Bərdə çörəkli torpaqdır

Bu yerlərin bar-bərəkəti bol sudan güc alır

Bərdə taxılçıları bu il rayonun tarixində ən yüksək nəticə əldə etmişlər. Zəmilərdən 100 min tona yaxın məhsul götürülmüşdir. Bu, ötən ildəkindən 23713 ton çoxdur.

Biçin xeyli vaxtdır ki, başa çatıb. Taxılçılar bol məhsulu zəmilərdən anbarlara daşıyırlar. İllik azuqə ayrıca yığılır, toxum tədarük edilir, gəlir-çıxar müəyyənləşdirilir. Bir sözlə, çəkilən zəhmət öz bəhrəsini verib. İl bərəkətli gəlib, adamların təknəsində çörək boldur... Deməli, kəndin, kəndlinin kefi, necə deyərlər, ala buludlardadır. Axı, dədə-babalarımız belə deyib: “Qılınc açmayan qapını çörək açar”. Çörək varsa ət də var, yağ da, kartof da, soğan da... Təki xırmanımızdan taxıl, təknəmizdən çörək əskik olmasın.

Bax, belə bir vaxtda respublikanın ən böyük kənd təsərrüfatı rayonlarından olan Bərdənin kəndlərinə çıxdıq, fermerlərlə, taxılçılarla görüşüb söhbət etdik. Bizi daha çox maraqlandıran taxılçılıqda əldə edilmiş builki qələbə, adamların gün-güzaranı, qayğı və problemləri idi. Əlbəttə, burada əsas ağırlıq fermerlərin, kəndli sahibkarların üzərinə düşür. Torpağın şumlanmasından, səpindən tutmuş becərməyə, məhsul yığımına qədər onların gecəsi-gündüzü yoxdur. Ancaq kənd adamları məsələnin başqa tərəflərindən daha çox danışdılar: “Boş əllə nə etmək olar? Susuz çöllərdə nə yetişdirmək mümkündür? Bu uğurlarda əsas pay həm də meliorasiya və su təsərrüfatı işçilərinindir. Onlar səpindən tutmuş yığıma qədər bizim yanımızdadırlar”.

Bu sözləri rayon üzrə ən yüksək nəticə əldə etmiş fermerlərin dilindən eşitdik. Hər hektardan 50-60 sentner məhsul götürmüş Qazaxlar kəndindən İkram Ziyadov, Ərəblər kəndindən Salman Musayev, Qaradəmirçi kəndindən Saleh Qasımov, Alacadırlı kəndindən Əli Mustafayev və başqaları da eyni sözləri dedilər.

Mövzuya girişin, necə deyərlər, qısaca tarixçəsi bax, belədir. Ona görə də qərara aldıq ki, rayonun meliorasiya və su təsərrüfatı idarələrinə baş çəkək, işin gedişindən, görülmüş və görüləcək tədbirlərdən, fermerlərlə, kənd adamları ilə qarşılıqlı əlaqə və münasibətlərdən yazı hazırlayaq.

Namiq ƏHMƏDOV – Bərdə Rayon Suvarma Sistemləri İdarəsinin rəisi:

– Kənd adamlarına, fermerlərə, sahibkarlara belə səmimi sözlərə, qədirbilən münasibətə görə minnətdarıq. Sözün düzü, biz belə sözləri hər gün eşidirik. Ona görə ki, hər gün kənddə, suyun üstündə, işin başındayıq. Yeri gəlmişkən, burada xüsusi qeyd edilməli vacib bir məqam var. Əvvəllər böyük təsərrüfatlar, kolxozlar, sovxozlar vardı. Bir idarə olaraq biz suyu, necə deyərlər, təsərrüfat rəhbərinə təhvil verirdik. O hansı sahəyə, hansı briqadaya suyu nə vaxt verəcəyini özü müəyyənləşdirirdi.

İndi isə vəziyyət dəyişib. Hər kənddə yüzlərlə torpaq payçısı, fermer, sahibkar var. İndi əkin qabaqlar olduğu kimi, yüz hektarlarla sahəni əhatə etmir. Əvvəla, həmin sahələr 50-60 kənd adamı arasında bölünüb. İkinci bir tərəfdən, o sahələrin hamısında eyni bitki əkilmir. Bax, suvarma sistemləri idarələrinin işindəki çətinlik bundan ibarətdir. Bütün bunlara baxmayaraq, kənd adamları, fermer və sahibkarla əlbir, qarşılıqlı fəaliyyət, işin düzgün təşkili, intizam və tələbkarlığın artırılması nəticəsində uğurlar ildən-ilə artır.

