Dinamik iqtisadi inkişaf ölkəmizə daha
böyük uğurlar gətirəcək
Azərbaycan
sosial-iqtisadi inkişafının yeni mərhələsini
yaşayır. Bu mərhələ cənab İlham Əliyevin
xalq tərəfindən yenidən böyük etimad göstərilərək
Prezident vəzifəsinə seçilməsi ilə
başlayır. Bu mərhələdə ölkəmizin daha
da qüdrətlənməsi naminə daha genişmiqyaslı tədbirlər,
tikinti-quruculuq işləri, nəhəng layihələr həyata
keçiriləcəkdir. Bu mərhələnin mənzərəsini
Prezident İlham Əliyev andiçmə mərasimində belə
ifadə etmişdir: “...Azərbaycan xalqını əmin etmək
istəyirəm ki, bundan sonra da Vətənimizin uğurlu
inkişafı üçün, Azərbaycanın
çiçəklənməsi üçün mən əlimdən
gələni əsirgəməyəcəyəm, Azərbaycan
xalqına bundan sonra da xidmət edəcəyəm”.
Dövlət
başçısı İlham Əliyevin xalqın dəstəyilə
yenidən Prezident seçilməsinin əsasında beş il ərzində
sosial-iqtisadi sahələrdə əldə edilən
uğurlar dayanır. Belə ki, həmin müddətdə Azərbaycan
bölgədə öz mövqelərini daha da gücləndirmiş,
müstəqilliyini möhkəmləndirmişdir. Dövlət
quruculuğu prosesi sürətlənmişdir. Siyasi və
iqtisadi islahatlar uğurla aparılmışdır.
İqtisadi göstəricilərlə
əlaqədar Prezident İlham Əliyev andiçmə mərasimində
demişdir: “Son dörd il ərzində Azərbaycan dünya
miqyasında iqtisadi artım sürətinə görə
birinci ölkədir. Son dörd il ərzində iqtisadi
artım, yəni ümumi daxili məhsulun artımı
baxımından bizdən yuxarı ölkə
olmamışdır. Bu, böyük nailiyyətdir.
Bütövlükdə, beş il ərzində Azərbaycan
iqtisadiyyatı, Azərbaycanda ümumi daxili məhsul 2,7 dəfə
artmışdır. Mən deyə bilərəm ki, dünya
miqyasında bu, görünməmiş bir nəticədir...”.
Son beş
ilin digər iqtisadi göstəriciləri
də uğurludur. Məsələn, bu ilin yekunlarına görə, adambaşına
düşən ümumi
daxili məhsulun təxminən 6 min dollar təşkil
edəcəyi proqnozlaşdırılır.
Sənaye istehsalında
da yüksək artım müşahidə
olunur. Beş ildə bu sahədə
istehsal 2,7 dəfə
artmışdır. Dövlət
büdcəsinin səviyyəsi
ildən-ilə yüksəlmişdir.
Əgər 2003-cü ildə
dövlət büdcəsi
1,2 milyard dollar təşkil
edirdisə, bu il icmal büdcə
15 milyard dollara bərabərdir. Valyuta ehtiyatları da böyük həcmdə artmışdır. 2003-cü ildə
Azərbaycanın valyuta
ehtiyatları 1,6 milyard
dollar səviyyəsində idi. 2008-ci ilin oktyabr ayına olan məlumata görə isə bu göstərici 17 milyard dollar təşkil edir. Gələn illərdə bu məbləğ artacaqdır.
Son beş il ərzində Azərbaycan
iqtisadiyyatına 44 milyard
dollar sərmayə qoyulmuşdur.
Bu isə bütün
müstəqillik dövründə
qoyulan sərmayələrin
77 faizini təşkil
edir. Bu barədə Prezident İlham Əliyev andiçmə mərasimində demişdir:
“...Azərbaycan həm
xarici investorlar üçün cəlbedici
ölkə kimi maraq doğurur, həm də çox şadam ki, Azərbaycana böyük həcmdə daxili investisiyalar qoyulur. Burada, əlbəttə ki, dövlət investisiyalarının
payı daha çoxdur, ancaq özəl, yerli şirkətlərin qoyduğu
sərmayə də mühüm rol oynayır. Bu, çox vacibdir. Çünki bu, ölkəmizin inkişafına, Azərbaycanda
güclü sahibkarlıq
sinfinin yaranmasına xidmət göstərəcəkdir.
Orta sinfin yaranması artıq reallıqdır və Azərbaycanın bundan sonrakı illərdə hərtərəfli inkişafı
bu amillərlə ölçüləcəkdir”.
Kənd təsərrüfatının
inkişafına da xüsusi diqqət yetirilmişdir. Aqrar sahənin texnika və gübrələrlə
təchizatına mühüm
əhəmiyyət verilmişdir.
