Heydər Əliyev
məktəb-muzeyi səmərəli fəaliyyət
göstərir
Ümummilli lider Heydər
Əliyev irsinin öyrənilməsi uzun illər, dərin
araşdırmalar, çoxillik elmi tədqiqatlar tələb
edir. Bu irsi öyrəndikcə dövlət idarəçiliyində,
siyasi fəaliyyətdə və digər sahələrdə təcrübə
toplayır, bilik qazanır, müasir tələblərə
cavab verən kamil mütəxəssis kimi yetişirsən. Hazırda
ali məktəblərdə, idarə və müəssisələrdə
Heydər Əliyev Siyasi Universiteti müvəffəqiyyətlə
fəaliyyət göstərir. Ziyalılar, alimlər, mühəndislər,
müəllimlər və digər peşə sahibləri bu
universitetdən bəhrələnərək dövlətçiliyimizin,
müstəqilliyimizin qorunmasında, ölkəmizin
inkişafında daha da fəal olurlar. Bu irsi qoruyub gələcək
nəsillərə ötürmək hər birimizin ən
ülvi vəzifəsidir.
Yasamal rayonundakı Heydər
Əliyev məktəb-muzeyi bu gün hər bir
ziyalının, tələbənin, şagirdin ən çox
müraciət etdiyi zəngin bilik xəzinəsidir. Ötən
ilin dekabrından qapılarını xalqın üzünə
açan məktəb-muzey altı mərtəbədən
ibarətdir. Bu bilik xəzinəsinin birinci mərtəbəsi
sərgi salonu, ikinci mərtəbəsi iclas salonu,
üçüncü mərtəbəsi kompyuter sinfi və
kitabxana, dördüncü və beşinci mərtəbələri
ulu öndərin həyat və fəaliyyətindən bəhs
edən fotostendlər, eksponatlar və digər əyani vəsaitlərdən
ibarətdir. Altıncı mərtəbə isə inzibati
işlər üçün nəzərdə tutulub.
Onu da qeyd edək ki, məktəb-muzey
fəaliyyətə başlayan gündən demək olar ki, hər
gün insanların ən çox gediş-gəliş yerinə,
böyük maraq dairəsinə çevrilib. Məktəb-muzeyin
xatirə kitabının ilk səhifəsi möhtərəm
Prezidentimiz İlham Əliyevin ürək sözləri ilə
başlayır.
Azərbaycan Prezidenti
yazır: “Heydər Əliyev muzeyində ulu öndərin həyat
və fəaliyyətini əks etdirən fotoşəkillər
böyük maraq doğurur. Bütün dövrlərdə
Heydər Əliyev doğma xalqına sədaqətlə xidmət
edirdi. 70-80-ci illərdə və müstəqillik
dövründə onun müstəsna xidmətləri Azərbaycanın
hərtərəfli inkişafını təmin edirdi. Bu
gün Heydər Əliyev siyasəti yaşayır, yeni
formalarla zənginləşir. Azərbaycan Heydər Əliyev
yolu ilə uğurla irəliləyir”.
Məktəb-muzeyin zəngin
kitabxanası, kompyuter mərkəzi, maraqlı eksponatları
ölkəmizə gələn qonaqların da diqqətini cəlb
edir. Xatirə kitabında BMT rəsmisinin yazdığı
ürək sözlərini oxuyanda da bunun şahidi oluruq. Bundan
başqa, akademik Budaq Budaqov, Avropa Elmlər Akademiyasının
həqiqi üzvü, akademik Kərim Kərimov, Yasamal rayon məhkəməsinin
sədri, Məhkəmə-Hüquq Şurasının
üzvü Ələddin Cəfərov və digərlərinin
yazdıqları ürək sözləri diqqəti cəlb
edir. Professor Nizaməddin Şəmsizadə öz ürək
sözlərini belə ifadə edib: “Heydər Əliyev irsi
bizim milli sərvətimizdir. Onu qoruyub saxlamaq, nəsildən-nəsilə
ötürmək bizim tarixi vəzifəmizdir. Bu baxımdan
Heydər Əliyev məktəb-muzeyinin gördüyü
işlər misilsizdir. Muzey azərbaycançılıq
ideyasının fəlsəfi prinsipləri ilə işləyir,
bu məfkurəni əzmlə təbliğ edir.
Azərbaycan gənclərinin
milli ruhda tərbiyəsində bu muzeyin xidmətləri əvəzsizdir”.
Məktəb-muzeydə
tədbir keçirmək artıq ənənə
halını alıb. İndi bilik xəzinəsində hər
gün ulu öndərin həyat və fəaliyyətinə həsr
olunmuş açıq dərs keçirilir. Növbəti
açıq dərslərdən birində biz də
iştirak etdik. Yasamal rayonundakı 158 nömrəli məktəbin
tarix müəllimi, əməkdar müəllim Babək
Xubyarovun X sinif şagirdlərinə keçdiyi açıq
dərsin mövzusu belə adlanırdı: “Heydər Əliyev
milli dövlətçiliyimizin qurucusu-memarıdır”.
Əvvəlcə
başda məktəbin direktoru Zemfira Səmədova olmaqla
şagirdlər məktəb-muzeydə ulu öndərin
büstü önünə əklil qoydular. Z.Səmədova
şagirdlərə müdrik şəxsiyyət Heydər Əliyevin
həyat və fəaliyyəti barədə qısa məlumat
verdi. Ümummilli liderin anadan olmasının 86-cı
ildönümünə həsr olunmuş tədbir şagirdlərin
ifasında dövlət himninin oxunması ilə
başlandı. Açıq dərsdə “Siyasətçilər”,
“İqtisadçılar”, “Memarlar” və “Maarifçilər”
qrupuna bölünən şagirdlər böyük tarixi
şəxsiyyət Heydər Əliyevin bu sahələr
üzrə fəaliyyətindən həvəslə
danışdılar, yetişən gənc nəslin hərtərəfli
biliyə malik olmalarında, bugünkü əmin-
amanlığa, davamlı ictimai sabitliyə, firavan həyata
görə ulu öndərə borclu olduqlarını dedilər.
Şagirdlər Heydər Əliyev siyasi kursunun ən layiqli
davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevə,
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevaya təhsilin inkişafına,
uşaqlara göstərilən diqqət və qayğıya
görə minnətdarlıqlarını bildirdilər.
Bakı şəhəri
üzrə təhsil idarəsi rəisinin müavinləri Məhəbbət
Qarabağlı və Məmməd Bayramov tədbirin yüksək
səviyyədə keçdiyini və açıq dərsin
müasir tələblərə cavab verdiyini qeyd etdilər, əməkdar
müəllim Babək Xubyarova minnətdarlıqlarını
bildirdilər.
Yasamal Rayon İcra
Hakimiyyəti başçısının müavini Şahin
Məmmədov ulu öndərin anadan olmasının 86-cı
ildönümünə həsr olunmuş açıq dərsin
çox yaxşı təşkilinə görə başda məktəbin
direktoru Zemfira Səmədova olmaqla müəllim və
şagird kollektivinə minnətdarlığını
bildirdi. Qeyd olundu ki, belə dərslər hər gün
keçiriləcək.
Tədbirin sonunda
xalqımızın böyük oğlu Heydər Əliyevin həyat
və fəaliyyətindən bəhs edən film
nümayiş etdirildi.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2009.- 24 aprel.- S. 3.