Ümumiyyətlə, söhbət meliorasiya və su təsərrüfatı kompleksindən gedirsə, hökmən ötən əsrin 70-80-ci illərini xatırlamaq lazım gəlir. Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həmin illərdə də kənd təsərrüfatı sahəsində misli görünməmiş uğurlar əldə edilmişdir. O, illərdə görülmüş böyük işləri xatırlayıram. Mən o vaxt da rayon suvarma sistemləri idarəsində çalışırdım.

Demək istəyirəm ki, mövcud suvarma kompleksi, kanal və drenaj şəbəkələri, nəhəng qurğular məhz həmin illərdə tikilib başa çatdırılmışdır. Əgər Bərdə rayonu keçmiş sovetlər birliyində pambıq istehsalı üzrə birinci yerdə gedirdisə, kənd təsərrüfatının digər sahələrində də bol məhsul əldə edilirdisə, bu, şübhəsiz, həm də suvarma və meliorasiya sahəsində həyata keçirilən kompleks və uzunmüddətli tədbirlərin nəticəsi idi.

Olduqca fərəhlidir ki, bu strateji xətti ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirir. Bütövlükdə, respublikamızda olduğu kimi, bizim rayonda da meliorasiya və irriqasiya sistemində tikinti-quraşdırma və yenidənqurma işləri sürət və keyfiyyətlə aparılır.

Yeri gəlmişkən, deyim ki, Bərdə rayonunun əsas su mənbəyi Yuxarı Qarabağ kanalı və onun üzərində olan elektrik nasos stansiyaları, 2 su anbarı, Tərtər kanalı və subartezian quyularıdır. Ümumiyyətlə, Bərdə Rayon Suvarma Sistemləri İdarəsi 53949 hektar sahəyə xidmət edir. 2008-ci ildə rayon üzrə təkrar əkinlə birlikdə 62000 hektar sahə suvarılmışdır.

Son 2 ildə rayonda əkin sahələrinin su təminatını yaxşılaşdırmaq məqsədilə 4 elektrik nasos stansiyası yenidən qurularaq istifadəyə verilmişdir. Bunlar Kür çayı üzərində Nazırlı kəndi ərazisində, Məmmədli kəndində, Türkmən kəndində Tərtər çayı üzərində və Mirzəxan kəndində Yuxarı Qarabağ kanalı üzərində qurulmuşdur. Nazırlı kəndi ərazisində ikinci elektrik nasos stansiyasında quraşdırılma işləri aparılır.

Hidrotexniki qurğuların və beton kanalların cari və əsaslı təmiri ilboyu müvafiq plan üzrə aparılır. 2008-ci ildə və ötən 6 ayda bu sahədə görülmüş işlər aşağıdakı kimidir. Ötən il 748 min kubmetr suvarma sistemləri, 110 min kubmetr Tərtər çayının məcrası təmizlənmişdir. 80 hidrotexniki qurğu, 15 kilometr beton kanal, 12 elektrik və dizel mühərrikləri və s. əsaslı təmir edilmişdir. Təmir-bərpa və yenidənqurma tədbirləri uğurla davam etdirilir.

Bəli, bu gün söhbət taxıl, digər əkinçilik və heyvandarlıq məhsulları istehsalı sahəsində əldə edilmiş böyük uğurlardan gedirsə, şübhəsiz, burada meliorasiya və su təsərrüfatı sistemində çalışanların da layiqli payı var. Yeri gəlmişkən, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayevə kollektivimizin hər bir üzvünün minnətdarlığını çatdırmaq istəyirəm. İşin daha yaxşı təşkil edilməsi, boşdayanmalara və fasilələrə yol verməmək üçün nə vaxt nə lazım olursa, onlar öz kömək və qayğılarını əsirgəmirlər.

