Yeni Dövlət
Proqramı səhiyyənin
uğurlu inkişafının
qarantıdır
2009-2013-cü illərdə
regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar
yeni Dövlət Proqramının qəbulu ölkə əhalinin
həyat səviyyəsinin
yaxşılaşdırılması yolunda daha bir uğurlu
addımı oldu. Yeni Dövlət Proqramının qəbulu
zəruri idi. Çünki 2004-2008-ci illər
üçün qəbul edilən regionların sosial- iqtisadi
inkişafı Dövlət Proqramında, 2006-2007-ci illərdə
Bakı şəhərinin qəsəbələrinin
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
təkan verən Tədbirlər Planında və
regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul
edilən digər sənədlərdə nəzərdə
tutulan işlər ötən illər ərzində uğurla
həyata keçirilmişdi.
Ölkənin
sosial-iqtisadi inkişafı üçün yeni mərhələnin
başlanğıcı qoyulmuş və əhalinin həyat səviyyəsinin
davamlı olaraq yüksəlməsinə nail olmaq məqsədilə
Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyev
2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının
2009- 2013-cü illərdə sosial- iqtisadi inkişafı
Dövlət Proqram”ına dair fərman imzalamışdır.
Ötən illərdə
qəbul edilən, ölkənin inkişafına müsbət
təsir göstərən proqram və sənədlərin
uğurlu icrası nəticəsində ölkədə
bütün sahələrdə köklü dəyişikliklər
baş vermişdir. Yeni iş yerləri və müəssisələr
yaradılmış, regionlarda kommunal xidmət və sosial
infrastruktur təminatının həcmi və keyfiyyəti
yüksəldilmiş, sahibkarlıq mühiti daha da
yaxşılaşdırılmış, iqtisadiyyata investisiya
qoyuluşları artmış, əhalinin məşğulluq
səviyyəsi yüksəlmiş və yoxsulluq səviyyəsi
azalmışdır.
Bütün sahələrdə
olduğu kimi səhiyyədə də uğurlar əldə
edilmişdir. Yeni Dövlət Proqramında deyildiyi kimi, “Azərbaycan
Respublikasında əhalinin sağlamlığının
qorunması, tibbi xidmətin keyfiyyətinin daha da
yaxşılaşdırılması həyata keçirilən
sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən
olaraq daim dövlətin diqqət mərkəzindədir. Son
illər iqtisadiyyatın yüksək inkişafı səhiyyə
sahəsinə də öz təsirini göstərmiş və
bu sahədə aparılan islahatlar nəticəsində əhalinin
sağlamlığının qorunması istiqamətində
bir sıra mühüm işlər görülmüş, o
cümlədən tibb müəssisələrinin maddi-texniki
bazası əsaslı dərəcədə
yaxşılaşdırılmışdır”.
Ötən illər ərzində
regionlarda səhiyyə sahəsindəki irəliləyişləri,
uğurları görməmək mümkün deyil. Müasir
avadanlıqlar, son model aparatlarla təmin edilən səhiyyə
ocaqları əhalinin ixtiyarına verilib. İndi hər
hansı müayinə və müalicə üçün
uzun yol qət edib paytaxta gəlməyə ehtiyac yoxdur. Regionlarda
təmir edilmiş, yeni tikilib istifadəyə verilmiş xəstəxana
və poliklinikalar, müalicə- diaqnostika mərkəzlərində
bütün növ xəstəliklərin müayinə və
müalicəsi üçün hər cür şərait
yaradılmışdır.
Lənkəran, Qazax,
Zaqatala, Bərdə, Qəbələ rayonlarında, Gəncə,
Naxçıvan, Şirvan şəhərlərində yeni
müasir müalicə-diaqnostika mərkəzləri fəaliyyətə
başlamışdır. Bir çox yerlərdə yeni
sağlamlıq ocaqları istifadəyə verilmişdir.
Sumqayıtda “Real-Med” diaqnostika sağlamlıq mərkəzi,
Xaçmazda “N-KAYM Klinik” özəl klinikası, Sabirabadda
“Muğan” klinikası, Naxçıvan Muxtar
Respublikasının Culfa rayonunda mərkəzi xəstəxana,
Babək rayonunda “Duzdağ” Fizioterapiya Mərkəzi və bir
çox başqaları yeni tikilmiş və lazımi
avadanlıq, tibbi ləvazimatlarla təchiz edilərək əhalinin
istifadəsinə verilmişdir.
Bakıda xeyli sayda
poliklinika və xəstəxanalar təmir olunmuşdur. Xocasən,
Əhmədli və Bülbülə qəsəbələrində
yeni poliklinikalar inşa edilmişdir. Buzovnada Vərəm Əleyhinə
Dispanser üçün 125 çarpayılıq yeni korpus
tikilmişdir.
Ötən il Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan
Respublikasında səhiyyənin maliyyələşdirilməsi
sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi
konsepsiyası” qəbul edilmişdir. 2008-ci il fevralın 1-dən
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində
olan bütün müalicə-profilaktika müəssisələrində
pullu xidmət ləğv edilmişdir ki, bu da aztəminatlı
ailələrin durumuna müsbət təsir göstərmişdir.
Qəbul edilən bu qərar əhalinin
sağlamlığının qorunması sahəsində
çox mühüm addım kimi dəyərləndirilməlidir.
