Cəlilabad: məhsuldarlıq ilbəil yüksəlir

 

Ölkəmizin iri kənd təsərrüfatı rayonlarından biri Cəlilabaddır. Bu rayonun məhsuldar torpaqları vardır. Hər il Cəlilabad fermerləri çəkdikləri zəhmətin artıqlaması ilə bəhrəsini görürlər. Aqrar bölməyə dövlət qayğısının artması rayonda faydalı əmsalının daha da yüksəlməsinə səbəb olub. Rayon rəhbərliyi bu sahənin inkişafı naminə məqsədyönlü addımlar atır, sahibkarlara hərtərəfli dəstək göstərir. Müsahibimiz Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Nazim Səlimovdur.

Nazim müəllim, Cəlilabad rayonunda kənd təsərrüfatı işlərinin gedişi barədə ümumi məlumat verməyinizi xahiş edirik.

Rayonumuzun 144143 hektar ərazisinin 97360 hektarı kənd təsərrüfatına yararlıdır ki, bunun da 9637 hektarı suvarılan sahələrdir. Hazırkı vaxta faktiki olaraq 75597 hektar sahə əkin altındadır. Rayonda taxılçılıq, kartofçuluq, üzümçülük sürətlə inkişaf etməkdədir. Bu gün rayonda 58277 hektar buğda, 5079 hektar arpa, 36 hektar qarğıdalı, 100 hektar pambıq, 4913 hektar yazlıq kartof, 1062 hektar tərəvəz, 1500 hektar üzüm, 177 hektar günəbaxan, 140 hektar şəkər çuğunduru, 211 hektar bostan, 2454 hektar noxud, 1173 hektar mərci, 112 hektar yonca, 18,5 hektar meyvə 6 hektar lobya sahəsi becərilmiş məhsulu toplanmışdır. Hazırda məhsul istehsalı davam edir.

Rəqəmlərdən göründüyü kimi, rayonunuzun əkin strukturunda ən yüksək yeri tutan taxılçılıqdır...

Elədir. Taxılçılıq rayonumuzda ənənəvi sahə olmaqla tarixən geniş təşəkkül tapmışdır. Təsadüfi deyildir ki, vaxtilə Cəlilabad Azərbaycanın Ukraynası adlandırılmışdır. Müstəqillik əldə etdikdən sonra hökumətin aqrar sahəyə, xüsusilə taxılçılığa göstərdiyi qayğı bu sahənin daha da inkişafına səbəb olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏliyevinKənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 13 yanvar 2007-ci il tarixli bundan sonrakı sərəncamlarına uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına 2007-ci ildən başlayaraq fermerlərə 13391 min manat subsidiya verilmişdir.

Bu il rayon üzrə 66989 hektar sahədən hər hektara 19,7 sentner olmaqla 131649 ton məhsul istehsal olunmuşdur. 58277 hektar buğda sahəsindən 117720 ton, 5079 hektar arpa sahəsindən 9434 ton məhsul götürülmüşdür. 2009-cu il mövsümündə rayonda taxıl sahələrini biçmək üçün 262 kombayndan 225-i cəlb olunmuşdur. Bunlardan 173-ü köhnə SK-S, 19-u rayonAqroservisfilialında olan təzə, 3-ü lizinqlə gətirilən təzə 30-u qrant hesabına alınmış kombaynlardır. Köhnə SK-S kombaynları istismar müddətini başa vurmuş texnikadır. Gələn mövsümdə bu kombaynlardan istifadə etmək mümkün olmayacaqdır. Ona görə yeni kombaynların alınması sahibkarlara verilməsi vacibdir. Gələn il üçün rayona 100-ə qədər yeni kombayn gətirilməlidir.

Gələn ilin məhsulu üçın hansı tədbirlər görülür?

Hazırda rayonda gələn ilin məhsulu üçün payızlıq şuma başlanılmışdır. Taxılçılığın inkişafı bir sıra kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. Bunlardan ən başlıcası yüksək reproduksiyalı toxumlardan istifadə etməkdir. Bu gün rayonda toxuma olan tələbat (16 min ton) əsasən yerli toxum materialları hesabına ödənilir. Hazırda rayon ərazisində taxıl toxumçuluğu ilə məşğul olan 49 subyekt fəaliyyət göstərir ki, bunların 1-i dövlət, 48-i isə özəl təsərrüfatlardır. Bu təsərrüfatların 46- 2008-ci ildə yaradılmışdır.

