“Təhlükəsiz
iş yeri – layiqli əmək” müsabiqəsinə yekun
vuruldu
“Kənd
— Qida — İş” Həmkarlar İttifaqı
İcraiyyə Komitəsinin
23 iyul 2008-ci il
tarixli qərarı ilə cari ilin
iyul-noyabr aylarında
“Təhlükəsiz iş
yeri — layiqli əmək” adı altında sahə baxış müsabiqəsi
keçirilmişdir. Sahə Həmkarlar
İttifaqının 20-dən çox müəssisə
və təşkilatının
iştirak etdiyi müsabiqədə əsas
məqsəd müəssisə
və təşkilatlarda
əməyin mühafizəsi
üzrə qanunvericiliyə
və qaydalara əməl edilməsinə
ictimai nəzarəti gücləndirmək, işləyənlərin
sağlam və təhlükəsiz əmək
şəraiti hüquqlarının
tam həyata keçirilməsinə
kömək göstərmək
idi.
Dekabrın 16-da Kənd Təsərrüfatı
və Qida Sənayesi İşçiləri
Həmkarlar İttifaqı
Federasiyasının növbəti
IV məclisi keçirilmişdir. Məclisi
giriş sözü ilə açan Kənd və Qida Sənayesi İşçiləri Həmkarlar
İttifaqı Federasiyasının
sədri Tofiq Quliyev 2008-ci ildə istehsalatda əməyin mühafizəsi, bədbəxt
hadisələrin və
zədələnmələrin qarşısının alınması
sahəsində görülən
işlər, eləcə
də qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etdi.
Sonra sədrin
müavini Təhmasib Əliyev çıxış
edərək ölkəmizdə
orta və kiçik sahibkarlığa,
fermerlərin, kənd
təsərrüfatı istehsalçılarının
fəaliyyətinə əməli
dəstək verildiyi və əlverişli şərait yaradıldığı
kimi, həmkarlar təşkilatlarının fəaliyyəti
üçün də
geniş imkanlar yaradıldığını dedi.
Sahə Həmkarlar İttifaqı Tovuz Rayon Komitəsinin sədri Sahib
Abdullayev, “Azərsun Holdinq” MMC sədri Turan Əliyev, Sahə Həmkarlar İttifaqı Abşeron
Rayon Komitəsinin sədri
Ədalət Nağıyeva,
Hidrogeoloji Meliorativ Xidmət İdarəsinin Həmkarlar İttifaqı
Komitəsinin sədri
İlqar Namazov, sahə Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri Fərhad Qocamanov öz çıxışlarında
ilin yekunları, görülən işlər
və qarşıda duran vəzifələrdən
söz açdılar.
Tədbirin sonunda müsabiqədə qalib gələn dörd müəssisənin adı
açıqlandı və
onlara – “Azərsun Holdinq” Şirkətlər
qrupu üzrə Qafqaz
Metal Qablaşdırma Sənaye MMC-yə, Qafqaz Kağız Sənaye
MMC-yə, Azərsun Ticarət və Dağıtım MMC-yə,
həmçinin “Gilan holdinq” Şirkətlər qrupu üzrə
“Gilan Qəbələ” konserv zavodu MMC-yə Federasiyanın I dərəcəli
diplomu və qiymətli hədiyyələr təqdim olundu.
Qaliblər bildirdilər ki, bundan sonra da çalışdıqları sahələrdə təhlükəsizlik qaydalarına əməl edilməsi və əmək hüquqlarının qorunması üçün bütün imkanlardan səmərəli istifadə edəcəklər.
Rafiq SALMANOV
Xalq qəzeti.-2008.-17
dekabr.- S.7.