Göygöl: dəyişən təkcə ad deyil
Azərbaycanın ikinci
sənaye və mədəniyyət mərkəzi olan Gəncə
şəhəri ilə təbiətimizin nadir incisi olan
Göygöl arasında yerləşən bu bölgənin
son bir əsrdəki tarixi çox qəribə olmuşdur. Vaxtilə
alman koloniyasının saldığı qəsəbə ətrafında
formalaşan bu rayon müxtəlif adlar
daşıdığı kimi, çeşidli eksperimetlərə
də hədəf olmuşdur. Nəhayət, dövlət
müstəqilliyi illərində ulu öndər Heydər Əliyevin
rəhbərliyi ilə həyata keçirilən islahatlar
rayonun indiki sabit durumunu formalaşdırmışdır. Yeniləşmiş,
yüksək inkişaf yoluna çıxmış rayona onun
coğrafiyasını dünyada məşhurlaşdırmış
dağlar gözəli Göygölün adının verilməsi
bölgənin ən yeni tariximizdəki doğuluşunun
“adqoydusu” olmuşdur. Son 5 ildə rayon əsaslı
abadlaşma, inkişaf prosesi ilə, sanki, Göygölün təbii
füsunkarlığına layiq omağa
çalışmışdır. Başdan-başa yenidən
qurulmuş, ötənlərin hisindən-pasından,
aşınmalarından qurtulmuş rayon mərkəzi
Göygölün ayna suları, zümrüd çevrəsi
kimi paklaşmış, gözəlliyə qərq
olmuşdur. Yeni tikililər görkəmini tamamilə dəyişən
köhnə ünvanlarla uyarlaşaraq xoş əhval
yaradır. Prezident İlham Əliyevin adı ilə
bağlı regional inkişaf proqramı təkcə
Göygöl şəhərinə deyil, rayonun bütün
yaşayış məntəqələrinə də yeni
növraq gətirmişdir. Bir sözlə, dəyişən
təkcə ad deyil, həyatın bütün sahələridir.
Göygöl Rayon İcra Hakimiyyətinin
başçısı Arif Seyidov yeniləşmə və
yüksəlişin əsas parametrlərindən iftixarla
söz açdı:
– Son 5 ildə respublikada
əldə olunan yüksək nailiyyətlər Göygöl
rayonunun da sosial-iqtisadi inkişafına müsbət təsir
göstərmişdir. Regionların sosial-iqtisadi
inkişafı dövlət proqramında nəzərdə
tutulmuş layihələrin icrası rayonda, əsasən,
başa çatdırımışdır. Həyata
keçirilmiş tədbirlər nəticəsində rayon
iqtisadiyyatının dinamik inkişafı təmin olunmuşdur.
Sənaye, aqrar bölmə inkişaf etdirilmiş, kənd təsərrüfatı
məhsulları artırılmışdır. Yerli resurslardan
və xammal mənbələrindən istifadə etməklə
yeni iş yerləri açılmışdır. 2003-cü
ilin noyabr ayından 2007-ci ilin sonunadək 3653 yeni iş yeri
açılmışdır. Bunun 2884-ü daimidir. 2008-ci ilin
əvvəlindən 720 yeni iş yerləri
açılmışdır. Bunun isə 659-u daimidir.
Bu ilin 9 ayında ötən
ilin müvafiq dövrü ilə müqayisədə
iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş
məhsul və xidmətlərin ümumi həcmi 63 faiz artaraq
63 milyon manatdan çox olmuşdur. Məhsul və xidmətlərin
60 milyon manatı (83,3 faiz) istehsal sahələrinin, 12 milyon
manatı (16,7 faiz) xidmət sahələrinin payına
düşür. Rayon üzrə adambaşına 1265,4 manat dəyərində,
yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən
1,8 dəfə çox məhsul istehsal edilmişdir.
Aqrar bölmədə ardıcıl həyata keçirilən tədbirlər, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncam bu sahədə çalışanlara böyük maliyyə dəstəyi olmuş, məhsul bolluğuna geniş imkanlar yaratmışdır. Kənd təsərrüfatı istehsalçılarına bu il dəyərinin yarısı ödənilməklə, 177 ton mineral gübrə satılmışdır. 1183 nəfər fermerə yanacaq və motor yağları almaq üçün 391242 manat yardım verilmişdir.
