Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilmişdir

 

Dekabrın 2-də Daxili İşlər Nazirliyində “DİN-in kollegiya qərarlarının icra vəziyyəti”nə və “Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyən edilməsi işinin nəticələri”nə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, nazir general-polkovnik Ramil Usubov kollegiya iclasının ölkəmizin həyatında baş vermiş çox böyük əhəmiyyətə malik 15 oktyabr Prezident seçkilərindən sonraya təsadüf etdiyini demiş, ölkəmizin başçısı İlham Əliyevin seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq yenidən prezident seçilməsini ilin ən önəmli hadisəsi adlandırmışdır. Nazir seçkilərdə inamlı qələbə qazanması münasibətilə Prezident İlham Əliyevə daxili işlər orqanlarının bütün şəxsi heyəti adından ali dövlətçilik fəaliyyətində yeni uğurlar arzulamışdır.

General-polkovnik Ramil Usubov qeyd etmişdir ki, dövlətimizin başçısının son beş ildəki uğurlu fəaliyyəti, həyata keçirdiyi məqsədyönlü daxili xarici siyasət kursu nəticəsində ölkəmiz öz iqtisadi gücünə görə ən inkişaf etmiş dövlətlərdən birinə çevrilmişdir. Prezidentimizin rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə siyasəti sahəsində əsaslı islahatlar aparılmış, vətəndaşların konstitusion hüquq azadlıqları dönmədən təmin olunmuş, digər demokratik prinsiplər həyatda öz təsdiqini tapmış, vətəndaşlarımızın rifah halı xeyli yaxşılaşmışdır.

Ramil Usubov demişdir ki, daxili işlər orqanları da bu müddətdə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş, son beş ildə polis orqanları Daxili Qoşunlar cinayətkarlıqla uğurlu mübarizəyə, ictimai təhlükəsizliyin nümunəvi təmininə öz töhfələrini vermişlər.

Seçki kampaniyası zamanı ictimai asayişin qorunmasının, vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmini məsələsinin qanunvericiliklə polis orqanlarına həvalə edildiyini xatırladan nazir, istər seçki ərəfəsində, istərsə səsvermə günü şəxsi heyətin üzərinə düşən məsul vəzifələrin öhdəsindən layiqincə gəlməsinin Prezidentimiz tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir.

Sonra Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini diqqətə çatdırmışdır. Nazir qeyd etmişdir ki, daxili işlər orqanları tərəfindən əvvəlki illərdə olduğu kimi, cari ilin ötən dövründə qarşıda duran vəzifələr layiqincə yerinə yetirilmiş, əməliyyat şəraiti bütövlükdə nəzarətdə saxlanılmışdır. Ölkənin qanunları, Azərbaycan Prezidentinin fərman, sərəncam tapşırıqları rəhbər tutularaq cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, insan hüquq azadlıqlarının qorunması üzrə kompleks tədbirlər uğurla davam etdirilir.

Nazir demişdir ki, daxili işlər orqanlarının qarşısında duran vacib məsələlərin həlli, mövcud nöqsanların aradan qaldırılması yolları öz əksini DİN-in normativ sənədlərində, o cümlədən əmr, göstəriş kollegiya qərarlarında tapır. Ötən dövrdə, konkret olaraq son üç ildə fəaliyyətin bütün istiqamətləri üzrə vəziyyətin müzakirəsinə həsr olunmuş kollegiya iclasları keçirilmiş, yerlərə istiqamətləndirici göstərişlər tapşırıqlar verilmişdir.

Daxili işlər naziri Ramil Usubov təqsirləndirilən xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyən edilməsi işinin insan hüquq azadlıqlarının təmini baxımından olduqca əhəmiyyətli olduğunu vurğulamışdır.

Gündəlikdəki birinci məsələ barədə Təşkilati-İnspektor Baş İdarəsinin rəisi, polis general-mayoru Fazil Quliyev məruzə ilə çıxış etmişdir.

O demişdir ki, DİN-in mərkəzi aparatında, ərazi orqanlarında nizami hissələrdə idarəçilik mexanizminin təkmilləşdirilməsi, qüvvə vasitələrin çevikliyinin artırılması, dəyişən şəraitdə fəaliyyətin optimallaşdırılması, əməliyyat mövqelərinin möhkəmləndirilməsi kriminogen duruma nəzarətin gücləndirilməsi üzrə davamlı tədbirlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin tələblərinə uyğun olaraq nazirliyin rəhbərliyi tərəfindən beynəlxalq təcrübəyə cavab verən yeni metodların informasiya texnologiyalarının tətbiqi üzrə ardıcıl aparılır. Bu vacib məsələlərin həlli həyata keçirilməsi yolları isə öz əksini dərindən düşünülmüş tarazlı idarəçilik qərarlarında, o cümlədən daxili işlər nazirinin əmrlərində göstərişlərində tapır. Belə normativ sənədlərdən biri daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətləri, cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın ictimai təhlükəsizliyin təmin edilməsi, icra intizamı sahəsində vəziyyətin digər mühüm məsələlərin planlı şəkildə müzakirəsinə həsr olunmuş kollegiya iclaslarında qəbul edilən qərarlardır.

