Xarici iqtisadi əlaqələr dinamik inkişaf edir
Bu ilin ötən
aylarında Azərbaycanda fəaliyyət göstərən
hüquqi və fiziki şəxslər dünyanın 120
dövləti ilə ticarət əlaqələri
qurmuşdur. Bu dövr ərzində xarici ticarət dövriyyəsinin
həcmi 6853 milyon ABŞ dolları, o cümlədən ixrac
4591,3 milyon dollar, idxal 2262 milyon dollar təşkil etmiş,
2329,3 milyon dollarlıq müsbət saldo yaranmışdır.
Dövriyyənin 44,8 faizi, o
cümlədən ixracın 52,6 faizi, idxalın 29,7 faizi Avropa
İttifaqı ölkələrinin hesabına
formalaşmışdır. Bu ölkələrlə ticarət
dövriyyəsinin həcmi keçən ilin yanvar-aprel
aylarının göstəricisindən 16,3 faiz, ixrac 21,5 faiz,
idxal 1,4 faiz çox olmuşdur.
Demokratiya və iqtisadi
inkişaf uğrunda təşkilata (GUAM) üzv olan ölkələrlə
ticarət dövriyyəsinin həcmi 361,4 milyon dollar, o
cümlədən idxal 183,5 milyon dollar, ixrac 177,9 milyon təşkil
etmiş, ötən ilin yanvar-aprel aylarına nisbətən
dövriyyəyə 7,8 faiz, idxal 43,2 faiz artmış, ixrac
14,2 faiz azalmışdır.
İdxal-ixrac əməliyyatlarının
22 faizi İtaliya, 9,7 faizi ABŞ, 8 faizi Rusiya, 7,8 faizi Fransa,
5,5 faizi İsrail, 4,8 faizi Türkiyə, 4,3 faizi Almaniya və
37,9 faizi isə digər ölkələrlə həyata
keçirilmişdir.
Hesabat dövründə
ölkəmizə gətirilən məhsulların 34 faizini
maşın və mexanizmlər, elektrotexnika avadanlığı,
17,1 faizini ərzaq malları, 12,8 faizini quru, hava və su nəqliyyatı
vasitələri, 10,4 faizini az qiymətli metallar və onlardan
hazırlanmış məmulatlar, 6,5 faizini kimya sənayesi məhsulları
təşkil etmişdir. İdxal olunmuş maşın və
mexanizmlər, elektrotexnika avadanlığı ötən ilin
yanvar-may aylarının göstəricisindən 13 faiz, kimya sənayesi
məhsulları 1,2 faiz, optik, tibbi və digər cihaz və
aparatlar 1,7 dəfə çox olmuşdur.
Ayrı-ayrı malların
göstəricilərinə nəzər saldıqda, bu ilin
yanvar-aprel aylarında idxal olunan buğdanın həcmi
keçən ilin müvafiq dövrü ilə müqayisədə
27,3 faiz, düyü 2,9 dəfə, quş əti 14,8 faiz, kərə
yağı və digər süd yağları 30,4 faiz,
çay 19 faiz, şəkər 5,8 faiz azalmışdır.
İxrac əməliyyatlarının
32,4 faizi İtaliya, 12 faizi ABŞ, 10,3 faizi Fransa, 7,6 faizi
İsrail, 4,6 faizi Gürcüstan, 3,7 faizi İndoneziya, 3,7
faizi Kanada, 3,1 faizi Rusiya, 2,6 faizi Koreya Respublikası, 2,3 faizi
Tayvan, 2,2 faizi Yunanıstan, 2,1 faizi İspaniya və 13,4 faizi
digər ölkələrlə həyata keçirilmişdir.
Xarici ölkələrə
göndərilən malların 94.1 faizini mineral məhsullar, o
cümlədən 91.8 faizini xam neft və neft emalı məhsulları,
3.5 faizini ərzaq malları, 0.8 faizini az qiymətli metallar və
onlardan hazırlanmış məmulatlar, 0,3 faizini quru, hava və
su nəqliyyatı vasitələri, 0.3 faizini toxuculuq
materialları və məmulatları, 0.3 faizini plastik kütlə,
kauçuk, rezin və onlardan hazırlanmış məmulatlar,
0,2 faizini maşın və mexanizmlər, elektrotexnika
avadanlığı, qalan 0.5 faizini digər mallar təşkil
etmişdir. 2008-ci ilin yanvar-aprel ayları ilə müqayisədə,
hazır ərzaq məhsulları, spirtli və spirtsiz
içkilər, sirkə, tütün 6.7 faiz, optik, fotoqrafik,
tibbi və digər cihaz və aparatlar ixracı 1.6 dəfə
artmış, mineral məhsulların ixracı 3.2 faiz, toxuculuq
materialları və məmulatları 28.1 faiz, heyvan və ya
bitki mənşəli piylər və yağlar 5.0 faiz, bitki mənşəli
məhsullar 17.0 faiz, maşın və mexanizmlər,
elektrotexnika avadanlığı 38.5 faiz, az qiymətli metallar və
onlardan hazırlanmış məmulatların ixracı 64.1
faiz azalmışdır.