Bu ilin məhsulu üçün 8712 hektar sahədə payızlıq, 2384 hektarda yazlıq səpin aparılmışdır. Rayonda bu mövsümdə 20827 ton taxıl tədarük olunmuşdur. Bu, keçən ilə nisbətən 2648 ton çoxdur. Gələn ilin məhsulu üçün 5459 hektar şum aparılmışdır. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 879 hektar çoxdur. Hazırda payızlıq şum və taxıl səpini davam etdirilir.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz çox olmaqla, 4992 ton tərəvəz, 8,7 faizdən artıq — 9756 ton kartof, 17,1 faiz çox — 1194 ton meyvə, 7,5 faiz çox — 200 ton üzüm istehsal olunmuşdur. Bitkiçilik məhsullarının tədarükü davam edir.
Son dövrdə
heyvandarlıq da inkişaf etmişdir. Qaramalın sayı ilin əvvəlindən
86 baş artaraq 20464- ə, davarın sayı isə 3271
baş artaraq 164931-ə çatmışdır. Ötən
ilin müvafiq dövrü ilə müqayisədə süd
istehsalı 491 ton, ət istehsalı 129 ton, yun istehsalı 29
ton, yumurta istehsalı isə 458 min ədəd
artmışdır.
Rayonda aqrotexservis xidmətini
daha da gücləndirmək üçün bu il əlavə
2 “
İlin 9 ayında mövcud
28 sənaye müəssisələri 7489,2 min manatlıq məhsul
istehsal etmişdir ki, bu da keçən ilin müvafiq
dövrü ilə müqayisədə 4201,4 min manat və ya 1,2
dəfə çoxdur. Sənaye məhsulunun həcmində
qeyri-dövlət sektorunun xüsusi çəkisi 70 faiz
olmuşdur.
Öyrəndik ki,
iqtisadiyyatda olduğu kimi, pərakəndə əmtəə
dövriyyəsinin həcmində də yüksək artım
var. Bu göstərici 10311,8 min manat artaraq 32406,7 min manata
çatmışdır. Əmtəə dövriyyəsində
ərzaq mallarının xüsusi çəkisi 69,5 faiz,
qeyri-ərzaq mallarının xüsusi çəkisi isə
30,5 faizdir.
Rayonda sahibkarlığın
inkişafına da münbit şərait
yaradılmışdır. 2007-ci illə müqayisədə
bu il hüquqi şəxslərin sayı 3,6 faiz artaraq 455-ə
çatmışdır. Sahibkarlığa Kömək Milli
Fondu bu il 11 sahibkara 664 min manat dəyərində güzəştli
kredit vermişdir.
Poçt və rabitə
müəssisələri təşkilatlara, eləcə də
əhaliyə 413,3 min manatlıq xidmət göstərmişdir
ki, bu da keçən ilin müvafiq dövrü ilə
müqayisədə 18,2 faiz çoxdur. Bu il Çaykənddə
384, Toğanalı kəndində 128, Sarısı kəndində
48 nömrə tutumu olan elektron ATS, Aşağı Zurnabad qəsəbəsində
və Üçbulaq kəndində “peyk telefonu”
quraşdırılmışdır.
Rayon ərazisində 2008-ci
ilin 9 ayında nazirliklər, komitələr, agentliklər və
əhali 28052,5 min manat əsas kapitala investisiya qoymuşdur. Bu,
keçən ilin müvafiq dövrünə nisbətən
1,7 dəfə çoxdur. İnvestisiya qoyuluşunun 27281,8 min
manatı tikinti-quraşdırma işlərinə yönəldilmişdir.
Həmin dövrdə rayon
büdcəsinin mədaxili 1 milyon 581,4 min manat proqnoza
qarşı 1 milyon 601,4 min manat, xərcləri isə 5 milyon
56,1 min manat proqnoza qarşı 4 milyon 870,6 min manat həcmində
və ya 96,3 faiz icra olunmuşdur. Bu rəqəmlər 2007-ci
ilin müvafiq dövrü ilə müqayisədə mədaxil
45,4 faiz, məxaric üzrə isə 27,6 faiz çoxdur.
