Abşeron: sürətli inkişaf bütün sahələri əhatə edir

 

2008-ci il tarixə qovuşmaq ərəfəsindədir. Son ayının sayılı günlərini yaşadığımız bu il Abşeron rayonu üçün necə keçib sualının ümumilikdə bir cavabı var: uğurlu. Bunu görülən işlərin dəyəri və dəqiqliyi şübhə doğurmayan statistik rəqəmlər də təsdiqləyir. Yeri gəlmişkən, burada kiçik bir haşiyə çıxmağa dəyər: abşeronlular son üç ilin yeniləşmələri fonunda, demək olar, hər gün bir yenilik görməyə öyrəncəlidirlər. Tam əminliklə qeyd etmək olar ki, regionların sosial-iqitsadi inkişafını nəzərdə tutan Dövlət Proqramı Abşeron rayonunda da lazımınca həyata keçirilmişdir.

Dövlət başçısı İlham Əliyevin Abşeronda aparılan abadlıq-quruculuq işlərindən razı qaldığını bəyan etməsi bununla da əlaqəlidir və təsadüfi deyil. Əlbəttə, bu tempi saxlamaq yeni-yeni uğurlara imza atmaq insandan daha böyük əzm və iradə tələb edir. Bu əzm və iradə isə abşeronlularda, genişmiqyaslı quruculuq işlərinə rəhbərlik edənlərdə, şübhəsiz ki, vardır. 2008-ci ildə rayonda həyata keçirilmiş tədbirlərə bir daha nəzər salmaq yerinə düşər.

ı yaxşılaşdırmaqdan ötrü Xırdalan şəhərinə 530 millimetrlik borularla 3500 paqonometr məsafədən orta təzyiqli kəmərin çəkilişi başa çatdırılmışdır. Hökməli qəsəbəsini təbii qazla təmin edən xəttə qəsəbə ərazisindən keçən qaz kəmərindən 219 millimetrlik bÖtən müddət ərzində Xırdalan şəhərində mərkəzi rayon xəstəxanası, Mehdiabad qəsəbəsində poliklinika, Qobu qəsəbəsində uşaq bağçası, Masazır kəndində Ağır Atletika Mərkəzi və Əliağa Vahidin abidə kompleksi, Aşağı Güzdək qəsəbəsində həkim ambulatoriyası və uşaq bağçası, Mehdiabad və Ceyranbatan qəsəbələrində rabitə evləri, Güzdək qəsəbəsi və Qobustan kəndində həkim ambulatoriyaları tikilib istifadəyə verilmişdir.

Həmçinin abadlaşdırma işləri də davam etdirilmiş, yaşayış məntəqələrinin küçə və yollarına 213,781 kvadratmetr asfalt örtük çəkilmiş, 63,719 kubmetr çınqıl və qırmadaş tökülərək yayılmışdır.

Əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təminatını daha da yaxşılaşdırmaq məqsədilə yeni yaşayış massivlərində mühəndis - kommunikasiya şəbəkəsinin çəkilişi davam etdirilmişdir. 2562 ədəd dayaq basdırılmaqla, hava veriliş xətləri 29,8 kilometr genişləndirilmiş, 1400 paqonometr kabel təzələnərək bərpa edilmiş, 21 ədəd müxtəlif gücə malik yeni transformator quraşdırılıb istifadəyə verilmişdir. 6 ədəd transformator isə daha güclüləri ilə əvəz olunmuş, 8-i təmir edilərək işlək vəziyyətə gətirilmişdir. Xırdalan şəhərində, Qobu, Məmmədli, Digah, Saray, Masazır və Mehdiabad yaşayış məntəqələrində “SİB” kabellə elektrik xətti çəkilişi və sayğaclaşdırma davam etdirilmişdir.

Əhalinin təbii qazla təminatınoru ilə əlavə təminat verilmişdir. Novxanı kəndinin təbii qaz təminatını nizamlamaq üçün “Bağlar” istiqamətində diametri 219 millimetr olan 7,2 kilometr uzunluğunda ayrıca xətt çəkilmişdir.

Mehdiabad, Görədil, Ceyranbatan, Masazır yaşayış məntəqələrində 4935 paqonometr uzunluqda yeni qaz xətləri çəkilmiş, Xırdalan, Qobu, Hökməli, Mehdiabad, Saray, Novxanı, Aşağı Güzdək və Masazır yaşayış məntəqələrində isə korroziyaya uğramış 3050 paqonometr qaz xətti yerüstünə çıxarılmışdır. Aşağı Güzdək qəsəbəsində yeni qazpaylayıcı stansiyanın tikintisi başa çatdırılmışdır.

