Erməni vəhşiliklərinin satirik görüntüləri

 

Tanınmış karikaturaçı və rəssam siyasi plakat ustası Kərim Kərimovun son illərdə çəkdiyi erməni vəhşilikləri (ermənizm), separatizm, terrorizm və narkomaniya kimi bəşəri bəlaları hədəfə alan 150 satirik rəsmi “Hiddət və nifrət” adı altında kitab-albom şəklində oxuculara təqdim etmişdir.

Ermənistanın ölkəmizə hərbi təcavüzü, imperialist dairələrin bu işğalçı dövlətə göstərdiyi havadarlığın çoxsaylı görüntüləri yurdumuzun düşmənlərinə qarşı haqlı hiddət və nifrət yaradır. Müəllif kitabı Azərbaycanın ərazi bütövlüyü uğrunda xalqımızın haqq işinə həsr etmişdir. Geologiya-minerologiya elmləri doktoru, elm və texnika xadimi AMEA-nın müxbir üzvü, dünya şöhrətli alim Kərim Kərimov 50 ildən bəridir ki, neft geologiyası və geofizikası sahəsində dəyərli elmi və təşkilatçılıq fəaliyyəti ilə yanaşı, insanlığı təhdid edən faciələri öldürücü satira atəşinə tutan karikatura yaradıcılığı sahəsində də məhsuldar işi ilə tanınmışdır.

Bu vaxtadək mətbuatda və ayrı-ayrı kitablarda rəssamın 5 mindən artıq karikaturası və siyasi plakatı çap olunmuşdur. Onun Bakıda, İstanbulda, Moskvada, Sankt-Peterburqda və digər şəhərlərdə keçirilən çoxsaylı sərgiləri sülh tərəfdarlarının, humanist insanların böyük rəğbətini qazanmışdır. Rəssamın karikatura və plakatlardan ibarət 5 kitab-albomu işıq üzü görmüşdür.

Ayrı-ayrı illərdə müharibə qızışdırıcılarının, insan qanı axıdanların, separatçı hərəkatlarla xalqları bir-birinə düşmən edənlərin, adamların həyatına vaxtsız son qoyanların cinayətləri rəssama saysız-hesabsız mövzular vermişdir. Ermənistanın 20 ildən bəri davam edən Azərbaycana işğalçı təcavüzü, on illər boyu ermənilərin azərbaycanlılara qarşı yeritdiyi soyqırım, deportasiya separatçılıq siyasəti bu vəhşilik bəlaların hamısını özündə cəmləşdirmişdir. Buna görə Kərim Kərimov erməni cinayət xəyanətlərinin satirik görüntülərini oxucularaTerrorizm, separatizm, narkomaniya ermənizm hamısı bəşəriyyətə bir bəladırhökmü ilə ünvanlanmışdır.

Kitabın əvvəlində müəllif satirik məramını belə açıqlayır: Başlıca məqsədim Azərbaycana, onun xalqına, dövlətçiliyinə xəyanət etmiş nankor qonşularımızın, erməni separatçılarının XX əsrdən başlayaraq azərbaycanlılara qarşı törətdikləri soyqırım, qanlı terror aktlarını tənqid atəşinə tutmaq, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaqdır”.

Kitab-albomu vərəqlədikcə torpaqlarımızı oda qalayan, soydaşlarımıza divan tutan, insanlığa qarşı dəhşətli cinayətlər törədən ermənilərin niyyətləri, əməlləri satirik cizgilərlə göz önündə canlanır. Bu qanlı aksiyaların eybəcərlikləri hər kəsdə hədsiz hiddət nifrət hisslərini coşdurur. Vəhşiləşmiş qaniçən”, “Qudurmuş vəhşi”, “Təcavüzkarın Qarabağdakı siması”, “Banditlərin birgə fəaliyyəti”, “Beynəlxalq dəstəkçilər”, “Əsl soyqırım”, “Başsız cəllad”, “Həqiqət göz qarşısında”, “Dünyaya sui-qəsd”, “Düşmənçilik”, “İblis s. karikaturalar erməni faşizminin açıq gizli tərəflərini, onların dəmtutanlarının yaramaz niyyətlərini təkzibolunmaz şəkildə sərgiləyir.

Karikaturalarda ermənilərin bəşəri əxlaqı, beynəlxalq hüquq normalarını tapdalayan əməlləri ifşa olunursa, siyasi plakatlarda xalqımızın haqq işi, sivil qayda-qanunlara sədaqəti, dözüm mübarizəsi ön planda göstərilir. “Əsl yumruq”, “Xəbərdarlıq”, “Dəyərli zərbə”, “Layiqli paylar”, “Terrorçunun aqibəti”, “Cəza”, “Şükürlər olsunkimi plakatlarda əldalətli mübarizədə xalqımızın qələbəsinə inam, düşmənin layiqli cəzasına çatacağı, Azərbaycanın güc qüdrəti qabarıq əksini tapmışdır.

