Xalq qəzetiredaksiyasının yaradıcı kollektivinə

 

Əziz dostlar! Sizi Azərbaycan mətbuatı tarixində özünəməxsus yer tutanXalq qəzetinin 90 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, hamınıza uzun ömür, möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.

Bu gün Azərbaycandakı qəzet bolluğunda mənim üçünXalq qəzetinin xüsusi yeri əhəmiyyəti var. Çünki adı dəyişsə , xalqa bağlılıq, milli dəyərlərimizə sədaqət, obyektivlik peşəkarlıq xüsusiyyətləri, ən əsası isə yaradıcılıq üslubu dəyişməz qalmış bu qəzetlə məni az qala yarım əsrlikdostluq əlaqələribağlayır. Mənim üçün ikiqat sevindirici haldır ki, bu günXalq qəzetimüstəqil Azərbaycan dövlətçiliyinin ölkəmizdə gedən genişmiqyaslı quruculuq işlərinin salnaməçisinə çevrilmişdir. “Xalq qəzetinin 90 illik yubileyi təkcə qəzetin yaradıcı kollektivi üçün deyil, onun çoxsaylı oxucuları üçün əlamətdar hadisədir.

Xalq qəzetinəşr edildiyi illər ərzində zəngin sənətkarlıq təcrübəsi toplamış, xalqımızın maarifləndirilməsində, respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən yeniliklərin işıqlandırılmasında mühüm rol oynamışdır. Ölkəmizdə baş verən ictimai-siyasi proseslərə münasibətdə daim hadisələrə obyektiv baxışını qorumağa cəhd göstərmiş bu qəzet oxucuların rəğbətini qazanmışdır. “Xalq qəzetiən ağır sınaqlar dövründə həmişə xalqımızla bir yerdə olmuş, onunla birlikdə böyük inkişaf yolu keçmişdir. Bir oxucu kimi deyə bilərəm ki, “Xalq qəzetimüstəqil Azərbaycanın mətbuat orqanları arasında dövlətçilik mövqeyinə, cəmiyyəti düşündürən mövzularda dərc etdiyi yazılarına görə daim seçilir.

Ölkəmizin neft sənayesi bu gün 100 il əvvəl olduğu kimi, böyük yüksəliş dövrü keçirir. Bu yüksəlişin təməli xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının həyata keçirilməsi ilə qoyulmuşdur. Ulu öndərin müəllifi olduğu inkişaf tərəqqi strategiyası möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizə ilbəil yeni uğurlar qazandırır.

Azərbaycan Respublikası iqtisadi cəhətdən inkişaf etdikcə, ölkədə demokratik dəyərlər gün-gündən özünə daha möhkəm yer tutur. Bu dəyərlərdən ən vacibi olan müstəqil, güclü mətbuatın inkişafı daim dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir. “Xalq qəzetimöhtərəm Prezidentimizin uğurla yürütdüyü səmərəli daxili xarici siyasət kursunu daim dəstəkləyir layiqincə təbliğ edir.

Əminəm ki, Azərbaycan neftçiləri iləXalq qəzetiarasında qurulmuş faydalı əməkdaşlıq münasibətləri qarşıdakı illərdə uğurla davam edəcək, qəzet bundan sonra da Azərbaycan mətbuatında tutduğu öncül yeri qoruyub saxlayacaqdır. Arzum budur ki, “Xalq qəzetinin səhifələri hələ bundan sonra da uzun illər müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlərdən ölkəmizin daha böyük uğurlarından bəhs edən xəbərlərlə açılsın. Sizə bir daha uğurlar arzulayır, qələminiz iti olsun, — deyirəm.

Hörmətlə,

 

 

Xoşbəxt YUSİFZADƏ

 

Xalq qəzeti.-2009.-29 avqust.-S. 5.