Beynəlxalq əlillər günüYasamal rayonunda da geniş qeyd olundu

 

BMT Baş Assambleyasının 14 fevral 1992-ci il tarixli qərarına əsasən 3 dekabr — “Beynəlxalq Əlillər günü” kimi bütün dünyada geniş qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildən yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə də əlillər günü hər il ənənəvi olaraq geniş qeyd olunmağa başladı.

Bu il respublikamızın hər yerində olduğu kimi əlillər günü Bakının Yasamal rayonunda “Elit” şadlıq evində də geniş qeyd olundu. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Azərbaycanın müstəqilliyi və vətən uğrunda sağlamlığını itirmiş insanların, 20 Yanvar, Qarabağ müharibəsi əlillərinin, ümumiyyətlə fiziki cəhətdən əlilliyi olan bütün insanların qayğı və problemlərinin daima dövlətin diqqət mərkəzində olduğunu qeyd etdi. Çıxışının sonunda İbrahim Mehdiyev Yasamal rayonunda 6592 nəfər əlil olduğunu, onlara daim maddi və mənəvi dəstək göstərildiyini dedi.

Yasamal rayon Müharibə Əmək Veteranları Şurasının sədri Almaz Qasımova, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərin sosial müdafiəsi baş idarəsinin baş məsləhətçisi İlyas Zeynalov çıxışında nazirliyin əlillərin sosial müdafiəsi baş idarəsi tərəfindən görülmüş işlər barədə geniş ətraflı məlumat verərək 240 əlilə birdəfəlik maddi yardım göstərildiyini dedi.

Tədbirdə İ.Əbilov adına Mədəniyyət Mərkəzinin Abasqulu Nəcəfzadənin rəhbərlik etdiyi instrumental ansamblın solistləri Mirməmməd Mirsalahov, Mərziyyə Axundova, Aida Həşimova, Günel Ələkbərova, Pünhan Hümbətov Dəstə Rzayevanın oxuduğu şən mahnılar tədbir iştirakçılarının ürəyincə oldu. Tədbirin sonunda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev tədbir iştirakçılarına bayram hədiyyəsi maddi yardım göstərdi.

 

Rafiq SALMANOV.

 

Xalq qəzeti.-2008.- 6 dekabr.- S.7.