Naftalan nümunəvi
şəhərə çevrilir
Son illərdə Naftalan şəhərinin sosial-iqtisadi göstəricilərini təhlil edərkən aydın bir mənzərə müşahidə olunur. Dünyada analoqu olmayan Naftalan nefti ilə məşhur olan bu kurort şəhəri sürətli inkişaf yolundadır. Yeni binalar tikilir, park və xiyabanlar salınır. Bir sözlə, Naftalan görkəmini dəyişir, daha abad və yaraşıqlı olur. Digər maraqlı hal isə ondan ibarətdir ki, bura istirahətə və müalicəyə gələnlərin sayı ildən-ilə artır. Deməli, Naftalan öz əvvəlki şöhrətini geri qaytarır, müstəqil ölkəmizin nümunəvi kurort şəhərlərindən birinə çevrilir.
Bütün bunlar barədə Naftalanda 2009-cu ilin birinci yaprısının sosial-iqtisadi yekunlarına həsrt olunmuş yığıncaqda geniş danışıldı, ətraflı təhlil və müqayisələr aparıldı. Əldə edilmiş uğurlar, həllini gözləyən vacib məsələlər prinsipiallıqla təhlil edildi. Şəhər İcra Hakimiyyətinin başçısı Musa Musayev ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin geniş iclasında qarşıya qoyulmuş vəzifələrdən , ötən yarım ilin sosial-iqtisadi göstəricilərindən danışaraq dedi:
– Müasir Naftalan xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin çoxsaylı yadigarlarından biridir. Ulu öndərimiz ötən əsrin 70–80-ci illərində respublikaya rəhbərlik etdiyi dövrdə şəhərin yüksəlişi, müasir kurort kompleksinin inkişaf etdirilməsi istiqamətində geniş və uzunmüddətli tədbirlər müəyyən edilmişdi. İndi şəhərimizə xüsusi gözəllik verən onlarla yaşayış binaları, kurort kompleksi, park və xiyabanlar, yaşıllış zolaqları məhz həmin illərin yadigarlarıdır. Təsadüfi deyildir ki, keçmiş Sovetlər birliyindən, hətta bir çoxt xarici ölkələrdən Naxçıvana ildə 70–80 minə yaxın insan gəlirdi.
Olduqca fərəhlidir ki, bu gün şəhərimizdə görülən irimiqyaslı tikinti-abadlıq və quruculuq işləri, uzunmüddətli layihələr itirilmiş keçmiş şöhrəti geri qaytarmaq məqsədi daşıyır. Ölkə Prezidenti İlham Əliyev bu istiqamətdə qarşımıza ciddi vəzifələr qoymuşdu. Həmin proqramın yerinə yetirilməsi istiqamətində son illər bir sıra uğurlar əldə olunmuşdur. 2009-cu ilin birinci yarısının yekunları bir daha göstərir ki, inkişaf və irəliləyiş yüksələn xətlə davam etməkdədir.
Aparılan təhlillər onu göstərir ki, 2009-cu ilin 6 ayında şəhərin yerli büdcəsi 1348511 manat olmuşdur. Respublika büdcəsindən 1008259 manat, yerli mənbələrdən isə 340252 manat gəlir planlaşdırılmışdır. Cari ilin birinci yarımilində şəhərin yerli büdcəsinin gəlir planına 101,9 faiz əməl olunmuşdur.
Naftalanda inkişaf hər sahədə özünü aydın göstərir. Şəhərin infrastrukturu tənzimləmək üçün yeni Statistika İdarəsi yaradılmışdır. Mərkəzi xərclərdən maliyyələşən əlillərin bərpa mərkəzi də tam gücü ilə fəaliyyətə başlamışdır. Özəl sektorda yaradılan sanatoriyalar şəhər iqtisadiyyatının potensial təminatçısıdır. Bütün bunlarla yanaşı, səhiyyə, mədəniyyət, kommunal sahələrdə də bir çox irəliləyişlər olmuşdur. 2009-cu ilin yerli büdcəsi 2008-ci illə müqayisədə 62,9 faiz artıq olmuşdur.
2009-cu il üçün gəlirlərdən daxil olmalar 800000 manat təsdiq edilmişdir. Bu rəqəmlər 2007-ci illə müqayisədə 3 dəfə, 2008-ci illə müqayisədə isə 60 faiz artıq deməkdir. Cari ilin 6 ayında yerli büdcənin mədaxil hissəsi 352000 manata qarşı 408900 manat, yəni 116,1 faiz icra edilmişdir. Ümumilikdə isə 56936 manat artıq vəsait daxil olmuşdur.
Ölkəmizdə səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının yaxşılaşdırılması, keyfiyyətli tibbi xidmət göstərilməsidir. Məhz bu baxımdan səhiyyədə aparılan islahatlar, pullu xidmətin ləğv edilməsi, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı imzaladığı fərmanlar onu göstərir ki, gələcəkdə də Azərbaycanın bütün bölgələrində yeni xəstəxanalar, diaqnostika mərkəzləri, klinikalar və digər tibb ocaqları fəaliyyətə başlayacaqdır.
Naftalanda da bu istiqamətdə xeyli iş görülmüşdür. Belə ki, şəhərimizdə 3 özəl sanatoriya fəaliyyət göstərir. Səhiyyə ocaqları müasir avadanlıqlarla təchiz edilmiş, tibb işçilərinin məsuliyyət hissi daha da artırılmışdır.
