Azərbaycan tarixindəki dönüş nöqtələrindən
biri
1969-cu ilin məşhur 5 avqust
plenumundan 40 il ötür
Bu yazını qələmə almağa başlayanda görkəmli alimlərimizdən ikisinin — iki akademikin məhz indi haqqında söz açmaq istədiyimiz məqam barədə maraqlı fikirləri yadıma düşdü. Akademik Budaq Budaqov söyləmişdi ki, “1969-cu ilin yayında Azərbaycan tarixinin ən əlamətdar hadisələrindən biri baş vermiş, milli dövlətçilik tariximizdə misilsiz əhəmiyyətə malik bir dönüş yaranmışdır”. Akademik Yaqub Mahmudov isə həmin hadisəni bir qədər başqa şəkildə qələmə alır: “XX yüzilliyin 60-cı illərinin sonunda Heydər Əliyevin doğma xalqa həsr olunmuş ömür yolunda yeni, daha geniş, çoxşaxəli, qaynar fəaliyyət dövrü başlandı”.
Diqqət yetirin, alimlərdən biri söyləyir ki, 69-cu ilin yayında milli dövlətçilik tariximizdə misilsiz əhəmiyyətə malik bir dönüş yaranmışdı. Digər alim isə həmin dönüşdən etibarən Heydər Əliyevin həyatında daha geniş, qaynar bir fəaliyyət dövrünün başlandığını dilə gətirir. Bu, təsadüfi deyil. Çünki son 40 ildə Heydər Əliyevin həyatı Azərbaycanla, Azərbaycanın taleyi isə Heydər Əliyevin siyasi fəaliyyəti ilə elə bir şəkildə bağlanıb ki, bu iki ünvandan biri haqqında söz açarkən mütləq digəri də yada düşür. Bu yazıda Azərbaycan KP MK-nın 5 apvqust 1969-cu il plenumu barədə söz açmaq istəyirik.
SSRİ rəhbərliyinin nisbətən
kiçik olan müttəfiq respublikalara münasibətdə
yol verdiyi ayrı-seçkilik siyasəti 60-cı illərdə
daha geniş şəkildə özünü göstərirdi.
Üstəlik belə müttəfiq respublikalara rəhbərlik
edən şəxslərin passiv mövqe tutması, heç
bir təşəbbüskarlıq və prinsipiallıq
nümayiş etdirməməsi də ucqar respublikaların iti
sürətlə geriləməsinə səbəb olurdu. Nəticədə
İkinci Dünya müharibəsi dövründə öz
neftiylə nəinki SSRİ-də, hətta yaxın-uzaq xaricdə
də hamının diqqət mərkəzində olan Azərbaycan
müəmmalı şəkildə tənəzzülə
doğru gedirdi. Ölkə iqtisadiyyatının ən
mühüm sahələrində – sənayedə və kənd
təsərrüfatında mənfi meyllər az qala hər
addımda özünü göstərirdi.
İnkişafın ləngiməsi, iqtisadi geriləmə təbii
ki, ən əvvəl insanların sosial vəziyyətinə təsir
göstərirdi. Azərbaycan istehsal səviyyəsinə və
milli gəlirin həcminə görə ittifaq səviyyəsindən
geri qalırdı. Elmi-texniki tərəqqi demək olar ki,
istehsalatın heç bir sahəsində tətbiq olunmurdu.
Belə bir vaxtda – 1969-cu il iyul
ayının 14-də Dövlət Təhlükəsizliyi
Komitəsində birinci mərhələdən komitə sədrinə
qədər müxtəlif vəzifəçlərdə
vicdanla çalışaraq böyük nüfuz
qazanmış Heydər Əliyev Azərbaycanda rəhbər vəzifəyə
gətirildi. 40 il əvvəl iyul ayının 14-də ölkə
rəhbərliyinə gələn ulu öndər qısa
müddətdə respublikanı geriləmələrdən
xilas etmək, iqtisadiyyatı inkişaf etdirmək, elmi-texniki tərəqqinin
ən yeni nailiyyətlərini istehsalatda tətbiq etmək,
ümumiyyətlə, respublikanın hərtərəfli
inkişafına nail olmaq üçün mühüm
konsepsiya hazırlamalı idi. Bu hazırlıq işinə cəmi
20 gün bəs etdi. Həmin il avqustun 5-də Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin milli dövlətçilik
tariximizdə böyük əhəmiyyətə malik plenumu
keçirildi.
Tarixçilər yazırlar ki, əslində
Azərbaycan tarixinin inkişafa doğru dönüşünə
məhz 1969-cu il avqustun 5-dən start verildi. Mərkəzi Komitənin
5 avqust plenumu ölkənin qarşısında duran əsas
taleyüklü məsələlərin həlli
yollarını müəyyən etmək üçün
çoxsaylı suallara aydın cavab tapmalı oldu. Tarixi bir
hadisə kimi yaddaşlara yazılan həmin plenumdan sonra
respublikada nizam-intizamın bərpa edilməsi, iqtisadiyyatın
dirçəldilməsi, təbii ehtiyatlardan, iqtisadi, təhsil,
elm və mədəniyyət potensialından yüksək səviyyədə
istifadə edilməsi, bütün bu sərvətlərdən
xalqın bəhrələnməsi üçün əlverişli
şərait yaradılmasına start verildi. Sonralar ulu öndərin
özü 5 avqust plenumundan əvvəlki Azərbaycanı
xarakterizə edərək söyləmişdi: “Qətiyyətlə
söyləmək olar ki, 60-cı illərdə respublika
iqtisadiyyatı bütövlükdə dərin və
uzunmüddətli böhran mərhələsinə qədəm
qoymuşdu. Yaranmış ağır vəziyyətdən
çıxış yolu tapılmalı, iqtisadiyyatın
inkişafı üçün prinsipial cəhətdən
yeni konseptual yanaşma yolları işlənilib
hazırlanmalı, xalq təsərrüfatında köklü
struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq
və iqtisadi həvəsləndirmə işində təzə
metodlar tətbiq edilməli idi”. Ulu öndərin qeyd etdiyi bu vəzifələrin
əksəriyyətinin həyata keçirilməsi
üçün ilk addımlar məhz qeyd etdiyimiz 5 avqust
plenumunda atılmışdı.
