Leriklilər ulu öndərin

xatirəsini ehtiramla yad ediblər

 

Azərbaycan xalqının ümummilli lideri, unudulmaz dahi şəxsiyyət Heydər Əliyevin xatirəsi Lerik rayonunda da böyük ehtiramla yad olunub.

Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov ulu öndərin örnək həyat fəaliyyəti barədə məruzə edib. O bildirib ki, dünya şöhrətli siyasətçi hələ Sovet İttifaqı zamanında Azərbaycanın müstəqilliyi barədə düşünmüş ölkəmizin iqtisadi, elmi mədəni yüksəlişi naminə mühüm tarixi addımlar atmışdır. Ötən əsrin 90- illərində xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn ulu öndər Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, ölkəmizin dünyada tanınması, sivil, demokratik proseslərə inteqrasiyası üçün böyük işlər görmüşdür.

Digər natiqlər ümummilli liderin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən minnətdarlıqla bəhs ediblər.

Anım mərasiminin sonunda məktəblilərin ifasında xalq şairi Zəlimxan Yaqubun ulu öndərin xatirəsinə həsr etdiyiBöyük ömrün dastanıpoeması əsasında hazırlanmış əbədi-bədii kompozisiya nümayiş etdirilib.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.-2008.- 13 dekabr.- S.7.