Kondoliza Raysı Brüsseldə çətin
danışıqlar gözləyir
Bu həftə ABŞ dövlət
katibi Kondoliza Rays
NATO-nun Brüssel sammitində
iştirak edəcək. Sammitdə alyansın
Rusiya ilə münasibətləri, eləcə
Ukrayna və Gürcüstanın təşkilata
qəbulu məsələlərinin
müzakirəyə çıxarılacağı
gözlənilir.
Bundan sonra isə Rays Hindistana yola düşəcək. Ağ evdən verilən
məlumatlara görə,
dövlət katibinin səfəri dünən Londondan başlayıb.
O, burada Böyük Britaniyanın Baş naziri Qordon Braun və xarici işlər naziri Devid Milibendlə görüşüb. Görüşdə son günlər Hindistanda baş vermiş faciəli hadisələr müzakirə olunub.
“Dövlət katibinin Hindistana səfəri bir daha təsdiq edir ki, Birləşmiş
Ştatlar hind xalqı
ilə həmrəydir.
Biz ekstremistlərin məsuliyyətə cəlb
edilməsi üçün
birgə fəaliyyət
göstəririk”, – deyə
Ağ evin rəsmi nümayəndəsi
Dana Perino bildirib.
Qeyd edək ki, noyabrın
30-da ABŞ Prezidenti Corc
Buş Hindistanın Baş naziri Manmohan Sinqxə zəng edərək baş vermiş hücum nəticəsində
çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı
verib. ABŞ Dövlət
Departamentinin məlumatına
görə, Hindistanın
Bombey əyalətinin
Mumbai şəhərində həlak olan xaricilər arasında beş ABŞ vətəndaşı da olub.
Xalq qəzeti.- 2 dekabr.- 2008.- S. 7.