Üzeyir Hacıbəyov da erməni vəhşiliyinin qurbanı ola bilərdi

 

Üzeyir Hacıbəyov 1905-ci ildə Hadrut kəndində müəllim işlədiyi zaman yaşadığı ev beş dəfə erməni hücumuna məruz qalmışdı. Xeyirxah insanların köməyi ilə gecə yarısı qaçıb ölümdən xilas olan Üzeyir bəy siyasi publisistikasında qatı millətçi erməni daşnaklarının Azərbaycana ərazi iddiaları ilə əlaqədar törətdikləri faciəli aksiyaları, vəhşiliyi ardıcıl olaraq ifşa edir, lənətləyirdi.

“Daşnaksütyun” partiyasının və Qriqoryan kilsəsinin böyük dövlətçilik ideologiyasının təsiri ilə erməni ideoloqları XIX əsrin ikinci yarısında “dənizdən-dənizə” daşnak imperiyasının yaradılması planını bütün ermənilərin ümumi-milli məqsədi elan edərək köçürmə və soyqırımı strategiyasını hazırlayıb həyata keçirməyə basladılar.

Erməni milyonçuları Balabek Lalayev, Artyom Bahayans, Isay Ter Osipov, Ter-Qukasov,Melikyans daşnakları ərzaq, pul və silahla təchiz edir, amansız qətllərə təhrik edirdilər. Belə təhlükəli şəraitdə Üzeyir bəy ağsaqqalların təkidi ilə Hadrut kəndini tərk etdi və Bakıya yollandı.

Üzeyir Hacıbəyov ikinci dəfə I9I8-ci ilin mart ayında qətlə yetiriləcək ziyalıların siyahısına daxil edildi və 8 dəfə erməni daşnaklarının terror aksiyasına məruz qaldı. Gecə yarısı onun mənzili dəfələrlə bir neçə nöqtədən atəşə tutuldu, ev sahibi iş otağında yaradıcılıqla məşğul olduğu üçün yataq otağına atılan mindən çox güllə ona xətər yetirmədi.

Üzeyir Hacıbəyova qarsı erməni terrorunun davam etdiriləcəyini bilən Nəriman Nərimanov onun müvəqqəti İrana köçməsini tövsiyə etdi. Üzeyir bəy böyük hörmət bəslədiyi Nəriman Nərimanovun xeyirxah təklifini yerə sala bilməyib qastrol adı ilə həmkarlarını götürüb Irana səfər etdi, Azərbaycanın professional musiqi mədəniyyətinin nailiyyətlərini təblig etdi, yerli musiqişünaslarda yeni janrlarda əsərlər yazmaq həvəsi yaratdı və 8 aydan sonra vətənə qayıtdı.

1918-ci ildə Naxçıvanda, Zəngəzurda, Qarabağda, Salyanda, Lənkəranda, Göyçayda, Şamaxıda, Qubada başlanan erməni-daşnak soyqırımı bolseviklərin və onların dəstəyi ilə silahlı erməni dəstələrinin toplaşdığı Bakı şəhərində daha təhlükəli xarakter almışdı. Burada silahı erməni dəstələrinin törətdikləri kütləvi soyqırımının həyata keçirilməsi üçün ilk addım kimi Petroqrad Xalq Komissarları Soveti I9I7-ci ilin dekabr ayının I7-də fəhlə və kəndlilərin ittifaqını yaratmaq pərdəsi altında türklərin və azərbaycanlıların tarixi düşməni, qatı millətçi Stepan Şaumyanı Qafqazın fövqəladə komissarı təyin etdi.

Dövlət səviyyəsində böyük səlahiyyətlər əldə edən Stepan Şaumyan sovetləri müdafiə pərdəsi altında Qızıl Ordu hissələrinə əvvəlcə 8 min, sonra isə 20 min silahlı ermənini daxil etdi, daşnak Z.Avetisyanı ordunun qərargah rəisi, Hamazaspı üçüncü briqadanın komandiri, polkovnik Qazarovu korpus komandiri vəzifələrinə təyin etdi, müsəlman korpusunun komandiri general Talışınskini isə həbsə saldırıb azərbaycanlıları müdafiə edən dəstəni dağıtdı.

