Daşkənddə Azərbaycanın şöhrətli oğlu, özbək

ədəbiyyatının klassiki Maqsud Şeyxzadənin

100 illiyi ilə əlaqədar yubiley tədbirləri keçirilib

 

Özbəkistanda noyabr Maqsud Şeyxzadə ayı elan olunmuşdu. Beləliklə, noyabr ayının 20 - də Daşkənddə özbək ədəbiyyatının klassiki, məşhur soydaşımız Maqsud Şeyxzadənin (1908-1967) 100 illiyi ilə əlaqədar yubiley tədbirləri başlandı. Elə həmin gün Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan səfirliyinin əməkdaşları, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri böyük yazıçının dəfn olunduğu Cığatay qəbiristanlığına gələrək məzarı üzərinə əklillər qoydular, çiçək dəstələri düzdülər.

Özbəkistan Yazıçılar İttifaqının sədri, Özbəkistan Qəhrəmanı Abdulla Aripov Maqsud Şeyxzadənin özbək ədəbiyyatı tarixindəki yerindən və mövqeyindən danışaraq, onun Qafur Qulam, Abdulla Qəhhar, Aybeklə bir sırada durduğunu qeyd etdi. A. Aripov öz nitqində bildirdi ki, Azərbaycanın Ağdaş rayonunda doğulan, 20 yaşında ikən üç il müddətinə Özbəkistana sürgün edilən, lakin bu müddət başa çatdıqdan sonra da burada qalıb işləyən və bütün ömrünü özbək ədəbiyyatının inkişafına həsr edən, ən nəhayət, ədəbiyyatımızın klassikinə şevrilən Maqsud Şeyxzadə xalqımız üçün böyük bir ədəbi irs qoyub getmişdir. Azərbaycan səfirliyinin müşaviri Zəbi Axundov Maqsud Şeyxzadənin xatirəsini bu səviyyədə yad etdikləri üçün Özbəkistan hökumətinə, Yazıçılar İttifaqına minnətdarlığını bildirdi.

Həmin gün Özbəkistan Elmlər Akademiyasının Dil Ədəbiyyat Muzeyində Maqsud Şeyxzadənin 100 illiyi ilə bağlı sərgi açılmışdı. Sərgiyə baxış zamanı Abdulla Aripov Maqsud Şeyxzadəni iki xalqın oğlu adlandıraraq dedi ki, xalqımızaCəlaləddin Manquberdi”, “Mirzə Uluqbəykimi dram əsərləri bəxş etmiş böyük yazıçı ədəbiyyat tariximizdə zaman-zaman yaşayacaqdır. Sərgidə Maqsud Şeyxzadənin əlyazmaları, çap edilən əsərləri, ədibə avtoqrafla bağışlanan kitablar, şəxsi əşyaları - qələmi, eynəyi, külqabısı, məşhur şair yazıçılarla, dostları ilə çəkdirdiyi çoxsaylı şəkilləri nümayiş etdirilirdi.

Axşam isə Özbəkistan Yazıçılar İttifaqı Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetinin birgə təşkilatçılığı ilə Mukimi adına Musiqili Dram Teatrında Maqsud Şeyxzadənin 100 illiyi ilə bağlı təntənəli xatirə gecəsi keçirildi. Məclisi Özbəkistan Yazıçılar İttifaqının sədri Abdulla Aripov açdı. O, Maqsud Şeyxzadənin özbək ədəbiyyatının inkişafındakı müstəsna xidmətlərindən danışaraq qeyd etdi ki, tanınmış şair pedoqoq Azərbaycanda dünyaya gəlsə , Özbəkistanda görkəmli şair kimi tanınmış, bu torpaqda hörmət-izzət sahibi olmuşdur. Professor Naim Kərimovun maraqlı əhatəli çıxışı rəğbətlə qarşılandı. Daşkənd Dövlət Pedoqoji Universitetinin rektoru, professor Fazliddin Xaydarov məruzəsində dedi ki, Maqsud Şeyxzadə 1928-ci ildə Daşkəndə gəlmiş, müxtəlif mətbu orqanlarda çalışmış, 1938-ci ildən ömrünün sonuna kimi Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində müəllimlik etmiş, gənc nəslin təlim tərbiyəsinə öz töhfəsini vermişdir. Sonra tanınmış yazıçının əsərlərindən parçalar göstərildi, sözlərinə yazılmış mahnılar səsləndirildi.

