Ərzaq bolluğu yaradanlar
İsmayıllıda onların fəaliyyəti
həm də çoxsaylı yeni iş yerlərinin
açılmasına səbəb olur
Dəniz səviyyəsindən
min metrlərlə yüksəkliklərdə olan Tağlabiyan
kəndi İsmayıllı rayonunun adına bir neçə cəhətdən
özünəməxsus şöhrət, nüfuz
qazandırır. Əvvəla, bu kəndin çox
yaxşı balı olur. Hər yerdə bal “minbir dərdin dərmanı”
sayılırsa, burada həmin “göstərici”nin xeyli yüksək
olduğu çoxdan sübuta yetirilib. İkinci, kəndin
havası, təbiəti, yaşıllığı da elə
minbir min dərdin dərmanı kimi safdır, təmizdir. Üçüncü,
həmin saflıq, təmizlik, təbiilik arasında yaşayan
Tağlabiyan camaatının özü də nəinki
İsmayıllıda, hətta, qonşu rayonlarda da yurdsevərlik,
işgüzarlıq, duruluq rəmzi kimi ad çıxarıb.
Belə zəhmətsevər və halal adamlardan biri də kənd
sakini Məzahir Salmanovdur.
Uzun müddət
müxtəlif müəssisələrdə rəhbər vəzifələrdə
çalışıb, iki ali təhsil alıb, ancaq
iqtisadçı mütəxəssis kimi daha çox nüfuz
qazanan Məzahir müəllim kifayət qədər imkanlara
malik fermer təsərrüfatı yarada bilib. Əsasən əkinçilik, arıçılıq və
heyvandarlıq məhsulları istehsal edən bu təsərrüfat
rayonun iqtisadiyyatında özünəməxsus rol oynayır.
Yayda İsmayıllada, qışda Hacıqabulda təsərrüfatın
yanında olan Məzahir müəllim təkcə
iqtisadçı və ya fermer kimi deyil, elə həmsöhbət
kimi də çox maraqlı adamdır:
— Gördüyümüz işlər,
yaratdığımız təsərrüfat barədə
indi söhbət edərik. Ancaq əvvəlcə iki məqamı
xüsusilə qeyd etmək istəyirəm. Birinci,
ulu öndər Heydər Əliyev söyləmişdi ki, biz
ölkə iqtisadiyyatını inkişaf etdirmək
üçün əvvəlcə kiçik və orta
sahibkarlığın inkişafına nail olmalıyıq.
Ölkəyə itkinci dəfə rəhbərlik etdiyi
dövrdə bu məsələni daim diqqət mərkəzində
saxlayan ulu öndərin siyasi varisi Prezident İlham Əliyev
də orta və kiçik sahibkarlığa daim böyük
etimad göstərir. Məsələn, 2003-2008-ci illərdə
kiçik sahibkarlıq müəssisələrinin sayı 10
min vahid artıb. Bu, ildə 2 min vahid deməkdir. Bu, kiçik
göstərici deyil.
Nazirlər Kabinetinin
iclaslasında cənab İlham Əliyev dedi ki, Azərbaycan
hökuməti özəl sektora daim dəstək verməyə
çalışır və bunu yalnız sözdə deyil, əməli
işimizlə də göstəririk. Yeri gəlmişkən,
bizim bu il Sahibkarlığa Kömək Milli Fondundan 10 min manat
vəsait almağımız da dövlətin həmin dəstəyinin
nümunəsidir.
Qeyd etmək istədiyim ikinci məqam
rayon rəhbərliyinin bizim problemlərimizin həllinə
köməkçi olması, fəaliyyətimizin yüuksək
səviyyədə dəstəklənməsidir. Elə bir məsələ
olmur ki, onun həllində rayon icra hakimiyyəti
başçısının aqrar məsələlər
üzrə müavini Həsən Həsənovun dəstəyini
görməyək. Həsən müəllim təkcə
kənd təsərrüfatıyla bağlı məsələləri
dərindən bilinir, eləcə də dövlətin
qarşıya qoyduğu vəzifələrin icra mexanizmini incəliklərinə
qədər bilən mütəxəssis kimi böyük
nüfuza malikdir. Ona görə də
İsmayıllıda fermer və sahibkarların problemi olmur. O ki
qaldı bizim müfəssisənin fəaliyyətinə, deyə
bilərəm ki, göstəricilərimiz pis deyil.
