Təhsildəki uğurlar müəllimlərin gərgin
zəhmətinin bəhrəsidir
Binəqədi rayonunun Dərnəgül
qəsəbəsində bir məktəb var — 32 saylı
Ağdam qaçqın məktəbi. 1993-cü ildən fəaliyyət
göstərir. Vətən həsrətilə yaşayan 163
müəllim və 438 şagird kollektivi ötən müddətdə
qarşıya çıxan müəyyən çətinliklərə
baxmayaraq təhsildə mühüm uğurlar əldə
etmişdir. Direktor Ülviyyə Hacıyeva gənc pedaqoqdur,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinin
məzunudur.
Məktəb haqqında ürək dolusu danışdı: - Əvvəla deyim ki, bugünkü səmərəli fəaliyyətimizə və uğurlarımıza görə Təhsil Nazirliyinin rəhbərliyinə minnətdarıq. Çünki bu təhsil müəssisəsi daim diqqət mərkəzində saxlanılır. Hansısa bir çətinliklə, problemlə qarşılaşanda onun aradan qaldırılmasına yardım göstərilir...
Qeyd edim ki,
bu məktəb binasında yerləşdiyimiz
günü yaxşı
xatırlayıram. O zaman adi müəllim idim. Direktor qocaman pedaqoq
Emelya Hacıyeva idi. Onun rəhbərliyi ilə
bütün pedaqoji kollektiv uçuq-sökük
binanı tədris müəssisəsi səviyyəsinə
gətirə bildik.
Lakin kəm-kəsirləri
tamamilə aradan qaldırmaq imkanı yox idi... Yaxşı ki,
2005-ci ildə ABŞ-ın
“Dünyaya baxış”
cəmiyyəti tərəfindən
məktəb binası
əsaslı şəkildə
təmir edildi. Ağdam Rayon
Təhsil Şöbəsinin
müdiri
Rayon icra
hakimiyyətinin başçısı
Həsən Sarıyevin
də qayğısını
daim hiss edirik. İcra başçısının məktəbimizə
tez-tez gəlməyə
imkanı olmasa da, telefonla danışır,
çətinliklərimizlə maraqlanır, müəyyən
problemlərin həlli
ilə bağlı rayonun müvafiq qurumlarına tapşırıqlarını
verir.
Bu gün
ölkəmizin ayrı-ayrı
ali təhsil
ocaqlarında məzunlarımızın
xoş sədası eşidilir. Bu, bizi
hədsiz sevindirir və zəhmətimizin itmədiyini göstərir.
Məktəbimizin fizika
müəlliməsi Leyla
xanım “ilin ən yaxşı müəllimi” nominasiyasının
qalibi olub...
Yeri gəlmişkən, xatırladım
ki, burada bütün müəllimlər
torpaqlarımızın yağılardan
azad ediləcəyi günü həsrətlə
gözləyirlər. Ömrünün
41 ilini şagirdlərin
təlim-tərbiyəsinə həsr edən qocaman müəllimə Zülfurə Quliyeva dedi: - Ağdama qayıdacığımız, orada
dərs deyəcəyimiz
gün çox da uzaqda deyil.
Möhtərəm Prezidentimiz
İlham Əliyevin bu yolda səyi,
iqtisadi və siyasi sahələrdə əldə edilən uğurlar belə deməyə əsas verir ki, həsrətimizin
sona çatmasına çox az qalıb..
Z.CƏFƏROVA
Xalq qəzeti.-2008.-18 dekabr.- S.7.