Cəlilabad: Qanunçuluq
qətiyyətlə qorunur
Azərbaycan polisi təkcə
səriştə, cəsarət və intellektual səviyyəsi
ilə deyil, həm də güclü Vətən sevgisi və
dövlətçiliyə sədaqəti ilə seçilir. Ölkəmizin
hər yerində olduğu kimi, Cəlilabad rayonunda da
hüquq-mühafizə orqanlarının güc strukturu olan
polis sabitliyi, əmin-amanlığı, insan hüquq və
azadlıqlarını qorumağı hər şeydən uca
tutur, cinayətkarlıqla mübarizədə qətiyyət
göstərir.
Cəlilabad Rayon Polis
Şöbəsinin rəisi, polis polkovniki Rəhim Novruzov
bizimlə söhbətində şəxsi heyətin
qanunçuluğun keşiyində ayıq-sayıq
dayandığını və bunun da nəticəsində
kriminogen durumun yaxşılaşdığını, rayonda
cinayətkarlığın azalma tendensiyasını konkret
faktlar və rəqəmlər əsasında diqqətə
çatdırdı.
Cari ilin əvvəlindən rayon polis şöbəsinin inzibati ərazisində DİN və prokurorluq üzrə 341 cinayət hadisəsi qeydə alınıb, onlardan 315-i açılıb, 32 cinayət işinin icraatı dayandırılıb. Cinayətlərin açılması 88,7 faiz təmin edilib. Əvvəlki illə müqayisədə cinayət hadisələri 43 fakt, yəni 13 faiz azalıb. Bunun başlıca səbəbi aparılmış profilaktik tədbirlərlə əlaqədardır.
Vətəndaşlardan qanunsuz
saxlanılan silah və sursatın yığılması diqqət
mərkəzindədir. Belə
ki, ilin əvvəlindən 2 ədəd
AK-74 tipli avtomat, 3 ədəd ov tüfəngi, 3 ədəd
tapança, 1 ədəd
əl qumbarası, 1 ədəd minaaxtaran, 4 ədəd avtomat sandığı, 1142 ədəd
avtomat patronu, 1 ədəd süngü-bıçaq, 1 ədəd
top mərmisi tapılaraq aidiyyəti üzrə təhvil verilib. On
bir ayda axtarışda olan 91 nəfərin 61-i tutularaq məsuliyyətə cəlb
edilib.
Sahə inspektorları,
yetkinlik yaşına çatmayanlarla profilaktika
işinin təşkili
qrupu, post-patrul xidməti taqımı, dövlət yol polisi bölməsinin əməkdaşları hüquq
pozuntularına qarşı
mübarizəni əzmlə
davam etdirirlər.
Məlum olduğu
kimi, Cəlilabad xarici ölkə ilə sərhəd rayonudur. Narkotik maddə qaçaqmalçılığı
ilə məşğul
olanlar bu bölgədən də tranzit yol kimi
istifadə etməyə
çalışırlar. Belələrinə
qarşı mübarizə
çətin və risklidir. Lakin heç nədən çəkinməyən Cəlilabad
polisi narkotik qaçaqmalçılığının qarşısına möhkəm
sipər çəkə
bilir.
Narkotik tranziti və alveri ilə məşğul olanlar bu rayonda
özlərini heç
də rahat hiss etmir, kompleks əməliyyat-axtarış tədbirlərinin
davamlı həyata keçirilməsi nəticəsində
ifşa olunur və qanun qarşısında
cavab verirlər.
...Polis orqanlarında
nümunəvi xidməti
ilə daim seçilən polkovnik Rəhim Novruzov ötən ilin noyabrında Cəlilabad şöbəsinə rəis
təyin edildikdən sonra ilk növbədə məhz narkotik maddələrin qanunsuz dövriyyəsinə “müharibə”
elan etdi. İlk nəticəni çox gözləmək
lazım gəlmədi.
Bir ailə üzvlərinin narkotik alveri ilə məşğul olması
barədə faktlar hərtərəfli yoxlanıldı.
