Ümummilli lider ehtiramla yad olunmuşdur

 

Azərbaycan Beynəlxalq Universitetində (ABU) xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş xatirə mərasimi keçirilmişdir.

Əvvəlcə ABU-nun müəllim tələbə heyəti universitetin həyətində ucaldılmış ulu öndərin abidəsini ziyarət etdilər. Sonra tədbir universitetin akt salonunda davam etdirildi. Tərbiyə işləri üzrə prorektor Həsən Bayram oğlu Azərbaycan tarixində müstəsna yeri olan Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışdı.

Elmi işlər üzrə prorektor Hüseyn Əhmədov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının müstəqilliyi tarixi bir hadisədir. Bu, Azərbaycan xalqının milli sərvəti, milli nailiyyətidir. Natiq ümummilli liderimizin Azərbaycanı xalqımızı bir dövlət millət kimi tarixin sınaqlarından çıxaran böyük şəxsiyyət qüdrətli lider olduğunu vurğuladı. Müstəqil dövlətimizin yaranmasında beynəlxalq aləmdə tanınmasında dahi rəhbərimizin tarixi xidmətlərindən danışdı. Ulu öndərin ideyalarının əbədi yaşayacağını qeyd etdi, bildirdi ki, universitetin müəllim tələbə kollektivi əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan böyük uğurlara öz töhfələrini vermişdir. Təsadüfi deyil ki, universitetimiz son illər təhsildə idmanda böyük uğurlara imza atıb.

Tədbirin bədii hissəsində ABU-nun tələbələrinin ifasında ümummilli liderə həsr olunmuş şeirlər, mahnılar səsləndi, bədii kompozisiyalar göstərildi.

 

Kəmalə TƏYYARQIZI 

 

Xalq qəzeti.-2008.-17 dekabr.- S.6.