Heydər Əliyev
və dövlətçilik tariximizin şanlı səhifələri
Hər
bir xalqın milli varlıq və özünüdərkinin ali
məqamı sayılan müstəqil dövlətçilik
idealı məhz xarizmatik liderlərin fəaliyyəti nəticəsində
gerçəkliyə qovuşur. Tarixin əlverişli mərhələsində
optimal dövlət modelinin ideoloji-siyasi əsaslarını
yaratmaq kimi ağır missiyasını üzərinə
götürən belə fenomen şəxsiyyətlər həm
də mənsub olduqları xalqların gələcək
yaşam fəlsəfəsini müəyyən edirlər. Bəşəriyyətin
tarixi inkişaf mərhələləri belə böyük
dühaların, siyasət ustadlarının xalqlarının
taleyində oynadıqları müstəsna rolu bütün
qabarıqlığı ilə üzə
çıxarır. XX əsr Azərbaycan tarixinin ən
böyük, fenomen şəxsiyyəti kimi şərəfli
ömür yolunu Vətəninin nicatına həsr etmiş
ulu öndər Heydər Əliyev də məhz belə liderlərdən
olmaqla, müasir dövlətçiliyimizin ideoloji-siyasi əsaslarını
yaratmış, xalqı həqiqi müstəqilliyə
qovuşduraraq onun qəlbində özünə möhtəşəm
abidə ucaltmışdır.
Ulu
öndərin respublikaya rəhbərlik illəri tariximizə
iqtisadi və mədəni yüksəliş dövrü kimi
daxil olmuş, xalqın milli mənlik şüurunun,
özünüdərk hissinin güclənməsinə təkan
vermişdir. Tarixi məhz bu dövrdən başlanan Heydər
Əliyev idarəetmə fəlsəfəsinin başlıca
ideya-siyasi istiqamətini də xalqın milli
özünüifadəsinin bütün forma və vasitələrinin
geniş vüsət alması, milli qürur hissinin güclənməsi,
ictimai şüurun yüksəlişinə təkan verən
sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi
təşkil etmişdir. Xalqına, onun keçmişinə,
tarixinə, adət-ənənələrinə, milli dəyərlərinə
qəlbən bağlı olan bir şəxsiyyətin bu ali
kürsüyə yüksəlməsi o ağır imperiya
dövründə Azərbaycanda bütün sahələr
üzrə intibaha və milli özünüdərkə əsaslı
zəmin yaratmışdır. Müdrik xalqımız öz
liderinin rəhbərliyi altında yüksək iradə
nümayiş etdirməklə, milli yaddaşını, zəngin
mənəvi-əxlaqi dəyərlərini, tarixi dövlətçilik
ənənələrini qorumuş, dövlət müstəqilliyi
üçün siyasi-hüquqi və iqtisadi zəmin
formalaşdırmışdır.
Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun
14-də keçirilmiş plenumunda Heydər Əliyevin rəhbər
vəzifəyə namizədliyinin yekdilliklə dəstəklənməsi
onun özünü kamil şəxsiyyət, yüksək idarəçilik
keyfiyyətlərinə malik rəhbər kadr kimi təsdiqləməsindən
xəbər verirdi. Qeyri-adi, fitri istedadı, təşkilatçılıq
və idarəçilik məharəti, ən əsası, vətənpərvərliyi,
milli ideallara bağlılığı ilə ilk gündən
Azərbaycanın üzləşdiyi sosial-iqtisadi problemləri
aradan qaldırmaq, qanunçuluğu və hüquq
qaydalarını gücləndirmək, ciddi sosial bəlaya
çevrilmiş korrupsiyaya, rüşvətxorluğa
qarşı mübarizə tədbirlərini genişləndirmək
istiqamətində əzmkar fəaliyyətə başlayan
Heydər Əliyev mütərəqqi idarəçilik ənənələrinin
əsasını qoymuş, cəmiyyətin normal inkişaf ahəngini
təmin etmişdir. Böyük öndər
respublikamızın üzləşdiyi problemləri ilk
gündən düzgün müəyyənləşdirməklə,
onların həlli üçün lazımi iradə, qətiyyət
və prinsipiallıq göstərmiş, hər cür riskə
rəğmən, o dövrün nöqsanlarını
açıq deməkdən çəkinməmişdir. Bu
baxımdan Heydər Əliyevin Azərbaycan KP MK-nın 5 avqust
1969-cu il tarixli plenumundakı dərin məzmunlu, eyni zamanda, tənqidi
ruhlu çıxışı Azərbaycanı problemlər məngənəsindən
dinamik inkişaf yoluna çıxaran pozitiv prosesin
başlanğıcı kimi ehtiramla xatırlanır. Heydər
Əliyev plenumdakı çıxışında mövcud
problemləri konkret şəkildə,
çılpaqlığı ilə önə çəkmiş,
dövlət idarəçiliyi sistemində
formalaşmış regionçuluq, bürokratiya və
korrupsiya kimi neqativ tendensiyaların yolverilməz olduğunu
demişdir. Ulu öndər, eyni zamanda, çoxsaylı problemlərin
həllində bir sıra rəhbər şəxslərin məsuliyyət
daşıdığını da nəzərə çatdırmışdır.
Respublikaya rəhbərliyinin
ilkin dövrlərindən başlayaraq ulu öndər cəmiyyətdə
qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi
istiqamətində prinsipial addımlar atmış, milis,
prokurorluq və məhkəmə orqanlarında sağlam
mühitin formalaşdırılmasına
çalışmış, xüsusən də iqtisadi zəmində saxtakarlıqlara –
dövlət əmlakının mənimsənilməsi
hallarına qarşı səmərəli mübarizə
mexanizmləri tətbiq etmişdir. Keçmiş SSRİ kimi
nəhəng imperiyada rüşvətxorluğa və
korrupsiyaya qarşı total mübarizə tədbirlərini
də ilk dəfə məhz Heydər Əliyev
başlamışdır. İmperiya rəhbərliyi bu neqativ
təzahürləri ört-basdır etməyə
çalışsa da, Heydər Əliyev bu acı həqiqətləri
gizlətməməyin, problemi doğuran səbəbləri
aradan qaldırmağın tərəfdarı
kimi çıxış edirdi. 70-ci illərin əvvəllərindən
başlayaraq rüşvətxorluğa, oğurluğa, əliəyriliyə
və mənəviyyata zidd digər təzahürlərə
qarşı amansız mübarizə aparır, belə hallara
yol verənlərin cəzalandırılmasına və həbsinə
israr edirdi. Heydər Əliyevin hələ
o dövrdən idarəçilikdə təməlini qoyduğu
mütərəqqi ənənələrdən biri də məhz
xalq arasına çıxmaqla, sadə vətəndaşlarla
canlı ünsiyyət yaratmaqla mövcud problemləri, eləcə
də dövlət məmurlarının işə münasibətini
öyrənmək olmuşdur. Heydər Əliyev
hələ o dövrdən insanlarla ünsiyyətdə
olmağı, onların üzləşdiyi çətinlikləri
yerindəcə öyrənib təxirəsalınmaz tədbirlər
həyata keçirməyi idarəçilikdə müsbət
ənənə kimi yaratmış, hakimiyyət məmurlarının
sadə xalq kütlələri ilə münasibətdə
hər cür bürokratik əngəllərə
qarşı çıxmışdır. İdarəçilikdə
özünütənqid ruhu Heydər Əliyevin fəaliyyətində
daim aparıcı xətt təşkil etmiş, onun yüksək
demokratizminin, problemlərə ədalətli və obyektiv
baxışının təcəssümü olmuşdur.
Ulu öndərin daxili demokratizminin əsasında da məhz vətəndaşların
hüquq və azadlıqlarının, qanuni mənafelərinin
müdafiəsi məsələsi dayanmışdır.
Ulu öndər Heydər
Əliyevin yaratdığı spesifik idarəçilik
modelinin üstün cəhətlərindən biri də kadr
seçimində sosial ədalətsizliyin aradan
qaldırılması – daha çox yüksək mənəvi-əxlaqi
keyfiyyətləri, intellekti və yüksək bilik səviyyəsi
ilə fərqlənən gənclərə üstünlük verilməsidir. Keçən
əsrin 70-ci illərinin əvvəllərindən etibarən
Heydər Əliyev bir sıra nüfuzlu ixtisaslar üzrə
kadrların hazırlanması işinin keyfiyyətini
birbaşa nəzarətə götürmüşdür. Geniş imtiyazlara, səlahiyyətlərə malik vəzifəli
şəxslərin övladlarının bir sıra nüfuzlu
ixtisaslar üzrə ali məktəblərə daxil
olmasını yasaqlayan sərəncam imzalamış
ümummilli lider, əslində, bununla təhsil sistemində
özünü qabarıq göstərən neqativ meyillərə
qarşı amansız mübarizəyə qalxmış,
imkansızların, zəhmətkeş övladlarının
ali təhsil almasına imkan yaradan şəffaf mühitin
formalaşdırılmasına nail olmuşdur. Həmin
illərdə yaranmış demokratik və şəffaf
mühit nəticəsində nüfuzlu ixtisaslar üzrə
ali məktəblərə daxil olmaq istəyini gerçəkləşdirmiş
yüzlərlə zəhmətkeş azərbaycanlı
övladı ulu öndərin bu addımını daim
böyük rəğbət və ehtiramla xatırlayır.