Qeyd olunmuşdur ki, son 3 ildə 16 kollegiya iclası keçirilmiş müzakirələrin nəticələri üzrə 28 qərar qəbul olunmuşdur. Nəticə etibarilə xidmətlər, orqanlar hissələr fəaliyyətin səmərəliliyinin artırılmasına, nöqsanların aradan qaldırılmasına xidmət edən, əməli tədbirlərin görülməsinə yönəlmiş konkret göstərişlər almışlar. Vəziyyətin təhlili göstərir ki, nazirliyin rəhbərliyi tərəfindən mərkəzi aparatın xidmətlərində, ərazi orqanlarında hissələrdə idarəçilik təşkilatçılıq fəaliyyətinin, nəzarət mexanizminin, normativ-hüquqi bazanın müasir tələblər baxımından təkmilləşdirilməsi, yerlərə idarəçilik təsirinin yüksəldilməsi məqsədi ilə həyata keçirilən təşkilati tədbirlər, xidməti icra intizamına artan tələbkarlıqöz növbəsində cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın ictimai təhlükəsizliyin təmini sahələrində xidməti vəzifələrin layiqincə yerinə yetirilməsində müsbət rol oynamışdır.

Cinayət Axtarışı Baş İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski gündəlikdəki ikinci məsələ ilə əlaqədar məruzə ilə çıxış etmişdir. O qeyd etmişdir ki, əvvəlki illərdə olduğu kimi, cari ilin ötən dövrü ərzində daxili işlər orqanları tərəfindən ölkənin qanunlarından, Azərbaycan Prezidentinin fərman sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, cinayətlərdən zərərçəkənlərin hüquqlarının qanuni mənafelərinin qorunması, cinayət törədənlərin aşkarlanıb məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilmişdir. Cari ilin 10 ayında həyata keçirilmiş tədbirlər nəticəsində axtarışda olan 2369 (61,6 faiz), o cümlədən MDB dövlətlərində digər xarici ölkələrdə gizlənmiş 95 təqsirləndirilən şəxs tutulmuş, MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarılan 94 nəfərin yeri müəyyən edilmişdir. Göstərilən müddətdə itkin düşmüş şəxslərin 70,2 faizinin yeri müəyyən edilmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu kateqoriyadan olanların sayı 12,9 faiz azalmışdır.

Müzakirələrdə çıxış edənlər görülmüş işlər barədə danışmış, mövcud nöqsanların qısa müddətdə aradan qaldırılacağına söz vermişlər.

İclasa yekun vuran daxili işlər naziri Ramil Usubov gündəlikdəki hər iki məsələ üzrə polis orqanları tərəfindən görülən işlərin ümumən qənaətbəxş olduğunu, DİN-in əksər ərazi polis orqanlarında kollegiya qərarlarının icrasına məsuliyyətlə yanaşıldığını, onlardan irəli gələn vəzifələrin tələb edilən səviyyədə yerinə yetirildiyini, tutulmuş iradlardan lazımi nəticə çıxarılaraq fəaliyyətin səmərəsinin artırılması ilə əlaqədar tədbirlər görüldüyünü bildirmişdir. Bununla belə, ayrı-ayrı polis orqanlarında bu işin günün tələbləri səviyyəsində qurulmadığı, nöqsanların aradan qaldırılmasında lənglik göstərildiyi, bu yöndə icra intizamının icraya nəzarətin zəif olduğu qeyd edilmişdir.

Ramil Usubov xidməti fəaliyyətdə bəzi nöqsanların mövcudluğunu da nəzərə çatdıraraq konkret tapşırıq tövsiyələrini vermişdir. Daha sonra nazir kollegiya iştirakçılarının diqqətini aktual hesab etdiyi digər məsələlərə yönəltmişdir.

İlin başa çatmasına cəmi bir ay qaldığını xatırladan DİN rəhbəri, qeyd olunan istiqamətlərdə səylərin daha da artırılmasının, ağır xüsusilə ağır cinayətlərin açılması, axtarışda olanların tapılıb tutulması məqsədi ilə bütün qüvvə imkanların səfərbər olunmasının, əməliyyat işinin səmərəsinin yüksəldilməsinin, polis əməkdaşının vətəndaşlarla ünsiyyətdə qanunçuluğa, insan hüquq azadlıqlarına, Etik Davranış Kodeksinin tələblərinə ciddi riayət etmələrinin əhəmiyyətini bir daha vurğulamışdır.

Nazir Ramil Usubov ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daxili işlər orqanlarının fədakar fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyini xatırladaraq, bu ali diqqət və qayğının hər bir əməkdaşın üzərinə daha böyük məsuliyyət qoyduğunu vurğulamış və əmin olduğunu bildirmişdir ki, şəxsi heyət cinayətkarlıqla uğurlu mübarizə və ictimai təhlükəsizliyin nümunəvi təmini işini bundan sonra da layiqincə davam etdirəcək, ölkəmizin inkişafının və qüdrətlənməsinin əsas şərtlərindən olan sabitliyin dönməzliyinin təmini, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək, cari ili də yüksək göstəricilərlə başa vuracaqdır.

 

AzərTAc 

 

Xalq qəzeti.-2008.- 3 dekabr.- S.4.