Həşimov Qrişuka qalib gəlib Rəcəbovla yanaşı dayandı

 

Azərbaycanlı qrossmeysterlər Elistada keçirilən və bütün şahmat aləminin diqqət mərkəzində olan “Qran-Pri” turnirində təşkilatçıların nəzərdə tutduqları ilk istirahət gününü əla əhval-ruhiyyə ilə qarşılamışlar. Beş turdan sonra 14 rəqib arasında ən yaxşı nəticəni Vüqar Həşimov (2703) və Teymur Rəcəbov (2751) göstərmişlər.

Beşinci turun qəhrəmanı Həşimov olmuşdur. Təmsilçimiz turnirdə yüksək yerlərə əsas iddiaçılardan biri olan rusiyalı Aleksandr Qrişukla (2719) prinsipial görüşün 64-cü gedişində mübarizənin taleyini öz xeyrinə həll edərək birgünlük fasiləni çox mühüm qələbə ilə qarşılamışdır. Bu müvəffəqiyyət Vüqara topladığı xalların cəminə görə dostu Teymura çatmağa, hətta turnirin saytında verilmiş cədvəldə əlavə göstəricilərə görə ondan da irəli çıxmağa imkan vermişdir.

Hesabat turunda digər iki şahmatçımız isə hərəyə yarım xal qazanmışdır. Rəcəbov (qaralar) macarıstanlı Peter Leko (2747) ilə heç-heçəyə razılaşmış, Şəhriyar Məmmədyarov (2731) özbəkistanlı Rüstəm Qasımcanovla (2672) “sülhbağlamışdır.

Qalan görüşlərdə bolqar İvan Çeparinov (2696) rusiyalı Ernesto İnarkiyevi (2669) məğlubiyyətə uğratmış, Yegveni Alekseyev (Rusiya, 2715) çinli Van Yue (2736) ilə, ukraynalı Pavel Elyanov (2720) erməni Vladimir Akopyanla (2679), Dmitri Yakovenko (Rusiya, 2737) fransız Etyen Bakro (2705) ilə heç-heçə oynamışlar.

Beş turdan sonra turnir cədvəlinə başçılıq edən Həşimovla Rəcəbovun hərəyə 3,5 xalı var. Cədvəldə birinci yeri daha yaxşı əlavə göstəricilərə (8,25) malik Vüqar tutur. Teymurda isə bu göstərici 7,50-dir. Üçüncü mövqedə olan Yakovenko 3 xal toplamışdır. Dördüncüonuncu yerləri bölüşdürən Çeparinov, Məmmədyarov, Akopyan, Van Yue, Qrişuk, Bakro Alekseyev birgünlük istirahətə 2,5 xalla çıxmışlar. Sonuncu dörd pillədə olan Leko, İnarkiyev Elyanov 2, Qasımcanov 1,5 xal qazanmışlar.

Bizim üçün xüsusilə fərəhlidir

Dünən turnirdə istirahət günü idi. Bu günə təyin edilmiş altıncı turda Həşimov (qaralar) Çeparinova qarşı oynayacaq, Rəcəbov Məmmədyarov isə ağlarla müvafiq surətdə Yakovenko Lekoya qalib gəlməyə çalışacaqlar.

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.-2008.-20 dekabr.- S.8.