Gəncədə sahibkarlarla görüş

 

Ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni iş yerlərinin və müəssisələrin yaradılması, əhalinin sosial rifah halının yaxşılaşdırılması “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın prioritet istiqamətlərindəndir.

Dövlət Proqramına uyğun olaraq, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, iş adamlarının maarifləndirilməsinə, sahibkarların investisiya layihələrinin həyata keçirilməsi üçün maliyyə imkanlarının yaradılmasına (güzəştli kreditlərin verilməsi və ya payçılıq qaydası ilə bu layihələrin reallaşdırılmasında iştirak etməklə) yönəldilmiş tədbirlər həyata keçirilir.

Avqustun 21-də Gəncə şəhərində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycan İnvestisiya Şirkətinin təşkilatçılığı ilə “Sahibkarlığa dövlət dəstəyi” mövzusunda konfrans keçirilmişdir.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan İnvestisiya Şirkətinin onun törəmə şirkəti olanXəzərBeynəlxalq İnvestisiya Şirkətinin, Bakı Fond Birjasının nümayəndələri, həmçinin Gəncə-Qazax iqtisadi rayonunda kənd təsərrüfatı, infrastruktur, logistika, turizm s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak etmişdir. ƏvvəlcəAzərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” uğurlu icrasına həsr olunmuş film nümayiş etdirilmişdir.

Sonra konfrans öz işinə başlamışdır. Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan, Gəncənin inkişafına göstərilən diqqət qayğıdan danışmış, Gəncə-Qazax regionunun investisiya qoyuluşu üçün əlverişli imkanlara malik olduğunu vurğulamışdır.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycanda özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirildiyini, bu sahəyə ölkə rəhbərliyi tərəfindən böyük diqqət qayğı göstərildiyini vurğulamış, regionlarda sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə məlumat vermiş, eləcə Gəncə-Qazax iqtisadi rayonunda sahibkarlığın inkişafı imkanlarından bəhs etmişdir.

Konfransda Azərbaycan İnvestisiya Şirkətinin, Bakı Fond Birjasının, “Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin nümayəndələri, həmçinin regionda fəaliyyət göstərən şirkətlərin təmsilçiləri təqdimatlarla çıxış etmişlər.

Tədbir çərçivəsində regionda fəaliyyət göstərən adamları ilə görüşlər keçirilmiş, onlara biznes ideyalarının formalaşdırılması reallaşdırılması istiqamətində Azərbaycan İnvestisiya Şirkəti, eləcə onun törəmə şirkətləri ilə fəal əməkdaşlıq tövsiyə edilmişdir.

Sonra konfrans iştirakçıları Gəncə şəhərində fəaliyyət göstərən “NAA Agrotara” MMC iləXəzərBeynəlxalq İnvestisiya Şirkəti arasında 2009-cu ilin iyun ayında imzalanmış 5,5 milyon manat həcmində investisiya qoyuluşunu nəzərdə tutan müqaviləyə əsasən inşa olunmuş soyuducu anbarların fəaliyyəti ilə tanış olmuşlar.

Hazırda kompleksdə yeni müasir avadanlıqların quraşdırılması həyata keçirilir. Kompleksdə yenidənqurma işlərinin aparılması ildə 25 min ton meyvə-tərəvəzin, eləcə digər kənd təsərrüfatı məhsullarının saxlanılmasına imkan verəcəkdir.

 

 

V.Bayramov

 

Xalq qəzeti.- 2009.- 27 avqust.- S. 4.