“İrs-naslediye” Azərbaycanı dünyaya tanıdır

 

8 ildən bəri Moskvada nəşr olunan “İrs-naslediye” beynəlxalq Azərbaycan jurnalı müstəqil ölkəmizi dünyaya tanıtmaq və milli-mənəvi dəyərlərimizi xaricdə geniş təbliğ etməklə, xalqımıza layiq olduğu imici qazandırmaq sahəsində gərəkli fəaliyyət göstərir. Bu xidmətlərinə görə “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası jurnal redaksiyasını qızıl medalla təltif etmişdir.

“Simurq”un Azərbaycan Mətbuat Şurası ilə birlikdə “İrşad” Araşdırmalar Mərkəzində təşkil etdiyi təntənəli mərasimdə “Simurq” beynəlxalq qızıl medalı “İrs-naslediye” jurnalının yaradıcısı və baş redaktoru Musa Mərcanlıya təqdim edildi.

Toplantıda çıxış edənSimurqun prezidenti Fuad Məmmədov, vitse-prezidenti, “İrşad” mərkəzinin rəhbəri Rafiq Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, BDU-nun professoru Şahlar Əsgərov digər ziyalılar Azərbaycan həqiqətlərinin xarici oxuculara çatdırılmasında, bitib-tükənməyən erməni yalan iftiralarının cavablandırılmasındaİrs-naslediyejurnalının gördüyü ardıcıl təbliğat işini yüksək dəyərləndirdilər. Natiqlər respublikanın mədəni elitasının yüksək qiymətini ifadə edənSimurqmükafatına layiq görülməsi münasibətilə kollektivi təbrik etdilər, şərəfli missiyanın davamında redaksiyaya uğurlar arzuladılar.

Jurnalın baş redaktoru Musa Mərcanlı zəhmətlərinə verilən qiymətə görə dərin minnətdarlığını bildirdi, fəaliyyətlərinə göstərdikləri dəstəyə görəSimurqAzərbaycan Mədəniyyət Assosiasiyasına, Azərbaycan Mətbuat Şurasına İrşadAraşdırmalar Mərkəzinə razılığını çatdırdı. Jurnal rəhbəri respublika yazarlarını, ermənilərin informasiya savaşını cavablandırmaq istəyənləri fəal əməkdaşlığa çağırdı.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti .-2008.-20 dekabr.- S.3.