Bu il 60
hektar sahədə taxıl əkmişdik. Hektardan
məhsuldarlıq 30 sentnerdənt çox oldu. Şum, əkin, biçin işlərini yerinə
yetirən mexanizatorlarımız — onlar 8 nəfərdirlər —
300 manat əməkhaqqı alırlar. Ona
görə də heç bir işimiz “axsamır”.
Bizim rayonda
heyvandarlığın inkişafı üçün
böyük imkanlar var. Ona görə də təsərrüfatımızda
500 baş ana qoyun, 40 baş iribuynuzlu mal-qara saxlayırıq. Qışlağımız
Hacıqabul rayonundadır. Orada 260 hektar sahəmiz
var. İsmayıllıdakı yaylaq sahəmiz isə 123
hektardır. Heyvandarlıq sahəmizdə
10 ailə işləyir. Nəticələrimiz
rayon rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.
İstehsal etdiyimiz məhsulları müxtəlif
bazarlarda satırıq. Yeri gəlmişkən,
sizin qəzet vasitəsiylə bir məsələni də qeyd
etmək istəyirəm. Belə ki,
heyvandarlarımız ilin yarısını qışlaqda — yəni
Hacıqabuldakı sahələrimizdə keçirirlər.
O tərəflərdə süd emalı müəssisəsi
tikilərsə, biz öz məhsullarımızı həmin
zavoda təhvil verməklə həm qazancımızı
çoxalda bilərik, həm də itkinin qarşısı
azalar. Üstəlik, istehlakçılara daha
keyfiyyətli ağartı məhsulları
çatdırmış olarıq.
Məzahir
müəllimin təsərrüfatında 50 arı ailəsi
var. Bu işlə 2 nəfər məşğuldur. Əvvəllər hər il xeyli miqdarda bal satıblar:
— Açığını
deyim, indi daha balı satmırıq. Bu balın azalması ilə və ya bizim həmin məhsulu
satmağa ehtiyacımızın olmaması ilə
bağlı deyil. Sadəcə, indi dost-tanış,
qonaqlar çoxdur, öz qohum-qardaşımız da allaha
şükür...
Məzahir müəllim
qohum- qardaş dedi, mən bir məsələni də qeyd eləmək
fikrinə gəldim. 300 nəfər əhalisi
olan Tağlabiyan kəndinin (dövlət yüksəklikdə
yaşayan bu adamlara xüsusi vəsait verir) sakinlərinin əksəriyyəti
bir-birinə qohumdur. Məzahir müəllimin
atası Xasay Salmanov da əvvəllər uzun illər təsərrüfatla
məşğul olub. “5 övladım var — deyir, — ikisi
qız, üçü oğlan. Aralarında
iqtisadçı da var, müəllim də. Sonuncu
övladım ötən il ölkənin ən
nüfuzlu ali məktəblərindən olan Tibb Universitetinə
qəbul olub”.
Bax belə. Kənd
adamlarının təkcə aqrar sektorda deyil, cəmiyyət
həyatının bütün sahələrində,
özü də yüksək şəkildə fəaliyyət
göstərməsinin nümunəsini yaratmış
Salmanovlar ailəsi barədə qısaca söhbət
açdıq. Amma iş adamının, ərzaq
bolluğu yaradan, yeni iş yerlərinin
açılmasına çalışan sahibkarın fəaliyyəti
barədə gələcəkdə daha geniş söz
açmağımızı da bildirdik.
İsmayıllının
kənd təsərrüfatında özünəməxsus fəaliyyəti,
xüsusi göstəriciləri olan sahibkarlardan biri də
Etibar Hacıyevdir. Etibarın təsərrüfatının da əsas fəaliyyət
sahələri heyvandarlıq və əkinçilikdir:
— Bilirsinizmi, mənim fikrimcə,
kənd təsərrüfatı məhsulları istehsalı
dedikdə ən əvvəl əkinçilik və
heyvandarlıq sahələri yada düşür. Elə bilirəm ki, sonrakı sahələrin
hamısı yardımçıdır. Elə
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadii
inkişafı Dövlət Proqramında da daha çox bu iki
sahənin inkişaf etdirilməsini təmin edən bəndlər
vardır. Ona görə də bizim təsərrüfat
hələlik ancaq bu iki sahə üzrə fəaliyyət
göstərir. Gələcəkdə —
imkanlarımız genişlənəndə, yəqin ki, digər
sahələrdə də fəaliyyət göstərəcəyik.
