Yeni dərs ilində yeni məktəblər istifadəyə veriləcək

 

Azərbaycan müstəqillik qazandıqdan sonra təhsil sahəsində yeni dövr başlandı. Müstəqilliyin ilk illərində məktəblərimizin əksəriyyəti, həqiqətən, bərbad vəziyyətdə idi. Lakin 1993-cü ildə Azərbaycanda başlayan quruculuq işləri məktəblərimizin yeniləşməsinə öz təsirini göstərdi. Ulu öndər Heydər Əliyevin 1999-cu il iyunun 15-də imzaladığı Təhsil İslahat Proqramının qəbul edilməsi ilə bağlı sərəncamı məktəblərimizin maddi-texniki bazasının möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı.

2003-cü ildə isə ulu öndər Heydər Əliyev yeni məktəblərin, mövcud məktəblərə əlavə korpusların tikintisi əsaslı təmiri üzrə Dövlət Proqramının qəbul edilməsi ilə bağlı sərəncam imzaladı. Bu sərəncamdan sonra ölkədə məktəb tikintisi geniş vüsət almağa başladı. Ulu öndərin siyasətinin çox uğurlu davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəldiyi vaxtdan məktəb tikintisinə diqqət daha da artırıldı. 2003-2008-ci illərdə cənab Prezidentimizin diqqət qayğısı nəticəsində 300 min şagird yerlik 1360 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Bu çağdaş təhsil tariximizin ən parlaq səhifələrindən birini təşkil edir.

Həmin dövrdə 500-dək məktəb əsaslı təmir edilmiş, yeni tikilən əsaslı təmir edilən məktəblərlə yanaşı, daha 506 məktəb müasir avadanlıqla təmin edilmişdir.

Son illər məktəb tikintisi daha intensiv xarakter almışdır. Yeni məktəblərin mövcud məktəblərə əlavə korpusların tikinti dinamikası belə olmuşdur. 2003-cü ildə 191 məktəb, 2004-də 153, 2005-də 337, 2006-da 197, 2007-də 200, 2008-ci ildə isə 161 yeni məktəb mövcud məktəblərə əlavə korpuslar tikilib istifadəyə verilmişdir. 2008-ci ildə 129 məktəb əsaslı təmir olunmuşdur. Beləliklə, son illərdə yeni tikilən əsaslı təmir olunmuş məktəblərin sayı 1600-dən artıq olmuşdur. 2008-ci ilə qədər həmin məktəblərdə 700 mindən çox şagird yeni əsaslı təmir olunmuş məktəblərdə təhsil alırdılar. Bunlar isə respublikanın bütün orta ümumtəhsil məktəblərinin 50 faizini təşkil edirdi. Təhsil Nazirliyində yaradılmış Əsaslı Tikinti İdarəsi dövlət proqramlarının yerinə yetirilməsində xüsusi fəallıq göstərmişdir hazırda bu istiqamətdə işləri davam etdirir.

Respublika Prezidenti cənab İlham Əliyev 2008-2012-ci illərdə məktəb tikintisinə dair yeni Dövlət Proqramının qəbul edilməsi ilə bağlı sərəncam imzalamışdır. Həmin proqramda bu illərdə 450 yeni məktəb, 600-dən çox məktəb üçün əlavə korpusun tikintisi, 1200 məktəbin əsaslı təmiri nəzərdə tutulur. Artıq bu proqramın icrası uğurla həyata keçirilir.

Yeni dərs ilində həmin proqrama uyğun olaraq məktəb tikintisi davam etdirilmişdir.

Dövlət Proqramına əsasən Təhsil Nazirliyi üzrə Tədbirlər Planına uyğun olaraq 2009-cu ildə 11000 şagird yerlik 28 yeni məktəbin, 3 mövcud məktəb üçün 1420 şagird yerlik 71 əlavə sinif otağının, 1 təhsil şöbəsinin tikintisi, 4 internat məktəbin uşaq bağçasının, 11 tədris ocağının əsaslı təmiri, 87 təhsil müəssisəsinin qazlaşdırılması işi uğurla icra edilir.

Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədəAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2009-cu il tarixli sərəncamına uyğun olaraq 4 məktəbin əsaslı təmiri, 800 şagird yerlik 3 yeni məktəbin, 1 məktəb üçün 440 şagird yerlik 22 əlavə sinif otağının tikintisi həyata keçirilir. Dövlət büdcəsindən təhsil sahəsinə mərkəzləşdirilmiş qaydada ayrılan vəsait hesabına isə 11 tədris müəssisəsinin əsaslı təmiri yerinə yetirilir.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2009.-28 avqust.-S. 2.