Uzun illərin təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, meliorasiya və su təsərrüfatı sistemində çalışanlar üçün iş hansı fəsildə çoxdur sualı dəqiq səslənmir. Çünki bizim üçün ilboyu görülən həlli vacib məsələlər var. İndi ilin elə çağıdır ki, ilk baxışda iş nisbətən səngiyib. Əslində isə belə deyil. Axı, gələn ilin bol məhsulunun taleyi bu gün apardığımız təmir-bərpa və yenidənqurma işlərindən çox asılıdır.

Firudin BAXŞALIYEV – Bərdə Rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi:

– Vaxtında və keyfiyyətli kompleks meliorasiya işləri aparmadan bol məhsul götürmək mümkün deyil. Lakin orası da var ki, meliorasiya tədbirlərini bir dəfə başa çatdırmaqla işi bitmiş hesab etmək olmaz. Burada ardıcıl və sistemli iş qurulmalı, nəzərdə tutulan tədbirlər fasiləsiz icra olunmalıdır. Digər vacib amil isə görülən işin keyfiyyətidir. Mən bu sözləri deyərkən 70-80-ci illərdə respublikamızın bütün bölgələrində olduğu kimi, Bərdədə aparılan kompleks meliorasiya tədbirlərini də xatırlayıram. Meliorasiya və irriqasiya sahəsində yaradılan möhkəm bünövrə, əsaslı və uzunmüddətli tədbirlər bu gün öz bəhrəsini verməkdədir.

Bərdə Subartezian Quyularının İstismarı İdarəsi 1989-cu ildən yaradılmışdır. Həmin il idarəmizin balansında 622 subartezian quyusu mövcud idi. Bu rəqəmi ona görə xüsusilə vurğulayıram ki, 1989-1993-cü illərdə idarənin adı olub. Belə ki, məlum səbəblərdən Tərtər çayından su verilmədiyindən 6000 hektara yaxın əkin sahələrinin suvarılması mümkün deyildi. Digər tərəfdən, 1993-cü ildə təhvil-təslim zamanı məlum oldu ki, 622 subartezian quyusunun 368-də kalon lüləsindən başqa bütün avadanlıq dağıdılmışdır.

1994-cü ildə Meliorasiya və Su Təsərrüfatı Komitəsinin (o zaman belə adlanırdı) tapşırığına əsasən, Yevlax rayonu ərazisində suvarmaya və kommunal məqsədlərə xidmət edən 59 quyu Goranboy rayonunun balansından alınaraq Bərdə rayonuna verilmişdir. Onlardan isə ancaq 12-ni istismar etmək mümkün idi, qalanları dağıdılmışdı. Beləliklə, 1993-1994-cü illərdə 400 subartezian quyusu ciddi ehtiyac olduğuna baxmayaraq işləmirdi. Bu isə o demək idi ki, Bərdə və Yevlax rayonları ərazisində 10 min hektara yaxın əkin sahələrini suvarmaq mümkün deyil.

Əlbəttə, bu vəziyyət uzun zaman davam edə bilməzdi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyevin daimi diqqət və qayğısı nəticəsində bütün sahələrdə olduğu kimi, meliorasiya sahəsində də konkret addımlar atıldı, əməli tədbirlər işlənib həyata keçirildi. Belə ki, dövlət vəsaiti hesabına yeni quyuların qazılması, dağıdılmış quyuların iş rejiminin bərpası və əsaslı təmiri sürətləndirildi.

Hazırda Bərdə və Yevlax rayonları ərazisində 774 subartezian quyusu istismar olunur. Bu isə 16865 hektar əkin sahəsini suvarma suyu ilə təmin etməyə imkan verir. Rəqəmlərdən də göründüyü kimi, 1993-1994-cü illərdə dağıdılmış 400 subartezian quyusu tam bərpa olunmuşdur. 1994-cü ildən indiyə kimi əkin sahələrində suvarma suyuna olan tələbatı yaxşılaşdırmaq üçün 93 yeni quyu qazılmış, 400-ü isə əsaslı təmir edilmişdir.

Aparılan meliorasiya tədbirlərinin keyfiyyəti həm də cari və əsaslı təmir işlərinin vaxtında aparılmasından asılıdır. Bu baxımdan aşağıdakı rəqəmlər çox şeydən xəbər verir. 2008-ci ildə kollektivimizin gücü ilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti rəhbərliyinin yaxından köməyi və qayğısı nəticəsində 358 nasos yenidən yığılmış, 276 elektrik mühərriki, 22 transformator təmir edilmiş, 4 subartezian quyusu təkrar qazılaraq istismara verilmişdir və s. Cari ilin 6 ayı ərzində isə 21 transformator, 4 subartezian quyusu, 19 elektrik mühərriki və s. təmir olunmuşdur. Bu isə bizə imkan verir deyək ki, ilin sonunadək nəzərdə tutulmuş vəzifələr, müəyyən edilmiş tapşırıqlar vaxtında və keyfiyyətlə yerinə yetiriləcək.

