Tovuz – qəhrəmanlar, zəhmətkeş insanlar və ziyalılar diyarı

 

Rayonla tanışlıq burada çox böyük quruculuq işlərinin gedişindən xəbər verir. Həmsöhbətlərimdən biri bu yüksəlişi çox obrazlı dəyərləndirir: son 2 ildə burada 15 ilə görüləsi işlər başa çatdırılıb. Çox az bir vaxtda unikal sənədlərlə zəngin olan, olduqca müasir tipli Heydər Əliyev muzeyi yaradılıb, respublikada analoqu olmayan 40 metrdən çox uzunluğu olan musiqili fəvvarə istifadəyə verilib, şəhərin girişində Tovuzun çox qədim tarixini əks etdirən Dairəvi Qala və Olimpiya zirvəsi kompleksləri yaradılıb. Bu olsa-olsa o işlərin çox az bir hissəsidir. Tovuz RİH-in başçısı Tofiq Zeynalov deyir:

Memarı qurucusu dahi Heydər Əliyev olan Azərbaycan Respublikası müasir inkişaf yoluna qədəm qoymuşdur. Regionların sosial-iqisadi inkişafına dair Dövlət Proqramı bütün respublikada olduğu kimi, rayonumuzda da uğurla icra olunur. Bu gün hər bir tovuzlu müsbət dəyişiklikləri öz gündəlik yaşayışında hiss edir. Rayonda Qarabağ müharibəsi əliləri şəhid ailələri üçün 64 ailəlik ilk yaşayış evi istifadəyə verilmiş, Tovuzçay su dəryaçasının, Zəyəmçaydan rayona ümumi uzunluğu 52 kilometr olan içməli su xəttinin tikintisi davam edir.

Rayonda 260 yerlik məktəb binası, 420 yerlik 21 əlavə sinif otaqları tikilib istifadəyə verilmiş, 6 məktəb binası əsaslı şəkildə təmir edildmişdir. Aşağı Ayıblı kəndində 1176 yerlik məktəb binası tikilmişdir. Eyni zamanda, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü iləYeniləşən Azərbaycana yeni məktəbproqramı çərçivəsində 640 yerlik 3 müasir məktəb binası tikilib istifadəyə verilmiş, 720 yerlik 3 məktəb binasının tikintisi nəzərdə tutulmuşdur.

Tovuza gələnləri Tovuz şəhərinin girəcəyində turizm marşrutuna daxil edilmək məqsədi ilə qədim memarlıq üslubunda tikilmiş karvansara tipli qala kompleksi qarşılayır.

Üçmərtəbəli kompleksin ümumi sahəsi 1560 kvadratmetrdir. Kompleks şəhərə gələn qonaqları turistləri ətraflı məlumatlandırmaq baxımından gəzinti üçün çox maraqlıdır. Burada qədim zamanlardan bəri bu ərazidə yaşayan insanların istifadə etdiyi məişət əşyaları toplanmışdır. 1813-1828, 1918-1920-ci illərə müasir dövrə aid xəritələr kompleksin divarlarını bəzəyir. Kompleks rayon ərazisindəki eramızdan əvvəl 1-ci minilliyə aid edilən Torpaqqalanın, IV əsrə aid Şəmşəddil qalasının VI əsrə aid Köhnəqala abidələrinin rəmzi bərpasıdır.

İcra başçısı söhbətinə davam edir:

Ölkədə sahibkarlığın inkişafı üçün yaradılan əlverişli şərait rayonumuzda da özəl sektorun genişlənməsinə, adamlarının rayona üz tutmasına, daxili sərmayənin artmasına səbəb olmuşdur. Rayonun yerli xammalından istifadə etməklə sosal-iqtisadi inkişafın prioritetlərinin müəyyənləşdirilməsi, kartof emalı, konserv, kərpic, sement mini-şərab zavodlarının tikintisi istiqamətində mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Tovuz şəhərinin müasir memarlıq simasının yaradılması üçün tədbirlər görülür.

Açıq etiraf etmək lazımdır ki, bunlar azdır. Tovuzun potensialı böyükdür, problemlərimiz çoxdur. Mürəkkəb relyef şəraitinə malik sərhəd kəndlərinə əlavə 60 kilometr asfalt yolu çəkilməsinə, Ceyrançöl qışlağına gedən avtomobil yolunun bərpasına ehtiyac vardır. Biz bundan sonra da əhalinin sosial sifarişlərindən irəli gələn problemlərin həlli istiqamətində bütün gücümüzü səfərbər edəcəyik.

Kənd təsərrüfatı rayonu olaraq Tovuz rayonu ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Qovlar qəsəbəsində, Aşağı Quşçu, Əlimərdanlı Aşağı Öysüzlü kəndlərində təşkil olunmuş aqrotexservislər Tovuz Regional Aqroservis Təchizat Bazası tərəfindən kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan hüquqi fiziki şəxslərə xidmətlər göstərilir.

Rayon üzrə 2008-ci ildə 26927 hektarda, o cümlədən 9846 hektar payızlıq taxıl əkini sahələrində suvarma aqrotexniki tədbirlər davam etdirilmişdir.

Mövcud emal müəssisələrinin, üzüm meyvə soyuducularının gücündən səmərəli istifadə edilməsi üçün tədbirlər görülür. Sutkada 20 tondan artıq süd emal edəcək zavodun tikintisinə başlanılması olduqca əhəmiyyətlidir. Bu obyekt çoxlu sayda insanların işlə təmin olunmasında fermerlərin məhsullarının satılmasında mühüm rol oynayacaqdır.

Göstərilənlərlə yanaşı olaraq rayon iqtisadiyyatının əsasını təşkil edən sektorda həllini gözləyən bir sıra problemlər mövcuddur.

Torpaq islahatının başa çatmasına baxmayaraq hələ bir sıra kəndlərdə pay torpaqlarının verilməsində nöqsanlar qalmaqdadır. Kənddə yaşayan bir nəfər sakin pay torpağını almamışsa, deməli, orada torpaq islahatı başa çatmamışdır. Rayon torpaq şöbəsi, yerli icra orqanları bu sahədə yol verilmiş nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməkdədirlər.

Rayonun zəngin idman ənənələrini nəzərə alaraq, qısa vaxt ərzində 32 məhəlli idman meydançası istifadəyə verilmişdir daha 30 meydançanın tikintisi davam etdirilir. Sevindirici haldır ki, 2007-ci ildə 15-16 yaşlılar arasında tovuzlu futbolçular respublika çempionu olmuşdur.

Tovuz Olimpiya Mərkəzinin yaradılması çox böyük əhəmiyyət kəsb edən məsələdir. Bu, təkcə Olimpiya idman mərkəzi deyil, eyni zamanda, turizmin inkişafı üçün çox gözəl dəstək olacaqdır.

Səhiyyə obyektlərinin bərpası ilə əlaqədar tədbirlər davam etdirlir. Bu yaxınlarda ölkə başçısı cənab İlham Əliyevin tovuzlulara töhfəsi olan Diaqnostika Mərkəzinin tikintisinə başlanmışdır.

 

Namiq Əhmədov

 

Xalq qəzeti.-2008.-19 dekabr.- S.5.