Ulu öndər, eyni
zamanda, 70-80-ci illərdə 10 mindən artıq gənci
keçmiş SSRİ respublikalarının ali məktəblərinə
təhsil almağa göndərməklə, yüksək
ixtisaslı, vicdanlı və peşəkar kadrların
hazırlanması məsələlərinə xüsusi diqqət
və qayğı ilə yanaşmışdır. Heydər
Əliyev Azərbaycanda bir sıra yeni ixtisaslar – informasiya
texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər,
aviasiya və s. üzrə mütəxəssis hazırlayan
ali məktəblərin olmadığını nəzərə
almaqla, minlərlə azərbaycanlı gəncin Moskva, Kiyev,
Minsk və başqa şəhərlərdəki nüfuzlu ali məktəblərə göndərilməsini
təmin etmişdir. Ümummilli lider bu ali məktəblərdə
müsabiqədənkənar oxumağa gedən gənclərin
sayının ildən-ilə artırılmasına Moskvadan
çətinliklə də olsa icazə alır, onların təhsilinin
ümumittifaq büdcəsindən maliyyələşdirilməsinə
nail olur, həmin gənclərin məişət şəraitinin
yaxşılaşdırılmasına xüsusi diqqət yetirirdi.
Heydər Əliyev çox sonralar — 1998-ci ilin 31 avqustunda
1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil
almış mütəxəssislərin ümumrespublika
toplantısındakı nitqində həmin dövrü
xarakterizə edən bir çox məqamlara toxunaraq
demişdi: "Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər
seçiləndən sonra dərhal birinci növbədə təhsil
məsələləri ilə məşğul olmağa
başladım...Dərhal maraqlandım ki, bəs siz kimləri
seçmisiniz, kimləri oxumağa göndərirsiniz?
Siyahını aldım, çox təəssüfləndim.
Onların əksəriyyəti azərbaycanlı deyildi.
Sonrakı illərdə də bu məsələ bir az çətin
idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin
nümayəndələri vardır. O vaxt mən
iki-üç ildən sonra hər il respublikadan kənarda
oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan
ibarət olmasına nail oldum".
Ulu öndər Heydər
Əliyev peşəkar strateq olaraq ictimai fikri hər zaman
dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə
hazırlamaq, yaranmış tarixi şəraitə uyğun
strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində
daim milli maraq və mənafeləri önə çəkmiş,
uzaq hədəflərə hesablanmış siyasət həyata
keçirmişdir. Hələ ötən əsrin 70-80-ci illərində
Heydər Əliyev sanki Azərbaycanın müstəqil
dövlət olacağını görür, buna lazımi zəmin
formalaşdırmaq üçün əzmkarlıq və
uzaqgörənliklə fəaliyyət göstərirdi. Həmin illərdə Azərbaycanı nəhəng
tikinti meydançasına çevirən, irimiqyaslı tikinti
və sənaye obyektlərinin inşasına xüsusi əhəmiyyət
verən, yeni təhsil ocaqlarını, o cümlədən
böyük prinsipiallıqla Cəmşid Naxçıvanski
adına Hərbi Məktəbi yaradan, mədəniyyətin,
fundamental və tətbiqi elmlərin
sıçrayışlı inkişafına nail olan, milli
irsi, intellektual mülkiyyəti qoruyan Heydər Əliyev məhz
bugünkü və gələcək tərəqqinin möhkəm
təməlini qoymuşdur.
Bu gün biz,
tarixçilər də birmənalı təsdiqləyirik ki,
Heydər Əliyevin sovet siyasi arenasında rəhbərliyə
gəlməsi ilə Azərbaycanda milli özünüdərk
hissi güclənmiş, bütün ideoloji maneələri dəf
edərək müstəqil düşüncəyə,
dövlətçilik təfəkkürünə yol
açılmışdır. Ümummilli lider Heydər Əliyevin
tarixi missiyası həm də o dövrdə xalqın daxilində
toplanan milli ruhu və idealları keçmiş rejimin
hücumlarından qoruyaraq xalqın milli yüksəlişini
təmin etmək, hüquqlarını qorumaq olmuşdur.
Böyük şəxsiyyət həmin
dövrdə bütün ideoloji-siyasi maneələrə sinə
gərərək Azərbaycan xalqının milli inkişaf
konsepsiyasını irəli sürmüş, ictimai
şüurdakı qorxunu, ehtiyatlılığı aradan
qaldırmağı, cəmiyyəti bütün sahələr
üzrə gələcək mənəvi yüksəlişlərə
ruhlandırmağı bacarmışdır.
Ulu öndər həmin illərdə
xalqın mədəni-mənəvi irsinə, adət-ənənələrinə,
milli dəyərlərinə də diqqət və
qayğı ilə yanaşmışdır. Heydər Əliyev
dini abidələrə, məscidlərə ehtiyatla,
böyük məharətlə qayğı göstərir,
dövrün ab-havasını nəzərə alaraq,
onları tarixi-mədəniyyət abidələri kimi bərpa
etdirib xalqın ixtiyarına verirdi. Yetmiş-səksəninci
illərdə məscidlərin bərpa olunaraq dindarların
istifadəsinə verilməsi məlum səbəblərdən
mümkün olmadığından, dağılmaqda olan məbədgahlar
tarixi abidələr adı altında bərpa edilərək
muzey kimi xalqın istifadəsinə verilirdi. Bununla da, bir tərəfdən, həmin abidələrin
dağıdılmasının qarşısı
alınır, digər tərəfdən, xalqın dini
inanclarının qapalı şəkildə də olsa, qorunub
saxlanılmasına şərait yaradılırdı. Heydər
Əliyevin hakimiyyəti illərində Qurban və Ramazan
bayramlarının keçirilməsinə heç bir əngəl
yaradılmırdı. Dindarlar bu bayramları sovet rejimi şəraitində
qeyri-rəsmi səviyyədə keçirir, eyni zamanda, dini
ayinləri rahatlıqla icra edə bilirdilər. Xalqımızın
qədim milli bayramı olan Novruz bayramı məhz ulu öndərin
xeyir-duası ilə keçirilir, Azərbaycan televiziyası
ilə yayımlanırdı. Bütün sovet tarixi ərzində
bu bayramın rəsmən keçirilməsi və televiziya ilə
yayımlanması da məhz Heydər Əliyevin adı ilə
bağlıdır. Ümumxalq bayramının yüksək
səviyyədə keçirilməsi Azərbaycan xalqının
milli ruhunu yüksəldir, milli irsə, tarixə böyük
məhəbbət yaradır, milli özünüdərki
gücləndirirdi. Məhz müdrik rəhbərin
qayğısı ilə o illərdə qorunub saxlanılan
milli-mənəvi dəyərlər sonralar Azərbaycan
xalqının dövlət müstəqilliyinin bərpasında
müstəsna rol oynamışdır. Bir
sıra müttəfiq respublikalardan fərqli olaraq həmin illərdə
Azərbaycanda tanınmış ziyalı və şairlər
xalqda özünüdərk hissinə ciddi impulslar verən əsərlər
yazmış, ulu öndərin milli təəssübkeşliyi,
xalqına bağlılığı onları həbs olunaraq
zindana atılmaq təhlükəsindən hifz
etmişdir.
Səksəninci illərin
əvvəllərində "Literaturnaya qazeta"ya verdiyi məşhur
"Qoy, ədalət zəfər çalsın!" sərlövhəli
müsahibədə respublika həyatı ilə bağlı ən
müxtəlif məsələlərə toxunan ümummilli
liderimiz hüquq-mühafizə orqanlarındakı
nöqsanlara, ən başlıcası, vətəndaşların hüquq və
azadlıqlarının təminatı sahəsində
mövcud olan problemlərə toxunmuş, onların həlli
yollarını göstərmişdir. Azərbaycana
rəhbərlik edən şəxsin bu cür cəsarətli
mövqeyi o dövrdə imperiya rəhbərlərinə qətiyyən
xoş gəlməsə də, həmin şəxslər Heydər
Əliyev dühasının xalq arasındakı hörmət
və nüfuzu qarşısında susmağa, onunla
hesablaşmağa məcbur olurdular.
