Xalqımızın sevimli qəzeti

 

Xalq qəzeti”nin 90 yaşının tamam olması ölkəmizdən kənarda yaşayan azərbaycanlıları da ürəkdən sevindirir, qəzetlə bağlı xoş xatirələri, unudulmaz məqamları yada salır. Bu qəzet Azərbaycanda doğulub-böyümüş hər bir soydaşımızın ikinci Əlifba, Ana dili kitabı olmuşdur. Çoxları səlis, aydın yazıb-oxumağı bu qəzetdən öyrənmişdir. Mütəxəssislər haqlı olaraqXalq qəzeti”ni sovet dövründə Azərbaycan dilini qoruyan qeyrətli bir mərkəz, inkişaf etdirən canlı bir məktəb adlandırırlar. Təkcə bu xidməti bəs edərdi ki, “Xalq qəzeti” XX əsr tariximizdə təqdirəlayiq yer tutmuş olsun.

LakinXalq qəzeti”nin ötən onilliklərdə ictimai-siyasi, elmi-mədəni həyatımızda da rolu hədsiz dərəcədə çox olmuşdur. Xalqımızın xarici aləmlə respublikamızın hər bucağı ilə informasiya əlaqəsinin aparıcı yükünü uzun illərXalq qəzetidaşımışdır. İnsanlarda elmi dünyagörüşünün, siyasi əxlaqi mədəniyyətin formalaşmasında da onun xidmətləri danılmazdır. Qəzetin elmi-kütləvi mövzuda ardıcıl çap etdiyi müxtəlif səpkili yazılar ümumi savadlanma prosesində faydalı olmuşdur.

Ölkəmizdə tibbi biliklərin yayılmasında, geniş sanitariya maariflənməsində, gigiyena qaydalarının ardıcıl təbliğində Xalq qəzetihəmişə öndə getmişdir. Respublikamızda səhiyyənin inkişafı, tibbi təhsilin təşkili, sahənin problemlərinin aradan qaldırılması da qəzetin səhifələrində geniş yer tutmuşdur. Çoxminli səhiyyə işçiləriXalq qəzeti”ni dünən olduğu kimi, bu gün özlərinin sevimli qəzeti hesab edirlər.

20 ildir ki, elmi-tibbi fəaliyyətimlə bağlı Moskva şəhərində yaşayıram. Bu dövrdəXalq qəzeti”nin keçmiş sovet məkanında yaşayan soydaşlarımızın fikir-düşüncəsində necə mühüm yer tutduğunun canlı şahidiyəm. Biz Vətəndən kənarda yaşayan azərbaycanlılar doğma yurdumuzda baş verən hadisələr barədə doğru-dürüst məlumatı bu qəzetin səhifələrindən öyrənirik. Rusiyadakı Azərbaycan diasporunda Azərbaycanla bağlı obyektiv ictimai rəyin formalaşmasındaXalq qəzetimötəbər mənbədir. Biz müstəqil dövlətimizin fəaliyyəti xalqımızın arzu-düşüncələri barədə zəruri məlumatı almaqdaXalq qəzeti”nə borcluyuq.

Vətəndən uzaqlarda yaşayan soydaşlarımızın həyatı, qayğıları, diaspor hərəkatı, xaricdəki görkəmli həmvətənlərimiz barədə qəzetin yazılarını həmişə maraqla razılıqla oxuyuruq. Xalq qəzetimilli birliyin həmrəyliyin yaradılmasında, bu sahədə prioritetlərin tanıdılmasında da xeyirxah fəaliyyəti ilə seçilir.

Xalq qəzeti”nin rəsmi bir nəşr kimi səhifələrində xalqımız bu gününü görür, 90 illik keçmişimizə arzuladığı sabaha baxa bilir. Bütün bunlara görə biz kənarda yaşayan azərbaycanlılar bu qəzetin əlamətdar yubileyini ümumxalq bayramı hesab edir, sevincimizi qəzetin kollektivinin təntənəsinə qatırıq. Qoy xalqımız var olduqcaXalq qəzeti yaşasın, gərəkli sözü ilə Vətənimizə xidmətini davam etdirsin.

 

 

Abdulla ABDULLAYEV

 

Xalq qəzeti.-2009.-29 avqust.-S. 2.