Əməliyyat planı
hazırlandı. Qəfil
başlarının üstü
kəsdirilən ana və oğul — Cəlilabad şəhəri,
M.Hadi küçəsi,
ev 202-də yaşayan
1954-cü il təvəllüdlü
Əsmə Mətləb
qızı Qarayeva ilə 1985-ci il təvəllüdlü Seymur
Salman oğlu Qarayev 1 kiloqram 435 qram narkotik vasitə
olan heroinlə tutuldular. Bu cinayətə
görə məhkəmənin
qərarı ilə Əsmə Qarayeva beş il, oğlu
Seymur isə 12 il azadlıqdan məhkum edildilər.
...Başqa
bir qadın isə özünün gələcək kürəkəni
ilə birlikdə cinayət başında yaxalandı. Yanvarın
11-də Cəlilabad şəhəri,
Səfa Axundov küçəsi, ev 78-də
yaşayan, 1968-ci ildə
Salyanda anadan olmuş Aygün Əlqayıt qızı Rzayeva qızının nişanlısı, 1985-ci il
təvəllüdlü Asim
Şəmsəddin oğlu
Hüseynovla birlikdə
52,6 qram heroini və 103,8 qram tiryəki satarkən polis əməkdaşları tərəfindən
tutuldular. Hər ikisi cinayət məsuliyyətinə cəlb
edildi.
...Növbəti
ayda — fevralın 20-də
rayonun Alar kəndində daha bir narkotik satıcısı
“arzu”suna çata bilmədi. 1976-cı ildə
Tovuzda doğulmuş Biləsuvar şəhər
sakini Emin Fəxrəddin oğlu Əzimov 9 kiloqram 705 qram həşişi burada şərti alıcıya satarkən yaxalandı. Aldığı
on bir illik azadlıqdan məhrumolunma
cəzası onun cinayət törədərək
böyük günaha
batdığını düşünməsi
üçün güman
ki, gen-bol bəs edəcək.
...Cəlilabad
Rayon Polis Şöbəsinin əməkdaşları may ayının
8-də bir gecədə
iki uğurlu əməliyyat keçirərək
narkobiznesə ağır
zərbə endirdilər.
Həmin gecə nə az, nə
çox — 30 kiloqramdan
artıq həşiş
qətranı müsadirə
edildi.
Daxil olan məlumatlar əsasında
əməliyyat tədbirlərinə
başlayan polislər
ilk öncə gecə
saat 3 radələrində
Cəlilabad şəhəri
ərazisində 1970-ci il
təvəllüdlü, əvvəllər
Qazaxıstan Respublikasında
narkotik maddəsi ilə məhkum olunmuş Gülməmmədli
kənd sakini Bəhruz Şücaət
oğlu Hətəmovu
və 1959-cu ildə anadan olmiuş Uzuntəpə kənd sakini Vaqif Bədir
oğlu Buludovu 15 kiloqram 645 qram həşişlə tutdular.
Qrup təşkil edən cinayətkar dostlar Rusiya Federasiyasına satmağa apardıqları narkotiklə
və öz azadlıqları ilə beləcə vidalaşmalı
oldular.
Üç saat sonra isə polislərdən ibarət
qrup artıq rayonun Alar kəndində
növbəti əməliyyatda
idi. 1979-cu ildə Gürcüstan Respublikasında
doğulmuş Rusiya Federasiyasının vətəndaşı
Rəfael Rəhim oğlu Xəlilov “qara bazar”da 50 min manatlıqdan da baha dəyərləndirilən
14 kiloqram 915 qramlıq
həşiş ilə
elə yaxalandı ki, ruhu da
incimədi. Rafaelin sonradan dediyinə görə, o, Rusiyanın
Yekaterinburq şəhər
bazarında
Əlbəttə, heç
bir əməliyyat
polis işçiləri üçün
təhlükəsiz ötüşmür.
