Xalq qəzetinin redaksiyasına

 

Hörmətli redaksiya kollektivi!

Bu gün Azərbaycan mətbuatında özünəməxsus dəsti-xətti, aydın prinsipial mövqeyi ilə seçilən, yarandığı gündən xalqın müstəqillik, azadlıq ideallarının tərənnümçüsü, təbliğatçısı kimi cəmiyyətdə böyük nüfuz qazananXalq qəzetinin 90 yaşı tamam olur.

Ötən əsrin ikinci onilliyinin sonlarından işıq üzü görən qəzet mürəkkəb şərəfli mübarizə yolu keçmişdir. Yarandığı gündən geniş xalq kütləsinin tribunasına çevrilən qəzetin səhifələri fəhlə kəndlilərin, elm, təhsil mədəniyyət işçilərinin, ziyalıların üzünə həmişə açıq olmuşdur. Fəaliyyəti dövründə milli maarifçilik ideyalarının genişlənməsi təhsilin cəmiyyətin inkişafında oynadığı rolun vacibliyi fikrinin ictimai rəyə aşılanması prosesində yaxından iştirak edənXalq qəzetioxucuların səmərəli təkliflərini, arzu istəklərini nəzərə alaraq daha maraqlı mövzularla çıxış etmiş, verdiyi materialların aktuallığını həmişə diqqət mərkəzində saxlamışdır.

Azərbaycan xalqının müasir tarixinin 90 illik bir mərhələsini özündə əks etdirən qəzet 72 ilKommunistadı ilə nəşr edilmiş, ötən əsrin əvvəllərində dünyada baş verən hadisələri olduğu kimi işıqlandırmış, ölkədə savadsızlığın aradan qaldırılması işinə layiqli töhfələr vermiş, ana dilimizin saflığı uğrunda mübarizənin ön sıralarında olmuşdur. Qəzet kollektivi cəhalətin, geriliyin hökm sürdüyü bir zamanda insanları təhsil almağa çağırmış, ictimai düşüncə tərzinin dəyişməsi üçün qüvvə bacarığını əsirgəməmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə (1969- 1982-ci illər) qəzet, sözün əsl mənasında, ulu öndərin ideyalarının həyata keçirilməsində mübariz tribunaya çevrilmişdi. Məhz Heydər Əliyevin gündəlik qayğısı sayəsində qəzet Azərbaycanda ən çox oxunan, kütləviliyi ilə seçilən mətbuat orqanı kimi fəaliyyət göstərərək, tirajını 600 min nüsxəyə çatdırmışdı.

1919-cu il avqustun 29-da əski əlifba ilə ilk nömrəsi işıq üzü görən qəzetin redaktoru görkəmli ictimai-siyasi xadim Ruhulla Axundov olmuşdur. Həmin dövrdə Azərbaycanda mədəniyyətin, ədəbiyyatın incəsənətin cəmiyyətin bütün təbəqələri arasında geniş yayılmasında misilsiz xidmətləri olan, mədəni quruculuğun bütün sahələrində ardıcıl mübarizə aparanXalq qəzetinin səhifələrində verilən hər bir təşəbbüs qısa zamanda bütün respublikaya yayılır, böyük bir hərəkata çevrilirdi.

1990- ilin qanlı Yanvar hadisələrindən sonra mövcud quruluşa qarşı mübarizədə qəzet xalqın tribunasına çevrildi. Müstəqillik ideyaları xalqın haqq səsi ilk dəfəXalq qəzetivasitəsilə dünyaya çatdırıldı. Həmin illərdə istiqlaliyyət uğrunda mübarizədə xalqın mənafeyini hər şeydən üstün tutduğuna görə ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdandaXalq qəzeti yenə xüsusi diqqət qayğı göstərdi, qəzetin Azərbaycanda söz azadlığının inkişafındakı xidmətlərini layiqincə dəyərləndirdi.

Həm ümummilli liderimiz Heydər Əliyev, həm Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət quruculuğu prosesində mətbuatın rolunu daim yüksək qiymətləndirmiş, qəzetlərin qarşılaşdığı problemlərin kompleks həllini nəzərdə tutan qərarlar vermişlər. Tariximizin son 90 ilinin salnaməsinə çevrilənXalq qəzetiölkədə demokratik ənənələrin inkişafı, insan hüquq azadlıqlarının etibarlı təminatı uğrunda əzmkar fəaliyyəti ilə seçilən nüfuzlu bir nəşr olaraq daim sevilmiş, işıqlandırdığı mövzular oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.

Bu əlamətdar yubiley münasibətilə qəzetin bütün əməkdaşlarını təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

 

Misir MƏRDANOV

 

Xalq qəzeti.-2009.-29 avqust.-S. 2.