Muzeyin səyyar tədbiri maraqla qarşılanmışdır
Azərbaycan Milli Aviasiya
Akademiyasının Mülki Aviasiya Tarixi Muzeyi apreldə ilk dəfə
olaraq səyyar tədbir keçirmişdir. Muzeyin video-diskə
köçürülmüş eksponatları Bakı şəhərindəki
132 nömrəli məktəbin kollektivi qarşısında
nümayiş etdirilmişdir.
Muzeyin əməkdaşı
Elnaz Osmanova videoslaydın müşayiəti ilə “Azərbaycanın
ilk aviatorları” mövzusunda mühazirə oxumuş, milli aviasiyamıza
dair sualları cavablandırmışdır.
Sonda dahi bəstəkar
Üzeyir Hacıbəylinin “Aviatorlar marşı” səsləndirilmişdir.
Mülki Aviasiya Tarixi Muzeyinin ilk səyyar tədbiri müəllim
və şagirdlər tərəfindən maraqla
qarşılanmışdır.
AzərTAc
Xalq qəzeti.- 2009.- 21 aprel.- S. 6.