Bir çiçək səhəri

 

Ramiz Qusarçaylı da yüz yaşı yarı elədi. Əlli yaş bir igidin sənət ömrüdür. Əllini haqlamaq şairlik taleyində adicə bir ad günü, adicə bir yubiley tarixi deyil. Əlli yaş şairlik istedadının yetkinlik məqamı, ədəbiyyat və əbədiyyət qarşısında hesabat anıdır.

İllər necə də tez gəlib keçir. Ötən əsrin (Əvvəllər biz “ötən əsr” XIX əsrə deyərdik. Görünür, təkcə illər yox, elə əsrlər də tez ötüb keçir.) 80-ci illərində peşəkar ədəbiyyata gələn, mətbuatda çap olunan ilk şeirlərindən bənzərsiz istedadı, orijinal düşüncə və deyim tərzi ilə ədəbi mühitin diqqətini cəlb edən, oxucu rəğbəti qazanan Ramiz Qusarçaylı seçdiyi sənət yolunun hamar olmayacağını əvvəlcədən duyaraq yazırdı:

 

Mən düşdüyüm yol ayrıdı,

Yoxuşludu, dolaylıdı,

Hər yan qoşma, gəraylıdı —

Dərələrin bulaq sazı

Dinir köklənə-köklənə.

 

Ürək fikirlə xışlanıb,

Duyğu-duyğu naxışlanıb,

Sinəmdə səpin başlanıb —

Altdan xışlana-xışlana,

Üstdən ləklənə-ləklənə.

 

Gənc şairin bədii fikirlə xışlanaraq poetik duyğuyla ləklənən ürəyi, bu təşbehlərdən də göründüyü kimi, ilk növbədə təbiətə bağlılıq, doğmalıq notları üzərində köklənmişdi. Amma elə həmin ilk şeirlərdən aydın görünürdü ki, Ramiz Qusarçaylı poeziyasında təbiət obrazı adət etdiyimiz ənənəvi tərənnüm obyektindən ciddi şəkildə fərqlənir. O, təbiətin gözəlliklərini sadəcə vəsf etməklə kifayətlənmir, poetik sözün vasitəsilə təbiət görüntülərinin daxili mənasını açmağa çalışırdı.

 

Nərgizlər məst olub öz qoxusundan,

Hər naxış üstünə yüz ilmə düşüb.

Bir arı oyanıb qış yuxusundan,

Bir gülün canına üşütmə düşüb.

 

Uğunur budaqda tumurcuq çatlar,

Qönçələr dartınıb qınındın çıxır.

Cücərən toxumla, uzanan otla

Torpağın ağrısı canından çıxır.

 

Duman bir dərənin dodaqlarında,

Bulud bir zirvənin qaşı üstədi.

Ürəyim quzeydə qalan qarın da

Qaralan rəngini yaşıl istədi.

 

Ənənəvi poeziya nümunələrindən fərqli olaraq, Ramiz Qusarçaylı lirikmən”in mənəvi aləmini əks etdirmək üçün təbiət mənzərələrinin onun ovqatı ilə uyarlığından, ya da bədii kontrast yaratmaq lazım gələndə əksliyindən adi poetik priyom kimi bəhrələnmirdi, insan xarakterinin incəlikərini açmaq, insan taleyinin görünməyən guşələrinə işıq salmaq, daha geniş mənada isə, həyatın fəlsəfi mahiyyətini mənalandırmaq üçün bir ümumiləşdirmə vasitəsi kimi istifadə edirdi.

Ədəbiyyata mətbuat işçisi kimi gələn Ramiz az sonra “Elm həyatjurnalındakı yazı-pozu işini qoyub tikintidə daşyonan fəhlə işinə keçməli oldu. Bu “mənəvi mühacirət”in səbəbləri barədə indi söhbət açmaq çox uzun çəkər. Təkcə onu demək istəyirəm ki, bu addım Ramizin onsuz da inadkar olan xarakterini bir az da mətinləşdirdi, poeziyasına yeni mövzular, bədii üslubuna yeni ifadə vasitələri gətirdi.