Akademik Yaqub Mahmudov
özünün “Azərbaycan tarixində Heydər Əliyev
şəxsiyyəti” adlı kitabında 1969-cu ilin 5 avqustundan
sonrakı günləri bu şəkildə qiymətləndirir:
“O, dahiyanə uzaqgörənliklə, dərindən
ölçüb-biçərək ölkənin uzunmüddətli,
dinamik və hərtərəfli inkişafını təmin
edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal
onların icrasına başlandı. Xalq ilk addımlardanca Heydər
Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və
arxasınca getdi. Azərbaycan xalqının tarixində Heydər
Əliyev dövrü başlandı. Xalqın dahi oğlu Sovet
İttifaqı kimi böyük bir dövlətin zəngin
iqtisadi potensialından və geniş imkanlarından istifadə
edərək Azərbaycanı tərəqqi yoluna
çıxarmaq siyasəti yeritməyə başladı.
Bütün ömrünü doğma xalqına həsr etdi”.
Öz ömrünü xalqına
və milli dövlətçiliyin möhkəmləndirilməsinə
həsr etmiş Heydər Əliyevin Azərbaycana birinci dəfə
rəhbərlik etdiyi 1969-82-ci illərdə
qazandığımız uğurların statistik göstəriciləri
cild-cild kitablarda cəmləşdirilibdir. Ancaq bəzi
faktları və rəqəmləri konkret şəkildə də
ifadə etmək mümkündür. Məsələn, 1969-cu
ilə qədər Azərbaycanda 233 iri və orta sənaye
müəssisəsi var idi. Heydər Əliyevin ölkəyə
rəhbərlik etdiyi qısa müddətdə daha 213 belə
müəssisə yaradıldı. Yəni 12 ildə əvvəlki
60-70 ildəki işlər həcmində iş
görüldü. Bu dövrdə Azərbaycanda əvvəlki
50 ildə istehsal edildiyi qədər sənaye məhsulu
istehsal edilmiş, milli gəlir 2,5 dəfə
artmışdı. Statistik göstəricilərin elə bir səhifəsi
yoxdur ki, orada müqayisə aparılarkən belə fərqlər
görünməsin.
1969-82-ci illəri müasir Azərbaycan
tarixinin milli kadrlar yetişdirilməsi baxımından
“qızıl dövr” adlandıranlar tamamilə
haqlıdırlar. Çünki 70-80-ci illərdə Heydər
Əliyev azərbaycanlı gənclərin oxumaq
üçün SSRİ-nin 170-dən çox nüfuzlu ali məktəblərinə
göndərilməsinə nail olmuşdu. Həmin dövrdə
başqa şəhərlərdə ali təhsil alan gənclərimizin
sayı 3500-dən çox idi. Azərbaycan öz dövlət
müstəqilliyinə qovuşarkən məhz həmin kadr
potensialı dövlətin idarə edilməsinə cəlb
olunmuş, xaricdən kadr çağırılmasına
ehtiyac qalmamışdı.
70-80-ci illərdə Azərbaycanda
700-ə yaxın orta məktəb binası tikilmiş, 5 yeni
institut yaradılaraq ali məktəblərin sayı 17-yə,
tələbələrin sayı isə daha 30 min
artırılaraq 100 minə
çatdırılmışdı. Elm, təhsil, səhiyyə,
mədəniyyət ocaqlarının maddi-texniki bazası
heç zaman görünməmiş bir səviyyədə
möhkəmləndirilmiş, bu qəbildən olan
çoxsaylı müəssisələr üçün
yüzlərlə yeni bina tikilmişdi. Heydər Əliyev
Kreml rəhbərliyi yanında olan şəxsi nüfuzundan
istifadə edərək Azərbaycanın görkəmli sənət
adamlarının ən yüksək səviyyədə
mükafatlandırılmasına nail olur, yaradıcı
ziyalılarımızın dünya miqyasında təbliğ
edilməsinə zəmin, şərait yaradırdı.
Görkəmli tarixi şəxsiyyətlərin
və yaradıcı ziyalıların xatirəsinin əbədiləşdirilməsi,
onların ev muzeylərinin yaradılması 70-ci illərin ən
çox təqdir olunan ənənələrindən idi. Az
qala bütün rayonlarda tarix-diyarşünaslıq muzeyləri
yaradılmışdı. Qeyd edilən bu faktlar milli tariximizə
ehtiramın nümunəsi idi. Ancaq ulu öndərin ən
böyük xidməti Azərbaycanın gələcəyinə,
müstəqil Azərbaycan dövlətinə zəmin
yaradılması idi. Bu gün regionda və dünyada
özünəməxsus nüfuz sahibi olan Azərbaycan
dövləti məhz ulu öndərin yaratdığı zəmin
üzərində inkişaf edir.
İttifaq Mirzəbəyli
Xalq qəzeti.- 2009.- 5 avqust.- S. 3.