Noyabrın 21 - Özbəkistan Elmlər Akademiyası Dil Ədəbiyyat İnstitutu respublika Yazıçılar İttifaqı ilə birgə özbək ədəbiyyatının klassiki Maqsud Şeyxzadənin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirdi. Konfransı institutun direktoru, professor Tura Mirzəyev açaraq Maqsud Şeyxzadəni şair, dramaturq, tərcüməçi ədəbiyyatşünas alim kimi xarakterizə etdi. Abdulla Aripov Maqsud Şeyxzadənin özbək ədəbiyyatındakı yeri mövqeyi, insani keyfiyyətləri haqqında söhbət açdı. Qeyd etdi ki, Maqsud Şeyxzadə özbək dilinə dilim, ədəbiyyatına isə ədəbiyyatım deyərdi. Bir o deyərdi ki, mən Azərbaycanda doğuldum, Özbəkistanda şair oldum. Konfransda Özbəkistandakı Azərbaycan səfirliyinin dəvəti ilə iştirak edən bu sətirlərin müəllifiMaqsud Şeyxzadə taleyi yaradıcılığı ədəbi əlaqələr müstəvisindəadlı geniş elmi məruzə ilə çıxış etdi. Məruzədə böyük alimin həyatı fəaliyyəti, onun 1928-ci ildə Özbəkistana gəldiyi, qısa müddətdə özbək dilini mənimsədiyi ədəbi yaradıcılığa başladığı, poeziyası, dramaturgiyası tərcümələri haqqında danışılırdı. Filologiya elmləri doktoru, professor Naim Kərimov, professor Suyima Qəniyeva, filologiya elmləri namizədi İbrahim Qafurov, filologiya elmləri namizədi Sultanmurad Alim öz çıxışlarında görkəmli ədibin yaradıcılığının müxtəlif tərəfləri haqqında söhbət açdılar. Çıxış edənlər ölkələrimiz arasında ədəbi mədəni sahədə əlaqələrimizin genişləndirilməsi məsələlərinə diqqət yetirirdilər. Noyabrın 22- Daşkənddəki Beynəlmiləl Mədəniyyət Mərkəzi, Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası Daşkənd şəhəri üzrə Azərbaycan Mədəniyyət Mərkəzi yubileylə bağlı xatirə gecəsi keçirdilər. Tədbiri giriş sözü ilə Beynəlmiləl Mədəniyyət Mərkəzinin sədri Nəsrəddin Məhəmmədiyev açaraq Maqsud Şeyxzadənin özbək ədəbiyyatının inkişafındakı müstəsna xidmətlərindən danışdı. Onun sözlərinə görə, Özbəkistan Prezidenti İslam Kərimovun fərmanı ilə M.ŞeyxzadəninBöyük xidmətlərə görəordeni ilə təltif olunması onun əsərlərinə şəxsiyyətinə verilən böyük qiymətdir. Abdulla Aripov çıxışında Maqsud Şeyxzadənin poeziyası dramaturgiyasını özbək ədəbiyyatının inciləri adlandırdı. Böyük şairin nəzmlə qələmə aldığıCəlaləddin MənquberdiMirzə Uluqbəyfaciələri üzərində xüsusi dayanaraq, bu əsərlərin dünya dramaturgiyasının ən yaxşı nümunələrindən olduğunu diqqətə çatdırdı, böyük şairə həsr etdiyi şeirini oxudu. Jurnalist Şövkət Əliyeva, rejissor Həmid Qəhrəman şairin pedaqoji fəaliyyətindən, özbək ədəbiyyatının inkişafına verdiyi töhfələrdən söz açdılar. Soydaşımız Nazlı Pirməmmədova Maqsud Şeyxzadəyə həsr etdiyi şeirini oxudu. Sonra Azərbaycan musiqisindən ibarət geniş konsert proqramı oldu.

Xatırladaq ki, 1928-ci ildə Daşkəndə gələn tanınmış soydaşımız 1938-ci ildən Nizami Gəncəvi adına Daşkənd Pedaqoji İnstitutunda fəaliyyət göstərmişdir. ŞairinCəlaləddin Manquberdi”, “Mirzə Uluqbəydram əsərləri, “Daşkəndnamə”, “Ağsaqqalkimi kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Daşkənddə onun altı cildlik seçilmiş əsərləri çap olunmuşdur. Maqsud Şeyxzadə Nizaminin, Füzulinin, M.F.Axundovun, H.Cavidin, S.Vurğunun, R.Rzanın əsərlərini özbək dilinə tərcümə etmişdir. Eyni zamanda görkəmli dramaturqun əsərlərini mərhum xalq şairi Xəlil Rza Ulutürk Azərbaycan dilinə tərcümə etmiş, həyat fəaliyyətinə dair monoqrafiya yazaraq nəşr etdirmişdir.

 

Almaz ÜLVİ.

 

Xalq qəzeti.-2008.-4 dekabr.- S.8.