Ümummilli lider 1982-ci
ildən sonrakı mərhələdə də milli maraqlarla
bağlı məsələlərdə əzmkarlıq
göstərmiş, yüksək siyasi iradə ortaya
qoymuş, mərkəzin yeritdiyi siyasətin ayrı-ayrı
çalarları ilə bağlı tənqidi fikirlərini,
mülahizələrini söyləmişdir. Heydər Əliyev SSRİ rəhbərliyində
yüksək vəzifə tutan zamanlar da doğma Vətənini,
xalqını unutmamış, hər zaman Azərbaycanın mənafeyini
müdafiə etmişdir. Həmin dövrdə
Azərbaycana rəhbərlik edən kosmopolit qüvvələrlə
Heydər Əliyevi cismən və mənən məhv etmək
istəyən ermənilərin, onlara açıq-aşkar
himayədarlıq edən imperiyanın niyyətləri
üst-üstə düşürdü. 1988-1993-cü illərdə
bir-birini əvəz edən yarıtmaz qüvvələr
Azərbaycan xalqının ən böyük sərvəti
olan bu nadir şəxsiyyəti qorumamış, əksinə,
ona qarşı qərəzli hücumlara, əsassız təzyiqlərə
cəhd göstərmişlər. Fəqət,
Heydər Əliyev ali insan, böyük düha kimi bu qüvvələrin
şəxsi mənafelərə hesablanmış cılız
iddialarının fövqündə dayanaraq Azərbaycanın
müstəqilliyi uğrunda açıq mübarizəyə
başlamışdır.
1990-cı ilin 20
yanvarında həyatını risk qarşısında qoyaraq
ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gələn Heydər Əliyev
Bakı şəhərinə təcavüz olunması barədə
qərar qəbul edən səlahiyyətli şəxslərin
hərəkətlərini bağışlanılmaz siyasi səhv adlandırmış,
faciənin törədilməsində günahkar olan respublika
və imperiya rəhbərlərini açıq ittiham etmişdir.
Heydər Əliyev mətbuat konfransında 20 Yanvar faciəsinə
ilk siyasi qiymət vermiş, imperiyanın dünyaya meydan
oxuduğu bir vaxtda onu Azərbaycan xalqına qarşı
genosid siyasəti yeritməkdə təqsirləndirmişdir.
Ümumiyyətlə, bu gün Heydər
Əliyev fenomeni ilə milli dövlətçilik ideyaları
arasındakı tarixi bağlılığın köklərinin
30-35 il əvvələ təsadüf etdiyini bütün
obyektiv tarixçilər etiraf edirlər. Heydər
Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə
görülən işlər təkcə ədəbi-mədəni
sferaları əhatə etmir, elm, təhsil, səhiyyə, kadr
hazırlığı, sosial-iqtisadi sahələr üzrə
həyata keçirilən məqsədyönlü tədbirlərin
uğurlu nəticələri bir neçə
on ildən sonra Azərbaycanın müstəqil dövlət
kimi mövcudluğuna zəmin hazırlayırdı. Əgər
ulu öndər Heydər Əliyevin hələ respublikamıza
birinci rəhbərliyi dövründə Azərbaycanın
sosial-iqtisadi-mədəni yüksəlişi üçün
həyata keçirilən tədbirlər,
milli şüurun oyanışı istiqamətində istər
açıq, istərsə də gizli şəraitdə
görülən işlər olmasaydı, bu gün Azərbaycanın
müstəqil xəttə malik, heç bir dövlətdən
asılı olmayan ölkə kimi mövcudluğu şübhə
altında qalardı.
Azərbaycan 1991-ci ilin
18 oktyabrında dövlət müstəqilliyini qazansa da,
hakimiyyətdə olan antimilli və naşı qüvvələrin
yeritdiyi yarıtmaz siyasət üzündən respublikanın
hər bir vətəndaşının mənafeyinin uca
tutulduğu hüquqi, demokratik və qüdrətli dövlətin
yaradılması sadəcə xoş ideya olaraq qalırdı. 1991 –
1993-cü illərdə Azərbaycanda iqtisadi tənəzzül
güclənmiş, siyasi böhran dərinləşmiş, cəbhə
bölgəsində hərbi uğursuzluqlar artmış,
ölkə vətəndaş qarşıdurması,
parçalanma həddinə çatmış, insan hüquq və
azadlıqlarının müdafiəsi sahəsində acınacaqlı vəziyyət
yaranmışdı. 1993-cü ildə xalq onu bu vəziyyətdən
çıxaracaq yeganə lideri məhz Heydər Əliyevin
şəxsində görmüş, xalqın təkidli tələbi
ilə iyun ayında Bakıya qayıdan ulu öndər Azərbaycan
dövlətçiliyini fəlakətdən qurtarmış,
dövlətçiliyi möhkəmlətmiş, onu xain
əllərdən, çevriliş, qiyam cəhdlərindən
hifz edərək dirçəliş və inkişafa
doğru yönəltmişdir.
Ulu öndərin
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə
qayıdışından sonra irəli sürdüyü
dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın
tarixi ənənələrini və müasir Avropa dəyərlərini
özündə birləşdirən yeni bir inkişaf modeli
kimi özünü doğrultmuşdur. İctimai-siyasi sabitliyi və
sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına
çevirən Heydər Əliyev cəmiyyətdə
dayanıqlı milli birliyə nail olmaq üçün hər
şeydən öncə, insan hüquq və
azadlıqlarının maksimum təminatı məsələsinə
xüsusi diqqət yetirmişdir. Özüməxsus
müdrikliklə bəyan etmişdir ki, siyasi sabitliyə
nail olmadan yeni idarəetmə sisteminə keçidi
reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi
fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün
deyildir. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin
prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən
xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini
də nəzərə almışdır.
Böyük strateq
özünün zəngin iqtisadi bilik və təcrübəsi
əsasında Azərbaycanın yeni dövr üçün
iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş,
bu sahədə mövcud problemlərin həlli
yollarını elmi-nəzəri və praktiki əsasda
göstərmişdir. Ümummilli lider mərkəzi planlaşdırma və
bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi
formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini
özünəməxsus entuziazmla irəli sürmüş,
onun həyata keçirilməsinə
çalışmışdır. Demokratik
inkişaf yolunu seçmiş bütün ölkələrdə
olduğu kimi, Azərbaycanda da bazar iqtisadiyyatı prinsipləri
xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti,
özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin
inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi
prioritet seçilmişdir. İqtisadi sahədə həyata
keçirilən islahatların əsasında bazar
iqtisadiyyatının formalaşdırılması yolu ilə
ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft
sektorunun sürətli inkişafını təmin etmək məqsədi
dayanmışdır.
Həmin dövrdə
respublikanın məhdud maliyyə imkanları və zəif
büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin
yaxın gələcəkdə
reallaşdırılmasının
qeyri-mümkünlüyünü nəzərə alan,
sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə
amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən
Heydər Əliyev xarici şirkətlər ilə Xəzərin
Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini
nəzərdə tutan müqavilələrin imzalanmasına da
vacib məsələ kimi yanaşmışdır. İqtisadi
inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatlar
aparılmasının, investisiya layihələrinin həyata
keçirilməsinin ümdə şərti kimi müstəqil
Azərbaycanın yeni neft strategiyası işlənib
hazırlamış, "Əsrin müqaviləsi"
imzalanaraq mərhələlərlə həyata
keçirilmişdir. 1994-cü ilin 20 sentyabrında "Əsrin
müqaviləsi"nin imzalanmasının milli
inkişafdakı misilsiz əhəmiyyəti bugünkü
intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq
görünür. Azərbaycana son 10 ildə böyük
uğurlar gətirən neft strategiyasının əsas mahiyyəti
ölkənin malik olduğu təbii sərvətlərdən
Azərbaycan xalqının rifahı naminə daha uğurlu
şəkildə istifadə etməyə əsaslanır. Bu
strategiyanın həyata keçirilməsi iqtisadi maraqlarla
yanaşı, milli təhlükəsizlik maraqlarının təmin
olunmasına yönəlmişdir. Ulu öndər
Heydər Əliyevin təməlini qoyduğu uğurlu neft
strategiyası təkcə dövlətin iqtisadi
maraqlarının realizə olunmasına deyil, paralel olaraq
dövlət müstəqilliyinin qorunub saxlanmasına yönəlik
siyasi xəttin yürüdülməsinə, buna uyğun əlverişli
situasiyanın formalaşdırılmasına xidmət
edir. Məhz bu strategiya nəticəsində Azərbaycan
dünyanın siyasi xəritəsində öz geostrateji
mövqeyini möhkəmləndirə bilmiş, zaman-zaman
qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə
çevrilməyə nail olmuşdur.