Azərbaycandan ixrac olunan məhsullardan
çay 8.4 faiz, meyvə və tərəvəz konservləri
26.2 faiz, xam neft 1.9 dəfə, qazoyl 3.3 faiz, maye yanacaq 21.1
faiz, ağ neft 1.8 dəfə, təbii qaz 5.4 dəfə
çoxalmış, təzə meyvə 21.5 faiz, bitki piyləri
və yağları 42.0 faiz, şəkər 4.4 faiz, meyvə
və tərəvəz şirələri 37.2 faiz, emal
olunmamış alüminium ixracı 41.0 faiz
azalmışdır.
Xarici ticarət dövriyyəsinin
4466 milyon dolları və ya 83.4 faizi, o cümlədən
ixracın 90.7 faizi, idxalın 69.2 faizi uzaq xarici dövlətlərin
payına düşmüşdür. 2008-ci ilin yanvar-aprel
ayları ilə müqayisdə bu ölkələrlə ticarət
dövriyyəsinin ümumi həcmi 4.4 faiz, idxalın həcmi
3.5 faiz, ixrac olunan malların həcmi isə 4.8 faiz
azalmışdır. Uzaq xarici dövlətlərlə ticarət
əlaqələrində 1949.4 milyon dollarlıq müsbət
xarici ticarət saldosu yaranmışdır.
2009-cu ilin altı ayı ərzində
xarici mənbələrdən əsas kapitala yönəldilmiş
investisiyanın həcmi 594.1 milyon manat təşkil edərək
əvvəlki ilin müvafiq dövründəkindən 47,9
faiz az olmuşdur.
Xarici ölkələr və
beynəlxalq təşkilatlar tərəfindən 2009-cu ilin
yarısında əsas kapitala yönəldilmiş xarici
investisiyaların 527,5 milyon manatı (88,8 faizi) Böyük
Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç və Türkiyə
investorlarına məxsusdur.
Xarici ölkələr və
beynəlxalq təşkilatlar üzrə əsas kapitala
yönəldilmiş xarici investisiyanın həcmi
aşağıdakı kimi xarakterizə olunur: Böyük
Britaniya 45,8 faiz, ABŞ 20,7 faiz, Yaponiya 8,5 faiz, Norveç 5,3
faiz, Fransa 4,3 faiz, Türkiyə 4,2 faiz, Çexiya 1,1 faiz,
Avropa Yenidənqurma və İnkişaf Bankı 1,5 faiz, Asiya
İnkişaf Bankı 1,5 faiz, Dünya Bankı 5,3 faiz və
s.
Azərbaycanın xarici
iqtisadi əlaqələrindən danışarkən, nəqliyyat
sektorunun 6 aylıq fəaliyyətinə də diqqət yetirmək
məqsədəuyğundur. Belə ki, maqistral neft kəmərləri
ilə 24,8 milyon ton neft nəql edilmişdir. Nəqletmənin
77,1 faizi ölkənin əsas nəqliyyat
infrastrukturlarından olan BTC neft ixrac kəməri ilə həyata
keçirilmiş və ötən aylar ərzində bu kəmər
vasitəsilə 18,6 milyon ton neft
ötürülmüşdür. Cari ilin birinci
yarısında BTC kəməri ilə 907,7 min ton Qazaxıstan
nefti nəql edilmişdir.
Magistarl qaz kəmərləri
ilə 8,7 milyard kubmetr və ya əvvəlki ilin eyni
dövrü ilə müqayisədə 15,4 faiz çox qaz nəql
edilmişdir. Nəql edilmiş qazın üçdə bir
hissəsi Bakı-Tbilisi-Ərzrum Cənubi Qafqaz boru kəməri
vasitəsilə həyata keçirilmiş, bu kəmərdən
istifadə etməklə 2,9 milyard kubmetr qaz
ötürülmüşdür.
Cari ilin yanvar-may aylarında
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə Azərbaycan ərazisində
17,4 milyon ton yük, 82,4 milyon nəfər sərnişin
daşınmışdır. Dəhliz üzrə yük
daşınmasında dəmir yolu nəqliyyatı 45,1 faiz,
avtomobil nəqliyyatı 37,4 faiz, dəniz nəqliyyatı 17,5
faiz paya malik olmuş, dəhlizdə bu nəqliyyat növləri
ilə daşınmış yüklər ölkənin nəqliyyat
sektorlarında daşınmış bütün yüklərin
23,8 faizini təşkil etmişdir.
