Proqnoz tapşırıqlar artıqlaması ilə
yerinə yetirilib
“Bakı Metropoliteni” hərəkət
xidmətinin iqtisadçısı Aida Süleymanova bildirib ki,
noyabr ayında metro ilə 15 milyon 550 min əvəzinə 18
milyon 550 min 700 sərnişin (güzəştli sərnişinlər
bura daxil deyil) daşınıb ki, bu da proqnoz
tapşırıqlara 119,3 faiz əməl etmək deməkdir.
Bundan əlavə, noyabr ayında 412 min 400 güzəştli
sərnişin metrodan istifadə edib.
İlin əvvəlindən
indiyə kimi isə metro ilə 155 milyon 100 min əvəzinə
176 milyon 87 min 900 sərnişin daşınıb ki, bu da
proqnoza 114 faiz əməl etmək deməkdir. Bundan başqa,
ilin əvvəlindən indiyədək 4 milyon 440 min 100
güzəştli sərnişin metrodan istifadə edib.
Metro
stansiyalarının artması və sərnişinlərin
çoxalması ilə əlaqədar qatarların sayı da
artırılıb. Belə ki, əvvəllər 24 qatar
işləyirdisə, indi onların sayı 30-a
çatdırılıb.
Qəzənfər QASIMOV
Xalq qəzeti.-2008.-5 dekabr.- S.7.