Büdcə daxilolmalarının 555,1 min manatı fiziki şəxslərin gəlir vergisindən, 53,8 min manatı əmlak vergisindən, 623,5 min manatı əlavə dəyər vergisindən, 90,6 min manatı mənfəət vergisindən, 14,3 min manatı torpaqların icarə haqqından, 1,8 min manatı mədən vergisindən, 1023,3 min manatı dövlət rüsumundan, 13,4 min manatı torpaq vergisindən, 86,5 min manatı sadələşmiş vergidən, 23,8 min manatı aksiz vergisindən, 35,3 min manatı digər vergilərdən ödənilmişdir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı üzrə Göygöl rayonunda həyata keçirilməsi nəzərdə tutulmuş 12 layihədən 11- nin icrası artıq yerinə yetirilmişdir. Əlavə tədbirlər davam etdirilir.
Şəhər təsərrüfatlarında, avtomobil yollarında bu il də bir sıra təmir-bərpa, tikinti-quraşdırma və abadlıq işləri həyata keçirilmişdir. Bu istiqamətdə də işlər davam etdirilir. Əsas diqqət yerli əhəmiyyətli avtomobil yollarında təmir-bərpa işlərinin aparılmasına və inkişaf etdirilməsinə yönəldilmişdir. Göygöl şəhərinin Aşıq Alı, 28 May, N.Tusi və X.Məmmədov küçələrinə 13230 kvm asfalt-beton örtüyü salınmışdır. R.Nəsibov və 21-ci məhəllələrin ərazisində 32350 kvadratmetr asfalt örtük çəkilmiş, 5986 metr uzunluğunda səki daşları düzülmüşdür. Şəhərdaxili küçələrdə 450 kvadratmetr asfalt-beton örtük cari təmir olunmuşdur.
Göygöl şəhərində yeni salınmış yaşayış massivlərinin 16 küçəsinə 119100 kvadratmetr çınqıl tökülmüşdür. Hazırda bu işlər davam etdirilir. Aşıqlı, Köşkü, Üçbulaq, Çaykənd-Qarabulaq, Sarısu, Gəncəkənd-Zurnabad kəndarası avtomobil yolları da çınqıllanmışdır.
Bu il rayonda 23 subartezian quyusu əsaslı təmir edilmiş, 3 yeni quyu qazılaraq istifadəyə verilmişdir. Quşqara kəndində isə 1 subartezian quyusu qazılır. Yalqışlaq kəndinə 5 km məsafədən öz axarına su xətti çəkilmişdir.
Əhalini dayanaqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə Göygöl şəhərində 2, Qızılqaya qəsəbəsində 3 yeni transformator quraşdırılmışdır. Göygöl şəhərinin yeni salınmış yaşayış massivinə və Qızılqaya qəsəbəsinə 5,34 km yeni elektrik veriliş xətti çəkilmişdir. Eyni zamanda, 93 güc transformatoru, 9,3 km elektrik xətti cari və əsaslı təmir olunmuşdur.
Əhalinin təbii qazla təchizatını yaxşılaşdırmaq üçün Qızılqaya qəsəbəsinə 3820 m daşıyıcı qaz kəməri çəkilmiş, 235 m qəsəbədaxili xətt bərpa edilmişdir. Göygöl şəhərinin Aşıq Alı küçəsində 112 m yeraltı qaz kəməri yerüstü ilə əvəz olunmuşdur. Mollacəlilli, Xaqani və Köşkü kəndlərində mövcud qaz təsərrüfatında texniki təmir bərpa işləri aparılmışdır. Ötən dövrdə 566 abonentə təbii qaz verilmişdir. Yeni salınmış yaşayış massivində 17000 m uzunluğunda daşıyıcı və paylayıcı qaz xətti çəkilmişdir. Hazırda işlər davam etdirilir. Göyçəkənd, Mixaylovka və Yeni Zod kəndlərinə çəkilmiş 8994 m uzunluğunda ortatəzyiqli qaz kəmərində təmir bərpa işləri aparılmış, 1300 m xətt yenidən çəkilmişdir. 17777 m müxtəlif diametrli kənd daxili qaz xətləri təmir edilmiş və 8 qaztənzimləyici qurğu işlək vəziyyətə gətirilmişdir. Yaxın müddətdə həmin kəndlərdə və Göygöl şəhərində salınmış təzə yaşayış massivi üzrə 1439 abonentə təbii qaz veriləcəkdir.
