Suraxanı rayonunda
“Heydər Əliyev – ömrün davamı”
adlı anım mərasimi keçirilmişdir
Azərbaycan
xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin
vəfatının 5-ci ildönümü ilə əlaqədar
respublikanın bütün bölgələrində olduğu
kimi Suraxanı rayonunda da anım mərasimi
keçirilmişdir. Rayonun Səttar Bəhlulzadə adına
mədəniyyət sarayında “Heydər Əliyev -
ömrün davamı” adlı ədəbi-bədii
kompozisiyanın nümayişi ilə ulu öndərin əziz
xatirəsi anılmışdır. Mərasimdə Suraxanı
Rayon İcra hakimiyyətinin başçısı İlqar
Abbasov, Milli Məclisin deputatları Əhməd Vəliyev,
Musa Urud, xalq şairi Zəlimxan Yaqub, YAP Suraxanı rayon təşkilatının
sədri Vüqar Seyidov, təhsil, səhiyyə, sənaye, bələdiyyə
və RİHB-nin qəsəbə nümayəndələri
iştirak etmişlər.
Səttar Bəhlulzadə
adına mədəniyyət sarayının foyesində
ümummilli liderin həyatını əks etdirən
çoxlu sayda foto-stendlər və Suraxanı rayonuna səfərlərini
əks etdirən şəkillər
düzülmüşdü. Xüsusi tərtibatla
hazırlanan, ulu öndərin büstü qoyulan səhnədə
“Heydər Əliyev — ömrün davamı” adlı ədəbi-bədii
kompozisiyada rayon ərazisində yerləşən məktəblərdə
təhsil alan şagirdlərin ifasında ümummilli lider Heydər
Əliyevin fəaliyyətinin müxtəlif dövrlərini,
bu gün Prezident İlham Əliyevin rəhbərliyi
altında aparılan geniş miqyaslı abadlıq-quruculuq
işlərini özündə əks etdirən şeirlər,
musiqilər səslənmiş və böyük ekranda
video-çarxlar göstərilmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.-2008.-
13 dekabr.- S.7.