Ümummilli lider hüquqi dövlət
və vətəndaş cəmiyyəti quruculuğu məsələsini
də daim diqqət mərkəzində saxlayaraq bu istiqamətdə
mühüm islahatların həyata keçirilməsini təmin
etmişdir. Heydər Əliyev böyük siyasət
ustadı olaraq hər bir fərdin maraq və mənafelərini
təmin etmədən, ədalət meyarını qorumadan
güclü dövlət yaratmağın
mümkünsüzlüyünü
çıxışlarında hər zaman
vurğulamış, vətəndaşlara göstərilən
hüquqi yardımın səviyyəsinin müntəzəm
surətdə artırılmasının əsas təşəbbüskarı
kimi çıxış etmişdir. Ulu öndərin
rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12
noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul
edilmiş müstəqil Azərbaycan Respublikasının
Konstitusiyası dövlətimizin tarixində hakimiyyət
bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi
dövlət quruculuğunun hüquqi əsaslarını,
insan hüquq və azadlıqlarının qeyd-şərtsiz
təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan
demokratik, hüquqi, dünyəvi dövlət kimi, ilk dəfə
olaraq, insan hüquqlarının prioritetliyini və hakimiyyət
bölgüsünü özünün gələcək
inkişaf yolu kimi seçmişdir. Demokratik tələblərə
tamamilə cavab verən bu ali sənəd müstəqil Azərbaycanın
ilk Konstitusiyası kimi tarixilik qazanmışdır.
Ulu öndər Heydər
Əliyev müstəqil Azərbaycanda həm də hüquqi dövlət
və vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsasını
qoymuş, ölkədə çoxpartiyalı sistem, siyasi
plüralizm, söz, mətbuat və sərbəst toplaşmaq
azadlığı bərqərar olmuş, müstəqil
respublikamızda dövlət idarəcilik sistemi tamamilə yenidən
qurulmuş, dövlət xərclərinin idarə olunması,
audit sisteminin tətbiqi, hüquqi və məhkəmə
sisteminin təkmilləşdirilməsi ilə əlaqədar
islahatlar prosesi uğurla həyata keçirilmişdir. Ölkənin
idarəetmə sisteminə siyasi mədəniyyət elementləri
gəlmiş, icra hakimiyyəti orqanlarının
işinin dinamikliyi, digər dövlət orqanları ilə
qarşılıqlı fəaliyyəti təmin olunmuşdur.
Eyni zamanda, respublikamızda üçpilləli məhkəmə
sisteminin formalaşdırılması, Konstitusiya Məhkəməsinin
fəaliyyətə başlaması, İnsan Hüquqları
üzrə Müvəkkil institutunun yaradılması demokratik
inkişaf yolunda əldə etdiyimiz mühüm nailiyyətlərdəndir.
Ümummilli lider Heydər Əliyevin
əsasını qoyduğu balanslaşdırılmış
xarici siyasət kursu Azərbaycanın milli maraqlarını
tam təmin etməklə, ölkəmizi maraqların
uzlaşdığı geopolitik məkana çevirmişdir. Bu gün Azərbaycan Birləşmiş Millətlər
Təşkilatının, ATƏT-in, Avropa
Şurasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının, İslam Konfransı Təşkilatının,
Müstəqil Dövlətlər Birliyinin, İqtisadi Əməkdaşlıq
Təşkilatının, GUAM-ın və digər
nüfuzlu beynəlxalq təşkilatların bərabər
hüquqlu üzvü olmaqla, dünyanın aparıcı
dövlətləri ilə münasibətlərini yüksələn
xətlə inkişaf etdirir.
Heydər Əliyevin Vətən
və xalq qarşısında göstərdiyi böyük
xidmətlərdən biri də milli dövlətçiliyimizin
möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli
olan azərbaycançılıq ideyasını irəli
sürməsi, milli birlik meyillərinin daha da dərinləşdirilməsidir.
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının
I qurultayının kecirilməsi, ümummilli lider Heydər Əliyevin
fərmanı ilə Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin
yaradılması da milli həmrəyliyə nail olmaq
amalının Azərbaycanın dövlət siyasətinin
tərkib hissəsinə çevrildiyini nümayiş
etdirmişdir. Həyata keçirilən bu kimi tədbirlər
milli-mənəvi və intellektual potensialına görə
dünyanın böyük millətləri ilə bir
sırada dayanan xalqımızın mütəşəkkil
qüvvə kimi formalaşmasına güclü təkan
vermişdir.
Bu gün Heydər Əliyev cismən
aramızda olmasa da, onun ideyaları xalqımızın mütərəqqi
inkişaf yoluna işıq saçır. Həm
də onunla təsəlli tapırıq ki, böyük öndərin
möhtərəm İlham Əliyev kimi müasir dünya
siyasətinin incəliklərini dərindən bilən,
xalqının və dövlətinin maraqlarını daim uca
tutan, siyasətində hər bir vətəndaşın mənafeyini
nəzərə alan, bir sözlə, hər vədini
əməli işi ilə doğruldan layiqli siyasi
davamçısı var. Ötən beş ildə Azərbaycanı
davamlı yüksəliş və tərəqqi yoluna
çıxarmış cənab İlham Əliyev məhz
fenomenal liderlik keyfiyyətləri sayəsində 2008-ci ilin 15
oktyabr seçkilərində layiqli qələbə
qazanmış, respublikamız öz inkişafının
keyfiyyətcə yeni mərhələsinə qədəm
qoymuşdur. Dövlət
başçısının ötən beş ildə qəbul
etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar
cənab İlham Əliyevin daim xalqın mənafeyindən
çıxış etdiyini, habelə verdiyi vədlərin
sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini,
reallığa adekvat olduğunu göstərmiş, onun ictimai
rəydə alternativsiz lider kimi qəbul edilməsini
şərtləndirmişdir.
Ulu öndər Heydər
Əliyevin müəllifi olduğu yeni neft
strategiyasının davam etdirilməsi, Azərbaycanı Cənubi
Qafqaz regionunda böyük nüfuz sahibinə, lokomotiv dövlətə
çevirən qlobal enerji və kommunikasiya layihələrinin
ardıcıl surətdə həyata keçirilməsi, bazar
iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması,
demokratikləşmə prosesinin sürətləndirilməsi,
insan hüquq və azadlıqlarının maksimum səviyyədə
təminatı, elmin, təhsilin inkişafı, insan
kapitalının formalaşdırılması kimi vacib məqamlar
cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin
prioritet istiqamətləri sırasında xüsusi
vurğulanmalıdır.
Prezident İlham Əliyev
ümummilli liderin siyasi xəttini 5 ildən artıq müddətdə
inamla davam etdirməklə yanaşı, Heydər Əliyev
ideyalarının cəmiyyətdə praktik surətdə
gerçəkləşməsinə, möhkəmlənməsinə
xidmət edən mühüm tədbirlər həyata keçirmişdir. Dövlət
başçısının hələ 2004-cü ildə
imzaladığı fərmanla ulu öndərin adının əbədiləşdirilməsi
istiqamətində bir sıra vacib tədbirlər həyata
keçirilmiş, 70-80-ci illərdə tikintisinə əzmlə
nail olduğu bir sıra möhtəşəm tikililərə
onun adı verilmişdir. Eyni zamanda, cənab
İlham Əliyev ulu öndərin zəngin dövlətçilik
irsinin elmi səviyyədə öyrənilməsi və təbliği
məqsədilə 2006-cı il dekabrın 29-da "Heydər Əliyev
Mərkəzinin yaradılması haqqında" sərəncam
imzalamışdır. Dövlət
başçısı İlham Əliyevin "Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik
yubileyi haqqında" 11 mart 2008-ci il tarixli sərəncamı
da ulu öndərin xatirəsinin əbədiləşdirilməsi
istiqamətində həyata keçirilən tədbirlərin
davamı və tərkib hissəsidir. Azərbaycandan
və ölkə hüdudlarından kənarda yüksək
mütəşəkkilliklə keçirilən bu tədbirlər
ulu öndərin Azərbaycan xalqı və dövləti
qarşısındakı misilsiz xidmətlərinin obyektiv dəyərləndirilməsi
baxımından vacib əhəmiyyət
daşımışdır.
Azərbaycan Prezidenti cənab
İlham Əliyevin son 5 illik fəaliyyətinin təhlilinə
nəzərən, tam əminliklə demək olar ki, ulu
öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi
ictimai zərurət olmaqla, Azərbaycanın dövlət
müstəqilliyinə əbədi təminatdır. Dövlət
başçısı hər addımında mİradə
HÜSEYNOVA, təhsil nazirinin müavini, tarix elmləri doktoru,
professor, YAP Siyasi Şurasının üzvü
Heydər Əliyev və dövlətçilik
tariximizin şanlı səhifələri
Hər bir xalqın milli varlıq və
özünüdərkinin ali məqamı sayılan müstəqil
dövlətçilik idealı məhz xarizmatik liderlərin fəaliyyəti
nəticəsində gerçəkliyə qovuşur. Tarixin əlverişli mərhələsində
optimal dövlət modelinin ideoloji-siyasi əsaslarını
yaratmaq kimi ağır missiyasını üzərinə
götürən belə fenomen şəxsiyyətlər həm
də mənsub olduqları xalqların gələcək
yaşam fəlsəfəsini müəyyən edirlər.
