Azərbaycanlı hüquqşünas Rusiya Hüquq Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir

 

Respublikamızda bütün sahələrdə olduğu kimi, elm və təhsil sahələrində də mühüm irəliləyişlər göz qabağındadır. Ölkəmizin alimləri sovet dövründə də iftixar yerimiz olan riyaziyyat və fizika kimi fundamental elmlərlə yanaşı, digər sahələrdə də bir sıra mühüm tədqiqatlara imza atmışlar.

Qeyd etmək lazımdır ki, respublikamızda humanitar sahələrdə aparılan tədqiqatların spektri və bəşəri əhəmiyyəti də durmadan artmaqdadır. Heç şübhəsiz ki, bütün bu nailiyyətlər ümummilli lider Heydər Əliyevin və onun kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan elminə və alimlərinə göstərdiyi böyük diqqət və qayğının nəticəsində mümkün olmuşdur.

Alimlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, ölkəmizdə yeni-yeni tədqiqat mərkəzlərinin, laboratoriyalarının yaradılması, elmi tədqiqatlara dövlət büdcəsindən ayrılan vəsaitin həcminin artırılması və s. Azərbaycanın bu sahədə apardığı dövlət siyasətinin əməli təzahürləridir. Belə məqsədyönlü fəaliyyətin nəticəsində Azərbaycanda bir sıra böyük elmi-praktik konfranslar, simpozium və seminarlar təşkil edilmiş, sahəvi elmi jurnalların nəşri təmin olunmuş, alimlərimizin qloballaşan dünyanın qabaqcıl elmi-tədqiqat mərkəzlərində elmi fəaliyyətlə məşğul olmaları üçün geniş imkanlar yaranmışdır. Məhz bunun sayəsində Azərbaycan alimlərinin dünya elmi ictimaiyyəti arasında nüfuzu yüksəlir, onların qazandığı uğurların sayı durmadan artır.

Bu qəbildən olan son yeniliklərdən biri Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hüquq elmləri doktoru, professor, Rusiya Təhsil Akademiyasının həqiqi üzvi Elşad İslam oğlu Abdullayevin nüfuzlu Rusiya Hüquq Elmləri Akademiyasının həqiqi üzvü - akademiki seçilməsidir.

Onlarca kitabın, dərs vəsaitinin, 250-dən artıq elmi məqalənin müəllifi olan Elşad Abdullayevin bu uğuru onun inzibati hüquq sahəsində apardığı elmi-tədqiqatlara tanınmış alimlərin verdiyi yüksək qiymətdir. Əgər sovet dönəmində inzibati hüquq üzrə Azərbaycanda barmaqla sayılası qədər elmi məqalə dərc edilmişdisə, bu gün Elşad Abdullayevin fəaliyyəti nəticəsində respublikamızda inzibati hüquq məktəbinin yaradılması barədə danışmaq olar.

Belə ki, alimin bilavasitə elmi rəhbərliyi ilə Azərbaycan hüquq sistemi üçün böyük önəm kəsb edənAzərbaycanda inzibati ədliyyə”, “Azərbaycanda dövlət qulluğu sair mövzularda namizədlik dissertasiyaları müdafiə olunmuş tədqiqatlar aparılmışdır.

Özünün başlıca məramı kimi, hüquq elminin inkişafına, hüquqi-demokratik dövlətin müvafiq tələblərinə hərtərəfli yardım göstərilməsini bəyan etmiş Rusiya Hüquq Elmləri Akademiyasının həmtəsisçiləri arasında Moskva Dövlət Universitetinin hüquq fakültəsinin dekanı A.K.Qoliçenkov, Dəniz Hüququ İnstitutunun rektoru İ.F.Pokrovski, Ural Dövlət Hüquq Akademiyasının rektoru V.D.Perevalov, Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsinin dekanı N.M.Kropaçyov kimi tanınmış hüquqşünas-alimlər vardır.

Professor E.Abdullayevin Rusiya Hüquq Elmləri Akademiyasının Elmi Şurasının 4 dekabr 2008-ci il tarixli 1 saylı qərarı ilə akademik seçilməsi Azərbaycan hüquq elminin dünya elminə inteqrasiyasının təzahürü kimi dəyərləndirilə bilər. Bu seçimin Rusiya Federasiyasının Konstitusiyasının 15 illiyi İnsan hüquqları haqqındaBəyannamənin 60 illiyinə həsr olunmuşHüquq, insan vətəndaşın hüquq azadlıqlarının müdafiəsində” IX Beynəlxalq elmi-praktik konfransın keçirildiyi vaxtda reallaşması professor Elşad Abdulayevin həmin konfransın işində iştirakı Azərbaycan Rusiya hüquqşünasları arasında elmi əlaqələrin inkişafının daha bir göstəricisidir.

Sonda respublikamızın ilk özəl məktəblərindən biri olan Azərbaycan Beynəlxalq Universitetinin təsisçisi rektoru, xalqımızın ümummilli probleminə çevrilmiş Dağlıq Qarabağ düyününün həllini özününDağlıq Qarabağ problemi beynəlxaq hüquq müstəvisində” (Azərbaycan, rus, ingilis fransız dillərində), ”Dağlıq Qarabağ problemi beynəlxalq təşkilatlar”, “Dağlıq Qarabağ problemi Avropa Şurasının hüquqi sənədlərindəkimi fundamental əsərləri ilə Azərbaycanın haqq səsini dünyaya çatdıran professor Elşad Abdullayevə təhsil quruculuğu elmi fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.

 

İsmayıl MƏMMƏDOV,

tarix elmləri doktoru,

professor 

 

Xalq qəzeti.-2008.-11 dekabr.-S.6.