S.Şaumyanın təkidi ilə inqilab ərəfəsində Qafqazdan çıxarılan rus ordusunun bütün silahları və təchizat sistemi erməni hərbi birləşmələrinə verildi. Onun tapşırığı ilə Azərbaycanın bütün bolgələrinə göndərilən silahlanmış erməni hərbi hissələri kəndləri yandırdı, dinc əhalini son nəfərinə qədər qətlə yetirdilər. 1918-ci ilin mart ayının 30-da Bakıda qırğınlara rəhbərlik etmək üçün S.Şaumyan, A.Caparidze, Q.Korqanov, İ.Suxartsev, S.Saakyandan və Yolçuyandan ibarət Bakı Soveti yanında İnqilabi Müdafiə Komitəsi yaradıldı və ertəsi gün, yəni martın 31-də rus və erməni silahlı qüvvələri Bakının bütün məhəllələrində və şəhərətrafı yaşayış məntəqələrində kütləvi qırğın aksiyalarına basladılar, evləri, sosial obyektləri yandırdılar, silahsız insanları güllələdilər. Şəhərin Məhəmmədli, Çəmbərəkənd və bütün mərkəzi məhəlIələri dağıdıldı, onların sakinləri qətlə yetirildi, ictimai binalar, məktəblər, mədəniyyət ocaqları, “Kaspi” qəzetinin mətbəəsi, “Açıq söz” qəzetinin redaksiyası, “İslamiyyə” binası, “Təzə pir” məscidinin minarələri yandırıldı, dağıdıldı. Qatı millətçi, qəddar terrorist Stepan Şaumyanın əmri ilə 1918-ci ilin mart ayında ermənilərin “Qafqaz qırmızı ordusu” Bakı şəhərində 30 min azərbaycanlını qətlə yetirdi. Qətlə yetirilən 18 min azərbaycanlı şəhərin Dağüstü parkında dəfn edilmişdi.

1918-ci ilin mart ayında Bakıda törədilən soyqırımının canlı şahidi olan Üzeyir Hacıbəyov yazırdı: “Bolşeviklər daşnaklarla birləşib mart qırğınını törətdilər və Bakını xarabazara döndərdilər”. Ü.Hacıbəyovun publisistikasında “Böyük Ermənistan” imperiyası bayrağı altında ermənilərin Azərbaycana ərazi iddiaları ilə əlaqədar törətdikləri təxribatların və terror aksiyalarının faciəli nəticələrinin araşdırılması və onların genis ictimaiyyətə çatdırılması xüsusi yer tuturdu. O, “Erməni- müsəlman sülh məsələsinə dair” məqaləsində yazırdı ki, “tamam bir il ərzində minlərlə yasayış məntəqələri ermənilərin hücumları nəticəsində od tutub yandırıldı , neçə min canlar tələf oldu, neçə-neçə ailələr başsız, ata-analar oğulsuz, bacılar qardaşsız, qardaşlar bacısiz qaldılar, evlər talan oldu, oda yaxıldı, abad şəhər və köylərimiz xarabaya döndü, yurd itdi, yuva dağıldı... göz yaşı qana qatışdı, qan qurşağa çıxdı”. Üzeyir Hacıbəyov yazırdı ki, bu qanlı aksiyalar Andranikin, Lalayanın, Dzonun, Şaumyanın əli ilə icra edilirdi.

Mafiyanın təhriki ilə Peterburq teleqraf agentliyi Naxçıvan qəzasından bir şeytan dilindən aldığı xəbərə istinadən yazırdı ki, fevral ayının 23-də bir dəstə müsəlman qulduru dörd nəfər gəlin aparan ermənini öldürüb gəlini bihörmət edib qətlə yetiriblər. Üzeyir Hacıbəyov yazırdı ki, “bu xəbəri şeytan dilindən adam dilinə tərcümə edəndə belə çıxır: ay ermənilər, siz nə bişüur tayfasınız ki, müsəlmanları qırmırsınız? Neyçün qırğın salmırsınız? Neyçün rahat oturmusunuz?”