Bəşəriyyətin tarixi inkişaf mərhələləri
belə böyük dühaların, siyasət
ustadlarının xalqlarının taleyində
oynadıqları müstəsna rolu bütün
qabarıqlığı ilə üzə
çıxarır. XX əsr Azərbaycan
tarixinin ən böyük, fenomen şəxsiyyəti kimi
şərəfli ömür yolunu Vətəninin nicatına
həsr etmiş ulu öndər Heydər Əliyev də məhz
belə liderlərdən olmaqla, müasir dövlətçiliyimizin
ideoloji-siyasi əsaslarını yaratmış, xalqı həqiqi
müstəqilliyə qovuşduraraq onun qəlbində
özünə möhtəşəm abidə
ucaltmışdır.
Ulu öndərin respublikaya rəhbərlik
illəri tariximizə iqtisadi və mədəni yüksəliş
dövrü kimi daxil olmuş, xalqın milli mənlik
şüurunun, özünüdərk hissinin güclənməsinə
təkan vermişdir. Tarixi məhz bu dövrdən
başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin
başlıca ideya-siyasi istiqamətini də xalqın milli
özünüifadəsinin bütün forma və vasitələrinin
geniş vüsət alması, milli qürur hissinin güclənməsi,
ictimai şüurun yüksəlişinə təkan verən
sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi
təşkil etmişdir. Xalqına, onun
keçmişinə, tarixinə, adət-ənənələrinə,
milli dəyərlərinə qəlbən bağlı olan bir
şəxsiyyətin bu ali kürsüyə yüksəlməsi
o ağır imperiya dövründə Azərbaycanda
bütün sahələr üzrə intibaha və milli
özünüdərkə əsaslı zəmin
yaratmışdır. Müdrik xalqımız
öz liderinin rəhbərliyi altında yüksək iradə
nümayiş etdirməklə, milli yaddaşını, zəngin
mənəvi-əxlaqi dəyərlərini, tarixi dövlətçilik
ənənələrini qorumuş, dövlət müstəqilliyi
üçün siyasi-hüquqi və iqtisadi zəmin
formalaşdırmışdır.
Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də
keçirilmiş plenumunda Heydər Əliyevin rəhbər vəzifəyə
namizədliyinin yekdilliklə dəstəklənməsi onun
özünü kamil şəxsiyyət, yüksək idarəçilik
keyfiyyətlərinə malik rəhbər kadr kimi təsdiqləməsindən
xəbər verirdi. Qeyri-adi, fitri istedadı, təşkilatçılıq
və idarəçilik məharəti, ən əsası, vətənpərvərliyi,
milli ideallara bağlılığı ilə ilk gündən
Azərbaycanın üzləşdiyi sosial-iqtisadi problemləri
aradan qaldırmaq, qanunçuluğu və hüquq
qaydalarını gücləndirmək, ciddi sosial bəlaya
çevrilmiş korrupsiyaya, rüşvətxorluğa
qarşı mübarizə tədbirlərini genişləndirmək
istiqamətində əzmkar fəaliyyətə başlayan
Heydər Əliyev mütərəqqi idarəçilik ənənələrinin
əsasını qoymuş, cəmiyyətin normal inkişaf ahəngini
təmin etmişdir. Böyük öndər
respublikamızın üzləşdiyi problemləri ilk
gündən düzgün müəyyənləşdirməklə,
onların həlli üçün lazımi iradə, qətiyyət
və prinsipiallıq göstərmiş, hər cür riskə
rəğmən, o dövrün nöqsanlarını
açıq deməkdən çəkinməmişdir.
Bu baxımdan Heydər Əliyevin Azərbaycan KP
MK-nın 5 avqust 1969-cu il tarixli plenumundakı dərin məzmunlu,
eyni zamanda, tənqidi ruhlu çıxışı Azərbaycanı
problemlər məngənəsindən dinamik inkişaf yoluna
çıxaran pozitiv prosesin başlanğıcı kimi
ehtiramla xatırlanır. Heydər Əliyev plenumdakı
çıxışında mövcud problemləri konkret
şəkildə, çılpaqlığı ilə önə
çəkmiş, dövlət idarəçiliyi sistemində
formalaşmış regionçuluq, bürokratiya və
korrupsiya kimi neqativ tendensiyaların yolverilməz olduğunu
demişdir. Ulu öndər, eyni zamanda, çoxsaylı problemlərin
həllində bir sıra rəhbər şəxslərin məsuliyyət
daşıdığını da nəzərə
çatdırmışdır.
Respublikaya rəhbərliyinin
ilkin dövrlərindən başlayaraq ulu öndər cəmiyyətdə
qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi
istiqamətində prinsipial addımlar atmış, milis,
prokurorluq və məhkəmə orqanlarında sağlam
mühitin formalaşdırılmasına
çalışmış, xüsusən də iqtisadi zəmində saxtakarlıqlara –
dövlət əmlakının mənimsənilməsi
hallarına qarşı səmərəli mübarizə
mexanizmləri tətbiq etmişdir. Keçmiş
SSRİ kimi nəhəng imperiyada rüşvətxorluğa və
korrupsiyaya qarşı total mübarizə tədbirlərini də
ilk dəfə məhz Heydər Əliyev
başlamışdır. İmperiya rəhbərliyi bu neqativ
təzahürləri ört-basdır etməyə
çalışsa da, Heydər Əliyev bu acı həqiqətləri
gizlətməməyin, problemi doğuran səbəbləri
aradan qaldırmağın tərəfdarı kimi
çıxış edirdi. 70-ci illərin əvvəllərindən
başlayaraq rüşvətxorluğa, oğurluğa, əliəyriliyə
və mənəviyyata zidd digər təzahürlərə
qarşı amansız mübarizə aparır, belə hallara
yol verənlərin cəzalandırılmasına və
həbsinə israr edirdi. Heydər Əliyevin hələ
o dövrdən idarəçilikdə təməlini
qoyduğu mütərəqqi ənənələrdən biri
də məhz xalq arasına çıxmaqla, sadə vətəndaşlarla
canlı ünsiyyət yaratmaqla mövcud problemləri, eləcə
də dövlət məmurlarının işə münasibətini
öyrənmək olmuşdur. Heydər Əliyev
hələ o dövrdən insanlarla ünsiyyətdə
olmağı, onların üzləşdiyi çətinlikləri
yerindəcə öyrənib təxirəsalınmaz tədbirlər
həyata keçirməyi idarəçilikdə müsbət
ənənə kimi yaratmış, hakimiyyət məmurlarının
sadə xalq kütlələri ilə münasibətdə
hər cür bürokratik əngəllərə
qarşı çıxmışdır. İdarəçilikdə
özünütənqid ruhu Heydər Əliyevin fəaliyyətində
daim aparıcı xətt təşkil etmiş, onun yüksək
demokratizminin, problemlərə ədalətli və obyektiv
baxışının təcəssümü olmuşdur.
Ulu öndərin daxili demokratizminin əsasında da məhz vətəndaşların
hüquq və azadlıqlarının, qanuni mənafelərinin
müdafiəsi məsələsi dayanmışdır.
Ulu öndər Heydər
Əliyevin yaratdığı spesifik idarəçilik
modelinin üstün cəhətlərindən biri də kadr
seçimində sosial ədalətsizliyin aradan
qaldırılması – daha çox yüksək mənəvi-əxlaqi
keyfiyyətləri, intellekti və yüksək bilik səviyyəsi
ilə fərqlənən gənclərə üstünlük verilməsidir. Keçən
əsrin 70-ci illərinin əvvəllərindən etibarən
Heydər Əliyev bir sıra nüfuzlu ixtisaslar üzrə
kadrların hazırlanması işinin keyfiyyətini
birbaşa nəzarətə götürmüşdür. Geniş imtiyazlara, səlahiyyətlərə malik vəzifəli
şəxslərin övladlarının bir sıra nüfuzlu
ixtisaslar üzrə ali məktəblərə daxil
olmasını yasaqlayan sərəncam imzalamış
ümummilli lider, əslində, bununla təhsil sistemində
özünü qabarıq göstərən neqativ meyillərə
qarşı amansız mübarizəyə qalxmış,
imkansızların, zəhmətkeş övladlarının
ali təhsil almasına imkan yaradan şəffaf mühitin
formalaşdırılmasına nail olmuşdur. Həmin
illərdə yaranmış demokratik və şəffaf
mühit nəticəsində nüfuzlu ixtisaslar üzrə
ali məktəblərə daxil olmaq istəyini gerçəkləşdirmiş
yüzlərlə zəhmətkeş azərbaycanlı
övladı ulu öndərin bu addımını daim
böyük rəğbət və ehtiramla xatırlayır.
