Azərbaycan səhiyyə sistemi müasir dünya standartları səviyyəsində yenidən qurulur

 

Əhalinin sağlamlığının qorunması dövlətin prioritet məsələlərindən birinə çevrilmişdir

 

Azərbaycan xalqı, Azərbaycan vətəndaşları yaşadıqları yerdən asılı olmayaraq, bütün sahələrdə, xüsusilə, səhiyyə sahəsində ən yüksək xidmətlə təmin olunmalıdırlar.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Respublikamızın sosial-iqtisadi inkişafı cəmiyyət həyatının bütün sahələrində olduğu kimi səhiyyə sistemində də öz müsbət nəticələrini vermişdir. Bugünkü Azərbaycan səhiyyəsinin inkişaf səviyyəsini xarakterizə etmək üçün əvvəlcə iki faktı yada salmaq yerinə düşər. Birinci, Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında söyləmişdir: “Son illər elə ay olmayıb ki, ölkəmizin başçısı hansısa tibb müəssisəsində olmasın. O, həm yeni səhiyyə ocaqlarının təməlqoyma mərasimlərində iştirak edir, həm tikinti meydançasına gələrək inşaat işlərinin gedişi ilə maraqlanır, həm açılış mərasimlərində şəxsən iştirak edərək öz xeyir-duasını verir”. Fikrimizcə, nazirin bu cümlələri Azərbaycan səhiyyəsinin iti sürətlə inkişafının səbəblərini göstərmək üçün ən tutarlı dəlildir.

İkinci, Azərbaycanın Rusiya, Türkiyə İrandakı səfirliklərinin nümayəndələri belə bir tendensiyanın yarandığını müşahidə ediblər: Əvvəllər müxtəlif ağır xəstəliklərə mübtəla olmuş Azərbaycan vətəndaşlarının müalicə üçün Moskva, İstanbul ya Tehrana getməsi adi hal idi. Son üç ildə isə bu axın azalmış, əksinə, həmin ölkələrdəki soydaşlarımızın müalicə üçün Bakıya qayıtması tendensiyası yaranmışdır. Bu isə neft gəlirlərinin qeyri-neft sektorunun, xüsusən, sosial sahələrin inkişafına istiqamətləndirilməsini təmin edən Azərbaycan rəhbərliyinin növbəti uğurlarından biridir. Fikrimizcə, xaricdəki diplomatik korpusumuzun təmsilçilərinin müşahidə etdiyi bu tendensiya Azərbaycan səhiyyəsinin inkişaf tempini xarakterizə etmək üçün əlavə şərhə ehtiyacı olmayan faktdır.

Mütəxəssislərin fikrincə, ölkə səhiyyəsinin indiki səviyyəyə çatmasının əsas səbəbi ulu öndər Heydər Əliyevin hələ 1969-cu ilin yayından etibarən həyata keçirməyə başladığı idarəçilik kursunun hərtərəfli şəkildə işlənib hazırlanmış, elmi cəhətdən əsaslandırılmış kurs olmasıdır. Həmin illərdə Azərbaycanda yüzlərlə iri, o dövr üçün müasir olan səhiyyə obyektləri inşa edilmiş, respublikada mövcud olan tibb müəssisələrinin yarıdan çoxu yenidən qurulmuş, ambulator-poliklinika şəbəkəsi genişləndirilmişdi. Bakıda ölkənin digər şəhərlərində ittifaq əhəmiyyətli, yüksək ixtisaslaşmış səhiyyə müəssisələri istifadəyə verilmişdi. Ölkə paytaxtında Neyrocərrahiyyə Mərkəzi, Diaqnostika Mərkəzi, Toksikoloji Mərkəz, Yanıq Mərkəzi, Əlillərin Reabilitasiya Mərkəzi, Uroloji Xəstəxana başqa səhiyyə obyektləri yaradılmışdı. İstisu, Qalaaltı, Naftalan, Günəşli, Abşeron, Qızılqum, Bilgəh kurort sanatoriyaları da məhz həmin illərdə tamamilə yenidən qurularaq ölkə əhalisinin istifadəsinə verilmişdi.

Ulu öndərin 1993-cü ilin yayında ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra da ölkə səhiyyəsinin inkişafında yeni mərhələ başlanmışdı. Qısa müddət ərzində səhiyyə sisteminin fəaliyyətini tənzimləyən 10-dan artıq qanun işlənib hazırlanmış, həyata vəsiqə almışdı. Məhz həmin qanunların qəbul edilməsindən sonra – 1998-ci ilin martında Azərbaycan Prezidenti Heydər ƏliyevSəhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədəsərəncam imzalamış, sahənin daha genişmiqyaslı inkişafına start verilmişdi.

Heydər Əliyevin ölkə səhiyyəsinin inkişafına ayırdığı diqqətin nəticəsində Azərbaycan səhiyyəsi MDB dövlətləri arasında dünya səhiyyə sistemində çox böyük nüfuz qazanmışdı. Təsadüfi deyil ki, 1998-ci ilin may ayında Ümumdünya Səhiyyə Təşkilatının ali orqanının sessiyasında Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar yüksək qiymətləndirilmiş, ölkəmizə göstərilən yardımın məbləğinin 1999-cu ildən etibarən 3 dəfə artırılması barədə qərar qəbul edilmişdi. Həmin dövrdə Azərbaycanda səhiyyə sahəsində bir sıra beynəlxalq elmi konfrans, konqres qurultaylar keçirilmiş, ulu öndərin xüsusi tövsiyələri ilə dünya səhiyyə elminin nailiyyətləri Azərbaycan səhiyyəsinə tətbiq edilmişdi.