Rəssam bu arzu ümidlərini belə açıqlayır: “Ermənilər, nəhayət, başa düşməlidirlər ki, onlar kiminlə birləşirlərsə birləşsinlər, kiminlə əlbir olurlarsa olsunlar, hansı fitnəkarlığa əl atırlarsa atsınlar Azərbaycan xalqının iradəsini qıra bilməyəcəklər. Birmənalı olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı öz torpaqlarını azad etməyənə qədər bu yoldan dönməyəcəkdir”.

Albomun ön sözü, rəsmlərin adları, izahedici mətnlər, müəllifin elmi-bədii yaradıcılıq bioqrafiyası Azərbaycan dili ilə yanaşı, türk, ingilis rus dillərini verilmişdir. Bu, kitabı xarici oxucular üçün anlaşıqlı edir, erməni yalan fitnələrini cavablandırmağa xidmət göstərir. Yeni nəşr vətənpərvər alim-rəssamın həyat yaradıcılığını sənətkar yetkinliyini bir daha təsdiqləyir, soydaşlarımızı dostlarımızı insanlığa qənim kəsilmiş ermənizmə qarşı hiddət nifrətlə silahlandırır.

Azərbaycanda Atatürk MərkəzindəHiddət nifrətsatirik rəsmlər toplusunun təqdimat mərasimində elmi fəaliyyəti bədii yaradıcılığı ilə zəngin bioqrafiya sahibi olan alim-rəssamın xidmətləri qədirbilənliklə vurğulandı, yeni kitabın səciyyəvi cəhətləri diqqət mərkəzində oldu.

Mərasimi giriş sözü ilə açan Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov yeni kitabın redaktoru kimi bu albomu erməni millətçi-terrorçularının üzünü açıb göstərməkdə, xalqımızın başına gətirilən bəlaları dünya ictimaiyyətinə çatdırmaqda təsirli bir mənbə kimi səciyyələndirdi, alim-rəssamın bu sənət mübarizəsinin yüksək vətəndaş yanğısından qaynaqlandığını söylədi.

Respublika Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov millət vəkilləri — professor Xanhüseyn Kazımlı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və politoloq Fazil Qəzənfəroğlu Kərim Kərimovun uzun illər boyu elmin nüfuzlu bir sahəsində yüksək nailiyyətlər qazanmaqla yanaşı, fırçanı yerə qoymadan şərə, vəhşiliyə qarşı ardıcıl mübarizə aparmasını humanist ideyalara dərin bağlılıq kimi dəyərləndirdilər. Onlar rəssamın karikatura və plakatlar toplularını xarici ölkələrdə yaymağın, sərgilərini təşkil etməyin gərginliyini də vurğuladılar.

Bakı Dövlət Universitetinin prorektoru, professor İsmayıl Əliyev Neft Akademiyasının prorektoru, professor İmran Cəfərzadə bildirdilər ki, çağdaş dünyanın tanınmış geofiziklərindən biri, bir sıra beynəlxalq akademiyaların üzvü, 550-dən çox elmi əsərin, 20 ixtira bir sıra patentlərin müəllifi olan Kərim Kərimovun həm 5 mindən artıq karikatura siyasi plakat yaratması onu Azərbaycan elminin incəsənətinin görkəmli xadimi kimi tanıtmışdır. Alimlər öz həmkarlarının məşhur rəssam olmasından, rəssamlar isə dünya şöhrətli geofizik olmasından qürur duyurlar.

Kərim Kərimovu tələbəlik dövründən tanıyan jurnalist Ələsgər Cabbarov onun gənclik illərindən təhsil elm sahəsində, ictimai, həyatda fəallığı ilə seçildiyini sonrakı illərdə elm sənət yollarından qoşa qanadla yüksəldiyini söylədi, parlaq bioqrafiyasının önəmli səhifələrini yada saldı. Xalq rəssamı Arif Hüseynov Kərim Kərimovu Əzim Əzimzadə satirik rəssamlıq məktəbinin istedadlı nümayəndəsi kimi səciyyələndirirdi, onun yeni albomundakı karikatura siyasi plakatların yüksək professionallıqla yaradıldığını söylədi.

Natiqlərhiddət nifrətkitabındakı əsərlərin xalqımızı onun dostlarını hiddətləndirdiyini, erməni faşizminə qarşı sonsuz nifrət yaratdığını dönə-dönə vurğuladılar, rəssamı bu böyük sənət uğuruna görə təbrik etdilər, ona yeni nailiyyətlər arzuladılar.

Sonda müəllif söylənən səmimi fikirlərə görə alim-rəssam elmi-mədəni ictimaiyyətinin yüksək titullu nümayəndələrində dərin minnətdarlığını bildirdi, xalqımızın haqq işi, ölkəmizin tərəqqisi uğrunda mübarizədə bilik bacarığını heç vaxt əsirgəməyəcəyini bildirdi.

 

R.Tahir

 

Xalq qəzeti.-2008.-7 dekabr.- S.4.