Musa Əliyev. Biblioqrafiya

 

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından “Musa Mirzə oğlu Əliyev” adlı biblioqrafiya nəşr etdirmişdir. AMEA Rəyasət heyətinin qərarı ilə üç dildə (Azərbaycan, rus və ingilis) çap olunan biblioqrafiyanın tərtibçi-müəllifləri geologiya – mineralogiya elmləri namizədləri Qurban Əliyev və Aliyə Əzizbəyova, redaktoru isə akademik Akif Əlizadədir.

KitabTərtibçilərdəngiriş sözü ilə açılır. “Həyatı, elmi, elmi-təşkilatı ictimai-pedaqoji fəaliyyətinin əsas tarixləriadlı ilk bölmədə, adından da göründüyü kimi, görkəmli alimin tərcümeyi-hal tarixi xronologiya prinsipi ilə verilmişdir. Bu bölmədə akademik Musa Əliyevin keçdiyi zəngin həyat yolu, keçmiş SSRİ şərq dünyası elmində onun əldə etdiyi uğurlar, milli geologiya elminə gətirdiyi yeniliklər, milli elm tarixindəki xidmətləri, ictimai xadim kimi fəaliyyəti s. haqqında kifayət qədər məlumatlanmaq mümkündür.

Ağır, əziyyətli illər aşırmış, zəhmətkeş alim taleyi yaşamış, təlatümlü 30-40- illərin sınağından çıxmış fədakar insanın 77 illik ömrünün zəruri anlarıGörkəmli dövlət xadimi akademik Musa Mirzə oğlu Əliyevin elmi, elmi-təşkilati ictimai-pedaqoji fəaliyyəti haqqında qısa oçerkbölümündə vərəq-vərəq səhifələnir.

Akademik Musa Mirzə oğlu Əliyev 1908-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. 1926- ildə fizika-riyaziyyat təmayüllü orta məktəbi (Aşqabad şəhərində) əla qiymətlərlə bitirmiş həmin ildə Azərbaycan Sənaye (indiki Azərbaycan Dövlət Neft Akademiyası) İnstitutunun dağ-mədən fakültəsinə daxil olmuşdur. 1931-ci ildə institutu bitirmişdir. Əmək fəaliyyətinə 1927-ci ildə Suraxanı istismar kontorunda xronometrajçı vəzifəsindən başlamışdır. Hələ tələbəlik illərində – 1929-cu ildə, professor V.V. Boqaçovun dəvəti ilə institutun paleontologiya, tarixi geologiya SSRİ geologiyası kafedrasına laborant vəzifəsinə qəbul olunur. O, burada paleontologiya üzrə zəngin V. V. Boqaçov məktəbindən bəhrələnir ömrünün sonuna kimi elmi yaradıcılığını paleontologiya stratiqrafiya elmləri ilə bağlayır.

1931-ci ildə M. M. Əliyev institutun aspiranturasına daxil olur elmi axtarışlarını V. V. Boqaçov, V. F. Pçelintsev, V. P. Renqarten kimi görkəmli alimlərin rəhbərliyi ilə aparmışdır. 1944-cü ildə M.M.Əliyev Ali məktəblər elmi müəssisələr üzrə Azərbaycan Mərkəzi Komitəsinin şöbə müdiri vəzifəsinə təyin olunur mütəmadi olaraq ölkənin qabaqcıl ali məktəblərində təhsil almaq üçün Azərbaycandan gənc kadrların göndərilməsinə nail olmuşdur. Bu işlər M. M. Əliyev tərəfindən 1947-ci ildə Azərbaycan KP Mərkəzi Komitəsinin sənaye üzrə katibi vəzifəsində çalışdığı vaxt 1948-1949-cu illərdə Azərbaycan Nazirlər Soveti sədrinin müavini Dövlət Plan Komitəsinin sədri vəzifəsində olduğu zaman da davam etdirilirdi.

M.M.Əliyev 1950-ci ildə Azərbaycan Elmlər Akademiyasınıın prezidenti seçilmişdir. Onun prezident olduğu zaman (1950-1958) EA-nın inkişafının istiqamətləndirilməsində, yeni elmi-tədqiqat institutlarının, bölmə şöbələrin yaradılmasında, elmin ən perspektivli sahələrinin Azərbaycanda təşkil edilməsində böyük xidmətləri olmuşdur. Bu dövrdə bütün bölmələrin işində böyük dönüş yaranır. Şamaxı Astrofizika Rəsədxanası, Fizika institutunda orijinal radiostereoskop, EM-8 hesablayıcı maşını işə salınır, krekinq prosesinin nəzəri əsaslarının tədqiqi, aşağı keyfiyyətli neftin yüksək dizel yanacağına keç prosesi istehsalında tətbiq edilir, faydalı qazıntılar mineral suları, geoloji, tektonik, geomorfoloji xəritələr, 7-cildlik “Azərbaycan geologiyasınəşr edilir; biologiya, tibb, kənd təsərrüfatı ilə məşğul olan alimlər qarşısında duran bir çox problemlər öz həllini tapır. Bu zaman Azərbaycan elminin inkişafına dair çoxsaylı xəritələr monoqrafiyalar çapdan çıxmışdır.

Nəşr olunmuş elmi əsərlərin biblioqrafiyasında məqalələr kitablar nəşr tarixi üzrə ardıcıllıqla verilmişdir. 1939-88-ci illəri əhatə edən bu siyahıda oxucuya alimin 182 əsərinin adı təqdim olunur. “Redaktə etdiyi əsərlər” (1940-1977-ci illər), “Dissertantlara elmi rəhbər məsləhətçi” (1955-1978) kimi bölmələrdə görkəmli alimin yeni nəslə olan qayğı diqqətini, xidmətlərini aydın görmək olar.

Həyatı, ictimai fəaliyyəti əsərləri haqqında ədəbiyyatsiyahısında Azərbaycanda xarici ölkələrdə çap olunmuş 60-a qədər elmi, publisistik məqalənin adı verilmişdir. 1938-2008-ci illərdə yazılmış bu məqalələr monoqrafiya ensiklopediyalarda, elmi dərgi mərkəzi qəzet səhifələrində nəşr olunmuşdur. Həmin məqalələrin əksər müəllifləri geologiya sahəsinin görkəmli alimləridir.

Nəşr olunmuş elmi əsərlərin əlifba göstəricisi”, “Müştərək həmmüəlliflərin əlifba göstəricisi”, “Müəlliflərin əlifba göstəricisikimi yardımçı bölmələr biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədi daşıyır. Əsərin uğurlu alınmasının əsas səbəblərindən biri odur ki, məhz geologiya elminin incəliklərinə bələd alimlərin tərtibçimüəlliflər olmasıdır. Eyni zamanda, müasir biblioqrafiyanın tərtibat qaydalarına uyğun şəkildə hazırlanması da nəşrin üstün cəhətlərindəndir. “Musa Əliyevbiblioqrafiyası kütləvi oxucularla yanaşı, tədqiqatçılar üçün sanballı elmi mənbədir. Başlıcası isə YUNESKO-da, respublikamızda 100 illik yubileyi qeyd olunan akademik Musa Əliyevin xatirəsinə dəyərli bir hədiyyədir.

 

 

Ülvi A.

 

Xalq qəzeti.- 2009.- 21 avqust.- S. 4.