Azərbaycan teatrı beynəlxalq təşkilatda

 

Bir əsirlik yubileyinə hazırlaşan Azərbaycan Dövlət Musiqili Komediya Teatrı bu günlərdə xoş bir müjdəni öz həmkarları, respublika teatr içtimayyəti və sevimli tamaşacıları ilə bölüşdürmüşdür.

Rusiyanın Akademik Bolşoy Teatrının, Qalina Vişnevskayanın Opera İfaçılığı Mərkəzinin, Moskvanın Y. Kolobova adına Yeni Opera Teatrının, Sankt-Peterburq “Muzik-Xoll” teatrının, K.S. Stanislavski və V. Nemiroviz – Dançenko adına Moskva Akademik Musiqili Teatrının, Sankt Peterburqun Musiqili Komediya Teatrının, ümumiyyətlə, Rusiyanın, Ukraynanın, Belarusiyanın, Qazaxıstanın dünya şöhrətli teatr kollektivlərinin daxil olduğu beynəlxalq təşkilatda bundan sonra Azərbaycan teatrının da adı çəkiləcəkdir.

Aprelin 18-də Moskvada keçirilən Assosasiyanın ümumi yığıncağında teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi Əliqismət Lalayevin killektivin yaradıcılıq yolu haqqında məruzəsindən sonra, yığınçaq iştirakçıları teatrın tamaşalarından, gündəlik iş fəaliyyətindən hazırlanan video görüntülərə baxmış, bu video materiallar əsasında teartın ümumi iş ahəngi ilə tanış olmuşlar. Açıq səsvermə keçirilmiş, teatr yekdilliklə Asosiasiyanın üzvləri sırasına daxil edilmişdir. Bu, Qafqazda və bütün Şərqdə ilk və hələlik yeganə teatrdır ki, bundan sonra öz fəaliyyətini musiqili teatrların bu nüfuzlu qurumunda davam etdirəcək, dövlətlərarası mədəni əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir.

 

 

Ağca Muxtarova

 

Xalq qəzeti.- 2009.- 23 aprel.- S. 12.