Çağdaş Azərbaycan ədəbi
qurumları
Respublikamızda fəaliyyət
göstərən peşəkar ədəbi
yaradıcılıqla məşğul olan şəxsləri
birləşdirən qurumlar, ədəbi dərgilər, qəzetlər
(eləcə də ədəbiyyatşünaslığa, gənc
yazarların yaradıcılığına daimi yer verən,
daha çox yeni nəsil yazarları tərəfindən araya-ərsəyə
gətirilən ictimai fikir nəşrləri), vebsaytlar, ədiblərimizin
ev muzeyləri, ədəbiyyatşünaslıq üzrə
ixtisaslaşmış elmi-tədqiqat ocaqları, ədəbi
ödüllər barədə yığcam bilgilər
Dünya Gənc Türk Yazarlar Birliyi adından təqdim
etdiyimiz “Çağdaş Azərbaycan ədəbi
qurumları” almanaxında toplanıb.
Almanaxda “Ədəbi
qurumlar”, “Ədəbi dərgilər”, “Qəzetlər”, “Azərbaycan
ədəbi elektron məkanı (vebsaytlar)”, “Muzeylər,
poeziya evləri”, “Fondlar”, “Təqaüdlər, mükafatlar”, “Ədəbiyyatşünaslıq,
dilçilik və bədii yaradıcılıq üzrə
ixtisaslaşmış elmi-tədqiqat ocaqları”, “Repressiya
qurbanı olan ədiblər”, “Şəhid şairlərimiz”
kimi bölmələrdə respublikamızın ədəbi xəritəsini
geniş şəkildə əks etdirməsinə, hansısa
hüquqi şəxsin, yaradıcılıq qurumunun, ədəbi
elektron ünvanının diqqətdən kənarda
qalmamasına çalışmışıq.
Ancaq bu ilk
buraxılışdır, yəqin, haqqında bilgi verilməmiş
başqa qurumlar, quruluşlar da mövcuddur. Biz bütün təklifləri
nəzərə alıb, gələcəkdə bu qəbildən
ikinci — daha əhatəli soraq-məlumat kitabını
hazırlayıb çap etdirməyi
düşünürük.
Bu soraq-kitabı daha çox bölgələrdə
yaşayan yaradıcı
gənclər üçün
nəzərdə tutulub.
Bəzən adi bir ünvanın, telefonun axtarışına sərf
edilən uzun-uzadı vaxta qənaət etmək baxımından, həmin zamanın məhz yaradıcılığa, axtarışlara,
ədəbi görüşlərə
sərf edilməsi üçün bu vəsaitin gərəkliyi
şübhəsizdir. Habelə ədəbi mühitlə
ilk tanışlıqların,
xüsusən paytaxt mühitinə ilk addımların bilgisizlikdən
yanlış atılmaması,
çap olunmaq baxımından alternativlərin
mövcud olduğunu göstərmək üçün
də bu və bu kimi
nəşrlər daha
yeni, daha dəqiq bilgilərlə vaxtaşırı çap
olunmalıdır.
Soraq-məlumat kitabının redaktorları
İlqar İlkin, Rəsmiyyə Sabir və Namiq Hacıheydərlidir.
Qoşalı Əkbər
Xalq qəzeti.- 2009.- 22
avqust.- S. 6.