Əlil döyüşçülərə qayğı

 

Beynəlmiləlçi Əlil Döyüşçülər  Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Səhiyyəyə ictimai nəzarət” layihəsinin başa çatması ilə əlaqədar “Dəyirmi masa” keçirdi.

Tədbiri giriş sözü ilə açan Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun sədri Sərraf Orucov layihə çərçivəsində görülən işlər barədə məlumat verərək dedi ki, əhalinin həssas təbəqəsi hesab olunan fiziki cəhətdən qüsurlu insanlara qayğı göstərilməsi həm cəmiyyətin, həm də dövlətin başlıca vəzifəsidir. Vurğuladı ki, müstəqil Azərbaycan dövləti tərəfindən əlillərin sağlamlığının bərpa olunması, onların cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Natiq həmçinin qeyd etdi ki, bir sıra hallarda əlillər müəyyən problemlərlə üzləşirlər. S.Orucovun sözlərinə görə, bu problemlər ilk növbədə, əlil vətəndaşlarımızın öz hüquq vəzifələri barədə az məlumatı olmalarından qaynaqlanır. Bütün bunları nəzərə alaraq Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu layihə çərçivəsindəƏlillərin səhiyyə hüquqlarıməlumat kitabçası nəşr etdirərək əlillərə pulsuz paylamışdır.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Aparatının ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvləri Vüqar Qədirov Gülnarə Hüseynova, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi insan hüquqları üzrə Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin bölmə müdiri Ömər Abdullayev, Azərbaycan Respublikası müvəkkili (Ombudsman ) Aparatının ahıllarla şöbəsinin müdiri Yeganə Cəfərova başqaları çıxış edərəkSəhiyyəyə ictimai nəzarətlayihəsinin uğurla icra olunmasının ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğuna müəyyən fayda verdiyini qeyd etməklə bərabər, layihə çərçivəsində işləri gələcəkdə davam etdirməyi, xüsusilə bu sahədə regionları da əhatə etməyi tövsiyə etdilər.

Dəyirmi masada Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun təşəbbüsü ilə daha 7 ictimai birliyin fəal iştirakı iləSəhiyyədə İctimai Nəzarət Komissiyasının yaradılması faktı tədbir iştirakçıları tərəfindən razılıqla qarşılandı. Məlumat üçün bildirək ki, artıq komissiyanın qaynar xətti VEB saytı yaradılaraq əlil vətəndaşlara xidmət göstərir.

 

M.ABDULLAYEV

 

Xalq qəzeti.-2008.-7 dekabr.- S.6.