Ulu öndər, eyni
zamanda, 70-80-ci illərdə 10 mindən artıq gənci
keçmiş SSRİ respublikalarının ali məktəblərinə
təhsil almağa göndərməklə, yüksək
ixtisaslı, vicdanlı və peşəkar kadrların
hazırlanması məsələlərinə xüsusi diqqət
və qayğı ilə yanaşmışdır. Heydər
Əliyev Azərbaycanda bir sıra yeni ixtisaslar – informasiya
texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər,
aviasiya və s. üzrə mütəxəssis hazırlayan
ali məktəblərin olmadığını nəzərə
almaqla, minlərlə azərbaycanlı gəncin Moskva, Kiyev,
Minsk və başqa şəhərlərdəki nüfuzlu ali məktəblərə göndərilməsini
təmin etmişdir. Ümummilli lider bu ali məktəblərdə
müsabiqədənkənar oxumağa gedən gənclərin
sayının ildən-ilə artırılmasına Moskvadan
çətinliklə də olsa icazə alır, onların təhsilinin
ümumittifaq büdcəsindən maliyyələşdirilməsinə
nail olur, həmin gənclərin məişət şəraitinin
yaxşılaşdırılmasına xüsusi diqqət
yetirirdi. Heydər Əliyev çox sonralar — 1998-ci ilin 31
avqustunda 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil
almış mütəxəssislərin ümumrespublika
toplantısındakı nitqində həmin dövrü
xarakterizə edən bir çox məqamlara toxunaraq
demişdi: "Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər
seçiləndən sonra dərhal birinci növbədə təhsil
məsələləri ilə məşğul olmağa
başladım...Dərhal maraqlandım ki, bəs siz kimləri
seçmisiniz, kimləri oxumağa göndərirsiniz?
Siyahını aldım, çox təəssüfləndim.
Onların əksəriyyəti azərbaycanlı deyildi.
Sonrakı illərdə də bu məsələ bir az çətin
idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin
nümayəndələri vardır. O vaxt mən
iki-üç ildən sonra hər il respublikadan kənarda
oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan
ibarət olmasına nail oldum".
Ulu öndər Heydər
Əliyev peşəkar strateq olaraq ictimai fikri hər zaman
dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə
hazırlamaq, yaranmış tarixi şəraitə uyğun
strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində
daim milli maraq və mənafeləri önə çəkmiş,
uzaq hədəflərə hesablanmış siyasət həyata
keçirmişdir. Hələ ötən əsrin 70-80-ci illərində
Heydər Əliyev sanki Azərbaycanın müstəqil
dövlət olacağını görür, buna lazımi zəmin
formalaşdırmaq üçün əzmkarlıq və
uzaqgörənliklə fəaliyyət göstərirdi. Həmin illərdə Azərbaycanı nəhəng
tikinti meydançasına çevirən, irimiqyaslı tikinti
və sənaye obyektlərinin inşasına xüsusi əhəmiyyət
verən, yeni təhsil ocaqlarını, o cümlədən
böyük prinsipiallıqla Cəmşid Naxçıvanski
adına Hərbi Məktəbi yaradan, mədəniyyətin,
fundamental və tətbiqi elmlərin
sıçrayışlı inkişafına nail olan, milli
irsi, intellektual mülkiyyəti qoruyan Heydər Əliyev məhz
bugünkü və gələcək tərəqqinin möhkəm
təməlini qoymuşdur.
Bu gün biz,
tarixçilər də birmənalı təsdiqləyirik ki,
Heydər Əliyevin sovet siyasi arenasında rəhbərliyə
gəlməsi ilə Azərbaycanda milli özünüdərk
hissi güclənmiş, bütün ideoloji maneələri dəf
edərək müstəqil düşüncəyə, dövlətçilik təfəkkürünə
yol açılmışdır. Ümummilli lider Heydər Əliyevin
tarixi missiyası həm də o dövrdə xalqın daxilində
toplanan milli ruhu və idealları keçmiş rejimin
hücumlarından qoruyaraq xalqın milli yüksəlişini
təmin etmək, hüquqlarını qorumaq olmuşdur.
Böyük şəxsiyyət həmin
dövrdə bütün ideoloji-siyasi maneələrə sinə
gərərək Azərbaycan xalqının milli inkişaf
konsepsiyasını irəli sürmüş, ictimai
şüurdakı qorxunu, ehtiyatlılığı aradan
qaldırmağı, cəmiyyəti bütün sahələr
üzrə gələcək mənəvi yüksəlişlərə
ruhlandırmağı bacarmışdır.
Ulu öndər həmin illərdə
xalqın mədəni-mənəvi irsinə, adət-ənənələrinə,
milli dəyərlərinə də diqqət və
qayğı ilə yanaşmışdır. Heydər Əliyev
dini abidələrə, məscidlərə ehtiyatla,
böyük məharətlə qayğı göstərir,
dövrün ab-havasını nəzərə alaraq,
onları tarixi-mədəniyyət abidələri kimi bərpa
etdirib xalqın ixtiyarına verirdi. Yetmiş-səksəninci
illərdə məscidlərin bərpa olunaraq dindarların
istifadəsinə verilməsi məlum səbəblərdən
mümkün olmadığından, dağılmaqda olan məbədgahlar
tarixi abidələr adı altında bərpa edilərək
muzey kimi xalqın istifadəsinə verilirdi. Bununla da, bir tərəfdən, həmin abidələrin
dağıdılmasının qarşısı
alınır, digər tərəfdən, xalqın dini
inanclarının qapalı şəkildə də olsa, qorunub
saxlanılmasına şərait yaradılırdı. Heydər
Əliyevin hakimiyyəti illərində Qurban və Ramazan
bayramlarının keçirilməsinə heç bir əngəl
yaradılmırdı. Dindarlar bu bayramları sovet rejimi şəraitində
qeyri-rəsmi səviyyədə keçirir, eyni zamanda, dini
ayinləri rahatlıqla icra edə bilirdilər. Xalqımızın
qədim milli bayramı olan Novruz bayramı məhz ulu öndərin
xeyir-duası ilə keçirilir, Azərbaycan televiziyası
ilə yayımlanırdı. Bütün sovet tarixi ərzində
bu bayramın rəsmən keçirilməsi və televiziya ilə
yayımlanması da məhz Heydər Əliyevin adı ilə
bağlıdır. Ümumxalq bayramının yüksək
səviyyədə keçirilməsi Azərbaycan
xalqının milli ruhunu yüksəldir, milli irsə, tarixə
böyük məhəbbət yaradır, milli
özünüdərki gücləndirirdi. Məhz müdrik rəhbərin
qayğısı ilə o illərdə qorunub saxlanılan
milli-mənəvi dəyərlər sonralar Azərbaycan
xalqının dövlət müstəqilliyinin bərpasında
müstəsna rol oynamışdır. Bir
sıra müttəfiq respublikalardan fərqli olaraq həmin illərdə
Azərbaycanda tanınmış ziyalı və şairlər
xalqda özünüdərk hissinə ciddi impulslar verən əsərlər
yazmış, ulu öndərin milli təəssübkeşliyi,
xalqına bağlılığı onları həbs olunaraq
zindana atılmaq təhlükəsindən hifz
etmişdir.
Səksəninci illərin
əvvəllərində "Literaturnaya qazeta"ya verdiyi məşhur
"Qoy, ədalət zəfər çalsın!" sərlövhəli
müsahibədə respublika həyatı ilə bağlı ən
müxtəlif məsələlərə toxunan ümummilli
liderimiz hüquq-mühafizə orqanlarındakı
nöqsanlara, ən başlıcası, vətəndaşların hüquq və
azadlıqlarının təminatı sahəsində
mövcud olan problemlərə toxunmuş, onların həlli
yollarını göstərmişdir. Azərbaycana
rəhbərlik edən şəxsin bu cür cəsarətli
mövqeyi o dövrdə imperiya rəhbərlərinə qətiyyən
xoş gəlməsə də, həmin şəxslər Heydər
Əliyev dühasının xalq arasındakı hörmət
və nüfuzu qarşısında susmağa, onunla
hesablaşmağa məcbur olurdular.