2003-cü ilin oktyabrından sonra isə ölkədə daha genişmiqyaslı sosial siyasətin həyata keçirilməsi səhiyyənin növbəti mərhələdə inkişaf etdirilməsinə əhalinin sağlamlığının qorunmasına zəmin yaratmışdır. Səhiyyəyə dövlət büdcəsindən ayrılan vəsait ildən-ilə artmış, sahənin islahatları daha da dərinləşdirilmişdir. 2008-ci il fevralın 1-dən Səhiyyə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrində əhaliyə pulsuz tibbi xidmət göstərilir. Əhalinin sağlamlığına göstərilən dövlət qayğısı nəticəsində ölkədə gözlənilən ömür uzunluğu doğulanların sayı ilbəil artır. 2003-cü ildə ölkə ərazisində yeni doğulanların sayı əhalinin hər 1000 nəfərinə 14 körpə idisə, 2008-ci ilin yanvarında bu göstərici 18 olmuşdur ki, bu da ancaq ancaq sosial şəraitin yaxşılaşması əhalinin sağlamlıq səviyyəsinin yüksəlməsi ilə izah edilir. 2003-cü ildə dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsait 55,3 milyon manat idisə, 2009-cu ildə bu göstərici artıq 400 milyon manatdır. 2013-cü ildə isə Azərbaycan dövləti səhiyyə sahəsinə 600 milyon manat vəsait ayıracaqdır.

Səhiyyə sahəsində çalışanların orta aylıq əmək haqqı 2003-cü illə müqayisədə 4 dəfə artmışdır. Bu sahəyə aid qəbul edilmiş 6 dövlət proqramına müvafiq olaraq şəkərli diabet, onkoloji, xroniki böyrək çatışmazlığı, irsi qan, yoluxucu xəstəliklərdən əziyyət çəkən xəstələr dövlət hesabına (pulsuz) müalicə alır dərmanlarla təchiz olunurlar. Fəaliyyət göstərən tibb ocaqlarında köhnəlmiş avadanlıqlar yeniləri ilə əvəz olunur, genişmiqyaslı təmir-tikinti işləri həyata keçirilir, regionların tibbi təchizatı gücləndirilir. Son illər 43 yeni xəstəxana müalicə-diaqnostika mərkəzi (1277 çarpayılıq), növbədə 1800 nəfəri qəbul etmək imkanına malik olan 46 ambulatoriya-poliklinika müəssisəsi, əlillər üçün 4 bərpa mərkəzi tikilib istifadəyə verilmişdir. Ölkənin müxtəlif şəhər rayonlarında 12 regional diaqnostika sağlamlıq mərkəzi tikilmiş, bu mərkəzlər ən müasir tibbi avadanlıq reanimobillərlə təchiz edilmişdir.

Azərbaycanı konkret sahələrə aid, elmi əsaslandırmalara əsasən tərtib edilmiş dövlət proqramları ilə inkişaf etdirən İlham Əliyev səhiyyə sisteminin növbəti illər üçün perspektivini müəyyən etmişdir. Dövlət Statistika Komitəsinin məlumatında göstərilir ki, 2013-cü ilə qədər Azərbaycanda 30 ilkin tibbi müəssisənin 5 çoxprofilli poliklinikanın tikintisi başa çatdırılacaqdır. Göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, uşaqların sağlam doğulması üçün şəraitin yaradılması bəzi xəstəliklərin qarşısının alınması məqsədilə 18 mühüm tədbir həyata keçiriləcəkdir. Bu tədbirlərin icrasında Səhiyyə Nazirliyinə İqtisadi İnkişaf Maliyyə nazirlikləri yardımçı olacaqlar.

Cənab səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan səhiyyəsinin geridə qalan illərdəki inkişafı barədə məmnunluqla danışaraq demişdir ki, əgər bir neçə il bundan əvvəl ağır xəstənin diaqnozunu dəqiqləşdirmək üçün onu mütləq paytaxta gətirmək lazım gəlirdisə, hazırda ölkənin ən uzaq regionlarında da müasir müalicə-diaqnostika mərkəzləri xəstəxanalar tikilib insanların istifadəsinə verilmişdir. Nəticədə bölgələrdə səhiyyə xidmətinin keyfiyyəti artmışdır. Bunu statistik göstəricilər təsdiq edir. Regionlarda fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının təchizatının yaxşılaşdırılması nəticəsində rayonlardan Bakıya gələn xəstələrin sayı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 30 faizə qədər azalmışdır". Bu isə ən yüksək səhiyyə xidmətinin artıq hamı üçün əlçatan olması deməkdir.

 

 

Mirzəbəyli İ.

 

Xalq qəzeti.- 2009.- 23 avqust.- S. 2.