Möhkəm maliyyə-iqtisadi potensial hesabına
iqtisadiyyatın inkişaf tempi qorunub saxlanılır
Bu ilin ötən
ayları ərzində ölkəmizin sosial-iqtisadi
inkişafı ötən ildən başlayan qlobal maliyyə-iqtisadi
böhranın dünya iqtisadiyyatında yaratdığı mənfi
fəsadlar, xüsusilə qlobal ticarət dövriyyəsinin kəskin
şəkildə aşağı düşməsi, bank və
qeyri-bank kreditləşməsinin azalması yönündə
baş vermişdir.
Xatırladaq ki, dövlət
başçımızın göstərişləri əsasında
görülən tədbirlər və əvvəlki illərdə
yaradılmış möhkəm maliyyə-iqtisadi potensial
hesabına ölkə iqtisadiyyatının
dayanıqlılığı qorunub saxlanılmış, onun
mənfi xarici təsirlərə müqavimət qabiliyyəti
sınaqdan uğurla çıxmışdır.
Bu fikrin əsaslandırılması
kimi bəzi statistik rəqəmlərə diqqət yetirək.
Cari ilin iyul ayının 1-i vəziyyətinə ölkə
iqtisadiyyatına kredit qoyuluşlarının həcmi əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz və
ya 297,3 milyon manat artaraq 6,5 milyard manata
çatmışdır. Kredit qoyuluşunun 39,5 faizi dövlət,
57,8 faizi özəl banklar, 2,7 faizi isə qeyri-bank kredit təşkilatları
tərəfindən həyata keçirilmişdir. Verilən kreditlərin 67,2 faizini
uzunmüddətli kreditlər təşkil etmişdir.
Dünyada hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda bank sistemində də dinamik inkişaf nəzərə çarpır. Bu, özünü kredit bazarında daha aydın göstərir. Belə ki, cari ilin iyun ayında kreditlər artaraq 6 milyard 463 milyon manata çatıb. Bu isə may ayına nisbətən kreditlərin həcminin daha 107 milyon manat artması deməkdir. Xatırladaq ki, əsas artım ticarət və xidmət sektorlarında qeydə alınmışdır. Başqa sözlə, bu sahələrə verilən kreditlər 46 milyon manat çoxalmışdır. Kreditlərin daha çox verildiyi digər sahə nəqliyyat və rabitə sektorudur. Onlara ayrılan kreditlərin həcmində 22 milyon manat artım var. Digər sahələrə – kənd təsərrüfatına verilən kreditlər 7 milyon manat, istehsala ayrılan kreditlər isə 10 milyon manat artıb.
Bütün bunlar bank sektorunun böhranın mənfi təsirlərinə məruz qalmadığını göstərir. Eyni zamanda, dinamika bankların təsir dairəsinin getdikcə genişlənməsində də özünü büruzə verir. Belə ki, bu ilin ilk yarısında banklar filiallarının sayını 8,1 faiz artıraraq 613-ə çatdırıb. Ümumiyyətlə, hazırda Azərbaycanda dövlət kapitalının iştirak etdiyi bir bank və 45 kommersiya bankı fəaliyyət göstərir.
Onu da deyək ki, bu yaxınlarda “Standard Poors” beynəlxalq reytinq agentliyi bildirib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dünya iqtisadi və maliyyə böhranına reaksiyası vaxtında olub: “AMB böhrana vaxtında reaksiya verib. Təkrar maliyyələşdirmə dərəcəsi və öhdəliklər üzrə rezerv tələbləri bir neçə dəfə azaldılıb ki, bu da bank sektorunda 350 milyon manat (sektor öhdəliklərinin həcminin 3,5 faiz) məbləğində likvidliyi təmin edib. Bundan əlavə, AMB bəzi kommersiya banklarında likvidliyə birbaşa təsir göstərib”.
Yuxarıda adı çəkilən agentlik hesabatında onu da bildirib ki, AMB həyata keçirdiyi müxtəlif tədbirlər nəticəsində əmanətçilərin bank sisteminə inamını qoruyub saxlayıb. Burada bir məqamı da xatırlatmaq yerinə düşər: Milli Məclisin qəbul etdiyi yeni qanuna əsasən, sığortalanan əmanətlərin məbləği 6 min manatdan 30 min manatadək artırılıb. Şübhəsiz ki, bu, əmanətçilərin banklara inamını gücləndirib. Eyni zamanda, bankların maliyyə vəsaitlərini cəlbetmə imkanları yaxşılaşıb.