Ümumiyyətlə, 2009-cu
ilin birinci yarısında nəqliyyat sektorunda yük
daşınması ötən ilin eyni dövrü ilə
müqayisədə 1,6 faiz, yük dövriyyəsi isə 2,0
faiz artmışdır. Nəqliyyat vasitələri ilə
daşınmış 91,9 milyon ton yükün 48,6 faizi
avtomobil, 33,7 faizi boru kəməri (o cümlədən 20,3
faizi H.Əliyev adına BTC neft kəməri, 2,2 faizi Cənubi
Qafqaz qaz kəməri ilə), 10,8 faizi dəmir yolu, 6,9 faizi dəniz
nəqliyyatı vasitəsilə həyata
keçirilmişdir.
2009-cu ilin yanvar-aprel
aylarında Müstəqil Dövlətlər Birliyinə
üzv olan ölkələrlə ticarət dövriyyəsinin
ümumi həcmi 888.3 milyon dollar, o cümlədən idxal
558.9 milyon, ixrac 329.4 milyon dollar olmuşdur. Keçən ilin
yanvar-aprel aylarına nisbətən həmin ölkələrlə
ticarət dövriyyəsinin həcmi 19.9 faiz, idxal 10 faiz, ixrac
32.6 faiz azalmışdır. Bu ilin ötən aylarında
iqtisadi uğurlarımız sırasında Azərbaycanın
xarici iqtisadi əlaqələrinin dinamikası da mühüm
yer tutur. Xatırladaq ki, sözügedən dövrdə beynəlxalq
maliyyə institutları ilə, o cümlədən Dünya
Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı,
Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz
Ticarət və İnkişaf Bankı, İslam İnkişaf
Bankı və digər təşkilatlarla əməkdaşlıq
davam etdirilmiş, bir çox mühüm layihələrin icrasına
başlanılmışdır.
Avropa İttifaqı ilə əlaqələr
xüsusi əhəmiyyət qazanmışdır. Azərbaycanın
Avropa Qonşuluq Siyasəti ilə bağlı fəaliyyəti
davam etdirilmişdir. Belə ki, Azərbaycan ilə Avropa
Komissiyası arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində
hazırlanan Fəaliyyət Planına dair danışıqlar
davam etdirilmişdir. İqtisadi İnkişaf Nazirliyi ticarət
və iqtisadi məsələlər üzrə işçi
qrupuna rəhbərlik etmiş, bununla bağlı müvafiq təşkilatı
işlər aparılmışdır.
Avropa İttifaqı ilə
imzalanmış “Yeni qonşuluq” siyasəti çərçivəsində
əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə
ölkə başçısının müvafiq fərmanına
uyğun olaraq Avropa İttifaqına ixrac olunan bir sıra məhsulların
ixrac mexanizmlərinin tənzimlənməsinə, onların
keyfiyyətinə nəzarətin həyata keçirilməsinə
və digər məsələlərə dair normativ sənədlər
hazırlanmışdır. Eyni zamanda, Avropa
İttifaqının texniki yardım proqramları çərçivəsində
bir sıra layihələrin həyata keçirilməsi davam
etdirilmişdir. Bununla yanaşı, BMT-nin
ixtisaslaşmış qurumları ilə də əməkdaşlıq
prioritet istiqamətlərdən biri olmuş, bir sıra layihələr
və birgə strategiyalar üzrə işlər
aparılmış, müvafiq sənədlər
imzalanmışdır. Beynəlxalq qurumlarla əməkdaşlığın
bu cür yüksək səviyyədə qurulması xarici
ticarətin inkişafına, əmtəə bazarının təkmilləşməsinə
müsbət təsir göstərir. Başqa sözlə, bu
cür bazarın mövcudluğu Azərbaycanda əmtəənin
səmərəli şəkildə reallaşmasını
sürətləndirir. Bu, respublikamızın xarici ticarət
əlaqələrinin inkişafına da müsbət təsir
göstərir.
Azərbaycanın xarici
iqtisadi əlaqələrinin inkişafı, ticarət
münasibətlərinin getdikcə genişlənməsi yerli
istehsalın güclənməsi, ölkəmizə dünya
standartlarına uyğun maşın və texnologiyaların gətirilməsi
və bunun nəticəsində yüksək keyfiyyətli məhsul
buraxılışı ilə əlaqədardır. Bununla
yanaşı, iqtisadi və dövlət idarəetmə
aparatında aparılan islahatlar ölkədə
iqtisadiyyatın bütün sahələrinin, o cümlədən,
bazar iqtisadiyatı mexanizmlərinin bərqərar olmasına
şərait yaratmış, yerli və xarici investisiyalar,
müasir texnologiyalar və idarəetmə təcrübəsi
cəlb etməklə rəqabət qabiliyyətli məhsul
istehsal edən müəssisələrin yaradılmasına,
mövcud müəssisələrin yenidən qurulmasına
yeni iş yerlərinin və nəticə etibarı ilə
xalqın maddi rifahının yüksəldilməsinə
yönəldilmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2009.- 1 avqust.- S. 1.