Azərbaycan – Koreya İnformasiya

Təminatı Mərkəzi yaradıldı

 

Bu günlərdə Bakı Dövlət Universitetində Rəqəmsal imkanların yayılması üzrə Koreya Agentliyinin (KADO) dəstəyi ilə yaradılmış Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin açılış mərasimi keçirilib. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirmişlər.

Məlumatda deyilir ki, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov KADO-nun xarici daxili rəqəmsal sistemlərin hərtərəfli təmin edilməsi məqsədilə yaradılan Koreya dövləti tərəfindən birbaşa dəstək verilən bir təşkilat olduğunu bildirib. Nazir qeyd edib ki, əhalinin informasiya kommunikasiya sistemləri ilə təchizi, müasir texnologiya avadanlıqlarla tanış edilməsi, informasiya almaq imkanlarının yaxşılaşdırılması bu təşkilatın əsas vəzifələrindəndir.

Misir Mərdanov onu da əlavə edib ki, bu layihəyə qoşulmaqda əsas məqsəd ən son informasiya texnologiyalarına yiyələnməklə qloballaşan dünyanın inteqrasiya proseslərində daha fəal iştirak etməkdir.

Mərasimdə BDU-nun rektoru Abel Məhərrəmov, Koreya Respublikasının ictimai idarəetmə təhlükəsizlik nazirinin müavini Kin Young Ho, Koreya Respublikasının ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri Lyu Kvang Chul KADO-nun vitse-prezidenti Park Von Geun çıxış ediblər.

Sonra lent kəsilərək mərkəzə baxış keçirilib.

Məlumat üçün qeyd edək ki, 3 geniş otaqdan ibarət olan bu mərkəzdə 75 kompyuter iki geniş ekranlı projektorlar quraşdırılıb.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2008.-20 dekabr.- S.7.