Ölkənin qiymətli kağızlar bazarında da canlanma müşahidə edilir. Bu ilin ilk yarısında 1,2 milyard manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınmışdır.Qiymətli kağızlar bazarının ümumi emissiyasının 46,7 faizini dövlət istiqrazları, 37,6 faizini Mərkəzi Bankın notları, 11,2 faizini səhmlər, 4,5 faizini isə korporativ istiqrazlar təşkil etmişdir.
Bu dövr ərzində 263,5 milyon manatlıq dövlət istiqrazları, 218,4 milyon manatlıq Mərkəzi Bankın notları, 256,3 milyon manatlıq veksellər Bakı Fond Birjasında keçirilmiş hərraclarda yerləşdirilmişdir.
Ölkənin iqtisadi inkişafını dövlət büdcəsinin icrasında da aydın görmək mümkündür. Belə ki, bu ilin birinci yarısında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq, 4,9 milyon manata, xərcləri isə 8,4 faiz artaraq, 4,9 milyon manata, xərcləri isə 8,4 faiz artaraq, 4,4 milyard manata çatmış, büdcənin icrasında yaranmış 424 milyon manatlıq profisit ümumi daxili məhsulun 3 faizini təşkil etmişdir.
Vergi gəlirlərinin 45,4 faizi əlavə dəyər vergisindən, 24,1 faizi hüquqi şəxslərin mənfəət vergisindən, 13,5 faizi fiziki şəxslərin gəlir vergisindən, 5,5 faizi aksiz vergisindən, 5,2 faizi isə xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən daxil olmuşdur.
Büdcə gəlirlərinin 2 milyard manatı iqtisadiyyata investisiya qoyuluşuna, 541 milyon manatı əhalinin sosial müdafiəsi və sosial təminatına, 675,4 milyon manatı isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə sərf edilmişdir. Xərclərin 30,9 faizini əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil etmişdir.
Bu il iyulun 1-nə olan məlumatlara
görə, əhalinin banklardakı əmanətləri əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz artaraq
1934,2 milyon manat təşkil etmişdir. Əmanətlərin
696,5 milyon manatı milli, 1237,7 milyon manatı isə xarici
valyuta şəklində qoyulmuşdur. Özəl banklarda yerləşdirilmiş
əmanətlərin həcmi 1436 milyon manata, onun əmanət
qoyuluşlarının həcmində payı isə 74,2 faizə
çatmışdır.
Dünyada yaşanan maliyyə
böhranına baxmayaraq, bu ilin 6 ayında bütün əsas
investisiya layihələrinin və proqramların həyata
keçirilməsi davam etdirilmiş, bu məqsədlə
dövlət büdcəsindən 1 milyard 675 milyon manat vəsait
yönəldilmişdir.
Həmin vəsaitlərdən
sosial-mədəni və məişət təyinatlı
obyektlərin tikintisinə və yenidənqurulmasına 124
milyon manat, o cümlədən təhsil müəssisələrinə
29 milyon manat, səhiyyə müəssisələrinə 32
milyon manat vəsait sərf edilmişdir.
Bu ilin ötən dövrü ərzində
icmal büdcənin tərkib hissəsi olan Dövlət Neft
Fondunun vəsaiti hesabına məcburi köçkünlər
üçün yaşayış qəsəbələrinin
tikintisi, Samur–Abşeron suvarma sisteminin yenidən qurulması,
Oğuz–Qəbələ–Bakı su kəməri,
Bakı–Tbilisi–Qars dəmir yolu layihələrinin həyata
keçirilməsi üçün 153 milyon manat vəsait sərf
edilmişdir.
Görülmüş işlər
və əldə edilən müsbət nəticələr Azərbaycan
iqtisadiyyatının bundan sonrakı inkişafına müsbət
təsir edəcəyi, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin
təmin olunmasına yönəlmiş dövlət
proqramlarının uğurla reallaşacağı barədə
əminliklə fikir söyləməyə əsas verir.
Bayramov V.
Xalq qəzeti.- 2009.- 21 avqust.- S. 1.