Xəstəxanalar daim istifadə edilən dərmanlarla təchiz
olunub. Respublikada yerləşən bütün xəstəxanalarda
mərkəzləşdirilmiş mətbəx fəaliyyət
göstərir.
Əldə edilən
nailiyyətlər, qazanılan uğurlar bunlarla
yekunlaşmır. Artıq xeyli müddətdir ki, Dünya
Bankının böyük layihəsi başlayıb. Onun vəsaiti
hesabına respublikada bütün həkim məntəqələri,
feldşer-mama məntəqələri, poliklinikalar inkişaf
edir. Bu təcrübə 5 pilot rayonda sınaqdan keçirilib
və nəticə yaxşı olduğundan digər rayonlara
da tətbiq edilir.
Yeni Dövlət Proqramında
deyilir ki, “ 2009- 2013-cü illərdə səhiyyə sahəsində
həyata keçiriləcək tədbirlər əhalinin
sağlamlığının qorunmasına, tibbi xidmətlərin
keyfiyyətinin daha da yüksəldilməsinə, Azərbaycan
Respublikasında müasir standartlara cavab verən səhiyyənin
qurulmasına təminat verməlidir. Səhiyyə sahəsində
dövlət siyasətinin başlıca məqsədi əhalinin
sağlamlığının
yaxşılaşdırılmasından, orta ömür
müddətinin uzadılmasından, əhalinin bütün təbəqələrinin
keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən
ibarətdir”.
Proqramda qarşıya
qoyulan məqsədlərə nail olmaq üçün səhiyyə
sahəsində dövlət siyasətinin əsas istiqamətləri
də müəyyənləşdirilmişdir. Bu istiqamətlərin
hər bir bəndi əhalinin sağlamlığının
mümkün qədər daha səviyyəli qorunmasına
yönəlmişdir. Belə ki, yeni Dövlət Proqramına
görə dövlətin maliyyə imkanları çərçivəsində
pulsuz səhiyyə xidmətləri genişləndirilməli
və keyfiyyəti artırılmalı, əhalinin sosial cəhətdən
aztəminatlı təbəqələrinə tibbi
yardımın göstərilməsi ilə bağlı tədbirlər
sistemi hazırlanmalı və həyata keçirilməlidir. Anaların
və yeni doğulan uşaqların
sağlamlığının qorunması da bu yeni Dövlət
Proqramında diqqətdən kənarda qalmayıb. Analar və
uşaqlar arasında qidalanmanın və mikro-nutrientlərlə
təminatın yaxşılaşdırılması bu
mühüm sənəddə dövlət siyasətinin əsas
istiqamətlərindən biri kimi göstərilir.
Yoluxucu xəstəliklərin
qarşısının alınması məqsədilə
görülən işlərə respublikada gündən-
günə diqqət artırılır və təqdir
olunmalıdır ki, proqramda tibbi profilaktika tədbirlərinin əhatəliliyinin
və keyfiyyətinin yüksəldilməsi də nəzərdə
tutulur. Ölkə inkişaf etdikcə səhiyyəmizin
dünya səhiyyəsinə inteqrasiyası
yönümündə də çox işlər
görülür. Səhiyyə sektorunun tələblərinə
uyğun olaraq tibbi kadr hazırlığının
planlaşdırılması, bütün dünya təcrübəsində
mövcud olan ailə həkimlərinin hazırlanması məsələsi
də ön plana çəkilir.
Proqramda göstərilir
ki, səhiyyə müəssisələrinin dərman və
avadanlıq təminatının
yaxşılaşdırılması məqsədilə tibb sənayesi
müəssisələrinin yaradılmasının və fəaliyyətinin
tənzimlənməsi dövlət tərəfindən dəstəklənəcək
və bu işə hər cür köməklik göstəriləcəkdir.
Bir çox rayonlarda yeni səhiyyə müəssisələri
inşa ediləcək, ehtiyacı olanlar təmir edilərək,
zəruri avadanlıqlarla təmin olunacaq ki, bu da əhalinin
yerlərdə keyfiyyətli müayinə və müalicəsinə
şərait yaradacaq.
2009- 2013-cü illər
üçün nəzərdə tutulan yeni Dövlət
Proqramında regionlarla əlaqə daha sıx olacaq. Çünki
proqramda göstərildiyi kimi yeni xidmət növü
yaradılacaq. Burada bütün ölkə üzrə səhiyyə
sahəsində coğrafi məlumat sistemi tətbiq ediləcək.
Göründüyü
kimi, yeni qəbul edilən proqramda ölkə səhiyyəsinin
uğurlu inkişafı, əhalinin
sağlamlığının daha da səviyyəli, keyfiyyətlə
qorunması üçün həlli vacib məsələlər
qoyulmuşdur. 2009- 2013-cü illərdə regionların
sosial-iqtisadi inkişafına dair qəbul edilən yeni Dövlət
Proqramında nəzərdə tutulan bütün tədbirlərin
həyata keçirilməsinin bir ümdə məqsədi
var: əhalinin rifah halı yüksəlsin və “2008-2015-ci
illərdə Azərbaycan Respublikasında yoxsulluğun
azaldılması və davamlı inkişaf Dövlət
Proqramı” çərçivəsində nəzərdə
tutulan məqsədlərə nail olunsun.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2009.- 23 aprel.- S. 6.