamya truda" və menşeviklərin “İskra” qəzetində
xəbər vermişdilər ki, guya, Bakıya Şaumyan
üçün məktub gətirən alman casusları həbs
edilmişdir.
5.
Şahid Anastas Mikoyanın müstəntiqə verdiyi ifadəsindən:
“Axırıncı
gün, sentyabrın 14-də (14—16 sentyabrda Nuru paşanın və
Mürsəl paşanın türk hərbi birləşməsi
Bakıya daxil olur — V.Çaykin) ”Sentrokaspi"
artıq gəmiyə yüklənmişdi və onun
binasında məsul şəxslərdən kimsə
qalmamışdı, mən tək idim, rota komandirim Veluntsu
gözləyirdim. O, cəbhədən qayıtmalı idi. Onu
danladım, dedim ki, ya mənimlə getməlidir, ya da vəhşiliklər
törətdiyini sübut edən materialları türklərə
çatdıracam. Bu sözlərin təsirindən
Velunts mənimlə İstintaq Komissariatlığına getdi.
Orada Dalindən və əsgərlərdən
başqa kimsə yox idi. Nəticədə
onlar mənə icazə verdilər ki, məhbusları
(söhbət Bayıl türməsində saxlanan Bakı komissarlarından
və başqa bolşevik liderlərindən gedir. Sənəddən məlum olur ki, Mərkəzikaspi
diktaturası inqilabçı Bakı fəhləsinin 65 nəfər
liderini həbs etmişdir.) azadlığa
buraxmadan keşikçilərin müşayiəti ilə
Bakıdan çıxarıb aparım".
Yuxarıda
dediklərimizi təsdiq edən A.Mikoyanın ifadəsindən
də açıq görsənir ki, “26 Bakı
komissarları”nın və onların başqa bolşevik
yoldaşlarının “Sevan” gəmisilə Həştərxana
deyil, “Türkmən” gəmisilə Aşqabada
aparılmaları təsadüfi deyildi. Bakını ingilislərdən
və erməni qəddarlardan xilas etməyə gəlmiş
türk ordusunun qorxusundan tələm-tələsik Bakı
ofisini Aşqabaddakı mərkəzinə köçürən
Mərkəzikaspi diktaturası, belə demək mümkünsə,
ona məxsus olan məhbusları da Bayıl türməsindən
oraya köçürməli olmuşdu.
Sənədlərdən gətirdiyimiz
bir neçə nümunə canlı şahidə çevrilərək
sübut edir ki, günümüzədək SSRİ
xalqlarına “Kremlin rəşadətli bolşeviki” kimi
tanıdılan Anastas Mikoyan bolşevizmin qəti düşmənləri
olmuş “Qnçak” və “Daşnak” partiyaları ilə, əsas
tərkibini ermənilər təşkil edən eser və
menşeviklərlə fəal əlaqə saxlayan, “Mərkəzikaspi
Diktaturasının” erməni millətindən olan başqa
öncül adamları ilə eyni sırada “məsul
işçisi” və mauzeristi olmuşdu.
İdealı “Böyük Hayastan” uğrunda mübarizə
olan S.Şaumyanın yuxarıda adı gedən siyasi təşkilatlarda
birləşən ermənilərlə, xüsusən Lenin
hökumətinin amansız düşməni olmuş ingilislərlə
birlikdə hərbi ittifaqda olmuş Biçeraxovla sazişə
gəlməsi, onun Bakı fəhləsinin başqa liderləri
ilə birlikdə həbs edilməsi, onlarla birlikdə
Aşqabada aparılması, heç şübhəsiz,
Zaqafqaziyada bolşevizmin etibarlı dayaqları olan qeyri-erməni
liderlərə qarşı törədiləcək faciəli
hadisələrin önünə tutulan xüsusi planla
hazırlanmış məkrli pərdədir. Gətirdiyimiz
təkzibedilməz bütün faktlar Bakıda “26-lar”dan
üç məzarsız komissarın hansı xalqa mənsub
olduğuna işıq salmış olur.
Əjdər TAĞIOĞLU,
professor
Xalq qəzeti.- 2009.- 19 aprel.- S. 4.