Azərbaycan diplomatiyasının qətiyyəti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini yaxınlaşdırır

 

Həmsədrlər ermənilərə başa salırlar ki, Yerevanın tutduğu mövqe tamamilə perspektivsizdir

 

Nəticə etibarilə ilk mərhələdə bütün yeddi rayon Azərbaycana qaytarılacaq və hər hansı ərazi dəyişiklikləri və ya sərhədlərə yenidən baxılması nəzərdə tutulmur.

 

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzənin “Novosti Armenii” agentliyinə verdiyi müsahibədən

 

Hələ 10–12 il əvvəl ümummilli liderimiz Heydər Əliyev ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılması prosesində maraqlı fikirlər, siyasi uzaqgörənliklə söylənilmiş proqnozlar səsləndirmişdi. Böyük siyasətçi adı çəkilən münaqişənin ədalətli şəkildə həll ediləcəyinə əminliyini dilə gətirmiş, ancaq bunun üçün zamana ehtiyac olduğunu xatırlatmışdı: Yaxın beş-on il ərzində dünya siyasətində ikili standartlardan əl çəkilməsi prosesi başlanacaq, münaqişələrin həlli üçün aparılan danışıqlarda kiminsə marağı deyil, beynəlxalq hüququn normaları əsas götürüləcəkdir. Üstəlik, Azərbaycan yaxın beş-on ildə elə bir sosial-iqtisadi inkişafa nail olacaq, beynəlxalq aləmdə elə nüfuz qazanacaq ki, bu münaqişənin həllinə çalışanlar gündən-günə çoxalacaqdır”.

Tarix yaradan siyasətçinin proqnozlaşdırdığı siyasi imkanlar artıq yaranmışdır. Artıq dünya siyasətçiləri təkcə Qafqazdakı postsovet məkanındakı münaqişələrin deyil, ümumiyyətlə, bütün münaqişələrin sülh yolu ilə, ədalətli şəkildə, ən başlıcası ölkələrin ərazi bütövlüyünün pozulmaması şərtilə həllini tələb edirlər. Artıq elə bir dövr yetişmişdir ki, ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpası çərçivəsində həllini bütün beynəlxalq təşkilatlarla yanaşı bütün aparıcı dövlətlər tələb edirlər. ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin siyasətçiləri isə bu məsələnin həllində daha konkret daha ədalətli mövqe tuturlar. Elə ABŞ təmsilçisi Mətyu Brayzədən yuxarıda gətirdiyimiz sitat da məhz həmin tendensiyadan xəbər verir.

Əvvəlcə Minsk qrupunun yaranma tarixini yada salaq. Digər etnik ərazi iddiaları üzündən yaranan münaqişələr kimi, Dağlıq Qarabağ münaqişəsi dünyada gedən qarşısıalınmaz ictimai-siyasi proseslər nəticəsində yaranmışdır. Soyuq müharibənin bitməsi SSRİ-nin çökməsi nəticəsində yaranan yeni ölkələrin hamısı öz sərhədlərini tanıyır, qonşuları həmsərhəd ölkələrlə mehribancasına əməkdaşlıq edirdilər. Ancaq SSRİ-nin parçalanacağını yeni müstəqil dövlətlər yaranacağını bir qədər əvvəlcədən ehtimal edən ermənilər hələ müstəqillik əldə edilənə qədəryəni Kremldəki havadarlarının köməyi ilə Azərbaycandan xeyli torpaq qoparmaq üçün bütün alçaqlıqları məqbul sayırdılar.

Bu ədalətsiz ideya ilə qətiyyən razılaşmayan Azərbaycan Yerevanın himayədarları tərəfindən rəzilliklə müharibəyə sürükləndi. Çox təəssüf ki, münaqişənin başlanmasına göz yuman, bir çox hallarda bu münaqişəni körükləyən qüvvələr sonradan Qarabağ düyününün açılması yollarını axtardılar düyünü daha da qəlizləşdirdilər. Belə olanda, Azərbaycan 1992-ci ilin yanvarında Avropada Təhlükəsizlik Əməkdaşlıq Müşavirəsinin üzvlüyünü qəbul etdi. 1992-ci ilin iyulunda Helsinkidə keçirilən zirvə toplantısında isə bu quruma üzvlük barədə sənədlər imzalandı. Əsas məqsəd bu təşkilatın təməl prinsiplərindən bəhrələnərək silahlı münaqişənin qarşısının alınması idi.

1992-ci ilin mart ayında ATƏM-in Xarici İşlər Nazirləri Şurası belə bir qərar qəbul etdi ki, Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün xüsusi bir sülh konfransı çağırılsın. Belə qərara alındı ki, sülh konfransı Minsk şəhərində olsun orada ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsveç, Azərbaycan Ermənistan nümayəndələri iştirak etsinlər. Həm Ermənistanın öz işğalçılıq siyasətini davam etdirməsi (Şuşa Laçın məhz bu qərarın qəbul edilməsindən dərhal sonra işğal edilmişdir), rəsmi Yerevanın qeyri-konstruktiv mövqedən əl çəkməməsi, eləcə , Minsk qrupuna üzv olan dövlətlərin mövqeyində yekdil fikrin olmaması sülh danışıqlarının ləngidilməsinə münaqişənin dondurulmuş vəziyyətdə qalmasına gətirib çıxartd. Münaqişənin həll edilməmiş qalmasında əsas səbəblərdən biri 90- illərin əvvəllərində genişmiqyaslı şəkildə davam edən Rusiya-Qərb qarşıdurması idi.