Keçən əsrin əvvəlində erməni mafiyasının böyük dövlətçilik ideologiyasının reallaşması yolunda Üzeyir Hacıbəyovu keçilməz sədd hesab edən daşnak mafiyası və erməni kilsəsi bu nüfuzlu, cəsarətli ziyalının aradan götürülməsini Azərbaycanın xüsusi xidmət orqanlarına soxulmuş saqqallı erməni zabitlərinə həvalə etmişdi. Üzeyir bəy tez-tez çıxan məqalələrində yazırdı ki, bolşeviklərin hərbi-siyasi yardımı ilə yaşayan erməni mafiyası Azərbaycanın əzəli torpaqlarını zəbt etmək, onun görkəmli ziyalılarını aradan götürmək üçün təxribatın bütün formalarından istifadə edir, ən alçaq fitfalara əl atırdılar.

Satqın, hiyləgər ermənilər məkrli məqsədlərinə nail olmaq üçün gözəl qadınlarını imkanlı azərbaycanlı kişilərə “bağışlayaraq” bu izdivacdan içimizdə xainlər, düşmənlər, təxribatçılar yaradırdılar. Üzeyir Hacıbəyov “İçimizdəki denikinlər” adlı məqaləsində erməniləri və sapı özümüzdən olan baltaları birlikdə “içimizdəki denikinlər” adlandırırdı. O yazırdı : “Xaricdəki Denikin ilə aramızda bir müharibə başlanarsa, heç şübhə edilməsin ki, daxilimizdə yemləyib bəslədiyimiz ”denikinlər" öz həsrətkeşlərinin yolunu asanlaşdırmaqdan ötrü içimizdə cürbəcür xəyanət və cinayətlərə mürtəkib olub, bizə arxadan xəncər yaraları vurmaq və zərbələr endirmək təşəbbüslərindən çəkinməyəcəklər".

Dahi söz, sənət sahibi Üzeyir Hacıbəyovun böyük uzaqgörənliklə yazdığı məqaləni oxuyub yaxın keçmişimizi və bu günümüzü xatırlayırıq ki, bu gün də içimizdə və xaricimizdə müstəqil dövlətçiliyimizə qarşı düşmən kəsilən müxtəlif millətlərdən olan “denikinlər” çoxdur. Xarici erməni diasporasının, kilsəsinin və daşnak mafiyasinin təhriki ilə Azərbaycan ərazisinin hir hissəsini işğal etmək istəyən qatı millətçilərin terror aksiyalarının, silahlı hücumlarının faciəli nəticələri haqqında Üzeyir Hacıbəyov “Bakı müsəlmanlarına və daşnaksütyun firqəsinə məlum olsun ki”, “biz hamımız qafqazlı balalarıyıq”, “Erməni-müsəlman sülh məclisinə dair”, “Şusa qovğasına dair”, “Qarabağda yer məsələsi”, “Andranik məsələsi”, “Qarabağ haqqında”, “Qarabağ hadisəsi”, “Ermənistan və Azərbaycan münasibətləri” və s. adlı xəbərdaredici məqalələr yazaraq, sovet rejiminin dəstəyinə arxalanan erməni mafiyasının və satqın daxili denikinlərımızin mənəvi və silahlı terror aksiyalarını ifşa edirdi.

1919-cu ildə Əlimərdan bəy Topçubaşovun basçıliğı ilə Versal sülh konfransında iştirak edəcək nümayəndə heyətinin tərkibi məlum olanda Üzeyir Hacıbəyov nümayəndə heyətinə ünvanlanan tövsiyələrindən ibarət iki məktub yazmışdı.

O bilirdi ki, ermənilər terrorçuluq və soyqırımı aksiyaları ilə bərabər Azərbaycan musiqisini mənimsəyən peşəkar oğrudurlar. Üzeyir bəy “El musiqisi” adlı məqaləsində keçən əsrin əvvəllərində ermənilərin bizim milli sərvətlərimizi oğurladıqlarını, mahnılarımızı öz adlarına çıxdıqlarını nəzərə çatdırmış, bu barədə müəyyən təşkilatlara rəsmi müraciət etmiş, erməniləri oğru, əyri, tamahkar, hiyləgər millət adlandırmışdı. O, musiqi əsərlərimizin ermənilər tərəfindən oğurlanmasına şərait yaradan səbəblər haqqında da yazırdı : Hal-hazıra qədər Azərbaycan xalqının bir çox nəğmələri və rəqsləri aradan çıxaraq get-gedə əhali arasında intişar tapmayıb axırda əskilir. Onların yerinə yeni-yeni şeylər gəlir. Hərgah, biz istəsək ki, bir neçə il bundan qabaq Azərbaycanda oxunan mahnılardan xəbərdar olaq, ola bilər ki, onları xatırlaya bilməyək. Buna səbəb musiqi əsərlərini toplamamağımızdır".