Əhalinin içməli su ilə təminatını daha da yaxşılaşdırmaq istiqamətində də müəyyən işlər görülmüşdür. Rayon üzrə 4670 paqonometr yeni su xətti çəkilmiş, korroziyaya uğramış 1785 paqonometr su xətti bərpa edilmiş, yaşayış məntəqələrinə su ötürən 13 nasosxanada cari və əsaslı təmir işləri aparılmışdır. 7 nasosxanada yeni mühərrik və nasoslar quraşdırılmış, Digah qəsəbəsində, Fatmayı və Masazır kəndlərində yeni nasosxanalar tikilərək istismara verilmişdir.

Kanalizasiya şəbəkəsinin genişləndirilməsi istiqamətində əvvəlki illərdən başlanmış tədbirlər davam etdirilmiş, müxtəlif diametrli borularla 16,320 paqonometr uzunluqda yeni kanalizasiya xətləri çəkilmişdir. Hazırda Xırdalan şəhərində, eləcə də Saray qəsəbəsində özüaxımlı baş kollektorlar tikilir.

Qobu qəsəbəsində ötən ildən inşasına başlanılmış yağış sularını ötürmək üçün uzunluğu 12 kilometr olan beton arxların tikintisi davam etdirilmişdir.

Xırdalan kanalizasiya nasosxanasından çirkab suların daha intensiv ötürülməsi məqsədilə rayonun daxili imkanları hesabına bir ədəd 3 min kilovoltluq transformator quraşdırılmış, nasosxananın 4,2 kilometr uzunluğunda yüksək təzyiqli qoşa xəttinin tikintisi də tamamlanmışdır.

Məmnuniyyət hissi ilə qeyd etmək lazımdır ki, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin onilliklər boyu yığılıb qalmış problemlərinin qısa müddətdə aradan qaldırılmasına yönəldilmiş proqramların uğurla həyata keçirilməsi diqqət mərkəzində saxlanmışdır. 2008-ci ildə daha iki uşaq bağçası, dörd səhiyyə ocağı tikilib istifadəyə verilmiş, Azərbaycan-Misir dostluğunun rəmzi olan unikal Dostluq parkı salınmışdır.

Ulu öndər Heydər Əliyevin 85 illik yubileyi münasibətilə rayon məktəblərinin çoxunda şagirdlərin dahi rəhbərin zəngin irsini öyrənmələrində müstəsna əhəmiyyət kəsb edən “Heydər Əliyev Muzeyi” açılmışdır. Minlərlə məktəbli Heydər Əliyevin bənzərsiz həyat və mübarizə yoluna aid mövzularda keçirilən inşa müsabiqələrində iştirak etmiş və mükafatlara layiq yerlər tutmuşdur.

“Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində Xırdalan şəhər 1 saylı məktəbin və şəhər 9 saylı məktəbin müəllimi İradə Talıblının qalib gələrək mükafatlandırılmasını təhsilin yüksək səviyyəsinə verilmiş qiymət kimi dəyərləndirmək olar.

2008-ci ildə rayonun yaşayış məntəqələrində aparılan quruculuq-abadlıq, yol infrastrukturunun təkmilləşdirilməsi və digər tədbirlər ilk növbədə abşeronluların məişətinin daha da yaxşılaşmasına xidmət etmişdir. Eyni zamanda əmək qabiliyyətli insanların məşğulluğuna şərait yaranması, yeni iş yerlərinin və mənzil tikinti kombinatlarının sayının ildən-ilə artması, istehsal proseslərinin yeni texnologiyalara keçirilməsi nəticəsində məhsul istehsalının artımı və s. işləyənlərin real pul gəlirinin çoxalmasına səbəb olmuşdur.

Ötən dövrdə rayon icra hakimiyyəti və onun yerli strukturları vətəndaşların qəbuluna diqqəti daha da artırmışlar. İcra hakimiyyətinin başçısı Zakir Fərəcov 596 vətəndaş qəbul edərək dinləmişdir ki, onların da 375 nəfəri yerlərdə keçirilmiş səyyar qəbullar zamanı müraciət edənlərdir.

Rayon ərazisində məskunlaşmış 5397 məcburi köçkün ailəsinin gündəlik qayğıları ilə bağlı məsələlərin həlli də daim diqqət mərkəzində saxlanılmışdır. Məcburi köçkün ailələrinin kompakt məskunlaşdığı “Quşçuluq” massivində elektrik enerjisi təminatı ilə bağlı çatışmazlıqlar aradan qaldırılmış, Xırdalan şəhərindəki 36 məcburi köçkün ailəsinin yaşadığı “Sevinc” uşaq bağçasının dam örtüyü və kanalizasiya xətləri əsaslı təmir edilmişdir.

Büdcədənkənar inkişaf və bərpa fondundan şəhid, məcburi köçkün və əlil ailələrinə, Çernobıl, həmçinin Qarabağ əlillərinə 56 min 900 manat maddi yardım göstərilmişdir.