Bunun üçün
“Aqrolizinq” SC yaradılmış,
onun tabeliyindəki aqroservislərin fəaliyyəti
gücləndirilmişdir. Son beş il ərzində
ölkəyə dövlət
xətti ilə 7 min kənd təsərrüfatı
texnikası gətirilmiş,
texnika parkları yeniləşdirilmişdir. Məhz
bütün bu tədbirlərin nəticəsidir
ki, 2008-ci ildə kənd təsərrüfatı
istehsalı 8,3 faiz artmışdır.
Məcburi köçkünlərə
göstərilən qayğı
barədə də bir neçə kəlmə qeyd etmək yerinə düşər. Son beş
il ərzində dövlət başçımız
yurd-yuvalarından didərgin
düşən insanlarla
dəfələrlə görüşmüş,
onların problemlərinə
həssaslıqla yanaşmış,
çətinliklərin aradan
qaldırılması üçün
müvafiq qurumlara konkret tapşırıqlar
vermiş, icrasını
diqqət mərkəzində
saxlamışdır. Bununla
əlaqədar dövlət
başçımızın fikirlərinə diqqət
yetirək: “...Mən məcburi
köçkünlərlə çoxsaylı görüşlər
zamanı onların problemlərinin həlli üçün səylərimi
göstərmişəm, onlara
söz vermişdim. Söz vermişdim ki, bir dənə
də çadır şəhərciyi qalmayacaq
və bu gün Azərbaycanda bir dənə də çadır şəhərciyi yoxdur.
2004-cü ildə qəbul
edilmiş məcburi köçkünlərin yaşayış
səviyyəsinin yaxşılaşdırılması
və məşğulluğun
artırılması Dövlət
Proqramının uğurlu
icrası bizim niyyətimizi, bizim siyasətimizi göstərir.
2007-ci ildə proqrama əlavələr edildi, əlavə vəsait nəzərdə tutulur.
Son beş il ərzində 12 çadır
şəhərciyi ləğv
edilmişdir. Onların
əvəzinə müasir
binalar, müasir qəsəbələr salınmışdır.
36 yeni qəsəbə
salınmış, onlarda
47 min nəfər məcburi
köçkün məskunlaşdırılmışdır.
Bu qəsəbələrdə 34 məktəb, 24 tibb məntəqəsi tikilib və insanların yaşaması üçün
lazım olan digər tədbirlər görülübdür. Son beş
il ərzində bu məqsədlər üçün 1 milyard
dollar xərclənib, proqrama
əlavələr hesabına
əlavə minimum 500 milyon
dollar xərclənəcəkdir. Bu vəsait də Azərbaycan Dövlət Neft Fondunun hesabına,
Azərbaycan dövlətinin
hesabına və yenə də deyirəm, Heydər Əliyevin neft siyasətinin hesabına yaradılır. Əgər
bu, olmasaydı, əgər Bakı—
Prezident İlham
Əliyev ötən beş il ərzində
xalqımızın ən
yaralı yeri olan Ermənistan- Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həll edilməsi, doğma torpaqlarımızın
geri qaytarılması
sahəsində də
uğurlu siyasət aparmışdır. Dövlət
başçımız Dağlıq
Qarabağın əzəli
Azərbaycan torpağı
olduğunu, onun heç vaxt Ermənistanın tərkibinə
qatılmayacağını və Azərbaycanın daxilində ikinci bir erməni dövlətinin yaranmayacağını
bəyan etmişdir. Etiraf olunmalıdır ki, cənab İlham Əliyev erməni millətçilərini
danılmaz faktlarla yerində oturtmağa qadir nüfuzlu söz sahibidir.
Son beş
ildə Azərbaycanın
hərbi qüdrəti
güclənmişdir. Bu, əlbəttə,
mövcud sahəyə
diqqət və qayğının nəticəsidir,
büdcədən bu sahəyə ayrılan xərclərin getdikcə
artırılması ilə
əlaqədardır. Bir
faktı deyim:
2003-cü ildə Azərbaycanın
ümumi hərbi xərcləri 163 milyon
dollar olmuşdur. 2008-ci ildə
isə 1 milyard 850 milyon dollar təşkil edir.
Prezident İlham
Əliyev hərbi sahəyə göstərilən
bu diqqətin təsadüfi olmadığını
belə əsaslandırmışdır:
“...Bunun nə demək olduğunu hamı yaxşı başa düşür. Əminəm ki, bizim torpaqlarımızı
işğal edən Ermənistan yaxşı başa düşür və daha da
yaxşı başa düşməlidir. Onlar hərbi xərclərə
imkan daxilində vəsait ayıra bilərlər. Biz isə istədiyimiz qədər”.
Bütün yuxarıda
qısaca qeyd edilənlər deməyə
əsas verir ki, xalqımız dövlət başçısı
İlham Əliyev ideyalarına, varisliyə sədaqətli olduğunu
onun real fəaliyyətində
görmüş, buna
görə də ikinci müddətə Azərbaycan Prezidenti seçilməsi üçün
yekdilliklə səs vermişdir.
Vaqif BAYRAMOV.
Xalq qəzeti.-2008.- 6 dekabr.-S.1.