Səhv etmirəmsə, 1986-cı ilin söhbətidir, xalq şairi Bəxtiyar Vahabzadənin evində bir görüş zamanı ona həmin dövrün cavan şairlərinin şeirlərini oxuyurdum. Rəhmətlik Akif Səmədin — “Bircə qarış yol varıymış Adəmdən Akif Səmədə” — misrası yaman tutmuşdu şairi. Bir RamizinDaşşeirini çox bəyəndi.

 

Hələ gücüm çatır daş qaldırmağa,

Hələ daş yonmağa çatır hövsələm.

Bir harın kefinə özüldən çıxan

O günahsız daşı yona bilmirəm.

 

Daş daşı gəmirir,

daş daşı yeyir

Bu sirrin daşlaşan kökü dərində.

Daşların tozudu,

Qəm tozu deyil

Ağarır göyərən sətirlərimdə.

 

Bəxtiyar müəllim ürəyinə yatan sonuncu bənzətmənin nədən yarandığını soruşdu. Dedim, müəllif tikintidə daşyonan işləyəndə yazıb bu şeiri. Xəbər aldı ki, yenədəmi orada işləyir? Dedim, xeyr, indi onun misralarına daşların yox, qara kömürün tozu hopur. Çünki Ramiz artıqmənəvi mühacirətihəqiqi mühacirətlə əvəz etmişdiDonbasda kömür şaxtasında qazmaçı işləyirdi. həyatın bu dönəmi onun taleyində poeziyasında öz izini qoydu.

 

Əyriyə düz qoşub, düzü əymirəm,

Ürəyim boydayam,

Sözüm boydayam.

Torpağın üstündə gözə dəymirəm,

Torpağın altında özüm boydayam...

 

Orada yazdığı şeirlərdə Ramizin həmişə vətən ətrinin, Vətən sevgisinin simvolu kimi götürdüyü çiçək obrazı yeni bir ovqatla mənalandırılır:

Ramiz Donetskdə yaşayanda onunla hərdən məktublaşırdıq. Məktublarında məişət gün-güzəran söhbətlərindən daha çox ədəbi mühit cəmiyyətin həyatı ilə maraqlanırdı. Həmin illərdə başlamış Qarabağ uğrunda mübarizə milli mücadilə Ramizin zehnini qəlbini ən çox məşğul edən mövzular idi. Qürbətdə keçən illər onun şeir politrasına yeni rəng çalarları gətirdi, poeziyasında vətənpərvərlik motivləri, ictimai mövzular ön plana çıxmağa başladı. O vaxtacan yurduna daha çox ana torpaq, doğma təbiət kimi bağlı olan Ramiz Qusarçaylı indi onu VƏTƏN kimi, mənəvi varlıq kimi sevməyə, onun ağrı-acılarından, problemlərindən, millətinin dərd-sərindən yazmağa başladı, mübariz bir şair kimi formalaşdı.

Doxsanıncı illərin əvvəllərində vətənə döndükdən sonra ölkəmizin həyatında olduğu kimi, onun yaradıcılığında da yeni bir mərhələ başlandıpublisist ruhlu vətəndaşlıq poeziyası mərhələsi. Yeri gəlmişkən, Azərbaycana qayıdandan sonra Ramiz paytaxtda yox, bölgədəhəm torpağa, təbiətə yaxın olan, həm yamanlıqlardan qaçmağın gizlənməyin daha çətin olduğu, hər şeyin ovuc içi kimi göz qabağında olduğu, haqq yolunda toqquşma mübarizələrin qaçılmaz, konkret əyani olduğu doğma Qubada yaşamaq qərarına gəldi. Orada bütün bölgənin ədəbi həyatına bir canlanma gətirmiş “Ay işığıədəbi birliyini yaratdı, öz kitabları ilə yanaşı yerli şairlərin almanaxlarını da nəşr etdirdi. Artıq neçə ildir ki, Yazıçılar Birliyinin Quba bölməsinə rəhbərlik edir.