İmtiyazlı ailələrin, o cümlədən şəhid ailələrinin, müharibə əlillərinin mənzillə təminatına da diqqət artırılmışdır. 2004-2008-ci illərdə həmin ailələrdən 25-nə mənzil verilmişdir. Hazırda həmin kateqoriyadan olan insanlar üçün 81 mənzilli yaşayış evi tikilir.

Bir məsələni xüsusi vurğulamaq yerinə düşər ki, ötən dövr ərzində yaşayış məntəqələrinin abadlaşdırılması, yol infrastrukturunun inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılmışdır. 2005-ci ilin son rübü və 2008-ci il də daxil olmaqla yaşayış məntəqələrini birləşdirən yollara, daxili küçə və səkilərə 2 milyon 233 min kvadratmetr asfalt örtük çəkilmiş, yaşıllıqlar genişləndirilmiş, on minlərlə müxtəlif növ ağac və dekorativ kollar əkilmişdir. Gediş-gəlişi çətinləşdirən, küçələri eybəcər görkəmə salan qanunsuz tikintilərin də qarşısı alınmışdır.

Xırdalan şəhərində Heydər Əliyev prospektinin yenidən qurulması məqsədilə 1650 paqonometr məsafədə yolun hər iki tərəfində mühafizə zonasında olan müxtəlif təyinatlı obyektlər, 43 bina və hasar sökülərək yolun mühafizəsindən kənarlaşdırılmışdır. Yolun hər iki tərəfində səkilər tikilmiş və üzlük daşlarla örtülmüş, genişləndirilmiş hissəsində isə 7800 kvadratmetr sahəyə asfalt döşənilməsi üçün hazırlıq işləri görülmüşdür.

Yaşayış məntəqələrinin təmiz saxlanılması, məişət tullantılarının vaxtlı-vaxtında daşınıb zərərsizləşdirilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafına xüsusi önəm verən və son illər Abşeron rayonunun sosial-iqtisadi inkişafında qazanılmış uğurları yüksək qiymətləndirən Prezident İlham Əliyev Azərbaycan-Misir dostluğunun və qarşılıqlı əməkdaşlığının nümunəsi olaraq Qəlyubiyyə vilayəti ilə məhz Abşeron rayonunun qardaşlaşmasını lazım bilmişdir. Bu böyük etimadı doğrultmaq üçün rayon rəhbəri Zakir Fərəcovun qardaşlaşmış şəhərlərdə hər iki xalqın liderlərinin abidəsini ucaltmaq və park salmaq təklifi bəyənilmişdir. Qəlyubiyyə vilayətində Heydər Əliyevin heykəli ucaldılmış, Xırdalan şəhərində Məhəmməd Hüsnü Mübarəkin heykəli qoyulmuşdur. Dostluq əlaqələrinin möhkəmlənməsində Misirin birinci xanımı Suzan Mübarəkin Abşeron rayonuna gəlişi, onun adını daşıyan 9 saylı şəhər məktəbində qubernator Ədli Hüseyn və Zakir Fərəcovun iştirakı ilə keçirilən görüşlərin xüsusi əhəmiyyəti olmuşdur. Qarşılıqlı səfərlər gələcəkdə daha genişmiqyaslı əməkdaşlığın reallaşmasına mühüm zəmin yaratmışdır.

Məlum olduğu kimi, kənd təsərrüfatının inkişafı istiqamətində böyük işlər görüldüyünü qeyd edən dövlət başçısı İlham Əliyev son beş ildə “Aqrolizinq”in, Aqroservislərin yaradılması, güzəştli şərtlərlə gübrələrin, yanacağın verilməsi, dövlət xətti ilə 7 min ədəd traktor, kombayn və digər texnikanın icarə əsasları ilə fermerlərə paylanmasının kənd təsərrüfatı məhsulları istehsalının əhəmiyyətli dərəcədə artımına imkan yaratdığını bildirmişdir. Son beş ildə abşeronlu fermer və sahibkarlar da dövlət dəstəyindən bəhrələnərək 8 milyon 148 min manat güzəştli kredit almış, becərilən hər hektara 40 manat vəsait verilməklə, 2007-2008-ci illərdə kəndli-fermerlərə 139 min 768 manat yardım ödənilmişdir.

... Bu gün Abşeron rayonunda həyatın bütün sahələri üzrə inkişaf meylləri açıq-aşkar hiss olunur. Burada problemlərə və çatışmazlıqlara qarşı sanki “müharibə” elan olunub. Əlbəttə, bunu da qeyd etmək yerinə düşər ki, indi Abşeron rayonu problemlər “girdabında çabalamır”, əksinə, respublikanın ən inkşaf etmiş bölgələrindən biri kimi geriliyə meydan oxuyur.

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.-2008.-17 dekabr.- S.5.