Ümummilli lider 1982-ci
ildən sonrakı mərhələdə də milli maraqlarla
bağlı məsələlərdə əzmkarlıq
göstərmiş, yüksək siyasi iradə ortaya
qoymuş, mərkəzin yeritdiyi siyasətin ayrı-ayrı
çalarları ilə bağlı tənqidi fikirlərini,
mülahizələrini söyləmişdir. Heydər Əliyev SSRİ rəhbərliyində
yüksək vəzifə tutan zamanlar da doğma Vətənini,
xalqını unutmamış, hər zaman Azərbaycanın mənafeyini
müdafiə etmişdir. Həmin dövrdə
Azərbaycana rəhbərlik edən kosmopolit qüvvələrlə
Heydər Əliyevi cismən və mənən məhv etmək
istəyən ermənilərin, onlara açıq-aşkar
himayədarlıq edən imperiyanın niyyətləri
üst-üstə düşürdü. 1988-1993-cü illərdə
bir-birini əvəz edən yarıtmaz qüvvələr
Azərbaycan xalqının ən böyük sərvəti
olan bu nadir şəxsiyyəti qorumamış, əksinə,
ona qarşı qərəzli hücumlara, əsassız təzyiqlərə
cəhd göstərmişlər. Fəqət,
Heydər Əliyev ali insan, böyük düha kimi bu qüvvələrin
şəxsi mənafelərə hesablanmış cılız
iddialarının fövqündə dayanaraq Azərbaycanın
müstəqilliyi uğrunda açıq mübarizəyə
başlamışdır.
1990-cı ilin 20
yanvarında həyatını risk qarşısında qoyaraq
ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gələn Heydər Əliyev
Bakı şəhərinə təcavüz olunması barədə
qərar qəbul edən səlahiyyətli şəxslərin
hərəkətlərini bağışlanılmaz siyasi səhv adlandırmış,
faciənin törədilməsində günahkar olan respublika
və imperiya rəhbərlərini açıq ittiham
etmişdir. Heydər Əliyev mətbuat konfransında 20 Yanvar
faciəsinə ilk siyasi qiymət vermiş, imperiyanın
dünyaya meydan oxuduğu bir vaxtda onu Azərbaycan xalqına
qarşı genosid siyasəti yeritməkdə təqsirləndirmişdir.
Ümumiyyətlə, bu gün Heydər
Əliyev fenomeni ilə milli dövlətçilik ideyaları
arasındakı tarixi bağlılığın köklərinin
30-35 il əvvələ təsadüf etdiyini bütün
obyektiv tarixçilər etiraf edirlər. Heydər
Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə
görülən işlər təkcə ədəbi-mədəni
sferaları əhatə etmir, elm, təhsil, səhiyyə, kadr
hazırlığı, sosial-iqtisadi sahələr üzrə
həyata keçirilən məqsədyönlü tədbirlərin
uğurlu nəticələri bir neçə
on ildən sonra Azərbaycanın müstəqil dövlət
kimi mövcudluğuna zəmin hazırlayırdı. Əgər
ulu öndər Heydər Əliyevin hələ
respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın
sosial-iqtisadi-mədəni yüksəlişi üçün
həyata keçirilən tədbirlər,
milli şüurun oyanışı istiqamətində istər
açıq, istərsə də gizli şəraitdə
görülən işlər olmasaydı, bu gün Azərbaycanın
müstəqil xəttə malik, heç bir dövlətdən
asılı olmayan ölkə kimi mövcudluğu şübhə
altında qalardı.
Azərbaycan 1991-ci ilin
18 oktyabrında dövlət müstəqilliyini qazansa da,
hakimiyyətdə olan antimilli və naşı qüvvələrin
yeritdiyi yarıtmaz siyasət üzündən respublikanın
hər bir vətəndaşının mənafeyinin uca
tutulduğu hüquqi, demokratik və qüdrətli dövlətin
yaradılması sadəcə xoş ideya olaraq qalırdı. 1991 –
1993-cü illərdə Azərbaycanda iqtisadi tənəzzül
güclənmiş, siyasi böhran dərinləşmiş, cəbhə
bölgəsində hərbi uğursuzluqlar artmış,
ölkə vətəndaş qarşıdurması,
parçalanma həddinə çatmış, insan hüquq və
azadlıqlarının müdafiəsi sahəsində acınacaqlı vəziyyət
yaranmışdı. 1993-cü ildə xalq onu bu vəziyyətdən
çıxaracaq yeganə lideri məhz Heydər Əliyevin
şəxsində görmüş, xalqın təkidli tələbi
ilə iyun ayında Bakıya qayıdan ulu öndər Azərbaycan
dövlətçiliyini fəlakətdən qurtarmış,
dövlətçiliyi möhkəmlətmiş, onu xain
əllərdən, çevriliş, qiyam cəhdlərindən
hifz edərək dirçəliş və inkişafa
doğru yönəltmişdir.
Ulu öndərin
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə
qayıdışından sonra irəli sürdüyü
dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın
tarixi ənənələrini və müasir Avropa dəyərlərini
özündə birləşdirən yeni bir inkişaf modeli
kimi özünü doğrultmuşdur. İctimai-siyasi sabitliyi və
sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına
çevirən Heydər Əliyev cəmiyyətdə
dayanıqlı milli birliyə nail olmaq üçün hər
şeydən öncə, insan hüquq və
azadlıqlarının maksimum təminatı məsələsinə
xüsusi diqqət yetirmişdir. Özüməxsus
müdrikliklə bəyan etmişdir ki, siyasi sabitliyə
nail olmadan yeni idarəetmə sisteminə keçidi
reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi
fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün
deyildir. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin
prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən
xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini
də nəzərə almışdır.
Böyük strateq
özünün zəngin iqtisadi bilik və təcrübəsi
əsasında Azərbaycanın yeni dövr üçün
iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş,
bu sahədə mövcud problemlərin həlli
yollarını elmi-nəzəri və praktiki əsasda
göstərmişdir. Ümummilli lider mərkəzi planlaşdırma və
bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi
formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini
özünəməxsus entuziazmla irəli sürmüş,
onun həyata keçirilməsinə
çalışmışdır. Demokratik
inkişaf yolunu seçmiş bütün ölkələrdə
olduğu kimi, Azərbaycanda da bazar iqtisadiyyatı prinsipləri
xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti,
özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin
inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi
prioritet seçilmişdir. İqtisadi sahədə həyata
keçirilən islahatların əsasında bazar
iqtisadiyyatının formalaşdırılması yolu ilə
ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft
sektorunun sürətli inkişafını təmin etmək məqsədi
dayanmışdır.
Həmin dövrdə
respublikanın məhdud maliyyə imkanları və zəif
büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin
yaxın gələcəkdə
reallaşdırılmasının
qeyri-mümkünlüyünü nəzərə alan,
sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə
amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən
Heydər Əliyev xarici şirkətlər ilə Xəzərin
Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini
nəzərdə tutan müqavilələrin imzalanmasına da
vacib məsələ kimi yanaşmışdır. İqtisadi
inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatlar
aparılmasının, investisiya layihələrinin həyata
keçirilməsinin ümdə şərti kimi müstəqil
Azərbaycanın yeni neft strategiyası işlənib
hazırlamış, "Əsrin müqaviləsi"
imzalanaraq mərhələlərlə həyata
keçirilmişdir. 1994-cü ilin 20 sentyabrında "Əsrin
müqaviləsi"nin imzalanmasının milli
inkişafdakı misilsiz əhəmiyyəti bugünkü
intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq
görünür. Azərbaycana son 10 ildə böyük
uğurlar gətirən neft strategiyasının əsas mahiyyəti
ölkənin malik olduğu təbii sərvətlərdən
Azərbaycan xalqının rifahı naminə daha uğurlu
şəkildə istifadə etməyə əsaslanır. Bu
strategiyanın həyata keçirilməsi iqtisadi maraqlarla
yanaşı, milli təhlükəsizlik maraqlarının təmin
olunmasına yönəlmişdir. Ulu öndər
Heydər Əliyevin təməlini qoyduğu uğurlu neft
strategiyası təkcə dövlətin iqtisadi
maraqlarının realizə olunmasına deyil, paralel olaraq
dövlət müstəqilliyinin qorunub saxlanmasına yönəlik
siyasi xəttin yürüdülməsinə, buna uyğun əlverişli
situasiyanın formalaşdırılmasına xidmət
edir. Məhz bu strategiya nəticəsində Azərbaycan
dünyanın siyasi xəritəsində öz geostrateji
mövqeyini möhkəmləndirə bilmiş, zaman-zaman
qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə
çevrilməyə nail olmuşdur.
Ümummilli lider hüquqi dövlət
və vətəndaş cəmiyyəti quruculuğu məsələsini
də daim diqqət mərkəzində saxlayaraq bu istiqamətdə
mühüm islahatların həyata keçirilməsini təmin
etmişdir. Heydər Əliyev böyük siyasət
ustadı olaraq hər bir fərdin maraq və mənafelərini
təmin etmədən, ədalət meyarını qorumadan
güclü dövlət yaratmağın
mümkünsüzlüyünü
çıxışlarında hər zaman
vurğulamış, vətəndaşlara göstərilən
hüquqi yardımın səviyyəsinin müntəzəm
surətdə artırılmasının əsas təşəbbüskarı
kimi çıxış etmişdir. Ulu öndərin
rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12
noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul
edilmiş müstəqil Azərbaycan Respublikasının
Konstitusiyası dövlətimizin tarixində hakimiyyət
bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi
dövlət quruculuğunun hüquqi əsaslarını,
insan hüquq və azadlıqlarının qeyd-şərtsiz
təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan
demokratik, hüquqi, dünyəvi dövlət kimi, ilk dəfə
olaraq, insan hüquqlarının prioritetliyini və hakimiyyət
bölgüsünü özünün gələcək
inkişaf yolu kimi seçmişdir. Demokratik tələblərə
tamamilə cavab verən bu ali sənəd müstəqil Azərbaycanın
ilk Konstitusiyası kimi tarixilik qazanmışdır.
