Xatırlama

 

Sənətdə onun öz dəst-xətti var idi

 

Bilmirəm onu ilk dəfə hansı filmdə görmüşəm. Yadımda qalan budur ki, “Onu bağışlamaq olarmı?” filmində Ətayə xanım Əliyevanın rolunu çox xoşlamışdım sonralar onun filmlərinə dəfələrlə tamaşa etdim. Ətayə xanım sənətdə öz dəst-xətti olan, sakit, həlim xasiyyətli bir insan idi. Onun tamaşalarda filmlərdə oynadığı rollarda qəribə bir səmimiyyət duyulurdu. Asta danışığı, gözəl diksiyası, qəhrəmanlarını qəlbən sevmək, onları özününküləşdirməyi bacarmaq aktrisanın əsas keyfiyyətlərindən idi. Onu tez-tez kinoya dəvət edirdilər. Əslində isə o teatr aktrisası idi.

Bəzən bir ildə tamaşalarla yanaşı, bir neçə filmdə işləyirdi. Məsələn, “Əsl dostOnu bağışlamaq olarmı?” filmlərində çox maraqlı rollar oynamışdı. Elə 1967-ci ildə iki filmdə — “Dağlarda döyüşİnsan məskən salırfilmlərində çəkilmişdi.

Azərbaycanın əməkdar artisti idi Ətayə xanım. Xalq onu çox sevirdi tamaşalarına, filmlərinə böyük maraq var idi.

Ətayə xanım Əliyeva 1920-ci ildə Aşqabadda sənətkar ailəsində doğulmuş, səhnə fəaliyyətinə məktəbli ikən həvəskar kimi başlamışdır.Bakı Teatr Texnikumunda ixtisas təhsili almışdır. 1934-cü ildə texnikumun birinci kurs tələbəsi olan Ətayə Əliyeva M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilir.1936- il Ətayə xanım teatrın bir qrup aktyoru ilə birlikdə Yerevandakı Azərbaycan teatrına gedir on il bu teatrda işləyir.

Yerevan teatrında gənc aktrisa həm milli,həm tərcümə əsərlərinin tamaşasında onlarla maraqlı səhnə obrazı yaradır. Afaq (“Nizami”), Həcər (“Qaçaq Nəbi”), Şirin (“Fərhad Şirin”), İnci (“Xoşbəxtlər”), Süsən (“Namus”), Cəvahir (“Cinli”), Jenya (“Bizim şəhərli oğlan”) başqaları Ətayə xanımın hələ cavanlıqdan mürəkkəb xarakterli,müxtəlif yaşlı qadın obrazlarını məharətlə canlandırmaq bacarığını aydın göstərir.

1948-49-cu illərin teatr mövsümündə artıq kamil artist kimi tanınan Ə.Əliyeva Kirovabad (Gəncə) Dram Teatrına dəvət edilir.Bu teatrda o, İradə(“Göz həkimi”), Səadət (“Bahar suları”), Bənövşə (“Nişanlı qız”) kimi yadda qalan obrazlar yaradır. Ətayə xanımın səhnə fəaliyyəti C.Cabbarlı yaradıcılığı ilə sıx əlaqədardır.Sevil Dilbər,Yaqut Tanya,Sona Solmaz (Yerevan teatrında), Almaz, Sara, Gültəkin (Gəncə teatrında) obrazları üzərindəki işi aktrisa üçün böyük bir məktəb olmuşdur. 1956- ildə Ətayə xanım yenidən M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrına qayıdır, klassik müasir Azərbaycan dramaturqlarının,eləcə tərcümə əsərlərinin tamaşalarında eyni məharətlə çıxış edir. Pəri (“Pəri Cadu”), Sona (“Hacı Qara”), Fatmanisə (“Ölülər”), Validə (“İliç buxtası”), Nəzakət (“Sən həmişə mənimləsən”), Rəfiqə (“Yalan”), Məlahət (“İkinci səs”) onlarla başqa səhnə obrazları aktrisanın son illərdəki yaradıcılıq naliyyətləridir. Ə.Əliyeva radio televiziya verilişlərində,kinoda həvəslə çıxış edir. C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasının istehsal etdiyiOnu bağışlamaq olarmı?”(leytenant Qarayeva),“Bizim küçə” (Bəyim xala),“Dağlarda döyüş” (ana),“Telefonçu qız” (Simuzər), “Uşaqlığın son gecəsi” (Mənsurə) bir çox başqa filmlərin televiziya tamaşalarının müvəffəqiyyətində Ətayə xanımın əməyi olmuşdur.

Onu bağışlamaq olarmı?” filmində leytenant Qarayeva kinomuzun çox dəyərli qəhrəmanlarındandır. O, polis işçisi kimi hadisələrin açılmasında əhəmiyyətli rol oynayır. Tapşırıqları çevikliklə yerinə yetirir, hətta primus düzəldən caninin ələ keçməsində onun böyük rolu olur. Filmin finalına qədər Tərlan da onun polis işçisi olduğunu bilmir.

Uşaqlığın son gecəsindəMənsurəni məharətlə ifa edib. Onun oğluna, həyat yoldaşına münasibəti əsl qadın münasibətidir filmdə müsbət qəhrəman kimi tamaşaçının diqqətindən yayınmır.

O, həmişə xeyirxah, əl tutmağı bacaran, həlim xasiyyətli qadın rollarını ifa edib. EləTelefonçu qızfilmində biz bunu aydın görürük. Simuzər xanım telefonçu qızların rəhbəridir o, bu qızların hər birinin qayğısına qalır, onların problemlərini həll etməyə çalışır.

Ümumiyyətlə, Ətayə xanımın milli kino teatr sənətimizin inkişafında xidmətləri böyükdür. Onun ölməz sənətkar obrazı heç vaxt xatirələrdən silinməyəcək.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 14 avqust.- S. 6.