Bu mərhələdə Vətən sevgisi Ramiz Qusarçaylı poeziyasının əsas qayəsidir. Amma, yazıqlar, həyatımızın reallığı budur ki, xəbis ürəyini Vətənə yük eləyən, torpağı özəlləşdirmək adına yurdu satışa çıxaran, Dərbəndin yolunu tanımayan, qaçqın çadırlarını arvad çadrası kimi üzünə tutan, namaz qılıb rüşvət alan, Vətəni yüz yerə bölüb şairin ürək naləsini yüz yerə yozanadamlarVətəni sevməyə qoymurlar.

 

Bax Araz dünyanın Şuşa rənginə,

Dərdi Vətən-Vətən düzürəm hələ.

Qarışıb payızın meşə rənginə

Sözümün rəngini gəzirəm hələ

Vətəni sevməyə qoymurlar məni.

Şairi qədər yükləmək olar,

Şairi qədər təkləmək olar,

Bu şər qulaqları,

Şür qulaqları

Şairə qədər şəkləmək olar? —

Vətəni sevməyə qoymurlar məni.

 

Kəskin ictimai motivli şeirləri ilə təkcə təmsil etdiyi ədəbi nəslin nümayəndələri içərisində deyil, ümumən müasir poeziyamızda sözün müsbət mənasında hamıdan seçilən Ramiz Qusarçaylı söz qırmancının təsir gücünü artırmaq üçün bəzən hətta satira motivlərindən istifadə etməli olur.

 

Yekə-yekə itlərinə uymayın,

Başdan-başa təhlükədi hər keçid.

Bu sürünü belə başsız qoymayın,

Çox sürünü qurda verib bir keçi...

 

Bu zaman Ramiz ədəbiyyatımızda çox rast gəlinən bir mərəzdən yan keçməyi bacarır. Şeirlərin estetik keyfiyyətini ictimai siqlətinə qurban vermir. Məsələn, həyatın dünyanın xeyir-şər qarşıdurmasını bədii təzadlar vasitəsilə ifadə etmək üçün şair “...şeirində modern ruhlu son dərəcə orijinal poetik forma tapmağa müvəffəq olmuşdur.

Bir həqiqəti etiraf etmək lazımdır ki, bu sayaq poetik forma tapıntılarına müasir poeziyamızda çox nadir hallarda rast gəlinir. Bununla belə, dünyamızın üzərindəki qara ləkələr şairin mübarizə əzmini sarsıda bilmir, o, dünya qəminə kinayə ilə gülür, onun qarşısından qaçmır:

 

dərəyəm dumansız,

ürəyəm gümansız,

Sən dinsiz, mən imansız...

Xoş gəlmisən, qəmciyəz.

 

Ramiz Qusarçaylı şəxsiyyəti sənəti ilə vaxtında yaşayan sözünü vaxtında deyən bir şairdir. O, bir şeirində bir az hissə qapılaraq — “Vaxtında ölə bilmədim, yaman qorxuram özümdən”, — deyir. Şairin hünəri yalnız vaxtında ölmək yox, həm vaxtında yaşamaqdır. Qardaş, sən vaxtında yaşa, qoy səni istəməyənlər qorxsunlar. Başqa bir şeirində özünü daha dəqiq xarakterizə etmisən:

 

Tən gələ bilmədim,

gərək gen gələm

Sinəmi gülləyə açıq verirəm.

Mən tənbəl şairəm,

elə tənbələm

Az yazıb çoxuna acıq verirəm.

 

Pislərin pisliklərin acığına YAŞAMAQ YARATMAQ lazımdır. Dan üzü üstünə zərli şehlər qonmuş çiçək kimi açılan səhərə, gələn günə ümidlə, inamla...

 

İlham ABBASOV

 

Xalq qəzeti.-2008.-20 dekabr.-S.7.