Yaşayış məntəqələrinin su təchizatını yaxşılaşdırmaq üçün Göygöl şəhərinin D.Bayramov küçəsində 170 m, Sabir küçəsində 140 m, S.Bəhlulzadə küçəsində 200 m, Bülbül küçəsində 320 m — ümumilikdə 830 m magistral, 510 m məhəllədaxili su xətləri çəkilmişdir. R.Nəsibov məhəlləsində magistral su xətti 95 m dəyişdirilmişdir. D.Verdiyev küçəsində magistral su xətti 600 m, Çaykəndin magistral su xətti 650 m yenisi ilə əvəz olunmuşdur. Yeni Zod kəndində su sistemində olan problemləri aradan qaldırmaq məqsədilə 840 m yeni su xətti çəkilmiş, 200 m mövcud su xətti yenisi ilə əvəz olunmuşdur. R.Nəsibov məhəlləsində, Aydın Hacıyev, M.Ə.Rəsulzadə, Aşıq Ələsgər, Sabir küçələrində və hərbi şəhərcikdə 1569 m magistral və 588 m məhəllədaxili kanalizasiya xətti çəkilmişdir.
Son illərin ənənəsinə uyğun olaraq təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsinə, sosial obyektlərin tikintisinə və təmirinə də bu il diqqət yetirilmişdir. Bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilmiş, çatışmazlıqlar aradan qaldırılmışdır. Tikintisinə 2006-cı ilin dekabr ayından başlanılmış 180 çarpayılıq yeni tibb müəssisəsinin inşası başa çatdırılmışdır. Hazırda son tamamlama işləri aparılır. 504 şagirdlik Göygöl şəhər 6 saylı, 320 şagirdlik Balçılı kənd, 120 şagirdlik Dozular kənd, 250 şagirdlik Aşıqlı və Xəqani kənd orta məktəblərinin binaları istifadəyə verilmişdir. 220 şagirdlik 8 Mart, 170 şagirdlik Əlimədədli kənd əsas məktəblərinin tikintisi isə davam etdirilir. Qırıqlı kəndində yeni uşaq bağçası istismara hazırdır.
Hacıməlik qəsəbə 1 saylı, Kökü kənd, Stansiya Qızılca orta, Yalqışlaq kənd əsas məktəb binaları, Cümşüdlü kənd uşaq bağçası yeniləşdirilmişdir. Sarısu kəndində klub, kitabxana və feldşer-mama məntəqəsinin yerləşdiyi bina, Pənahlılar kənd mədəniyyət evi, Çaylı kənd həkim ambulatoriyası da əsaslı təmir olunmuşdur.
Sürüşmə zonasından köçürülmüş 42 ailə üçün salınmış yeni Dozular kəndində fərdi yaşayış evlərinin tikintisi başa çatdırılmışdır. Əhalinin Sosial Müdafiəsi və Məşğulluq mərkəzləri üçün 2 mərtəbəli yeni inzibati binalar da bu il istismara verilmişdir. Gənclər evinin tikintisi başa çatdırılmışdır. Hazırda Prokurorluq, Yanğından Mühafizə Bölməsi, Maliyyə İdarəsi, Meşə Mühafizəsi Müəssisəsi üçün inzibati binalar inşa edilir. Göygöl şəhərinin R.Nəsibov və 21-ci məhəllələrində 13 çoxmənzilli yaşayış binalarının dam örtüyü dəyişdirilmişdir. Vaxtilə almanların tikdiyi mənzillərin də dam örtüyü təmir edilmişdir.
Rayonun sosial-iqtisadi, infrastruktur problemlərinin həlli ilə bağlı mühüm tədbirlər həyata keçirilməsi davam etdirilir. 2009—2013-cü illər üçün hazırlanacaq regionların sosial-iqtisadi inkişafı dövlət proqramına daxil etmək məqsədilə hazırlanmış müvafiq təkliflər isə dövlət orqanlarına təqdim olunmuşdur.
Yuxarıda sadalanan faktlar, göstərilən rəqəmlər, həqiqətən, sürətli inkişafın ürəkaçan mənzərəsini əks etdirir. Ən böyük yenilik, uğur isə adamların gündən-günə yaxşılaşan güzəranı, artan rifahıdır. Rayon əhalisi bu yüksəlişin davam etdirilməsi üçün oktyabr ayında keçirilən ölkə prezidenti seçkilərində son 5 ildə respublikanın hər yerində sürətli inkişafı təmin etmiş, bir sıra problemləri aradan qaldırmış dövlət başçısı İlham Əliyevi böyük əksəriyyətlə dəstəklədi. Onların sabaha dərin inamı, tükənməyən qurub-yaratmaq gücü isə daha böyük uğurlar üçün zəmindir.
Ziyəddin SULTANOV.
Xalq qəzeti.-2008.-4 dekabr.- S.5.