Hələlik
isə təsərrüfatımızda 100 baş qoyun, 20
baş mal vardır. 90 hektar sahədə isə arpa əkmiş,
hektardan 40 sentner məhsul götürmüşük.
Ötən il buğda əkdiyimiz sahədən
məhsuldarlığımız bir qədər çox
olmuşdu. Bu ilki obyektiv səbəbləri isə
hamıdan yaxşı siz qəzetçilər bilirsiniz.
Hər halda hektardan 40 sentner də pis göstərici
deyil.
Amma bir məsələni
mütləq qeyd etməliyəm. Bu məsələ təkcə
İsmayıllıda deyil, respublikanın hər yerində
fermerləri narahat edir. Belə ki, istehsal
etdiyimiz məhsula bazar tapa bilməməyimiz yeganə, ancaq
böyük problem kimi qarşımızda durur. Bu yaxınlarda televiziyadan eşidəndə ki,
dövlət fermerlərin istehsal etdiyi taxılın bir hissəsini
almaq barədə qərar qəbul edəcək, çox
sevindik. Çünki bazarı olmayan məhsulun
istehsalının kimisə maraqlandırması o qədər
də inandırıcı deyil. Əgər
taxılımız dövlət səviyyəsində
alınarsa, onda təsərrüfatımız da böyüyər,
texnikamız da çoxalar, yeni iş yerləri də yaranar.
Hələlik isə cəmi
15 nəfər üçün iş yeri yarada bilmişik. İki kombaynımız, 2 yük traktorumuz vardır.
Hər halda rayonumuzda ərzaq məhsulları
bolluğu yaradılmasında iştirak etdiyimizə görə
məmnunuq. Ona da məmnunuq ki, rayon rəhbərliyi
bizim fəaliyyətimizi daim dəstəkləyir və
lazımi köməkliklər göstərir.
İsmayıllı
sahibkarları arasında fəaliyyət sahəsi və
özünəməxsus nüfuzu olan iş adamlarından biri
də Araz Zərbəliyevdir. Araz müəllimin
rəhbərlik etdiyi müəssisə dərman bitkilərini
yetişdirir, tədarük edir və satır. Çox
maraqlı, insanlar üçün xeyli və təsərrüfatın
özü üçün sərfəli fəaliyyət sahəsidir:
— Müxtəlif daxili xəstəliklərin
müalicəsində istifadə edilən şüyüd,
razyanə, boranı bitkilərini yetişdiririk. Topçu kəndində 2 hektar sahəmiz var. Bizim bu
sahəyə maraq göstərməyimizin əsas səbəbi
çoxsaylı elmi kitabları və xalq təbabəti barədə
yazılı məlumatları oxuyandan sonra gəldiyimiz qərar
oldu. Öyrəndik ki, ekoloji cəhətdən
qat-qat təmiz olan bu məhsullar alimlər tərəfindən
də yüksək qiymətləndirilir. İcra
başçısının aqrar məsələlər
üzrə müavini də bizi ruhlandırdı. Beləcə işə başladıq.
İşə başlayandan sonra Tibb Universitetindən professor
Yusif Kərimov gəlib bizim fəaliyyətimizlə
...Araz Zərbəliyev
orijinal fermer təsərrüfatı yaratması ilə
yanaşı, ictimai fəaliyyəti ilə də seçilən
əyalət adamlarındandır. O deyir ki, Tanrının qismətindən
dövlət başçısı İlham Əliyevlə 5
dəfə görüşmək imkanım olub. Onun
üçün Prezidentin sahibkarlarla görüşünə
təsadüf edib:
— Mən həmin
görüşlər zamanı hiss etdim ki, Azərbaycanda
sahibkarların, iş adamlarının, fermerlərin çox
böyük dayağı, dəstəyi vardır. Bu dayaq cənab Prezidentin özüdür. Ona
görə də fermerlərin, iş
adamlarının fəaliyyəti gündən-günə
genişlənəcək, yeni uğurlar əldə ediləcəkdir.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2009.- 4 avqust.- S. 7.