Ulu öndər Heydər
Əliyev müstəqil Azərbaycanda həm də hüquqi
dövlət və vətəndaş cəmiyyəti
quruculuğu prosesinin əsasını qoymuş, ölkədə
çoxpartiyalı sistem, siyasi plüralizm, söz, mətbuat
və sərbəst toplaşmaq azadlığı bərqərar
olmuş, müstəqil respublikamızda dövlət idarəcilik
sistemi tamamilə yenidən qurulmuş, dövlət xərclərinin
idarə olunması, audit sisteminin tətbiqi, hüquqi və məhkəmə
sisteminin təkmilləşdirilməsi ilə əlaqədar
islahatlar prosesi uğurla həyata keçirilmişdir. Ölkənin
idarəetmə sisteminə siyasi mədəniyyət elementləri
gəlmiş, icra hakimiyyəti orqanlarının
işinin dinamikliyi, digər dövlət orqanları ilə
qarşılıqlı fəaliyyəti təmin olunmuşdur.
Eyni zamanda, respublikamızda üçpilləli məhkəmə
sisteminin formalaşdırılması, Konstitusiya Məhkəməsinin
fəaliyyətə başlaması, İnsan Hüquqları
üzrə Müvəkkil institutunun yaradılması demokratik
inkişaf yolunda əldə etdiyimiz mühüm nailiyyətlərdəndir.
Ümummilli lider Heydər Əliyevin
əsasını qoyduğu balanslaşdırılmış
xarici siyasət kursu Azərbaycanın milli maraqlarını
tam təmin etməklə, ölkəmizi maraqların
uzlaşdığı geopolitik məkana çevirmişdir. Bu gün Azərbaycan Birləşmiş Millətlər
Təşkilatının, ATƏT-in, Avropa
Şurasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının, İslam Konfransı Təşkilatının,
Müstəqil Dövlətlər Birliyinin, İqtisadi Əməkdaşlıq
Təşkilatının, GUAM-ın və digər
nüfuzlu beynəlxalq təşkilatların bərabər
hüquqlu üzvü olmaqla, dünyanın aparıcı
dövlətləri ilə münasibətlərini yüksələn
xətlə inkişaf etdirir.
Heydər Əliyevin Vətən
və xalq qarşısında göstərdiyi böyük
xidmətlərdən biri də milli dövlətçiliyimizin
möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli
olan azərbaycançılıq ideyasını irəli
sürməsi, milli birlik meyillərinin daha da dərinləşdirilməsidir.
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının
I qurultayının kecirilməsi, ümummilli lider Heydər Əliyevin
fərmanı ilə Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin
yaradılması da milli həmrəyliyə nail olmaq
amalının Azərbaycanın dövlət siyasətinin
tərkib hissəsinə çevrildiyini nümayiş
etdirmişdir. Həyata keçirilən bu kimi tədbirlər
milli-mənəvi və intellektual potensialına görə
dünyanın böyük millətləri ilə bir
sırada dayanan xalqımızın mütəşəkkil
qüvvə kimi formalaşmasına güclü təkan
vermişdir.
Bu gün Heydər Əliyev cismən
aramızda olmasa da, onun ideyaları xalqımızın mütərəqqi
inkişaf yoluna işıq saçır. Həm
də onunla təsəlli tapırıq ki, böyük öndərin
möhtərəm İlham Əliyev kimi müasir dünya
siyasətinin incəliklərini dərindən bilən,
xalqının və dövlətinin maraqlarını daim uca
tutan, siyasətində hər bir vətəndaşın mənafeyini
nəzərə alan, bir sözlə, hər vədini
əməli işi ilə doğruldan layiqli siyasi
davamçısı var. Ötən beş ildə Azərbaycanı
davamlı yüksəliş və tərəqqi yoluna
çıxarmış cənab İlham Əliyev məhz fenomenal
liderlik keyfiyyətləri sayəsində 2008-ci ilin 15 oktyabr
seçkilərində layiqli qələbə
qazanmış, respublikamız öz inkişafının
keyfiyyətcə yeni mərhələsinə qədəm
qoymuşdur. Dövlət
başçısının ötən beş ildə qəbul
etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar
cənab İlham Əliyevin daim xalqın mənafeyindən
çıxış etdiyini, habelə verdiyi vədlərin
sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini,
reallığa adekvat olduğunu göstərmiş, onun ictimai
rəydə alternativsiz lider kimi qəbul edilməsini
şərtləndirmişdir.
Ulu öndər Heydər
Əliyevin müəllifi olduğu yeni neft
strategiyasının davam etdirilməsi, Azərbaycanı Cənubi
Qafqaz regionunda böyük nüfuz sahibinə, lokomotiv dövlətə
çevirən qlobal enerji və kommunikasiya layihələrinin
ardıcıl surətdə həyata keçirilməsi, bazar
iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması,
demokratikləşmə prosesinin sürətləndirilməsi,
insan hüquq və azadlıqlarının maksimum səviyyədə
təminatı, elmin, təhsilin inkişafı, insan
kapitalının formalaşdırılması kimi vacib məqamlar
cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin
prioritet istiqamətləri sırasında xüsusi
vurğulanmalıdır.
Prezident İlham Əliyev
ümummilli liderin siyasi xəttini 5 ildən artıq müddətdə
inamla davam etdirməklə yanaşı, Heydər Əliyev
ideyalarının cəmiyyətdə praktik surətdə
gerçəkləşməsinə, möhkəmlənməsinə
xidmət edən mühüm tədbirlər həyata
keçirmişdir. Dövlət başçısının hələ
2004-cü ildə imzaladığı fərmanla ulu öndərin
adının əbədiləşdirilməsi istiqamətində
bir sıra vacib tədbirlər həyata keçirilmiş,
70-80-ci illərdə tikintisinə əzmlə nail olduğu
bir sıra möhtəşəm tikililərə onun adı
verilmişdir. Eyni zamanda, cənab İlham Əliyev
ulu öndərin zəngin dövlətçilik irsinin elmi səviyyədə
öyrənilməsi və təbliği məqsədilə
2006-cı il dekabrın 29-da "Heydər Əliyev Mərkəzinin
yaradılması haqqında" sərəncam
imzalamışdır. Dövlət
başçısı İlham Əliyevin "Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik
yubileyi haqqında" 11 mart 2008-ci il tarixli sərəncamı
da ulu öndərin xatirəsinin əbədiləşdirilməsi
istiqamətində həyata keçirilən tədbirlərin
davamı və tərkib hissəsidir. Azərbaycandan
və ölkə hüdudlarından kənarda yüksək
mütəşəkkilliklə keçirilən bu tədbirlər
ulu öndərin Azərbaycan xalqı və dövləti
qarşısındakı misilsiz xidmətlərinin obyektiv dəyərləndirilməsi
baxımından vacib əhəmiyyət
daşımışdır.
Azərbaycan Prezidenti cənab
İlham Əliyevin son 5 illik fəaliyyətinin təhlilinə
nəzərən, tam əminliklə demək olar ki, ulu
öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi
ictimai zərurət olmaqla, Azərbaycanın dövlət
müstəqilliyinə əbədi təminatdır. Dövlət
başçısı hər addımında milli maraq və
mənafeləri uca tutur, ölkə vətəndaşlarının
arzu və istəyini gerçəkləşdirmək
üçün böyük əzmkarlıqla
çalışır. Cənab İlham Əliyev
çıxışlarında bildirir ki, hər hansı
ölkənin inkişafı heç də təbii sərvətlərin
zənginliyindən deyil, təhsilin, elmin inkişafından,
habelə demokratikləşmə proseslərindən, qanunun
aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının
inkişafından asılıdır. Azərbaycanın
bugünkü dinamik iqtisadi inkişafı isə deməyə
əsas verir ki, respublikamız yaxın gələcəkdə
bir çox sahələr üzrə Avropanın ən
qabaqcıl dövlətlərindən birinə çevriləcəkdir.
İradə HÜSEYNOVA,
təhsil nazirinin müavini, tarix
elmləri doktoru,
professor, YAP Siyasi Şurasının
üzvü
Xalq qəzeti.-2008.- 12 dekabr.S.4.