Rəşid RZAYEV – Qarabağ Meşə Meliorasiya İdarəsinin rəisi:

– İdarəmiz 1994-cü ildə yaradılmışdır. Məqsəd Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansında olan su hövzələrinin, magistral kanalların və kollektor-drenaj şəbəkələrinin ətrafındakı meşə zolaqlarının məhv olmasının qarşısını almaq və yeni meşə zolaqları salmaq idi. Əvvəllər 385 hektar meşə zolağı olmuşdur. Son illərin gərgin əməyi nəticəsində həmin meşə zolaqları yenidən bərpa olunmuş və 55 hektar əlavə meşə salınmışdır. 2001-ci ilin əvvəllərindən Bərdə rayonu ərazisində olan 492 kilometr təsərrüfatdaxili kollektor-drenaj şəbəkələri də bizim balansımıza verilmişdir. Ona görə də idarəmiz həm də onların istismarı ilə məşğuldur.

Son illər ərzində 40,5 kilometr yeni kollektor-drenaj xətti çəkilmişdir. Bundan başqa, ötən ildən Suvarma Sistemləri İdarəsinin balansında olan 205,3 kilometr kollektor-drenaj şəbəkəsi də bizim nəzarətimizdədir. Beləliklə, hazırda balansımızda 805 kilometr kollektor-drenaj şəbəkəsi var. Ötən il mövcud 440 hektar meşə zolağı 3-4 dəfə suvarılmış, 20 hektar sahədə təzələmə işləri aparılmışdır. Meşə zolaqlarının mühafizə olunması işi də yüksək səviyyədə təşkil olunmuşdur.

2008-ci il melioratorlarımız üçün də uğurlu olmuşdur. İl ərzində keçmiş Azərbaycan, Qazaxlar, Zərdabi, C.Cabbarlı, Şirvanlı kolxozlarının ərazisində 61 kilometr kollektor-drenaj xətti lil və çöküntülərdən təmizlənmişdir. 266 min kubmetr ekskavator, 106 min kubmetr buldozer işi görülmüşdür.

2009-cu ilin 6 ayı ərzində Bərdə rayonunun Hacılar, Bəcirəvan, Xanağalı, Qaradəmirçi və başqa kəndlərinin ərazisində 45,5 kilometr kollektor-drenaj xətti lildən təmizlənməklə, 187 min kubmetr ekskavator, 63 kubmetr buldozer işi aparılmışdır. Hazırda rayonun Alpoud, Boyəhmədli, Xanağalı kəndlərində kollektor-drenaj şəbəkələrinin lildən təmizlənməsi işi davam etdirilir. Şübhə yoxdur ki, ilin axırınadək qarşıya qoyulmuş bütün vəzifələr uğurla yerinə yetiriləcəkdir.

Onu da bildirmək istəyirəm ki, son 2 ildə idarəmizin maddi-texniki bazası da xeyli möhkəmləndirilmişdir. Təkcə ötən il 2 yeni ekskavator, bir “UAZ”, bir “Niva” markalı avtomobil və s. alınmışdır. Bütün bunlar isə aydın məsələdir ki, görülən işin kəmiyyət və keyfiyyətinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Ölkə Prezidenti İlham Əliyevin imzaladığı ikinci regional inkişaf Dövlət Proqramında həyatımızın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı, o cümlədən meliorasiya və su təsərrüfatı kompleksi qarşısında da yeni ciddi vəzifələr qoyulmuşdur. İndi başlıca diqqət, bütün səy və imkanlar həmin vəzifələrin uğurla yerinə yetirilməsinə, ölkəmizdə ərzaq bolluğu yaradılmasına yönəldilmişdir.

Ziyəddin SULTANOV, “Xalq qəzeti”nin bölgə müxbiri

21.08.2009

Sultanov Z.

Xalq qəzeti.- 2009.- 21 avqust.- S. 3.