Azərbaycana Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə isə (artıq həm ATƏM-in adı dəyişdirilərək Avropada Təhlükəsizlik Əməkdaşlıq Təşkilatı – ATƏT olmuşdu, həm Minsk konfransı Minsk qrupu adlandırılmışdı) bu qurumun fəaliyyətində Qarabağ münaqişəsinin həlli önəmli bir məsələyə çevrilə bildi.

Heydər Əliyevin təşəbbüsü ilə bu məsələ beynəlxalq ictimaiyyətin tez-tez gündəliyə gətirdiyi problemə çevrildi. 1994-cü ilin dekabrında (Budapeşt zirvə toplantısında) artıq Minsk qrupunun həmsədrlik institutu təsis edildi. 1996- ilin dekabrında Lissabon şəhərində keçirilən zirvə toplantısında isə Azərbaycan Prezidenti Heydər Əliyev artıq münaqişənin həllinin siyasi-hüquqi çərçivələrini müəyyənləşdirən xüsusi bir bəyanat qəbul edilməsinə nail oldu. Bəyanat Ermənistandan başqa, bütün dövlətlərtəşkilatda təmsil olunan 54 ölkədən 53-ü tərəfindən qəbul edildi. Həmin toplantıdan sonra Rusiya ilə yanaşı, ABŞ Fransa təmsilçiləri Minsk qrupunun həmsədri təyin olundular (əvvəlcə Rusiya Finlandiya həmsədrlik edirdilər).

Beləliklə, ATƏT onun Minsk qrupu ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində aparıcı söz sahibi oldular. Həmin dövrdən bəri qəzetlərin tez- tez yazdığı kimi, çox təəssüf ki, bəzi siyasi qüvvələrin təsiri təzyiqi ilə indiyədək münaqişənin ədalətli şəkildə həll edilməsi üçün konkret kəsərli addımlar atılmamışdı. Ancaq son zamanlar...

Son zamanlar isə Minsk qrupunun həmsədri olan ölkələrin hamısı ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi, üstəlik, ədalətli şəkildə həll edilməsi üçün konkret addımlar atmaq üzrədirlər. Bunu artıq Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artması Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynaması ilə yanaşı, həmsədr ölkələrin öz maraqları da tələb edir. Fransa Avropa Birliyinin ümumi prinsiplərindən kənara çıxa bilmir. Bu prinsiplər isə Qafqazda sabitliyin təmin edilməsi, xüsusən, Xəzərin karbohidrogen ehtiyatlarının Avropaya nəqlini təmin edən bölgədə hər hansı münaqişənin qalmaması zərurətini ortaya qoyur. Ekspertlər Fransanın Minsk qrupunda fəallaşmasını məhz bu amillə bağlayırlar.

Amerika Birləşmiş Ştatlarının siyasətində bütün dünya ilə dostluq etmək, münaqişələrin aradan qaldırılmasını tezləşdirmək, beynəlxalq aləmdə təhlükə mənbəyi olan təbii kataklizmlər, terrorçuluq, iqtisadi böhran bu kimi problemlərə qarşı birgə mübarizə aparmaq səyləri getdikcə daha da genişlənir. Bu baxımdan Qafqazın ən inkişaf etmiş ölkəsi olan Azərbaycanın yeganə probleminin həlli Vaşinqtonda diqqət mərkəzinə gətirilir.

Rusiya Federasiyasının Azərbaycanla dostluq əməkdaşlıq münasibətlərindəki yeni çalarlar dünya politoloqlarının gözü qarşısında az qala hər gün artır. Prezident Dmitri Medvedevin öz azərbaycanlı həmkarı ilə Moskvada Bakıda görüşərək ölkələrarası münasibətlərin perspektivini müzakirə etməsi tərəfdaşlığın uğurlu sabahından xəbər verir. Bu dövlət başçılarının elə bir görüşü ola bilməz ki, orada Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsi məsələsi gündəliyə gətirilməsin. Üstəlik, son iki ildə Rusiya rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli barədə danışarkən ölkələrin ərazi bütövlüyünün qorunması məsələsini qeyd edirlər.

Bütün bunların məntiqi nəticəsi ondan ibarətdir ki, Azərbaycan dövlətinin yeritdiyi xarici siyasət, nümayiş etdirdiyi diplomatik qətiyyət nəticəsində ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan müzakirələr artıq müsbət məcraya yönəlməkdədir. Bunu ABŞ-dan olan həmsədr Mətyu BrayzəninNovosti Armeniiagentliyinə verdiyi müsahibədə daha aydın görürük: Yerevan hər şeyi danışıqsız qaytarmalı, sonra Dağlıq Qarabağa qayıdan daxili köçkünlərin üzünə qapıları taybatay açmalı yalnız bundan sonra danışıqlar masası arxasında əyləşərək axırıncı məsələnin (Qarabağın statusured.) müzakirəsinə başlamalıdır”.

Fikrimizcə, əlavə şərhə ehtiyac qalmır.

 

 

İrzəbəyli İ.

 

Xalq qəzeti.-2009.- 9 avqust.- S. 1.