Üzeyir Hacıbəyov qeyd edirdi ki, “Azərbaycanda özlərindən əsər yaradan bir çox Avropa musiqişünaslarından başqa, bir neçə Şərq musiqişünasları da vardır. Bu musiqişünaslardan biri Avropada təhsil görmüs və Bakıda xormeystr olan Anton Maliyandır ki, o, bir neçə kiçik nəğməsi ilə fəxr etməklə kifayətlənməyərək, basqalarının əsərlərini də xorda oxuyaraq öz musiqisi adlandırır. Bu nəğmələrdən biri “Şah İsmayıl” operasından “Haydı qızlar” nəğməsidir ki, müsamirə vaxtı proqramda onu öz musiqisi kimi qələmə verir. “Ay yoldaşlar” nəğməsini nota alaraq öz adına çıxır. Bu nəğmə, əvvələn, bir neçə il bundan əqdəm fars dilində oxunan və fars ahəngilə gedən bir nəğmədir. Sonra nəğmə Bakıya gətirilərək 1924-cü ildən etibarən türkcə qoftələnib məktəblərdə oxunur.

El musiqi əsərlərinin təhrif olunmasında, özgələr tərəfindən mənimsənilməsində həpsinin səbəbi el nəğmələrinin toplanmaması, nota salınmaması və nəğmə məcmuələri şəklində həmişə saxlanılmamasıdır. Əgər el nəğmələri nota salınaraq toplansa və saxlansa, əlbəttə, heç kəs onu özünə çıxa bilməz, o nəğmələr itib-batmaz, tez unudulub məhv olmaz.

Ötən əsrin əvvəllərində Üzeyir bəyin böyük həyəcan və qətiyyətlə diqqətə çatdırdıgı bu problem, təəssüf ki, bu gün də qalmaqdadır. Ermənilər öz “klassik” peşələri ilə kifayətlənmir, xalq mahnılarımızı, Azərbaycan bəstəkarlarının musiqilərini oğurlamaqda, öz adlarına çıxmaqda davam edirlər.

Üzeyir Hacıbəyov böyük ürək ağrısı ilə qeyd edirdi ki, vətənimizi təhlükələrdən qorumaq üçün düşmənləririmizi tanımalı və onları qabaqlayıb məhv etməliyik. O yazırdı: “Daşnaksaqanların bizə qarşı etdikləri düşmənçilik əksərən cismani bir düşmənçilikdir. Onların fəaliyyəti, hüdudumuza soxulmaqla, əhalimizi qırmaqla və başlarına müsibətlər gətirib, yer və yurdlarından qaçmaq məcburiyyəti qarşısında qoymağa yönəlmişdir. Düşmənlərimiz və onların fəaliyyəti gözümüz önündədir. Vəzifəmiz hər düşmənin fəaliyyətinə qarşı əks fəaliyyət göstərmək və bu növlə onların fəaliyyətini batil etmək və əsərsiz buraxmaqdan ibarət olmalıdır. Bu yolda hökumətimiz ilə bərabər camaatımız dəxi kəmali ciddiyyətlə işləyib hər kəs və hər bir partiya bu mübarizə işində əlindən gələn köməyi hökumətimizdən müzayiqə etməməlidir”.
Üzeyir Hacıbəyovun 83 il bundan əvvəl söylədiyi tövsiyə bu gün də qüvvəsindədir.
Zəbt edilən torpaqların azad edilməsi, soydaşlarımızın ata-baba torpaqlarına qaytarılması üçün bütün millət birlikdə möhtərəm Prezidentimiz İlham Əliyevə yardımçı olmalıdır.

 

 

İmran CƏFƏRZADƏ,

professor

 

Xalq qəzeti.- 2009.- 24 aprel.- S. 6.