Rayonda istehsal olunan 117720 ton buğda məhsulundan gələn ilin məhsulu üçün toxumu, rayon əhalisinin ərzaqlıq taxıla olan tələbatını, itkini çıxdıqdan sonra sərbəst olaraq 51287 ton buğda məhsulu qalacaqdır. Artıq qalan məhsul əsasən dəyirmanlara, quşçuluq fabriklərinə qonşu rayonların əhalisinə satılır. Bu gün sahibkarlarda qalan sərbəst taxılın satışının sistemli təşkil edilməsi günün vacib məsələlərindəndir.

Cəlilabad artıq kartofçuluq rayonu kimi tanınır. Bu sahədə uğurlar nədən ibarətdir?

Doğru deyirsiniz, rayonda inkişaf edən sahələrdən biri kartofçuluqdur. Bu sahə əsasən aqrar islahatdan sonra dirçəlmişdir. 1996- ilədək rayonda 2843 ton kartof istehsal olunurdu. Bu gün isə istehsalın həcmi 112 min tondan çoxdur. Rayonda kartof üç dəfə yetişdirilir: örtük altı, yazlıq payızlıq. Bu il 4913 hektar sahədə yazlıq kartof əkilmiş, bu günə kimi 88563 ton məhsul istehsal olunmuşdur. Həmin məhsul əsasən Rusiya Federasiyasının şəhərlərində satılmışdır. Rayonda kartof istehsalı onun satışı ilə bağlı heç bir problem yoxdur. Bəzi sahibkarlarımız hətta 300-400 sentner məhsul götürürlər.

Bəs üzümçülükdə vəziyyət necədir?

— Bu, son illər inkişaf edən sahələrdəndir. Bu gün rayonda 1500 hektara qədər üzüm bağı vardır. Bunun 600 hektardan çoxu məhsuldardır. Üzümçülük əmək tutumlu sahədir. Bütün il boyu burada olur. Hazırda üzümçülükdə 1000 nəfərdən çox işçi çalışır. Keçən il rayonda 1792 ton üzüm istehsal olunmuşdur. Bu il 3000 ton məhsul istehsal olunması nəzərdə tutulmuşdur.

Rayonda texniki üzümləri emal etmək məqsədi ilə şərab zavodu işləyir — “Cəlilabad-2" Səhmdar Cəmiyyəti. Əlbəttə, üzümlüklər məhsuldar dövrə çatdıqca yeni üzüm emalı zavoduna tələbat yaranacaqdır. Bu gün fəaliyyət göstərən şərab zavodu dünya standartlarına cavab verən məhsullar istehsal edir. BuradaGöytəpə", “Banuçiçək”, “Qaran köşküşərabları istehsal olunur. Rayonda artıq süfrə üzümünün istehsalına başlanılmışdır.

Digər sahələrdə işlər yaxşı gedir. Bu il 3435 ton noxud, 1056 ton mərci, 4 ton lobya məhsulu əldə edilmişdir. Bundan başqa, rayon fermerləri tərəvəzçiliklə (əsasən pomidor xiyar) digər sahələrlə məşğul olurlar. Bu gün rayon üzrə 10317 ton tərəvəz, 941 ton bostan, 167 ton günəbaxan, 122 ton qarğıdalı, 1325 ton meyvə istehsal olunmuşdur. Bitkiçilik sahəsində saxlama kameralarının tikilməsi vacibdir.

Bəs heyvandarlıqla bağlı deyə bilərsiniz?

Rayonda heyvandarlıq da inkişaf etməkdədir. Bu gün Cəlilabadda 98602 baş iri buynuzlu mal-qara, 121848 baş qoyun keçi, 653003 baş quş vardır. 7 ay ərzində 6037 ton ət, 28053 ton süd, 202 ton yun 12654 min ədəd yumurta istehsal olunmuşdur. İstehsal davam edir. Heyvandarlığı inkişaf etdirmək üçün son 2 il ərzində 16 süni mayalandırma texniki hazırlanmış, onlar avadanlıqla təchiz olunmuşlar.

Ərzaq təhlükəsizliyinin təmin olunmasına, məhsul bolluğunun yaradılmasına töhfələr verməkdən ötrü sahibkarlarımız hər zaman olduğu kimi, fədakarlıq göstərirlər.

 

 

Əli Nəcəfxanlı

 

 Xalq qəzeti.- 2009.- 6 avqust.- S. 4.