Onlar hər bir çətinliyə — yuxusuzluğa, yorğunluğa,
hətta silahlı müqavimətə belə
fədakarlıqla sinə
gərir, əməliyyatların
uğurlu nəticələnməsi
naminə yüksək
peşəkar keyfiyyətlərini
göstərirlər. Ən
çətin və təhlükəli əməliyyatların
hamısında şöbə
rəisi Rəhim Novruzov qrupun önündə gedir. Dediyinə görə, bu, polis işçilərini
daha da ürəkləndirir,
qətiyyətli edir.
Elə oktyabrın
13-də, yağışlı bir payız gecəsi, saat 01 radələrində sərhəd
zonasına yaxın Dələli kəndi ərazisində keçirilmiş
növbəti əməliyyat
buna əyani misaldır. Həmin gecə İran İslam Respublikasının
vətəndaşı Şəhramın
və onun adları məlum olmayan daha üç
həmyerlisinin satış
məqsədilə ölkəmizə
külli miqdarda narkotik maddə gətirmələrinin qarşısı
alınıb. Rəisin
rəhbərliyi ilə
oraya gələn əməliyyat qrupuna cinayətkarlar silahlı müqavimət göstəriblər.
Şəhramın dəstəsi
polisə atəş aça-aça geri qaçıb sərhədi
keçməyə müvəffəq
olsa da, “mal”ı xilas edə bilməyib. Nəticədə polis hadisə
yerindən 15 kiloqram
535 qram həşiş
qətranını götürüb.
...Cəlilabad
şəhəri, C.Cabbarlı
küçəsi, 30 saylı
evdə yaşayan 57 yaşlı Aynur Əhmədağa oğlu
Əhmədov isə dekabrın 1-də ataların
“Su qabı suda sınar” məsəlini şəxsən öz təcrübəsində təsdiqləyib.
Özü də narkotik düşkünü
olan Aynur satmaq istədiyi 40 qram heroin maddəsinin güdazına gedib. Hazırda iş üzrə istintaq aparılır.
Göründüyü kimi, Cəlilabad Rayon Polis Şöbəsinin
şəxsi heyəti
cinayətkarlığa, xüsusən
də narkotiklərlə
bağlı cinayətlərə
qarşı qətiyyətlə
mübarizə aparır.
Əgər ötən
il narkotiklərin satışı, saxlanması
və əkini ilə əlaqədar 76 cinayət olmuşdusa, bu ilin 11 ayında
65 cinayət qeydə alınıb. Tutulan heroin,
həşiş, tiryək
və marixuana maddələrinin həcmi
ötən il cəmi 20 kiloqram 876 qram olduğu halda, bu il
72 kiloqram 017 qram təşkil edib. Yəni 3,4 dəfə artıq. Uğur göz qabağındadır.
Cəlilabad polisi digər ağır cinayətlərin, qətl
hadisələrinin üstünün
açılması üzrə
də bir sıra uğurlu əməliyyatlar keçirib.
Mart ayının 4-də Göytəpə
şəhər sakinləri
— 75 yaşlı Həmdulla
Ağayevlə həyat
yoldaşı, 58 yaşlı
Xədicə Əliyevanın
qəddarlıqla öldürülməsi
hadisəsini götürək.
Bu hadisə kiçik
əyalət şəhərində
böyük həyəcana
səbəb olmuşdu.
Cinayəti törədən
şəxs Cəlilabad
polislərinin gərgin
zəhməti və fədakarlığı nəticəsində
düz 1 ay 19 gündən
sonra Bakı şəhərində saxlanılıb.
Onun həm ağır qətlləri
törətdiyi, həm
də sonra oğurluq etdiyi mənzillərdə çemodanların
üstündə bıçaqla
“T” işarəli eyni
“avtoqraf”ları qoyması
əməliyyatçıların izə düşməsinə
kömək edib. Bu işlə bağlı istintaq getdiyindən hələlik təfsilatını
açıqlamır, saxlanılan
şəxsin adını
çəkmirik. Qalsın
məhkəmədən sonraya.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.-2008.-18 dekabr.- S.6.