Şəhər Mədəniyyət və Turizm Şöbəsi 2009-cu ilin birinci yarısında məqsədyönlü tədbirlər həyata keçirmişdir. Şöbənin kitabxana və muzeylərində işlər yenidən qurulmuşdur. Kitabxanalarda keçirilən görüşlər, ayrı-ayrı ədəbi əsərlərin müzakirəsi gənclərin mənəvi tərbiryəsinə müsbət təsir göstərmişdir.
Naftalan şəhərində əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi və pensiya təminatı sahəsində də ardıcıl iş aparılmışdır. Belə ki, DSMF-un şəhər şöbəsi 2009-cu ilin birinci yarısında, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanlarına uyğun olaraq, pensiya və müavinətlərin vaxtında Kapital Bankın Naftalan filialına köçürülməsini və bankomat vasitəsi ilə ödənilməsini təmin etmişdir.
Tənqid və özünütənqid şəraitində keçən yığıncaqda hələ də müşahidə olunan nöqsan və kəm-kəsir barədə açıq müzakirə aparıldı. Həllivacib məsələlər diqqət mərkəzində saxlanıldı, onların tezliklə aradan qaldırılması yolları göstərildi. Bu cəhətdən icra başçısı şəhər təhsil şöbəsinin fəaliyyətində aşkar müşahidə olunan nöqsanlar barədə xüsusilə kəskin danışdı.
Şəhər Təhsil Şöbəsinin tabeliyində 2 orta məktəb, 3 məktəbdənkənar müəssisə və 1 körpələr evi – uşaq bağçası fəaliyyət göstərir. Obyekt qəza vəziyyətində olduğuna görə müvəqqəti olaraq fəaliyyəti dayandırılmışdır.
2008–2009-cu tədris ilində şəhər üzrə cəmi 992 şagird təhsilə cəlb olunmuşdur. Onların təlim-tərbiyəsi ilə 222 nəfər müəllim məşğul olmuşdur. Buraxılış imtahanları keçirilənə qədər Şəhər Təhsil Şöbəsi bir neçə dəfə sınaq-test yoxlaması keçirilmişdir. Aparılan test yoxlamaları zamanı keyfiyyət faizi çox aşağı olmuşdur. Hətta bir çox fənlərdən keyfiyyət sıfır faiz olmuşdur.
İ.Nizami adına 1 saylı orta məktəbdə imtahana buraxılan 66 şagirddən
26 nəfəri, yəni
47,3 faizi bir və ya bir
neçə fənnən
qeyri-kafi qiymət almışdır. S.Vurğun adına
2 saylı orta məktəbdə isə imtahana buraxılan 15 şagirddən 11 nəfəri,
yəni 73,3 faizi bir və ya
bir neçə fənnən xəbərsiz
olduqlarını göstərir.
Ümumiyyətlə, hər
iki orta məktəb üzrə imtahanda iştirak edən 70 şagirddən
cəmi 47,1 faizi mənimsəmə əldə
etmişdir. Bu isə respublika üzrə göstəricidən
xeyli aşağıdır.
Dərs ilini ümumtəhsil məktəbləri
56,14 faiz keyfiyyətlə
başa vurmuşdur.
Təhsil ilində
fənlərdən şagirdlərin
böyük əksəriyyətinin
qiymətləri yüksək
olduğu halda, buraxılış test imtahanlarında cəmi 1 saylı orta məktəbdə 4 şagird
yaxşı və əla qiymətlər almış, 2 saylı orta məktəbdə isə əla və yaxşı qiymətlər alan olmamışdır.
Bu isə onu göstərir ki, müəllimlər şişirtmə qiymətlər
yazmışlar. Gündəlik
verilən qiymətlər
imtahan zamanı özünü doğrultmamışdır.
Əlbəttə, belə
vəziyyətlə razılaşmaq
qeyri-mümkündür. Ona görə
də şəhərin
icra başçısı
Təhsil Şöbəsindən,
o cümlədən məktəb rəhbərlərindən
ciddi intizam və məsuliyyət, işdə əsaslı dönüş yaratmağı
tələb etdi. Əks-təqdirdə onlar haqqında kəskin tədbirlər görüləcəkdir.
Yığıncaqda Maliyyə
Şöbəsinin rəisi
Saleh Tağıyev, Təhsil Şöbəsinin
müdiri Famil Kamalov, Sanatoriya-Kurort Birliyinin baş həkimi Hətəm Qaçayev və başqaları çıxış
edərək, ayrı-ayrı sahələrdə
görülmüş işlər
barədə hesabat verdilər. Qarşıda duran vacib vəzifələrdən, yol
verilmiş nöqsanlardan,
onların aradan qaldırılması yollarından
ətraflı söhbət
açıldı. Toplantı
iştirakçıları belə bir yekdil
fikir ifadə etdilər ki, ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısı ilə Naftalan nümunəvi şəhərə
çevrilməkdədir.
Hazırda Naftalanda aparılan tikinti-abadlıq işləri, əldə edilən irəliləyiş belə
deməyə tam əsas verir ki, bu gözəl
kurort şəhərinin
itirilmiş şöhrəti
tezliklə özünə
qayıdacaq.
Sultanov Z.
Xalq qəzeti.-2009.- 9 avqust.-S.4.