Azərbaycanda keçirilmiş sonuncu prezident seçkiləri

Avropa Şurasının standartlarına tam uyğundur

 

Dekabrın 2-də Milli Məclisdə beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov keçirdiyi mətbuat konfransında Avropa Şurası Parlament Assambleyasının büro və daimi komitəsinin Madriddə keçirilmiş iclasları barədə məlumat verdi. Qeyd etdi ki, hazırda Avropa Şurasına rəhbərlik İspaniyaya keçdiyindən büro və daimi komitənin iclasları da Madriddə keçirilib. Büronun iclaslarında AŞPA-nın vitse-prezidentləri, büro üzvləri, siyasi partiyaların rəhbərləri, daimi komitənin iclaslarında isə Avropa Şurasına üzv bütün 47 ölkənin nümayəndə heyətlərinin rəhbərləri iştirak edirdilər. Onu da diqqətinizə çatdırım ki, daimi komitənin səlahiyyəti AŞPA-nın səlahiyyətinə bərabərdir. Yəni, daimi komitənin üzvləri məruzələri müzakirə edə bilər, quruma yeni üzvlər qəbul edir və Parlament Assambleyasının iclasına məxsus olan xüsusiyyətləri təşkil edib həyata keçirə bilər.

Komissiya sədri dedi ki, AŞPA-nın büro daimi komitə iclaslarında Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri müzakirə olunmuş müzakirələr yüksək səviyyədə keçmişdir. İlkin müzakirələr qapalı şəkildə büronun iclasında, sonra isə daimi komitənin toplantısında davam etdirildi. Azərbaycanda keçirilmiş prezident seçkilərində AŞPA-nın seçki missiyasına rəhbərlik etmiş Andres Herkelin hazırladığı məruzə geniş müzakirə olundu. Məruzəni Herkel özü təqdim etdi. Onun çıxışından sonra 15 deputat seçkilərin nəticələrinə münasibətini bildirdi. Bütün çıxışlarda Azərbaycanda keçirilmiş prezident seçkilərinin şəffaf, demokratik, ədalətli azad olduğu qeyd edildi. Çıxış edənlər bildirdilər ki, bu seçkilər bir daha sübut etdi ki, Azərbaycanda seçki sistemi demokratik əsaslar üzərində qurulmuş əvvəlki illərlə müqayisədə bu sahədə xeyli irəliləyiş müşahidə olunmuşdu. Seçkilər Avropa Şurasının standartlarına tam cavab verdi. Finlandiya, Böyük Britaniya, Ukrayna, Almaniya, Polşa, İsveçrə, Rusiya Federasiyası, Macarıstan Avropa Şurasının üzvü olan digər ölkələrin nümayəndələri çıxışlarında Azərbaycanda keçirilmiş prezident seçkilərini çox yüksək qiymətləndirdilər. Həmçinin seçkiləri müşahidə etmək üçün ölkəmizə gəlmiş Avropa Şurası missiyasının başqa missiyalarla — ATƏT Avropa Birliyi ilə birgə fəaliyyəti təqdirəlayiq hal hesab edildi.

S.Seyidov A.Herkelin məruzəsinin artıq internetə yerləşdirildiyini bidirdi məruzədən bəzi məqamları diqqətə çatdırdı. Məruzənin yekununda qeyd olunur ki, Müşahidə Missiyası belə qənaətə gəlmişdir ki, 2008-ci il oktyabrın 15- Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ölkə seçicilərinin iradəsini əks etdirib. AŞPA prezidenti bildirdi ki, Azərbaycan xalqı tam sərbəst şəkildə öz prezidentini seçərək iradəsini ifadə edibsə, deməli, bu seçkilər Avropa Şurasının standartlarına uyğundur. Bu bəndin məruzəyə daxil edilməsi ölkəmizin növbəti demokratik uğurudur. Yekunda daha sonra qeyd olunur ki, Azərbaycan xalqı prezident seçkilərində hakimiyyətdə olan prezidenti yenidən seçməklə sabitliyin davamlılığına səs vermişdir. Bu, o deməkdir ki, Azərbaycan Prezidentinin apardığı məntiqli siyasət ölkədə sabitliyin qarantıdır. Xalq da bu siyasətə böyük ruh yüksəkliyi ilə səs verdi. Qeyd olunub ki, yenidən seçilmiş Prezident azərbaycanlıların ona verdiyi möhkəm mandata sahib olmuşdur.

