Daşkənd sərgisində
Azərbaycan
çayları və “Bizim tarla”nın
məhsulları böyük
maraqla qarşılandı
Özbəkistanın
Daşkənd şəhərində 3-cü Beynəlxalq
“Çay və qəhvə” festivalı keçirilmişdi. Özbəkistan
respublikasının Kənd Təsərrüfatı Nazirliyi və
qeyri-dövlət təşkilatının təşkilatçılığı
ilə 3-cü Beynəlxalq “Çay və qəhvə” sərgisi
keçirilmişdir. Sərgidə Almaniya, Rusiya, Ukrayna
şirkətləri öz məhsulları ilə təmsil
olunurdular.
“Azərsun Holdinq”
Şirkətlər Qrupu 3-cü Beynəlxalq “Çay və qəhvə”
sərgisində Azərbaycan Respublikasının yeganə təmsilçisi
idi.
Festivalda holdinq Azərbaycanın
çay mədəniyyətini layiqli nümayiş etdirmişdir.
Azərbaycan Respublikasında inkişaf etməkdə olan qida sənayesi,
şirkətin tətbiq etdiyi standartlar və istehsal prinsipləri
barədə tədbir iştirakçılarına məlumat
verilmişdir.
Tədbir zamanı,
müsabiqənin ən yüksək mükafatına “Azərsun
Holdinq” layiq görülmüşdür.
Sərgi geniş media dəstəyi
ilə müşayiət olunmuşdur. Tədbirin son
günü, “Azərsun Holdinq” Şirkətlər Qrupunu təmsil
edən nümayəndə heyəti Daşkənd şəhərində
yerləşən Uşaq evində olmuş və onlara
humanitar yardım etmişdirlər.
Xalq qəzeti.-2008.-7 dekabr.- S.7.