Xatirə mərasimi

 

Bərdə çörəkAçıq Səhmdar Cəmiyyətinin kollektivi ulu öndərin xatirəsini yad etdi

12 dekabr xalqımızın tarixinə ulu öndər Heydər Əliyevi anım günü kimi düşmüşdür. Həmin gün ölkəmizin hər yerində ümummilli lider Heydər Əliyevin ruhuna dualar oxunur, ehsanlar verilir, dahi rəhbərin tarixi xidmətləri bir daha yad edilir.

“Bərdə çörəkAçıq Səhmdar Cəmiyyətinin kollektivinin yığıncağında da ulu öndər yad edilmiş, böyük siyasət xadimi Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən söz açılmışdır. Əvvəlcə, kollektiv üzvləri ulu öndər Heydər Əliyevin Bərdədəki abidəsini ziyarət etmiş, sonra yığıncaq davam etdirilmişdir. İclası giriş sözü ilə açan cəmiyyətin idarə heyətinin sədri Məhərrəm Şəfiyev bildirmişdir ki, Azərbaycanda sahibkarlığın inkişafının təməlini qoymuş ulu öndər bu sahədə çox əhəmiyyətli sərəncam fərmanlar imzalamışdır. EləBərdə çörəkAçıq Səhmdar Cəmiyyəti məhz sahibkarlığa dəstəyin nəticəsində yaranmış bu gün rayon əhalisinin böyük bir qismini, burada məskunlaşmış məcburi köçkünləri, cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissələri keyfiyyətli çörək məmulatları ilə təmin edilməsini həyata keçirir.

Heydər Əliyev Tanrının bu xalqa ən böyük bəxşişi idi. Ulu öndərin tarixi xidmətləri olduqca böyükdür. İlk növbədə o, Azərbaycanı dağılmaqdan xilas etdi. Müstəqilliyimiz onun dövründə möhkəmləndi Azərbaycan sayılıb-seçilən dövlətlər sırasına daxil oldu. Ümummilli liderimizin ən yüksək xidmətlərindən biri bu idi ki, çox bacarıqlı, yüksək siyasi səriştəsi olan İlham Əliyevin Azərbaycana rəhbər seçilməsini tövsiyə etdi xalq Heydər Əliyevə qəlbən inandığından İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyərək, 2003-cü ildə cənab İlham Əliyevi özünün rəhbəri seçdi.

Ötən beş ilin təcrübəsi göstərdi ki, xalq öz seçimində yanılmamış bu inam, bu ehtiram cənab İlham Əliyevin ikinci dəfə Azərbaycan Prezidenti seçilməsinə gətirib çıxardı.

Azərbaycan xalqı xoşbəxt xalqdır. Çünki onun Heydər Əliyev kimi dahi rəhbəri olmuşdur. Biz xoşbəxtik ki, bu gün bu böyük siyasət xadiminin ideyalarının reallaşdığı bir Vətənin sakinləriyik. Ulu öndər Heydər Əliyev ölməz, əbədiyaşar bir şəxsiyyətdir. O, cismən aramızda olmasa da, bizim qəlbimizdə yaşayır. Bu xalq onun ideyalarından güc alaraq zirvələri fəth edir. Bu ideyaların həyata keçirilməsində cənab Prezidentimiz İlham Əliyevin xidmətləri əvəzsizdir.

İndiki Azərbaycanı 15 il əvvəlki Azərbaycanla müqayisə etmək olarmı? Görün, ölkəmiz qədər qüdrətlənmişdir. Azərbaycan Qafqazda lider dövlətə çevrilmişdir. Dünya bizim dövləti ən islahatçı dövlət kimi tanıyır.

Azərbaycanın regionlarında sürətli inkişaf başlanmışdır. Bunlar hamısı Heydər Əliyev dühasından güc alan çox hörmətli Prezidentimiz İlham Əliyevin ağır zəhməti, uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Elə bizim Bərdəni götürün. Görün, necə tanınmaz olub. Yeni parklar, yeni tikilən müəssisələr, yaşayış evləri, məktəblərə çəkilən yollarbunlar hamısı iqtidarın regionlarda həyata keçirdiyi davamlı inkişaf proqramı nəticəsində mümkün olmuşdur. Biz ona görə bu siyasəti dəstəkləyirik ki, xalqımızın güzəranı ildən-ilə yaxşılaşır. Bax, elə bu günlərdə biz çörəyin qiymətini aşağı saldıq. Bəli, xalqımız ərzaq sarıdan heç vaxt korluq çəkmir. Çünki cənab Prezidentimiz ərzaq təhlükəsizliyi proqramına imza atıb Azərbaycanın heç vaxt çörək problemi olmayacağını bildirib.

Ulu öndər Azərbaycanı xoşbəxt, firavan görmək istəyirdi. O, bu xoşbəxtliyi öz xalqına bəxş etdi. Ən başlıcası isə dağıdıcı müharibəyə son qoydu. Xatırlayırsınızsa bir vaxtlar evimizdə rahat yata bilmirdik. Bərdə təhlükə altında idi. Amma Heydər Əliyev müharibəyə son qoydu, anaların göz yaşları kəsildi, artıq cəbhədən dəhşətli xəbərlər gəlmir.

İnanırıq ki, Heydər Əliyevin yeritdiyi sülh siyasəti qalib gələcək erməni quldurları doğma torpaqlarımızdan tezliklə çıxarılacaqlar. Azərbaycan yaxın gələcəkdə öz suveren hüquqlarını bərpa edəcək.

Bu gün Azərbaycan həqiqətən sürətli inkişaf yolundadır. Bu yolun başlanğıcında Heydər Əliyevin ölməz ideyaları dayanır. Həmin ideyalar bu gün yaşayır bizi möhtərəm Prezidentimizin rəhbərliyi ilə uca zirvələrə doğru aparır.

Sonra çıxış edənlər ulu öndərin tarixi xidmətlərindən, bu böyük şəxsiyyətin ölməz ideyalarının əbədiyaşarlığından danışdılar.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2008.-14 dekabr.- S.6.