Komissiya sədri məruzənin çox böyük əhəmiyyət kəsb etdiyi daha bir məqamı da diqqətə çatdırdı. Məruzədə qeyd olunur: “Müşahidə missiyası beş siyasi partiyanın prezident seçkilərində iştirak etməmək qərarından təəssüfləndiyini bildirir əsl seçkinin keçirilmədiyi" iddiasında olmalarını pisləyir. Biz seçkilər üçün məsuliyyəti bölüşməli olan müxalifəti öz aralarında mənalı dialoqa çağırırıq".

S.Seyidov xatırlatdı ki, seçkilər ərəfəsində seçki zamanı bütün siyasi partiyalar, qurumlar prezident seçkilərində fəal iştirak etməyə dəvət olunublar. Ancaq, təəssüflər olsun ki, beş siyasi partiya prezident seçkilərində iştirakdan imtina edib. Onların seçkilərdə iştirakdan imtina etmələri müşahidə missiyasının rəhbəri Andres Herkelin məruzəsində öz əksini tapıb. Bununla yanaşı, qeyd olunur ki, AŞPA-nın yüksək tribunasından hakimiyyət müxalifət dialoqunun yox, müxalifət içərisində dialoqun olmasının vacibliyinin səsləndirilməsi ondan xəbər verir ki, müxalifət dəfələrlə hakimiyyət tərəfindən dialoqa dəvət olunsa da, onlar bundan imtina etmişlər. Artıq beynəlxalq qurumlar da bunu bilir ona görə dialoqun müxalifətin öz aralarında aparılmasını tövsiyə edirlər. Müşahidə missiyasının qənaətindən biri seçkinin yaxşı idarə olunması müvafiq qanunvericiliyin təkmilləşdirilməsidir. Bu da müxalifət nümayəndələrinə layiqli cavabdır. Çünki onlar iddia edirdilər ki, Seçki Məcəlləsi Venesiya Komissiyasının tələblərinə uyğun deyil, Seçki Məcəlləsində hər hansı bir dəyişiklik olmayıb yaxudSərbəst toplaşmaq azadlığı haqqındaQanun işləmir. A.Herkel öz məruzəsində müxalifətin bu yersiz iddialarını alt-üst etdi seçkilərdə iştirakdan imtina edilməsindən elə bir tutarlı əsasın olmadığını qeyd etdi. Bu, Azərbaycan hakimiyyətinin öz seçki qanunvericiliyinin daha da təkmilləşdirdiyindən xəbər verir. Məhz bu seçkilərdən sonra Avropa Şurası ilə əməkdaşlıq sahəsində əlaqələr daha da möhkəmləndirilmişdir. Hazırda bu əməkdaşlıq daha yüksək səviyyədə davam etdirilir. Bunu bir-birinin ardınca atılan demokratik addımlar da təsdiqləyir.

Məruzədə həmçinin qeyd olunub ki, gələcəkdə, xüsusilə, növbəti parlament seçkiləri kontekstində seçkilərin təşkili keçirilməsi hazırkı səviyyədə siyasi platforma ideyalar yarışmasına uyğun təşkil edilərsə, Azərbaycan demokratiya sahəsində daha yüksək nailiyyətlər əldə edəcək.

S.Seyidov qeyd etdi ki, Azərbaycanda sonuncu prezident seçkilərinin demokratik, azad ədalətli, şəffaf şəraitdə keçirilməsinin AŞPA kimi nüfuzlu bir qurumda yüksək qiymətləndirilməsi ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırmış müstəqil dövlətimiz inkişaf etmiş demokratik dövlətlər sırasına qoşulmaqdadır.

 

Əliqismət BƏDƏLOV.

 

Xalq qəzeti.-2008.-3 dekabr.-S.6.